Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lemur indri
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Bulbophyllum lemurense
Bulbophyllum lemurense (lat. Bulbophyllum lemurense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cırtdan lemurlar
Cırtdan lemurlar (lat. Cheirogaleidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Dalbergia lemurica
Dalbergia lemurica (lat. Dalbergia lemurica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Lemuridae
Lemurlar (lat. Lemuridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi. == Kökləri == Onların elmi adı latınca lemures sözündəndir və gecənin ruhu və ya xəyal mənasını verir. Bu ad böyük və parlaq gözlər və qəribə qışqırıqlar səbəbindən verilir. == Xüsusiyyətləri == Ailənin canlı növləri uzunluğu 24 - 57 sm (quyruğu 32 - 65 sm) və çəkisi 0.7 - 4 Kq-a çatır. Paçylemurun nəsli kəsilən növləri daha da böyük idi. Dəri yumşaq, yünlü, çoxu boz, qəhvəyi və tündləşməlidir. Bədən nazik, ayaqları incədir. Arxa ayaqları ön ayaqlardan daha uzundur. Bütün nəm burunlu meymunlarda olduğu kimi, ikinci barmaq da dırnaqsız, təmizləyici barmaq halına gəldi.
Lemuriya
Lemuriya — Hind okeanında mövcud olmuş mifik adadır. "Lemuriya" adasının adı Madaqaskar adasında yaşayan və başqa heç bir yerdə rast gəlinməyən primat dəstəsinin nümayəndəsi olan lemurlardan götürülüb. Məhz bu fərziyyədən Madaqaskar adasının əvvəllər Lemuriyanın bir hissəsi olduğu iddia edilir. İlk dəfə Lemuriya adasının mövcudluğu haqda fərziyyəni 1864-cü ildə ingilis zooloqu Filip Latli Skleyter irəli sürmüşdür. Onun fərziyyəsinə görə, bu adada insan ilə meymun arasında təkamül prosesi baş vermişdir.
Lemurlar
Lemurlar (lat. Lemuridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi. == Kökləri == Onların elmi adı latınca lemures sözündəndir və gecənin ruhu və ya xəyal mənasını verir. Bu ad böyük və parlaq gözlər və qəribə qışqırıqlar səbəbindən verilir. == Xüsusiyyətləri == Ailənin canlı növləri uzunluğu 24 - 57 sm (quyruğu 32 - 65 sm) və çəkisi 0.7 - 4 Kq-a çatır. Paçylemurun nəsli kəsilən növləri daha da böyük idi. Dəri yumşaq, yünlü, çoxu boz, qəhvəyi və tündləşməlidir. Bədən nazik, ayaqları incədir. Arxa ayaqları ön ayaqlardan daha uzundur. Bütün nəm burunlu meymunlarda olduğu kimi, ikinci barmaq da dırnaqsız, təmizləyici barmaq halına gəldi.
Zərif lemurlar
Lepilemur (lat. Lepilemur) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin lepilemurlar fəsiləsinə aid heyvan cinsi.
Lemurangis
Anqrekum (lat. Angraecum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Temur
Temur — Gürcü kişi adı. Temur Abazov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. Temur Çxeidze — sovet, gürcü və rus teatr rejissoru, aktyoru. Temur Babluani — kinorejissor.
Lemer boğazı
Lemer boğazı — Odlu Torpaq adasını Estados adasından ayırır. Boğazı Holland səyyahları Y.Lemer və V.K.Sxauten ilk dəfə 1616-cı ildə keçib. 1619-cu ildə Qarsiya de Nodalın ekspedisiyası zamanı keçilir və Dieqo-Ramires adası kəşf edilir. Eni 30,6 km təşkil edir. Sahillərində Magellan pinqivinlərinə rast gəlinir.
Lemir (Talış)
Lemir (fars. لمير‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 566 nəfər yaşayır (113 ailə).
Temur Abazov
Temur Abazov və ya Teymur Abbasov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. Temur Abazov 2 dekabr 1981-ci ildə anadan olmuşdur. 2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirmişdir. 2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışmışdır. 2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışmışdır. 2005-ci ildə "JTI" MMC-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olmuşdur. 2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olmuşdur. 2006–2007-ci illərdə "ANADOLU" Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olmuşdur. 2007–2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011–2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri kimi çalışmışdır. 2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olmuşdur.
Tomas Lemar
Tomas Lemar (12 noyabr 1995-ci ildə anadan olub) — Fransa klublarından olan Monako FK klubunda çıxış edən Fransalı futbolçudur. Hal-hazırda mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. Lemar Liqa 2-də debütünü 2 avqust 2013-cü ildə 2013-14 müvsümünün açılış oyununda etmişdir. Həmin oyunda Lemar 78-ci dəqiqədə Jerom Roteni əvəz etmişdir. Həmin gürüşdə Kann FK Dijona 3-1 hesabı ilə qalib gəlmişdir.
Temur Çxeidze
Temur Nodaroviç Çxeidze (gürc. თემურ ნოდარის ძე ჩხეიძე;18 noyabr 1943, Tbilisi – 5 iyun 2022) — sovet, gürcü və rus teatr rejissoru, aktyoru.. Gürcüstan SSR-nin xalq artisti (1981), Rusiya Federasiyasının xalq artisti (1994), Lenin mükafatı laureatı (1986). Temur Çxeidze Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda Dmitri Aleksidzenin emalatxanasında təhsil alıb. 1965-ci ildə institutu bitirdikdən sonra Zuqdidi Dram Teatrında rejissor işləyib (1967-ci ilə qədər). Sonra 1967-1970-ci illərdə Tbilisi Gənclər Teatrında, 1970-1980-ci illərdə isə Şota Rustaveli Teatrında işləyib. 1991-ci ildən Q.A.Tovstonoqov adına Böyük Dram Teatrı ilə sıx əməkdaşlıq etmiş, lakin uzun müddət baş rejissor vəzifəsindən imtina etmişdir. Sonralar Çxeidze bu barədə deyirdi: “Bildim: burada nə etsəniz, Tovstonoqovun dövründəkindən də pis olacaq. Ancaq bu yoxdur və ümumiyyətlə Tovstonoqlar çox nadir hallarda doğulur. Və həyat davam edir, mən isə bir vaxtlar mövcud olan teatra heyran olaraq, onu Tovstonoqov kimi səhnələşdirə bilmərəm”.
Temur Babluani
Temur Babluani (20 mart 1948, Svanetiya, Raça-Leçxumi və Aşağı Svaneti diyarı) — kinorejissor, Rustaveli adına mükafatın, "Sundance Film Festival"ın, həmçinin bir çox beynəlxalq festivalların laureatı, Fransa Kino Akademiyasının üzvü. 1948-ci il martın 20-də Çolurı kəndində anadan olub. 1979-cu ildə Ş. Rustaveli adına Tbilisi Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib.
Alber Mari Lebur
Alber Mari Lebur (fr. Albert Marie Lebourg; 1 fevral 1849[…] – 6 yanvar 1928[…], Ruan) — fransız rəssam-peyzajist, impressionizm və postimpressionizm cərəyanının davamçısı, Ruan incəsənət məktəbinin nümayəndəsi. "Fəxri Legion" ordeni kavaleri. == Bioqrafiyası == Lebur Monfor-sür-Ril şəhərində anadan olub. Memar Druenanın studiyasında və sonra Ruen şəhərində yerləşən Rəsm və İncəsənət Məktəbində təhsil almşıdır. 1867-ci ildə Paris Salonuna gələrək, Kurbe və Mane əsərləri ilə tanış olub, onun yaddaşında silinməz bir təəssürat yaratdı. 1872-ci ildən 1876-cı ilə qədər Əlcəzairdə yaşayır, Yerli Gözəl Sənətlər Cəmiyyətində müəllim vəzifəsində çalışır. 1877-ci ildə Lebur Parisə qayıtdı, burada Deqa, Mone və Sisley də daxil olmaqla bir çox impressionistlə tanış oldu. Lebur iki dəfə, 1879 və 1880-ci illərdə rəsmlərini İzlenimcilərin sərgilərində nümayiş etdirir. 1886-cı ildən 1895-ci ilə qədər Parisdə yaşayır, Salonda hər il sərgilənir.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Amil (məmur)
Amil — Ərəb xilafəti dövründə vergi məmuru. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı. Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.
Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Elmir
Elmir — ad.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür. Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s. == Coğrafiyası və iqlimi == Ağdaşdan 25 km uzaqlıqda, Yevlax rayonu ərazisində Kür çayının qırağında yerləşir.
Gomur
Gomur — İndiki Ermənistanda çay. Gomur (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Gomur — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Gomurlu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Lemma
Lemma (yun. λημμα — ehtimal) — başqa hökmlərə kömək edən isbat olunmuş hökmdür. Lemma köməkçi teoremdir.
Rafiq Bayramov (məmur)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Rəşad Abdullayev (məmur)
Rəşad Rövnəq oğlu Abdullayev ( ) — azərbaycanlı iş adamı və məmur oğlu; "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri (2016—2017). Rəşad Abdullayev 9 may 1994-cü ildə anadan olmuşdur. Atası Rövnəq Abdullayev uzun illər SOCAR-ın prezidenti olmuşdur. OCCRP sənədlərinə əsasən Rəşad Abdullayevin silinmiş "LinkedIn" profilindən, onun hələ 16 yaşında "SOCAR Trading"də işə başladığı, vəzifəsinin "Ticarət və Biznes üzrə mütəxəssis" olaraq göründüyü qeyd edilmişdir. Amma atası Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər qurumlarda sadəcə təcrübəçi olaraq çalışdığını qeyd etmişdir. 2016-2017-ci illərdə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır. Evlidir. 2016-cı il mayın 2-də Sözcü qəzetində "Rəşad Abdullayev sürücülük vəsiqələrini polisə atdı" sərlövhəli məqalədərc edilmişdir. Həmin gün axşam saatlarında İstanbul ərazisində Rəşad Abdullayev dostları ilə əyləncədən qayıtdıqdan sonra idarə etdiyi avtomobildə yol-nəqliyyat müfəttişləri tərəfindən saxlanılmışdır. Kifayət qədər sərxoş olduğu müşahidə edilən Abdullayev ondan alkotesterə üfürməsini istəyən polisə çətin anlar yaşatmış və o, bundan imtina etmişdir.
Rasim Quliyev (jurnalist, məmur)
Rasim Quliyev (tam adı: Rasim Vaqif oğlu Quliyev; 30 avqust 1970, Şahbuz rayonu) — Azərbaycanlı siyasətçi, jurnalist, dövlət məmuru. Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub. 1977–1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb. 1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır. 1988–1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş, "yaş senzinin ləğvi" ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir.
Ledum
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Maraqlı faktlar == Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi. Dovşanların əksər növü torpaqlarda "burovz" və "vorenz" adlanan deşiklər qazır. Birincisi daha sadə, fərdi yuvalardır. İkincisi isə bir-birinə bağlı yuvalar şəbəkəsidir, çoxlu girişləri və keçidləri olur. Dovşanların 360 dərəcə və eyni zamanda gecə görmə qabiliyyəti var, başlarını çevirmədən arxada nə olduğunu görə bilirlər. Dovşanların hamiləlik müddəti təxminən 28-31 gün çəkir. Dovşanlar 6-8 arası bala doğur. Erkək dovşana "bak", dişi dovşana "do" deyilir. Doğuş prosesinə ingiliscə "kindlinq" deyilir.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lexus
Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-də yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır. 1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.
Leşru
Leşru (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Dəmir
Dəmir (Fe, Ferrum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. == Ümumi məlumat == Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir. Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir — (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çox heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoxu qan hemoqlobininin tərkibindədir. Dəmir maqnit sahəsinə malik olan metaldır. O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.
Gəmir
Gəmir — Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir.
Kömür
Kömür — çöküntü qaya, mineral, ən qiymətli yanacaq növü və kimya üçün xammal və təkcə sənaye deyil. Karbonun beynəlxalq adı latdan gəlir. lat. carbō — "kömür". Fosil kömür sporlardan, mamırların, qıjıların və digər qədim bitkilərin epidermisinin hissələrindən (350–250 milyon il əvvəl) — arıq kömürlərdən, antrasitlərdən, kokslaşan, zəif qapalı, qazlıkömürlər, uzun alovlu və digər yarımnövlərdən əmələ gəlmişdir. Sonra karbonsuz bir dövr oldu, sonra qəhvəyi kömürlər, sapropellər, torflar yüksək temperaturun təsiri altında və oksigenə çıxış olmadan, daha əvvəl, karbonsuz dövrdən əvvəl, ağac qalıqlarını emal edən mikroorqanizmlərin iştirakı olmadan meydana gəldi. Kömür, ağacdan sonra insanın istifadə etdiyi ilk qalıq yanacaq idi. Bu növ yanacağın bir kiloqramını yandırmaq 3400–7200 kkal enerji almağa imkan verir. 1960-cı ildə kömür dünya enerji istehsalının təqribən yarısını təmin edirdisə, 1970-ci ildə onun payı üçdə birinə enmişdir. Kömür rəsm üçün material kimi, koks istehsalında istifadə olunur və kömürdən anilin boyaları da alınır.
Kəmər
Kəmər (geyim)