MÜBHƏM

sif. [ ər. ] Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz, hər cür yozula bilən, hər cür başa düşülə bilən. Mübhəm söz.
– Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən; Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana. Füzuli.
[Şeyx Sədra:] İki mübhəm sözün nə qiyməti var?! Böylə sərsəm əqidədən nə çıxar? H.Cavid.
İçəridəki lal və mübhəm sükutu müxtəlif saatların çıxardığı zəif və ahəngdar çıqqıltı səsləri pozurdu. A.Şaiq.

MÜBƏLLİĞ
MÜBHƏMLİK

Digər lüğətlərdə