Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fatimə Müshəfi
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var..Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi. Buna görə İmam sadiqdən bir rivayət var: Fatimə Allah Peyğəmbəri vəfat edəndə o qədər kədərlənmişdir ki, fəqət Allahın ondan xəbəri var-idi.
Müsbət ayrıseçkilik
Müsbət ayrı-seçkilik — cəmiyyətdə digər şəxslər ilə bərabər səviyyədə yaşamadığı düşünülən müəyyən qruplara müxtəlif imtiyazlar verməklə onlara dəstək vermək deməkdir. == Tarixi == 1789 Fransız İnqilabını ilə bərabərlik, azadlıq və insan hüquqları kimi məhfumlar yayılmağa başlanmışdır.8 Mart 1957-ci ildə Nyu-Yorkda geyim sektorunda çox ağır şərtlərlə işləyən qadınların etirazı ilə başlayan müddət, 1977-ci ildə də "8 Mart Dünya Qadınlar Günü" olaraq rəsmiyyət qazanmışdır . Doğumdan yaranmış xüsusiyyətlər səbəbiylə sosial, iqtisadi və siyasi sahədən təcrid olunmuş azınlıqlarların ayriseçkiliyini azaltmaq və uzun müddət də qarşısını almaq üçün müsbət ayrı-seçkilik anlayışı yaranmışdır.Müsbət ayrı-seçkilik könüllü ya da məcburi şəkildə irqi,etnik və cinsi mənsubiyyətə fərq qoymadan qrupların imtiyazlarını artırmaq və onların inkişafını təmin etmək məqsədi ilə hazırlanan xüsusi strategiyaya verilən termindir.Müsbət ayrı-seçkilik daha az təmsil olunmuş təbəqə,qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur. Qadınların kişilərə,əlillərin əlil olmayan şəxslərə, qaradərililərin digər şəxslərə müqayisədə müsbət şəkildə seçilməsi və üstünlük verilməsi bu strategiyanın əsas yönəldilmiş addımlardır. Müsbət ayrıseçkiliyin əsas məqsədi cəmiyyətin bütün üzvlərini inteqrasiya etdirmək,bərabərliyi yaratmaq və ən önəmlisi müddətli istifadə olunan xüsusi strategiyadır. == Kvota == Müsbət ayrı-seçkilikdə bərabərsizliyi müddətli şəkildə aradan qaldırır.Kvota ən çox istifadə olunan siyasətlərdən biridir və bununla qərar orqanlarında bərabərlik tənzimlənir. Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur. Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb. Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri. Azərbaycan qanunvericiliyinə görə kvotalar "orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə" şamil edilmir.
Müsbət öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. == Növləri == === Maddi-hüquqi öhdəliklər === Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. === Prosessual öhdəliklər === Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Müsən (Culfa)
Müsən (fars. مسن‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 205 nəfər yaşayır (52 ailə).
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Münhen
Münhen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münhen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Məşhəd
Məşhəd — İranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir. == Tarixi == Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736-1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir.
Məşhər
Qiyamət (ərəb. يوم القيامة‎, — "Diriliş Günü" və ya يوم الدين Din Günü, Hökm Günü) monoteist və ya təktanrılı dinlərdə və bir çox inanışda olan, dünyanın sonunun gəlib bütün ölülərin dirilərək məhşər meydanında toplananacağına inanılan zaman, hesab günü, məhşər günü. == Qiyamətlə bağlı elm adamlarının ifadələri == Din adamları Qiyamətlə bağlı bir çox fikir bildiriblər.Həzrəti Məhəmməd Qiyamət yaxınlaşarkən saatın sürətlə hərəkət edəcəyini,insanların zinaya meyilli olacağını,insanların başına qəribə hadisələrin gələcəyini,qadınların başını açacağını,ateistlərin çoxalacağını və s.kimi 55 ifadə deyib.Demək olar ki bu 55 hadisədən 5-i qalıb:İmam Hüseynin qanlı köynəyi ilə geri gəlməsi,Mehdinin geri dönməsi,Dünya müsəlmanlarının ayağa qalxması,Yerlə göyün aralanması,sonuncu körpənin anadan olması. Əl müstədrək surəsində yazılana görə,Bir dəfə Ənəs ibn Malik və Hz.Məhəmməd bir yerdə söhbət edirmişlər.Birdən peyğəmbər gülür və ağ dişləri açıq qalır.İbn malik ondan niyə güldüyünü soruşur.Həzrət Məhəmməd deyir: -Allah Təala mənə qiyaməti göstərdi. İbn malik Hz.Məhəmmədə deyir: -Qiyamət necə bir yerdir? -Orada mənim məzhəbimdən olan iki nəfər gəlir.Allah-Təala onlardan birinə deyir: -Din qardaşını niyə bağışlamırsan? O cavabında deyir: -Ey Allah,O mənə çox əzab verib.Haqqımı ondan al. Allah Təala ona belə deyir: -Əgər sən ondan haqqını alsan onun savab gözündə heç nə qalmaz. Həmin adamın gözləri dolur və deyir: -Ey Allahım,qoy onda savab onda qalsın. == Qiyamət surəsi == And içirəm qiyamət gününə; And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!
Relyefin müsbət formaları
== Relyefin müsbət formaları == Relyefin müsbət formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən yuxarıda yerləşən, yer səthinin nisbətən yüksək sahələrinə (dağ silsilələri, tirələr, vulkan konusları, barxanalar, dyunlar. qayotlar və s.) deyilir.
Şusef
Şusef — İranın Cənubi Xorasan ostanının Nehbəndan şəhristanının Şusef bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,338 nəfər və 572 ailədən ibarət idi.
Müsəb ibn Ümeyr
Müsəb ibn Ümeyr (ərəb. مصعب بن عمير‎ Müs'əb ibn 'Ümeyr; 585, Məkkə – 625) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. == Bioqrafiya == Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçaraq Efiopiyaya köçür və oradan gəldikdən sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur. 621-ci ildə Kəbənin ənənəvi ziyarəti zamanı Mədinəli Aus və Xəzrəc qəbilələrinin nümayəndələri Əqabə adlanan yerdə danışıqlar aparmaq üçün Məhəmməd peyğəmbərlə görüşür. On iki mədinəli Məhəmməd peyğəmbərə yalnız Allaha ibadət etməyə, oğurluq etməməyə, zina etməməyə, uşaq öldürməməyə, böhtan və böhtandan çəkinməyə and içmiş, həmçinin Məhəmmədə peyğəmbər olaraq itaət edəcəklərinə and içmişlər. Əvvəlcə müəyyən çətinliklərlə qarşılaşan Əsəd ibn Zürarə Mədinədə təbliğat aparır və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir.
Müsə (Bükan)
Müsə (fars. موسه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (35 ailə).
Münhen Olimpiadası
== Olimpiadanın açılışı ==
Münhen kafedralı
Münhen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münhen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münhen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münhen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. == Basdırılanlar == Kafedral qəbristanlığında Münhen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Münhen kindl
Münhen kindl (alm. Münchner Kindl‎; azərb. Münhen uşağı‎) - Münhen şəhərinin simvollarından biri. Münhen uşağı anlamına gələn Münhen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münhen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Münhen qətliamı
Münhen qətliamı - 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir.Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər. Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırmışdır.Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur.Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur. == Münhen Olimpiyadasından əvvəl == Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrail və Ərəb ölkələri sürətlə silahlanmağa davam etmişdir. Kiçik həcmli müxtəlif toqquşmalar olsada, tərəflər arasından həmin tarixdən, qətliamın baş verdiyi günə qədər ciddi toqquşmalar baş verməmişdir. Hadisəni törədən terrorçular, 1971-ci ildə Fələstin Azadlıq Təşkilatının daxilində formalaşdırılmış Qara sentyabr təşkilatına mənsub idilər. Terror aktı Qara Sentyabr hadisələri zamanı İordaniyanın tutmuş olduğu mövqe səbəbindən cəzalandırmaq məqsədi ilə törədilmişdir.
Münhen sazişi
Münhen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münhen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münhen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münhen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Məşhəd metropoliteni
Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir. == Tarixi == Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir.
Məşhəd metrosu
Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir. == Tarixi == Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir.
Məşhəd şəhristanı
Məşhəd şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məşhəd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 2,798,298 nəfər və 732,996 ailədən ibarət idi.
Qliptotek (Münhen)
Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir" , Artemida, Knidoslu Afrodita, Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları - "eginetlər" və s. daxildirlər. == Binası == Qliptotek binası Münhenin Köniqplas meydanında kral I Lüdviqin hələ xələf şahzadə olarkən göstərişi ilə 1815-ci ildə inşa edilmişdir. İnşaatın memarı Leo fon Klense binanı Karl fon Fişerin layihəsi əsasında antik üslubda tikmişdir.Muzey binasının interyeri daxili həyəti əhatə edən otuz düzbucaqlı və dairəvi zallardan ibarətdir.Binanın girişində on iki ionik sütun vardır.Binanın fəsadında Dedal, Prometey, Adrian, Perikl, Hefest, Fidiyaya aid heykəllər yerləşir.Binanın qərb və şərq tərəflərində renessans dövrünə aid heykəllər düzülmüşdür. ll Dünya müharibəsində bina tam dağılmış,1972-ci ildə yenidən qapılarını tamaşaçıların üzünə açmışdır. 1820-1830-cu illərdə Peter Kornelius tərəfindən yaradılmış məşhur qədim yunan tanrılarına həsr edilmiş freska tamamilə itib batmışdır. Yalnız məxsusi kiçik fresko fraqmentləri və eskizləri Berlin milli qalereyasında saxlanılır.Müharibədən sonra 1864-cü ildə fon Klense tərəfindən yaradılmış Assuriya zalı və daxili bağça da bərpa edilməmişdir.
Yussef Kalfa
Yussef Kalfa (14 may 1993-cü ildə anadan olub) — Suriya Premyer Liqası təmsilçilərindən olan Əl-Caiş klubunda və Suriya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Suriya futbolçusudur. == Karyerası == === Milli komanda === Kalfa Suriya milli futbol komandasında debütünü 27 avqust 2016-cı ildə Tacikistan millisinə qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Həmid Minonu əvəz etmişdir. Yoldaşlıq oyununda Suriya rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır.
Yussef Maziz
Yussef Maziz (24 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Maziz Metz klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 26 fevral 2017-ci ildə Lion klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Liona 5-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maziz Fransada anadan olmuşdur. Onun valideynləri Mərakeş vətəndaşlarıdır. Maziz Fransanın gənclər millilərində çıxış etmişdir.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Lis Musse
Lis Musse (8 fevral 1996-cı ildə anadan olub) — Premyer liqa təmsilçilərindən olan Bornmut FK klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Musse həmçinin Fransanın U-20 komandasının üzvüdür. == Klub karyerası == === Havr === Lis Musse əvvəlcə yerli klublardan olan Sokense Qravill və Havr Kukriauvill klublarında çıxış etmişdir. 2006-cı ildə isə Havr klubunun akedemiyasına qoşulmuşdur. Əvvəlcə Havr klubunun ikinci dəstəsində çıxış etməyə başlayır və 14 qolla yadda qalır. 2014-cü ildə Havr klubunun əsas heyətində debüt edir və 34 oyuna 14 qol vurur. === Bornmut === Musse 30 iyun 2016-cı ildə €7.3 milyon qarşılığında Havr klubundan Bornmut FK klubuna transfer olmuşdur. == Milli karyerası == Musse Fransanın U-20 komandasında 2015-ci ildə debüt etmişdir.
Ski Museu
Ski Museu — Xizək ləvazimatlarının nümayiş olunduğu muzey. ABŞ-nin bu mövzuya aid ən böyük kolleksiyaya sahib muzeyi hesab olunur. Burada bütün eksponatlar xronoloji ardıcıllıqla düzülmüşdür. Bu ardıcıllıq Polşada xizək ləvazimatının inkişafında 120 il ərzində baş verən dəyişiklikləri göstərir.Muzeydə həmçinin qış idmanı mövzu haqqında müxtəlif kitablara da arst gəlmək mümkündür. Muzey 1995-ci ildə il bundan əvvəl Siklin şəhərində kolleksioner və yerli sakinlərin dəstəyi nəticəsində yaradılmışdı. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Ski Museum of Maine website (ing.) "Skiing Pleasant Mountain" exhibit at Maine Memory Network. (ing.) Associated Press article by Glenn Adams in USA Today. (ing.) Ski Tracks article by Dan Cassidy in Maine Coast Now Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine.
Bayern Münhen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.