Dərgahqulu bəy Məfruzlu-Otuziki
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı.
== Həyatı ==
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət etmişdi. Xan da ona öz obalarında xeyli torpaq sahəsi vermişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir.
== Ailəsi ==
Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Teymur bəy adlı oğulları vardı.
== Mənbə ==
Ənvər Çingizoğlu, Dərgahqulu ağa Məfruzlu-Otuzikinin törəməsi, "Soy" elmi-kütləvi dərgi, 2010, № 6, səh.20–26.