Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.
Mülayim enliklərin iqlimi
Mülayim Birlik Partiyası
Mülayim enliklərin musson iqlimi
Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir. Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur.
Qışı quru keçən mülayim-isti iqlim (iqlim tipləri)
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Müzayim
Müzayim - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,632 nəfər azərbaycanlı yaşamaqda idi.
Mülhaym
Mülhaym (alm. Mülheim‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 91.26 km², əhalisi 166 640 nəfərdir (2013).
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Mülazimi sani
Mülazimi sani (osman. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Mülazimi əvvəl
Mülazimi əvvəl (osman. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Müzahim Mehvalıoğlu
Müzahim İsmayılzadə
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984). Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. 1988-ci ildə ailə qurmuşdur.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Müdavim Kelli (film, 2002)
Müdavim Kelli (ing. Cadet Kelly) — 2002-ci ildə ekranlara çıxan orijinal Disney Channel filmidir.
Muradım (Avurğazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Muxayıl Göyçəli
Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu) — azərbaycanlı şair. Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur. Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır. Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir. Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir. Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.
Aşkın Olayım
"Aşkın Olayım" — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.
Bəkr Əl-Dulaymi
İsmail Mutasim Adnan
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Mulavi Kuranlı (Çaroymaq)
Mulavi Kuranlı (fars. مولوي كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (15 ailə).
Sarıbəyli-i Musayi (Urmiya)
Sarıbəyli-i Musayi (fars. ساريبيگلوي موسي ي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (52 ailə).