Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müstəhəb
Müstəhəb — əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə heç bir günah yazılmayan əməldir. Müstəhəb, yəni bəyənilən, məsləhət bilinən əməllərin edilməsi vacib olmasa da, edilməsinə görə mükafat verilir. Məsələn, sədəqə vermək, gecə namazı qılmaq və s. Sevimli olan, xoş, uyğun, gözəl görülən əməl deməkdir. Həzrət Peyğəmbərin bəzən yerinə yetirib, bəzən tərk etdiyi, Sələfi-i salihinin sevib işlədiyi və önəm verdiyi işlərə müstəhəb deyilir. Bəzi naiflə namaz və oruclar kimi ibadətləri müstəhəbə şamil edə bilərik. İbadətlərin yerinə yetirilməsində Fərz, Vacib, və Sünnətlərin xaricində qalan və müstəhəb növünə daxil olan işlər vardır. Sabah namazının, ortalıq aydınlanana qədər, isti şəraitə görə günorta namazının sərin vaxta qədər gecikdirilərək qılınması, axşam namazında isə tələsmək, yenə namaz qılarkən paltarın açıq göstərən yerini düymələyərək örtməsini müstəhəbə nümunə kimi, görsədə bilərik. Yerinə yetirildikdə savab qazanılıb, tərk edilməsində isə qınanılmasıdır. Xəyyam İsmayılov, "Azərbaycanın dövlət və hüquq tarixi".
Mətənəq (Bostanabad)
Mətənəq (fars. متنق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 498 nəfər yaşayır (115 ailə).
Mustang
Mustang (at) — adətən ABŞ-nin qərb ştatlarında vəhşi atlara verilən ad. Ford Mustang — Fordun istehsal etdiyi avtomobil. Mustang (film, 2015) — 2015-ci il istehsalı olan film Roy Mustang — Fullmetal Alchemist adlı animasiya və manga seriyalarının uydurma personajlarından biri. North American P-51 Mustang — Böyük Britaniya və Amerikanın birgə istehsalı olan İkinci dünya müharibəsi dövrünün qırıcı təyyarəsi.
Ford Mustang
Ford Mustang — Ford Motor Company şirkəti tərəfindən istehsal olunan avtomobil. İlk dəfə 1964-cü il 17 aprel tarixində təqdim olunmuşdur ve 20.000 dən çox sifariş almışdır. Bu model Ford şirkəti tərəfindən istehsalı davam edən ən qədim üçüncü məhsul olaraq bugünkü beşinci nəslə gəlib çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır. Mustang uzun kapotlu, gödək arxa tərəfə malik Amerikan idman avtomobili sayaq "pony car" (tərc. poni maşın) sinfini yaratdı və GM Chevrolet Camaro, AMC Javelin, yenilənmiş Chrysler Plymouth Barracuda və Dodge Challenger kimi modellərin doğulmasına rəvac vermişdir. O həmçinin Toyota Celica və Ford Capri kupelərinin (daha sonra ABŞ-yə ixrac olunmağa başladı) ilham qaynağı olmuşdur. == Yaradılması == Ford Mustang 1965-ci il istehsal ilinin başlamasından beş ay qabaq ərsəyə gətirilmişdir. İlkin versiyaları adətən 1964½ olaraq bilinir, amma Ford tərəfindən 1965 modelləri adlandırılmış və 9 mart 1964 tarixində Miçiqan ştatı, Dearborn şəhərində kütləvi istehsala başlanmış, ictimaiyyətə 17 aprel 1964-cü ildə "Nyu York Dünya Sərgisində" təqdim olunmuşdur. İcraçı stilist Con Najjar, İkinci dünya müharibəsində istifadə olunmuş North American P-51 Mustang təyyarələrinin azarkeşi idi və adlandırma də məhz onun adına yazılmışdır. John Najjar ilk Ford Mustang prototipini həmkarı stilist Philip T. Clark ilə birlikdə 1961-ci ildə layihələndirmişdir (Ford Mustang I).
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Müştərək istehsal olunan məhsul
Müştərək istehsal olunan məhsul (ing. joint product) — başqa bir məhsulla eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan məhsul. İngilis professoru Kolin Druri birgə məhsulu eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan müəssisənin əsas məhsulları kimi müəyyən edir. Ayrılma nöqtəsinə (məhsulların ayrıldığı istehsal nöqtəsi) çatana qədər müxtəlif məhsullar üzrə məsrəflərin uçotu müəyyən edilmir. Ayrılma nöqtəsi məhsulların bölünə bilməsi, bir-birindən ayrı satıla bilməsi və ya sonrakı emala məruz qalması ilə müəyyən edilir. Ayrılma nöqtəsini keçdikdən sonra birgə istehsal olunan məhsullarla bağlı bütün əlavə xərclər satılana qədər hər bir məhsul üçün ayrıca saxlanılır. Bölünmə nöqtəsinə qədər ümumi biznes xərcləri aşağıdakı üsullarla məhsullara bölünə bilər: natural göstəricilərdən istifadə üsulu (xərclər istehsalın həcminə mütənasib olaraq bölüşdürülür). Metod üzrə hər bir məhsul bərabər gəlirə malikdir, kompleks məsrəflərin payı hər bir məhsul üzrə onun ümumi istehsal həcmindəki payına mütənasib olaraq tutulur və hər bir məhsul növü üzrə vahid maya dəyəri eyni olur. Əgər məhsulların qiyməti fərqlidirsə, onda süni gəlirli və gəlirsiz məhsullar meydana çıxa bilər. Müxtəlif ölçü vahidləri olan məhsullar istifadə edildikdə metodu tətbiq etmək də çətindir; bölünmə nöqtəsində satışın dəyərinə əsaslanan metod (xərclər satış gəlirinə mütənasib olaraq bölüşdürülür).
North American P-51 Mustang
North American P-51 Mustang (Masteng), Böyük Britaniya-ABŞ ortaqlığı əsasında yaradılmış olan İkinci dünya müharibəsi qırıcı təyyarə modelidir. Yüksək hündürlükdə uçan ağır bombardmançıları müşayiət etmək üçün hazırlanmışdır. İkinci dünya müharibəsinin ən uğurlu təyyarələrindən biridir. Növü: Qırıcı təyyarə Mənşə: ABŞ İstehsalçı: North American Aviation İlk uçuş :26 oktyabr 1940 Xidmətə qəbul ili: 1942 Xidmətdən kənarlaşdırılması: 1984 Mövcud vəziyyəti: Xidmətdən kənarlaşdırılmışdır. Akrobatik nümayişlərdə hələ də istifadə olunur. Əsas istifadəçi: ABŞ Hərbi Hava Qüvvələri Digər istifadəçilər: 1) Kral Hərbi Hava Qüvvələri 2) Çin Respublikası Hərbi Hava Qüvvələri İstehsal sayı :15,000 ədəddən çox Vahidinin dəyəri: 50,985 US$ (1945) (2018-ci ildə 570,000 US$-a bərabərdir) Baza modelləri: 1) North American F-82 Twin Mustang 2) Piper PA-48 Enforcer 3) Rolls-Royce Mustang Mk.X Dəyişdirilmiş versiyaları: 1) North American A-36 Apache 2) Rolls-Royce Mustang Mk.X 3) Cavalier Mustang İkinci dünya müharibəsindən əvvəl və müharibənin əvvəlində bombardmançı fəlsəfəsi yalnız sürü halında və sıx nizam vəziyyətində bombardmançı basqının təsirli olacağını proqnozlaşdırmışdı. Bu təyyarələrin müdafiə silahları daha sonra inkişaf etdirilsə də, atəş gücünün bu qədər artırılması belə bir müddət sonra kifayət etməyəcəkdir. P-51 bu vəziyyətə bir həll yolu məqsədilə hazırlanmışdır. Yüksək hündürlükdə uçan uzun məsafəli Amerikan bombardmançılarını qorumaq P-51-lərin əsas vəzifəsi olmuşdur. Bu hədəf əsnasında yüksək hündürlükdə uçmaq üçün hazırlanmışdırlar.