Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Loralay
Loralay puşt. لورلايي‎, urdu لورالائی‎) bəzən Bori (puşt. بورۍ‎) — Pakistanın Bəlucistan əyalətinin şimal-şərqində şəhər.Loralay rayonunun inzibati mərkəzi.
Lordoz
Lordoz (yun. "lordos" – əyilmiş) — anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır.
Wordle
Wordle, əvvəllər Reddit üçün Place və The Button sosial təcrübələrini yaradan proqramçı Coş Uordl tərəfindən hazırlanmış veb əsaslı söz oyunudur. Beş hərfli sözü oyunçular altı cəhddə təxmin etməyə çalışırlar; Hər bir təxminə rəngli qutular şəklində rəy verilir və oyunçulara cavab sözündə hansı hərflərin düzgün və hansının digər mövqelərdə olduğu bildirilir. Bu cür oyun mexanikası Mastermind kimi oyunlara bənzəyir, lakin Wordle hər bir təxmində hansı hərflərin düzgün olduğunu dəqiq müəyyənləşdirir. Hər gün və hər kəs üçün eyni olan xüsusi bir cavab sözü var. Uordl oyunu əvvəlcə yalnız özü və sevgilisi üçün hazırlamışdı. Oyun, 2021-ci ilin oktyabrında ictimaiyyətə təqdim edilmişdir. Uordl oyuna gündəlik nəticələri Twitter -də geniş şəkildə paylaşılan emoji kvadratları kimi kopyalamaq imkanı əlavə etdikdən sonra oyun 2021-ci ilin dekabrında kütləvi populyarlıq qazandı. Oyunun ingilis dilindən başqa dillərdə çoxlu nüsxələri, uyğunlaşdırmaları və versiyaları da yaradılmışdır. Oyun 2022-ci ilin yanvarında açıqlanmayan yeddi rəqəmli məbləğə The New York Times şirkəti tərəfindən alınıb və əvvəlcə bütün oyunçular üçün pulsuz saxlanması planlaşdırılıb. Hər gün oyunçuların altı cəhddə təxmin edəcəyi beş hərfdən ibarət bir söz seçilir.
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
Lordi
Lordi — fin-rok qrupu. == Üzvlər == Mr. Lordi (Tomi Putaansuu) Kone Hiisi Hella Mana == Albomlar == Get Heavy (2002) The Monsterican Dream (2004) The Arockalypse (2006) Deadache (2008) Babez For Breakfast (2010) To Beast or Not To Beast (2013) Scare Force One (2014) Monstereophonic – Theaterror vs. Demonarchy (2016) Sexorcism (2018) Killection (2020) Lordiversity (2021) == Tarixi == Lordi, 1996-cı ildə Mister Lordi (Tomi Putaansuu) tərəfindən yaradılan fin-rok qrupudur. Bu qrup qorxulu kostyum və maskaları ilə tanınır. Qrupda mister Lordidən savayı, Amen, Ox, Hella və Mana-da ifa edirlər. Qrupun ilk "Get Heavy" adlı albomu 2002-ci ildə Hellovin gecəsi günü işıq üzü görmüşdür. Alboma daxil edilən "Devil is a loser" (Şeytan yaramazdır") adlı mahnı qrupun ilk hitinə çevrilmişdir. Qrupun ilk mahnıları vampirlərə, ruhlara və qulyabanılara həsr olunmuşdur. Lordi, 2006-cı ildə Avroviziya mahnı musabiqəsində "Hard Rock Hallelujah" adlı mahnını səsləndirərək 292 bal toplayaraq qalib oldular.
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Loralay rayonu
Loralay rayonu — Bəlucistan əyalətinin şimalında rayon.Loralay şəhərinin inzibati-mərkəzi
Lordes Mohedano
Lordes Mohedano (d. 17 iyun 1995) — İspaniyanı təmsil edən bədii gimnast. Lordes Mohedano, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lordes Mohedano 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Sandra Aguilar Navarro, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Lordes Mohedano, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Sandra Aguilar Navarro və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Lordlar Palatası
Böyük Britaniya Lordlar palatası — Böyük Britaniyanın ali qanunverici orqanı. Üzvləri lord titulunu daşıyırlar. == Tərkibi == Lordlar palatasının tərkibi və üzvlərinin sayı dəyişkəndir. Bu palata əsasən irsi əlamət üzrə təşkil olunur. Lordlar palatasının tərkibinin 2/3 hissəsinə yaxınını "perlər" , 1/3 hissəsinə yaxınını isə ömürlük "perlər" təşkil edir. Bundan başqa palatanın tərkibinə daxildir: anqlikan kilsəsinin 26 ruhani lordu, kral tərəfindən ömürlük təyin olunan 20 "apelyasia lordu" mülki işlər üzrə ölkənin ali məhkəmə instansiyaları və Şotlandiya və İrlandiya lordları tərəfindən seçilən onlarla şəxs. Hazırda lordların əksəriyyəti maliyyə qruplaşmalarının və iri fimaların nümayəndələridir. Lakin kasıb lorlar da olur. Lordların arasında 2 kommunist olmuşdur, lordlardan 1-i hətta qəssab olmuşdur. Lordlar palatasında lord-kansler sədrlik edir.
Destroy Lonely
Destroy Lonely (Bobby Wardell Sandimanie III; 30 iyul 2001, Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Atlantadan olan repçinin 2023-cü ildə buraxdığı debüt albomu “If Looks Could Kill” Billboard 200 çartının 18-ci pilləsinə yüksəlmişdir. Onun keçən il buraxdığı beşinci miksteypi “No Stylist” həmin çartın 91-ci sırasında qərarlaşmışdı, bu repçinin çarta ilk girişi idi. Destroy Lonely 2021-ci ilin əvvəllərində repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblına qoşulub. O, tez-tez Atlantalı leybl yoldaşı repçi Ken Carson ilə əməkdaşlıq edir.
Asiyanın lordu
Asiyanın lordu (yun. Κύριος της Ασίας) - Makedoniyalı İsgəndərə eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamel döyüşündən sonra verilən tituldur. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin Babil şəhərində ölməsindən sonra titul onun varisərinə keçib, ancaq onlardan heç biri Asiyada və ya Makedoniyalı İskəndərin imperiyasının digər hissələrində gücə malik olmayıb. Həqiqi güc bir çox hökmdarlara və ya fars satraplarına keçib. İmperiyanın parçalanması və Diadoxinin güclənməsi ilə titul istifadə edilməyib.
Treysi Lordz
Treysi Lordz (7 may 1968, Styubenvill[d], Ohayo) — ABŞ pornoaktrisası, prodüseri, rejissoru və müğənnisi. 1987-ci ildə pornokaryerasını başa vuraraq televiziya filmlərində rol almış və müğənnilik etmişdir. Treysi Lordz 7 may 1968-cı ildə Ohayo ştatında anadan olub. Əvvəlcə televiziya filmlərinə çəkilmiş, sonralar isə pornoqrafik filmlərdə rol alıb. Treysi ilk pornokaryerasına 1984-cü ildən başlayıb. Treysi Lordz 16–19 yaşlarında porno filmlərə çəkilib. Sonralar isə müxtəlif filmlərdə iştirak edib. Treysi 100-dən çox filmdə rol alıb. Məşhur filmləri arasında "What Gets Me Hot!", "Those Young Girl", "Talk Dirty To Me Part III" və "Tracy, I Love You" filmlərini göstərmək olar. Treysinin sonuncu pornoqrafik filmi olan 1987-ci ildə çəkilmiş "Tracy, I Love You" filmi onun başqa filmlərindən fərqli olaraq ABŞ ərazisində göstərilməsinə icazə verilir.
Dordoy Bişkek FK
Dordoy Bişkek FK — Qırğızıstanın Bişkek şəhərini təmsil edən futbol klubu. == Tarixi == 2007-ci il martın 3-də tarixində ilk rəsmi matçın onilliyini qeyd edən komanda dağılmış paytaxt klubu "Semetey"in oyunçularından qurulmuşdu.[mənbə göstərin] Biznesmen Askar Salımbekovun təsis etdiyi klub birinci dəstədə "Alqa-SKA"nı 1:0 yenməklə debüt etdi. İkinci cəhddən elita arzusu gerçəkləşən Narın təmsilçisi 1999-cu ildə güclülər sırasında debütünü 5-ci yerdə bitirdi. Əslən Narın şəhərindən olan ölkə çempionatları tarixinin ən yaxşı qolçusu Zamirbek Jumaqulovun 2000-ci ildə komandaya gəlişi heç nəyi dəyişmədi – 6-cı yer. Qolçular sırasında üçüncü olan forvard növbəti mövsüm həm özü bu pillədə qaldı, həm də "Dordoy" ilk mükafatına – "bürünc"ə qovuşdu. 2002 və 2003-cü illərdə Mixail Tyaqusovun rəhbərliyi altında daha iki bürünc qazanıldı. Hər iki mövsümdə ikinci qolçu olan Zamirbek isə 2002-nin ən yaxşı futbolçusu da seçildi. İldən-ilə heyəti güclənən komanda həm də irəli addımlayırdı. 2004-cü il əlamətdar hadisələrlə başladı. Hələ SSRİ dönəmində Əlcəzairdə çalışdırdığı klubu çempion edən Boris Podkorıtov komandaya dəvət olundu.
Lonely T-Rex
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Yanni, yoxsa Lorel
Yanni, yoxsa Lorel (ing. Yanny or Laurel) — 2018-ci ilin may ayında viral olmuş audioillüziya. Twitter sorğusunda səs verən 500 000-dən çox insanın 56%-i bu audioyazıda kişi səsi ilə "Lorel" deyildiyini, 44%-i isə qadın səsi ilə "Yanni" deyildiyini eşidir. == Tarixçəsi == Səs yazısı 2007-ci ildə Vocabulary.com onlayn lüğətində "Laurel" sözü üçün yüklənmiş səsləndirmədən yaradılmışdır. Səsin illüziya kimi yayılması çox güman ki, "Flowery Branch" (Flaueri brənç) orta məktəbinin şagirdinin bu illüziyanı 11 may 2018-ci ildə İnstaqramda yerləşdirməsindən başlayıb. Ertəsi gün şagirdin dostu onu Reddit-də yerləşdirəndə illüziya daha çox diqqət çəkdi. Mem yutuber Xloya Feldman tərəfindən Twitter hesabında paylaşılıb. Məlum olub ki, orijinal səs yazısı opera müğənnisi Cey Obri Cons tərəfindən (opera müğənniləri tez-tez tanış olmayan dillərdə oxuyurlar və buna görə də transkripsiya işarələrini oxumağı bilirlər) öz noutbukuna qoşduğu mikrofonla, kustar üsulla düzəldilmiş səs izolyasiya kamerasında səsləndirilmişdir. Memin müəlliflərinin sözlərinə görə, internetdə yayılan səs yazısı kompüterin dinamiklərindən, ev şəraitində mobil telefonla yenidən qeydə alınıb. Audio illüziyaya Ellen Deceneres, Stiven Kinq və Krissi Teygen, eləcə də adları audio yazıda səsləndirilənə bənzəyən Yanni və Lorel Halo kimi bir neçə məşhur şəxs cavab verdi.
Con Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. == Həyatı == Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Jon Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. == Həyatı == Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Lord Kelvin
Vilyam Kelvin (26 iyun 1824[…], Belfast, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 dekabr 1907[…]) — ingilis fiziki, Vilyam Kelvin XIX-XX əsrin əvvəllərinin aparıcı fiziklərindən biri. == Həyatı == 1890-1895-ci illərdə London Kral Cəmiyyətinin prezidenti olmuşdur. O, 1848-ci ildə mütləq temperatur şkalasını təklif etmişdir. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Vilyam Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Vilyam Kelvin termodinamikanın əsaslarını qoyanlardan biridir. Vilyam Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.
Lord Palmerston
Lord Palmerston (ing. Henry John Temple, 3rd Viscount Palmerston; 20 oktyabr 1784[…] – 18 oktyabr 1865[…]) — ingilis dövlət xadimi və diplomatıdır, iki dəfə İngiltərənin xarici işlər naziri, sonra daxili işlər naziri və nəhayət, baş naziri olmuşdur. Palmerston ingilis burjuaziyasının yırtıcılıaq səylərinin sədaqətli ifadəçisi idi. O, ingilis burjuaziyasının qəsbkarlığı mənafeinə xidmət etdiyini "mədəniyyəti qorumaq" haqqında ibarəli sözlərlə ört-basdır edirdi. Onu müharibə qızışdıran, "təhlükəli baş nazir" kimi tanıyırdılar. Palmerston rus xalqının qəddar düşməni idi. O, həmişə deyirdi ki, Rusiya İngiltərənin başlıca düşmənidir. Palmerston Rusiya əleyhinə koalisiyanın ilhamvericisi olub, bütün Avropanı bu koalisiyaya cəlb etməyə çalışır, Rusiyanı parçalamaq haqqında geniş planlar tuturdu. Krım müharibəsində (1854-1855) Sevastopolun on bir ay davam edən qəhrəmancasına müdafiəsi bu planları pozub puça çıxartdı.. == Mənbə == V. Morev, "Zəncilər həbsxanası", Bakı, "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı", 1953, səh.
Lord Riçard
Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 24 avqust 2014[…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq) — Aktyor və xeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu. == Həyatı == 1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi. Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib. 2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı. == Lord Riçard və Çelsi FK == “Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur. Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur.
Lord Voldemort
Lord Voldemort (31 dekabr 1926, London – 2 may 1998, Hoqvarts) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Voldemort öz debütünü "Harri Potter və Fəlsəfə Daşı" romanında edir. Birinci romanda Roulinq Voldemortu Qara Lord kimi təqdim edir, göstərir ki, o, Harrinin valideynləri Ceyms və Lili Potterləri öldürür, lakin Harrini öldürmək istəyərkən anasının sevgisi uşağı qoruyur, Voldemortun bədəni məhv olsa da, ruhu yenidən qayıtmağa çalışır. Sehrli çubuğu isə Harrinin alnınca çapıq izi buraxır. Voldemort bədənini qaytarmaq üçün Fəlsəfə Daşını ələ keçirməyə çalışır. Bu məqsədlə o, Professor Kvirelldən istifadə edir. Romanın sonuna yaxın Voldemort professorun başının arxasında peyda olur. Lakin Harri daşın onların əlinə keçməsinin qarşısını ala bilir. === Harri Potter və Sirlər Otağı === İkinci kitab olan "Harri Potter və Sirlər Otağı"nda Roulinq Cinni Uizlinin tapdığı gündəlik vasitəsiylə Lord Voldemortun gənclik xatirəsi olan Tom Narvolo Reddli canlandırır. Bu kitabda Cinni Harridən xoşu gələn yeniyetmə qız kimi təsvir olunur.
Böyük Britaniya Lordlar palatası
Böyük Britaniya Lordlar palatası — Böyük Britaniyanın ali qanunverici orqanı. Üzvləri lord titulunu daşıyırlar. == Tərkibi == Lordlar palatasının tərkibi və üzvlərinin sayı dəyişkəndir. Bu palata əsasən irsi əlamət üzrə təşkil olunur. Lordlar palatasının tərkibinin 2/3 hissəsinə yaxınını "perlər" , 1/3 hissəsinə yaxınını isə ömürlük "perlər" təşkil edir. Bundan başqa palatanın tərkibinə daxildir: anqlikan kilsəsinin 26 ruhani lordu, kral tərəfindən ömürlük təyin olunan 20 "apelyasia lordu" mülki işlər üzrə ölkənin ali məhkəmə instansiyaları və Şotlandiya və İrlandiya lordları tərəfindən seçilən onlarla şəxs. Hazırda lordların əksəriyyəti maliyyə qruplaşmalarının və iri fimaların nümayəndələridir. Lakin kasıb lorlar da olur. Lordların arasında 2 kommunist olmuşdur, lordlardan 1-i hətta qəssab olmuşdur. Lordlar palatasında lord-kansler sədrlik edir.
Henri Stüart (Darnley lordu)
Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Darnley lordu və Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı.
Henri Stüart (Methven lordu)
Henri Stüart (1495 – ən tezi 10 oktyabr 1551) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin böyük qızı olan Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu.
Kiçik Lord Fauntleroy
Balaca lord Fauntleroy (ing. Little Lord Fauntleroy; bəzi tərcümələrdə "Balaca lord") — ingilis-amerikan qadın yazıçısı və dramaturqu Frensis Eliza Börnetin ilk uşaq romanı. İlk dəfə hissələrlə 1885-ci ilin noyabrı və 1886-cı ilin oktyabrında "St.Nicolas" jurnalında çap olunmuşdur. Kitabın illustrasiyalarını isə Recinald Berç çəkmişdir. Kitab sonralar 20 dəfədən artıq nəşr olunmuşdur. == Süjeti == Kapitan Errolun oğlu olan 7 yaşlı Sedrik İngiltərədən Amerikaya yollanır, atasının ölümündən sonra anası ilə yaşayır. O çox vaxt çəkmə təmizləyən Dik və baqqal Hobbsla ünsiyyətdə olurdu. Amma bir dəfə qraf Dorinkortun vəkili olan cənab Heviş adlı birisi onların evinə gələrək bildirir ki, Sedrik 2 böyük qardaşının ölümündən sonra yeganə varisdir və o mütləq İngiltərəyə qayıdıb lord Fauntleroy olmalıdır. == Dəbə təsiri == Recinald Berç tərəfindən çəkilmiş Fauntleroyun kostyumu orta məktəb uşaqlarının rəsmi geyiminə böyük təsir göstərmişdir. Fauntleroyun kostyumu İngiltərədə yaradılsa da, Amerikada olduğu kimi heç yerdə bu qədər populyar deyildi.