Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məcusi
(Ərəbcə: مجوس, Farsca: مگوش, atəşpərəstin cəmi) Məcus, atəşpərəst dinində olan; atəşpərəst; oda sitayiş edən İran və Hindistan xalqından bir qisminin mənsub olduğu inanclardan biridir. Bu inancı qəbul edənlərə "Atəşpərəst", rahiblərinə də "Muz" deyilir. Hindistan və ətrafında məşhur olan Brahmanların bir şöbəsi olan atəşpərəstlər, atəşə, inəyə, timsaha tapınırlar. Bunlar e.ə. təxminən 551 illərində Zərdüşt (Zarathoustra) deyilən bir kimsənin qurduğu bir növ inanışa bağlıdırlar. Atəşpərəstlər ölülərini basdırmazlar, xüsusi qüllələrdə saxlayarlar və kərkəslərə yedirərlər. İranlılar, İbrahim əleyhissalamın bildirdiyi doğru dinə inanırdılar. Assurların bu ölkəyə hakim olmasından sonra, "Sabiilik" adı verilən etiqadlarını İranda yaymağa başladılar. Sabiilər, günəşi, ayı və ulduzları müqəddəs bir varlıq qəbul edib, müxtəlif bütlərə tapınırdılar. Tək Allaha inanmağı əmr edən ilahi dinin tamamilə unudulmasından sonra, İranlılar Sabiilik inancına bağlandılar.
Məclis
Məclis (ərəb. مجلس‎ — majlis, hərfi mənası "toplanma yeri") — bir sıra əsasən müsəlman ölkəsinin (İran, Azərbaycan) və xalqlarının (krım-tatarlar) səlahiyyətli qanunverici orqanı (parlamenti). "Məclis" sözü Azərbaycan dilində ərəbcə "toplanma yeri" mənasını verən "مجلس" sözündən götürülmüşdür. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə məhfil (مهفیل) adlandırılmışdır. Bu söz ərəbcə "toplanma" mənasını daşıyan "محفل" sözündən törəmişdir.
Məsudi
Məsudi (?-956; ərəb. أبو الحسن ، علي بن الحسين المسعودي‎) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır. Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış.
Efes Məclisi
Efes Məclisi aşağıdakı mənaları verə bilər: Birinci Efes Məclisi — 431-ci ildə təşkil edilmişdir. İkinci Efes Məclisi — 449-cu ildə təşkil edilmişdir. Üçüncü Efes Məclisi — 475-ci ildə təşkil edilmişdir.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Kilsə məclisi
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Musiqi məclisi
Müəssislər Məclisi
Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. 1960-cı ilin dekabrında Müəssislər Məclisinin statusu haqqında qanun qəbul edildi. Qanuna görə Müəssislər Məclisi Milli Birlik Komitəsinin (MBK) üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi. Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi. 6 yanvar 1960-cı ildə isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu.
Məcburi evlilik
Məcburi evlilik və ya məcburi nikah — tərəflərdən birinin və ya bir neçəsinin razılığı olmadan, yaxud onların iradəsinə zidd olaraq evlənməsi. Bir və ya hər ikisi sonradan öz iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilərsə, hər iki tərəf tam razılıqla girsə belə, nikah məcburi nikaha çevrilə bilər. Məcburi nikah, hər iki tərəfin həyat yoldaşı tapmaq və seçməkdə valideynlərinin və ya üçüncü tərəfin, məsələn, elçinin köməyinə razılıq verdiyi əvvəlcədən razılaşdırılmış nikahdan fərqlənir. Çox vaxt nikaha məcbur etmək üçün açıq fiziki zorakılıqdan tutmuş incə psixoloji təzyiqə qədər istifadə olunan məcburiyyət davamlılığı mövcuddur. Hazırda beynəlxalq rəy tərəfindən geniş şəkildə qınansa da, məcburi nikahlar hələ də dünyanın müxtəlif mədəniyyətlərində, xüsusən də Cənubi Asiya və Afrikanın bəzi yerlərində baş verir. Bəzi alimlər "məcburi evlilik" termininin istifadəsinə etiraz edirlər, çünki o, nikahın konsensual qanuniləşdirici dilini (məsələn, ər/arvad) tam əksi olan təcrübə üçün istifadə edir. “Məcburi evlilik” və “nikah köləliyi” də daxil olmaqla müxtəlif alternativ terminlər təklif edilmişdir. Birləşmiş Millətlər Təşkilatı məcburi nikahı insan hüquqlarının pozulmasının bir forması hesab edir, çünki bu, fərdlərin azadlığı və muxtariyyəti prinsipini pozur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilir ki, insanın həyat yoldaşı seçmək və sərbəst şəkildə nikaha daxil olmaq hüququ onun həyatı və ləyaqəti, bir insan kimi bərabərliyi üçün əsas yer tutur. Roma Katolik Kilsəsi, nikahın ləğvi üçün məcburi nikahı əsas hesab edir - nikahın etibarlı olması üçün hər iki tərəf sərbəst şəkildə razılıq verməlidir.
Məcburi köçkün
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
Məcburi köçkünlər
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
Məcburi rəqslər
Məcburi rəqslər dəyişən xarici qüvvənin təsirindən sistemdə yaranan yırğalanmadır. Bu rəqslərin növü həm xarici qüvvənin xarakterindən, həm də sistemin özünün xassələridən asılıdır. Sistemə periodik təsir edən xarici qüvvələrdə məcburi rəqslərin xarakteri vaxtdan asılı olaraq dəyişir (xüsusi halda məcburi rəqslər periodik deyillər), və müəyyən bir vaxt keçdikdə bu məcburi rəqslər dövri olaraq qərarlaşır (buna qərarlaşmış məcburi rəqslər də deyilir). Məcburi rəqslərin qərarlaşması yırğalanan sistemdə rəqslərin sönməsindən asılı olaraq baş verir. Xətti yırğalanan sistemlərdə xarici qüvvənin təsiri zamanı sistemdə eyni zamanda sərbəst rəqslər yaranır. Bu sərbəst rəqslərin amplitudaları məcburi rəqslərin amplitudala-rına bərabər, fazaları isə əks istiqamətli olurlar. Müəyyən bir vaxtdan sonra sərbəst rəqslər tədricən sönür ve sistemə yalnız qərarlaşmış rəqslər təsir edirlər. Sistemə təsir edən xarici qüvvənin amplitudası, məcburi rəqslərin söndürül-məsindən asılıdır. Əgər söndürmə aşağı olarsa, onda rəqslərin amplitudası təsir edən qüvvənin tezliyi ilə sistemin məxsusi tezliyi arasındakı nisbətdən asılı olaraq yaranır. Xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi tezliyinə yaxınlaşdıqca, məcburi rəqslərin amplitudası kəskin olaraq böyüyür və rezonans hali yaranır.
Məcburi sterilizasiya
Məcburi sterilizasiya şəxsin bioloji nəsilartırma qabiliyyətindən onun razılığı olmadan və tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan məhrum edilməsində ifadə olunur. Burada tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi onun hər hansı formada razılığı əsasında olmuş və bu razılıq aldatma formasında baş vermişdirsə, təbii ki, buna heç bir halda bəraət qazandırıla bilməz. Məcburi sterilizasiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 7-ci maddəsinin g) bəndində insanlıq əleyhinə cinayət kimi öz əksini tapmışdır. Statutun 8-ci maddəsində də məcburi sterilizasiyadan bəhs olunur, lakin insanlıq əleyhinə cinayət kimi yox, müharibə cinayəti kimi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 8-ci maddəsinin (2) a) bəndinin II variantında bioloji eksperimentlər də daxil olmaqla işgəncələr, yaxud qeyri-insani rəftar və 2-ci hissənin e) bəndinin VI variantında, o cümlədən 4 Cenevrə Konvensiyalarının konkret müddəalarının pozulması olan zorlama, seksual kölə kimi istifadə etmə, fahişəliyə məcburetmə, 7-ci maddənin 2 (1) bəndinə müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi sterilizasiya və bütün digər növ seksual zorakılıqlar müharibə cinayətləri kimi göstərilmişdir. Bu əməlin müharibə cinayəti kimi tövsif olunmasına əsas verən hallar BHH normalarının və Cenevrə Konvensiyalarının pozulmasıdır. Lakin burada məcburi sterilizasiya insanlıq əleyhinə cinayət kimi nəzərdən keçirilir. Odur ki, məcburi sterilizasiya həm müharibə dövründə, həm də dinc dövrdə genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi kimi mülki əhaliyə qarşı baş verdiyi halda insanlıq əleyhinə cinayət hesab olunur.
Məcburi yerdəyişmə
Məcburi yerdəyişmə, məcburi köç və ya məcburi miqrasiya — bir şəxsin və ya insanların öz evindən və ya doğma bölgəsindən kənara məcburi və ya zorakı formada köçməsi. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı "məcburi yerdəyişmə"yə belə tərif vermişdir: "təqib, münaqişə, ümumiləşdirilmiş zorakılıq və ya insan hüquqlarının pozulması nəticəsində yerdəyişmə". Məcburi yerdəyişmə Avropa miqrant böhranından bəri beynəlxalq müzakirələrdə və siyasətdə diqqəti cəlb edir. Bu, o vaxtdan məcburi miqrasiyanın Avropadan kənarda təsirə məruz qalmış bölgələrə təsirlərinin daha çox nəzərə alınması ilə nəticələnmişdir. Müxtəlif beynəlxalq, regional və yerli təşkilatlar məcburi miqrasiyanın qarşısını almaq və onun təsirini azaltmaq üçün əvvəlki yerli bölgələrdə, eləcə də qəbul və ya təyinat bölgələrində yanaşmalar hazırlayır və həyata keçirir. Bundan əlavə, insanların fəaliyyəti nəticəsində baş vermiş məcburi miqrasiya hadisələrinin baş verməsində iştirak edənlərin təqib edilməsi üçün sübutların toplanması üçün bəzi əməkdaşlıq səyləri göstərilir. 2022-ci ildə dünyada təqribən 100 milyon insan məcburi miqrant vəziyyətinə düşmüşdür, onların əksəriyyəti dünyanın cənub hissəsindəndir. Betts, Alexander: Forced Migration and Global Politics. Wiley-Blackwell. James, Paul.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Məcid Məcidi
Məcid Məcidi (17 aprel 1959, Tehran) — İran kinorejissoru. Məcid Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlar, bir də qırmızı balıqlardır. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. Ata (film, 1996) İlahi rəng “Sərçələrin nəğməsi” / “Avaze gonjeshk-ha”/ “The song of sparrows” (2008) “Cənnətin rəngi” / “Rang-e khoda”/ “The color of paradise” (1999) “Səma uşaqları” / “Bacheha-Ye aseman” / “Children of heaven” (1997) – Oskar mükafatına namizəd göstərilib “Söyüd ağacı” / “Beed-e majnoon” / “The willow tree” (2005) Yağış Məhəmməd: Allahın elçisi(2015) Majid Majidi'in resmi websitesi Arxivləşdirilib 2008-03-30 at the Wayback Machine "Cinema-Şərq". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 38.
Məclis parkı
Məclis parkı (türk. Meclis Parkı) — Ankaranın Çanqaya ilçəsində yerləşən ictimai park. Rəsmi adı Milli Suverenlik Parkı olsa da, Türkiyə Böyük Millət Məclisi ərazisinin ətrafını əhatələdiyinə görə məşhur olaraq bu şəkildə xatırlanmaqdadır. Ümumiyyətlə velosiped və skeytbordinq idman növlərindən istifadə olunan parkda fontan, amfiteatr və bir çox abidə və heykəllər mövcuddur. Məclis Parkı, 23 aprel 1986-cı ildə müxtəlif ölkələrdən olan uşaqların iştirakı ilə baş tutmuş Milli Suverenlik və Uşaqlar Günü ilə açılmışdır. Bu çərçivədə geniş bir tədbir təşkil edilmiş, konsertlər verilmişdir. Parkın landşaft tənzimləməsində istifadə olunan ağac və bitkilər açılışda iştirak edən ölkələr tərəfindən göndərilmişdir. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi tədbirlə keçmişdən bu günə qədər Ankaraya xidmət edən əhəmiyyətli insanların adına çox sayda ağac əkilmişdir. Adından əkilən ağac adları arasında məşhur botanik Hikmet Birand, dövrün maliyyə naziri və ODTÜ rektoru Mustafa Kamal Kurdaş, Memar Kəmaləddin bəy, Sedad Hakkı Eldem və Arif Hikmət Koyunoğlu kimi memarlar da vardır.
Məclisi-Fərəmuşan
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.
Məclisi-fəramuşan
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.
Məcrusə (Urmiya)
Məcrusə (fars. مجروسه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (19 ailə).
Məsudi Dövran
Məsudi Dövran - Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü. Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır. Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Neoseiulus ficusi
Neoseiulus ficusi (lat. Neoseiulus ficusi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Notabllar məclisi
Notabllar məclisi (fr. Assemblée des notables) — XIV–XVIII əsrlərdə Fransada xüsusi tipli məclis. Məclis dövlət işlərini, başlıca olaraq maliyyə və inzibati işləri müzakirə üçün kral tərəfindən çağırıldı, şəhərlərin ali dairələrinin ən görkəmli nümayəndələrindən ibarət olurdu. Notablların sonuncu məclisi 1788-ci ildə olmuşdur. John Hardman, Overture to Revolution: The 1787 Assembly of Notables and the Crisis of France's Old Regime. Oxford University Press, 2010 Vivian R. Gruder, The Notables and the Nation: The Political Schooling of the French, 1787–1788. Harvard University Press, 2008. Collins, James; The State in Early Modern France. New York: Cambridge University Press 1995. Mousnier, Roland; The Institutions of France under the Absolute Monarchy 1598–1789, Volume II: The Organs of State & Society.
Mequmi
Mequmi — Yaponiya qadın adı. Mequmi Oqava — keçmiş Yaponiya qadın futbolçusu. Mequmi Toriqoe — keçmiş Yaponiya qadın futbolçusu. Mequmi Sakata — keçmiş Yaponiya qadın futbolçusu. Mequmi Kamionobe — Yaponiya qadın futbolçusu. Mequmi Takase — Yaponiya qadın futbolçusu.
Tetüşi
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Faylın ölçüsi
Fındıqlı meşəsi
Fındıqlı Meşəsi — Güney Azərbaycanda meşə. Meşə bugünkü Ərdəbil ostanının Nəmin şəhristanında, Ərdəbil-Astara yolunda yerləşir.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Harenna meşəsi
Harenna meşəsi — Efiopiyanın cənub-şərqində, Oromiya regionunda, Bale dağlarında yerləşən meşə. Ölkədə qalmış azsaylı təbii meşələrdən biridir. == Təbiət tarixi == === Ekoregionlar === Bale dağlarında Afromontane ekozonasının dörd fərqli ekoregionu yerləşir: Şimal düzənlikləri Kolluq və ağaclıqlar Efiopiya dağ çəmənlik və ağaclıqları – Mərkəzi Sanetti platformasında, orta hündürlük 4000 metrdən yüksək. Efiopiya dağ meşələri === Flora və fauna === Harenna meşəsi yerli bitkilərinə, məməlilərinə, suda-quruda yaşayanlarına və quşlarına (endemik növlər daxil olmaqla) görə tanınır. Belə endemik növlərdən biri Maytenus harenensis ağacıdır. Ağacların kəsilməsi üzündən bu ağac Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən "həssas növ" kimi təyin olunmuşdur. Harenna meşəsi əvvəllər təhlükədə olan Lycaon pictus Afrika yabani iti növünün yaşayış arealına daxil idi. Mərkəzi Sanetti platforması nadir və təhlükədə olan Həbəşistan çaqqalının məskənidir.
Həyatın mənası
Fəlsəfi bir sual olan "Həyatın mənası nədir?" sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və "məna" sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: "Həyatın mənşəyi nədir?", "Kainatın və həyatın təbiəti nədir?", "Həyatı dəyərli edən nədir?", "İnsan həyatının məqsədi nədir?" Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, "həyatın mənası" problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. == Məşhur fikirlər == Bir çox insan müəyyən bir dövrdə özlərinə "həyatın mənası nədir?" sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar … gəlirlərin artması və sosial statusun yüksəldilməsi. … başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq … səni incidənləri yox etmək və ya pasifist olmağa çalışmaq … Yaşamaq … öz ailənizi və ya başqasının ailəsini qorumaq … güc qazanmaq və gücdən istifadə etmək … kitab və ya rəsm kimi sənət əsərlərini miras qoymaq/buraxmağa çalışmaq … fiziki, maddi və ya əqli azadlıq əldə etmək … məşhur olmaq … çox övladlı olmaq Hikmət və bilik … mütəmadi sual vermək və ya sual verməmək … hüdudlardan kənarları araşdırmağa çalışmaq … kiminsə səhvlərindən nəticələr çıxarmaq … daimi olaraq həyatın mənasını başa düşməyə və anlamağa çalışmaq … bir insanın baxış bucağını/dünyagörüşünü dəyişdirmək Əxlaqi … mərhəmət göstərmək … başqaları ilə və təbiətlə dinc şəraitdə yaşamaq … aşiq olmaq … aşiq etdirmək … fəzilətli olmağa çalışmaq … digər insanlara xidmət etmək … ədalət üçün çalışmaq Dini və mənəvi.
Kəmaləddin Mərəşi
Kəmaləddin ibn Qəvaməddin əl-Hüseyni əl-Mərəşi (Amul, Mazandaran ostanı – 1398) — XIV əsr İran dövlət adamı və şair. == Həyatı == Kəmaləddin ibn Mir Qəvaməddin Təbəristanın Amul şəhərində dünyaya gəlmişdi. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan atası Seyid Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Əmir Teymur o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir. Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Əmir Teymur Mərəşiyyə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: "Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!" Seyid Kəmaləddin soruşur: "Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?" Əmir Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: "Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!" . Seyid Kəmaləddin Mərəşi 1398-ci ildə Kaşqarda vəvat edib.
Kоmpyеn meşəsi
Lapiş meşəsi
Lapiş meşəsi (rum. Pădurea Lapiș) — Rumıniyanın şimal-qərbində yerləşən, BTMİ-də IV kateqoriya təbiət qoruğu. Sahəsi 430,40 hektar olan meşə Rumıniya Hökumətinin 2004-cü il 2115 saylı qərarı ilə təbii qorunan ərazi elan edilmişdir. Lapiş meşəsi daha böyük meşə qrupu olan qədim Codrii Silvaniei meşələrinin qalığıdır. == Biomüxtəliflik == === Flora === ==== Ağaclar ==== Yay palıdı (lat. Quercus robur), qayalıq palıdı (lat. Quercus petraea), ürəkvari cökə (lat. Tilia cordata), Quercus frainetto, adi göyrüş (lat. Fraxinus excelsior), Avstriya palıdı (lat. Quercus cerris), Avstriya şamı (lat.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır. Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir.
Manuşi Çxillar
Manuşi Çxillar (14 may 1997) — Hindistanlı model; 2017-ci ilin Dünya Gözəli == Həyatı == Manuşi Çxillar 14 may 1997-ci ildə Hindistanın Haryana ştatında həkim ailəsində anadan olmuşdur.
Mequmi Kamionobe
Mequmi Kamionobe (d. 15 mart 1986) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 34 oyun keçirib, 2 qol vurub.
Mequmi Oqava
Mequmi Oqava (18 mart 1980, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mequmi Sakata
Mequmi Sakata (d. 18 oktyabr 1971) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib.
Mequmi Takase
Mequmi Takase (d. 10 noyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 9 qol vurub.