Şeyx Abdulla Cavadi Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid.
Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı "Təsnim" adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun "Nəhcül-bəlağə"yə yazdığı "Səluni qəblə ən təfquduni" adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır.
Dünya fəlsəfi irsinin incilərindən sayılan "Hikməti-mütəaliyə" əsərinə yazdığı "Rəhiqi-Məxtum" adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur.
Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.