Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məqubə Sırtlanova
Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, tatar. Мәгубә Хөсәен кызы Сыртланова, rus. Магуба Гусейновна Сыртланова; 15 iyul 1912, Bələbəy, Ufa quberniyası – 1 oktyabr 1971, Kazan) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdurİkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir. == Hərbi karyerası == Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi.
Məbrukə
Məbrukə (ərəb. مبروكة‎‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Rəsulayn rayonunun Rəsulayn nahiyəsində qəsəbə. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.Qəsəbə 2015-ci ilin may ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirmişdir. == Coğrafiya == Məbrukə Suriyanın Türkiyə ilə olan sərhədindən 11 kilometr (6.8 mil) cənubda, Təll-Abyad şəhərindən 73 kilometr (45 mil) şərqdə, Əl-Həsəkə şəhərindən 90 kilometr (56 mil) şimal-qərbdə, Raqqa şəhərindən isə 104 kilometr (65 mil) şimal-şərqdə yerləşir yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Qəsəbə əhalisinin əksəriyyətini ərəblər təşkil edir.
Məşrutə
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. == Region ölkələri == Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Məcrusə (Urmiya)
Məcrusə (fars. مجروسه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (19 ailə).
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. == Həyatı == Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. == Həyatı == Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məhbubə Paşayeva
Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa – 16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur.
Məşrutə Evi
Məşrutə Evi — və ya Konstitusiya Evi 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Məşrutə hərəkatı zamanı fədailərin və hərəkat üzvlərinin toplanma yeri olub. Məhz buna görə də bina hazırda Məşrutə Muzeyi kimi fəaliyyət göstərir. == Haqqında == Bina 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Binanı məşhur Təbrizli Hacı Vəli Memar tikib. Rastabazar küçəsində yerləşən bina Təbriz bazarının və Cümə məscidinin yaxınlığında yerləşir. Qacar dövrünün memarlıq nümunəsi olan bina gözəl tavanı və rəngli pəncərələri ilə fərqlənir. İki mərtəbəli binada yaşayan Kuzəkünani Məşrutə hərəkatı zamanı fəallıq göstərir və hərəkata maliyyə ayırır. Bundan başqa öz şəxsi evini fədailərin və hərəkat üzvlərinin qərargahına çevirir. Burada hərəkatın liderləri və fəalları Səttar xan, Bağır xan, Mirzə Əli Siqqətülislam, Əli Müsyo, Heydər xan Əmioğlu, Məhəmmədəli Tərbiyət daima yığışar və hərəkatla bağlı qərarlar verirdilər.
Məşrutə hərəkatı
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Məşrutə inqilabı
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Məşrutə parkı
Məşrutə parkı — Təbrizdə Məşrutə bulvarında Mərkəzi Sərnişin Terminalının yanında yerləşən park. Məşrutə inqilabının şərəfinə adlandırılan bu parkda Səttar xanın heykəli qoyulub. == Haqqında == Təbrizdə yerləşən Məşrutə parkı 2009-cu ildə istifadəyə verilib. Park Məşrutə bulvarında Təbriz Mərkəzi Sərnişin Terminalının yanında yerləşir. Park Məşrutə inqilabına həsr olunduğu üçün burada Səttar xana heykəl qoyulub. Burada yaşıllıq salınıb və insanların istirahəti üçün şərait yaradılıb.
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. == Həyatı == Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Məşrutə dövrü mətbuat
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. == Məşrutə dövrü mətbuatı == 1905-1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "...doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Məşrutə dövrü mətbuatı

Məşrutə dövründə mətbuat

Məşrutə inqilabı (1905-1911)
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Məşrutə inqilabı (1905–1911)

Təcrübə
Təcrübə (Təcrübəyə əsaslanan bilik və ya təcrübi bilik) - Epistemologiyanın əsas anlayışlarından biri, bir anda və ya uzun müddət ərzində müşahidə, praktiki fəaliyyət və ya hər hansı bir təəssürat nəticəsində qazanılmış bilik və bacarıqlar toplusu. Bilikdən fərqli olaraq abstrakt düşüncə yolu ilə əldə edilə bilməz. Lakin burada düşüncənin özü ilə bağlı əldə edilən təcrübə istisnadır. İnsan düşünərək, öz düşünmə tərzini, düşünmə sürətini və ya digər düşünməyə aid xüsusiyyətlərini dəyişdirə, inkişaf etdirə bilirsə, buna öz düşüncələrini müşahidə edərək nail olur. Deməli, bu yolla əldə edilmiş düşünmədəki dəyişikliklər də təcrübə yolu ilə əldə edilmiş hesab edilə bilər. Təcrübə - bilik və bacarıq, hissiyat və iradə kimi mövhümlərin birgəliyini ifadə etməklə, bəşəriyyətin bu mövhümlərin, sosial-mədəni irs kimi, nəsildən nəsilə ötürülməsinin sistematikliyini xarakterizə edir. Təcrübə anlayışı onu ya bilik mənbəyi hesab etməyən və ya varlığını tamamilə inkar edən empirizm və rasionalizmlə qızğın mübarizə mühitində aktiv inkişaf etmişdir. Təcrübə biliyi refleksiyaya tabe olmayan gizli bilikdən fərqli anlayışdır. == Fəlsəfə ənənəsində təcrübə anlayışı == === Aristotelə görə təcrübə === Aristotel hesab edirdi ki, təcrübənin insanlarda əmələ gəlməsinin səbəbi yaddaşdır. Aristotelə görə bir obyekt haqqında olan bir neçə fikir - bir təcrübə dərəcəsinə yüksəlir.
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (d. 9 mart 1965) — azərbaycanlı aktrisa == Həyatı == Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.
Pedaqoji təcrübə
Pedaqoji təcrübə – təlim-tərbiyə işi prosesində müəllimin qazandığı pedaqoji bilik, bacarıq və vərdişlər; müəllimin pedaqoji ustalığının əsası; pedaqoji elmi inkişaf etdirmək mənbələrindən biri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == ПЕДАГОГИЧЕСКИЙ ОПЫТ - это...
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.