MÜSTƏHCƏR
MÜSTƏHƏBB
OBASTAN VİKİ
Müstəhəb
Müstəhəb — əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə heç bir günah yazılmayan əməldir. Müstəhəb, yəni bəyənilən, məsləhət bilinən əməllərin edilməsi vacib olmasa da, edilməsinə görə mükafat verilir. Məsələn, sədəqə vermək, gecə namazı qılmaq və s. Sevimli olan, xoş, uyğun, gözəl görülən əməl deməkdir. Həzrət Peyğəmbərin bəzən yerinə yetirib, bəzən tərk etdiyi, Sələfi-i salihinin sevib işlədiyi və önəm verdiyi işlərə müstəhəb deyilir. Bəzi naiflə namaz və oruclar kimi ibadətləri müstəhəbə şamil edə bilərik. İbadətlərin yerinə yetirilməsində Fərz, Vacib, və Sünnətlərin xaricində qalan və müstəhəb növünə daxil olan işlər vardır. Sabah namazının, ortalıq aydınlanana qədər, isti şəraitə görə günorta namazının sərin vaxta qədər gecikdirilərək qılınması, axşam namazında isə tələsmək, yenə namaz qılarkən paltarın açıq göstərən yerini düymələyərək örtməsini müstəhəbə nümunə kimi, görsədə bilərik. Yerinə yetirildikdə savab qazanılıb, tərk edilməsində isə qınanılmasıdır. Xəyyam İsmayılov, "Azərbaycanın dövlət və hüquq tarixi".

Digər lüğətlərdə