Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Məhəllə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Məqalə
Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri. Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Məhlə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Dəmirçihəsənli mahalı
Dəmirçihəsənli mahalı — Qarabağ xanlığının 25 mahalından biri. == Qısa bilgi == Sahəsi - Əhalisi — Dəmirçihəsənlilər Yaranması — 1752-ci il Mərkəzi— I Təklə obası Sərhədləri —Qərbdən Cavanşir-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Şirvan xanlığı, cənubdan Ərdəbil xanlığı. == Dəmirçihəsənli mahalının tarixi == Mahal 1752-ci ildə Gürcüstandan gələn Dəmirçihəsənli eli tərəfindən yaranıb. Dəmirçihəsənli mahalında xanlıq ləğv edilən dövrdə 8 kənddə cəmi 467 (335-ı-vergiödəyən, 138-i ödəməyən) ailə yaşayırdı və bütünlüklə azərbaycanlılardan ibarət idi. Bu mahal Əlimərdan bəy idarə edirdi. Mahalda buğda, arpa yetişdirilməsinə baxmayaraq, maldarlıq daha çox inkişaf etmişdi. Ən böyük kəndləri 134 ailənin yaşadığı Adıgözəl bəy və İmamqulu bəyin oymağı, 110 ailənin daxil olduğu Təklə oymağı idi. Xanlıq ləğv edilən dövrdə Küpara mahalında 6 kənddə cəmi 56 ailə yaşayırdı. Əhalinin əksəriyyəti xristianlar idi. Mahal məliyi Parsadan Qəqərək kəndində yaşayırdı.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. == Tarixi == Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.
Dəştivənd mahalı
Dəştivənd mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Uluf mahalı, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt mahalı, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi indiki Boradigah kəndindən Göytəpə çayına kimi uzanırdı. "Cəvahirnameyi-Lənkəran" əsərində Dəştivənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir. Talış xanlığındakı mahallardan ən böyüyü olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur. Dəştivənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar. Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Bu tarixi mahalın ərazisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayonları tərkibindədir.
Elmi məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Gərgər mahalı
Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahal. Maku mahalı, Mərənd mahalı və Qaradağ mahalı tərəfindən əhatə edilmişdir. Ələmdar və Gərgər bu mahalın ən böyük və ən tanınmış yerlərindən idi. Səfəvilər dövründən bu iki məntəqənin adları birlikdə qeyd olunub və bəzən mahal Ələmdar-Gərgər adıyla deyilib. İndi Ələmdar və Gərgər bir olublar və Hadişəhr adlanırlar. Bugün, Gərgər mahalı, Qaradağ mahalının bir qismiylə Culfa adlanır. == Hakimləri == Haciyə xanım Gərgəri Rəhim xan Sərtip Gərgəri == Mənbə == İrəc Əfşar.Əmin Ləşkərin xatirələri qəzeti. Əsatir nəşrləri,birinci çap,1999. (fars.) Xatirələr və Xətərlər. Yazıçı:Müxbirüssəltənə (fars.) Məhəmmədismail Rizvani və Fatimə Qaziha.
Gərmərud mahalı
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi == Tarixi == Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi 1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. == Əhalisi == Əhalisi Şəqaqilər == Tanınmış şəxsiyətləri == Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından == Coğrafiyası == Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərnibasar mahalı
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal.. Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq). 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli)) 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2.
Hövz mahalı
Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Mərdan bəy idi. == Əhalisi == Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı. == İqtisadiyyatı == Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Kabarda mahalı
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi. Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı.
Kolanı mahalı
Kolanı mahalı — Qarabağ xanlığının 25 mahalından biri. == Qısa bilgi == Sahəsi - Əhalisi — Kolanılar Yaranması — 1747-ci il Mərkəzi— Gərravənd obası Sərhədləri —Qərbdən Xaçın mahalı, şimaldan Qaraçorlu mahalı, şərqdən Çiləbörd mahalı, cənubdan Cavanşir mahalı. == Kolanı mahalının tarixi == Kolanı mahalı xanlıq dönəmində yaranıb. Tarixən Uşacıq kəndindən Tərtər çayı boyu, Göyçə sərhəddinə qədər uzanan ərazidə məskunlaşan kolanılar zaman-zaman gah Çuxur Səd, gah da Qarabağ bəylərbəyliyinə bağlı olmuşlar. Pənahəli xan Sarıcalı-Cavanşir bu camaatı birdəfəlik Qarabağa aid etdi. Kolanı başçılarından İman bəy Allahveys bəy oğlu Gərravənd ilk Qarabağ xanına xidmət etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin hakimiyyəti dönəmində tanınmış kolanı bəyləri: Əli bəy Sədir bəy oğlu Gərravənd, Qələndər bəy Sədir bəy oğlu Gərravənd, Lələ bəy Əmirxan bəy oğlu Gərravənd, Turab bəy Çıraq bəy oğlu Gərravənd, Teymurxan bəy Allahveys bəy oğlu Gərravənd, İsaxan bəy Allahveys bəy oğlu Gərravənd, Tanrıqulu bəy Umud bəy oğlu Gərravənd, Novruz bəy Umud bəy oğlu Gərravənd, Mirzə Həsən bəy Ata bəy oğlu Şıxavənd, Qəhrəman bəy Şərif bəy oğlu Şıxavənd, Bayraməli bəy Sırxavənd, Kazım bəy Papravənd və başqaları. Mehdiqulu xan Sarıcalı-Cavanşir Kolanı camaatına inanır, arxalanırdı. 1822-ci ildə İrana qaçarkən özü ilə Kolanı camaatından xeyli adam götürmüşdü. Qaçqınlıqda olarkən məsləhətləşdiyi ruhanilərin arasında Molla Əskər Vəli oğlu Sırxavənd-Kolanı və Molla Mustafa Mustafa oğlu Şıxavənd-Kolanı da vardı.
Körpübasar mahalı
Körpübasar mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Körpübasar mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Körpülü mahalında dağıdılmış kəndlərin siyahısı 1. Teymurxan Kolanısı, 2. Ağdamar, 3. Qaraqışlaq, 4. İnəkli, 5. Çobanı, 6. Arpahəvəsik, 7.
Küpara mahalı
Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi. Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu. == Mahalın tarixindən == Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.
Kürəkbasan mahalı
Kürəkbasan mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir. Onlardan biri də Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalıdır.
Lahıc mahalı
Lahıc mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi. == Əhalisi == 1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdu. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Dərələyəz mahalı
Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. == Tarixi == Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi. Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.
Dərəçiçək mahalı
Dərəçiçək mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. İrəvan xanlığının mahallarından birinin adı Osmanlı dönəmində Dərəçiçək nahiyəsi davamı olan Dərəçiçək mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Yeni Bəyazid qəzası təşkil olmuşdur. == Tarixi == Əlibəy dağının ətəyində qədim məntəqədir. 1728-ci ildən mə'lumdur. Kənd Dərəçiçək dərəsinin adı ilə adlanmışdır. 1946-cı ildə ermənicə Tsakadzor adlandırılmışdır. 1959-cu ildə Dərəçiçək rayonu Hrazdan rayonu adlandırılmışdır. 1930-cu ilə qədər Aşağı Axta kəndinin adı ilə Axta rayonu idi. == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında dağıdılmış kəndlərin siyahısı 1.
Dəstə mahalı
Dəstə mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Dəstə mahalı olmuşdur. Dəstə kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular.
Elat mahalı
Elat mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar. Mahalın hakimi Məmməd bəy Əmirsəliyev (19-cu əsrin birinci yarısı) idi. == Əhalisi == Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı. == İqtisadiyyatı == Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Gülüstan mahalı
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII–XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını "Xəmsə məlikləri" kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında "Qara Yüzbaşı", xristian türklər, yəni albanlar arasında isə "Qara Abov" adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medalları Həmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı == Maraqlı faktlar == Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Filds medalı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur. == Laureatlar == 1936 Lars Ahlfors Cessi Duqlas 1950 Loran Şvarts Atle Selberq 1954 Kunihiko Kodayra Jan-Pyer Serr 1958 Klaus Rot Rene Tom 1962 Lars Hörmander Con Milnor 1966 Maykl Atiya Pol Kohen Aleksandr Qrotendik Stiven Smeyl 1970 Alan Beyker Heysuke Hironaka Sergey Novikov Con Tompson 1974 Enriko Bombieri Devid Mamford 1978 Pyer Delin Çarlz Fefferman Qriqori Marqulis Daniel Kvillen 1982 Alen Konn Uilyam Törston Şin-Tan Yau 1986 Saymon Donaldson Qerd Faltinqs Maykl Fridman 1990 Vladimir Drinfeld Von Cons Siqefumi Mori Edvard Vitten 1994 Yefim Zelmanov Pyer-Lui Lions Jan Burqen Jan-Kristof Yokkoz 1998 Riçard Borçerds Timoti Qauers Maksim Kontseviç Körtis MakMullen 2002 Loran Lafforq Vladimir Voyevodski 2006 Andrey Okunkov Qriqori Perelman - Terens Tao Vendelin Verner 2010 Elon Lindenştrauss - Nqo Bao Tyau Stanislav Smirnov Sedrik Villani 2014 - Artus Avila - Mancul Bharqava Martin Hayrer - Məryəm Mirzəxani == Bəzi faktlar == 1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır. 1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər. 1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər. 1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur. 2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur.
Fərid Mehbalı
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..