Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlikzadə
Məlikzadə — soyad.
Fərhad Məlikzadə
Məlikzadə (Balakən)
Məlikzadə — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.
Məlikzadə (Şəbüstər)
Məlikzadə (fars. ملك زاده‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (219 ailə).
İsi Məlikzadə
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi rayonu – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirmiş, "60-cılar" nəslinin görkəmli nümayəndəsidir. İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdı. "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Çinarə Məlikzadə
Çinarə Məlikzadə (11 oktyabr 1990, Bakı) — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib. Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb. O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.
Fərxundə Məlikzadə cinayəti
Fərxundə Məlikzadə - 27 yaşlı əfqan qadın Fərxundənin Əfqanıstanın paytaxtı Kabul şəhərində linç edilərək öldürülməsi ilə nəticələnmiş cinayət hadisəsi. Hadisə 2015-ci ilin 19 mart tarixində baş vermişdir. 27 yaşlı qadın İslamın müqəddəs kitabı olan Quranı yandırmaqda və təhqir etməkdə günahlandırılır. Polis tərəfindən aparılan ilkin araşdırmlardan sonra qadın tərəfindən heç bir kitabın yandırılmadığı müəyyənləşmişdir. Fərxundə Məlikzadə cinayətinə görə Kabul şəhərində 49 nəfər məsuliyyətə cəlb olunub. Baş verən cinayət hadisəsi Əfqanıstanda qadın hüquqları məsələsini yenidən gündəmə gətirmiş və ölkə miqyasında Fərxundə Məlikzadə üçün mitinqlər təşkil edilmişdir. 2015-ci ilin may yayında Əfqanıstanda keçirilən məhkəmə prosesi nəticəsində Fərxundənin cinayətində günahlandırılan 4 nəfər edam edilmiş, 8 nəfər isə həbsxanaya göndərilmişdir. Cəzalandırılan şəxslərin hamısı kişidir. == Arxa plan == İlk öncə, Fərxundə dini müəllim işlədiyi Şahdu-Şəmşəyra məscidinin qarşısında məsciddə zinət əşyaları satan bir molla ilə bu barədə mübahisə etmiş və mübahisə zəminində molla onu “Qurani-Kərim” i yandırmaqda ittiham edərək izdihamı ətrafına toplamışdır. Gənc qadın onun yalan danışdığını sübut etmək üçün tez-tələsik Qurandan ayələr gətirərək müsəlman olduğunu sübuta yetirməyə çalışsa da, qaragüruh vəhşicəsinə onu damdan aşağı atmış, maşınla vurmuş, dəyənəklərlə döymüş və az deyilmiş kimi, məscid ətrafındakı daşlarla daş-qalaq etmişdir.
Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851-1917) — Azərbaycan xanəndəsi. Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.
Atababa Mədətzadə
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Taleh Məhərzadə
Əliabbas Mədətzadə
Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir. Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.
Məmikzadə Mustafa Əfəndi
Məmikzadə Mustafa Əfəndi (v. 1656) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. III Mehmed dönəminin alimlərindən Amasiyalı Mehmed Əfəndinin oğludur. Şeyxülislam Muid Əhməd Əfəndinin kürəkəni olaraq üləma təbəqəsində tanınmışdır. Təhsilini tamamladıqdan sonra müdərrisliyə başladı. 1622-ci ilin mayında Cəfər Çələbi, 1623-cü ilin avqustunda Nişançı Paşa-i Cədid, 1627-ci ilin mayında Rüstəm Paşa, 1629-cu ilin iyununda Xoca Xeyrəddin, 1633-cü ilin martında Ayşə Sultan mədrəsəsinə, 1634-cü ilin avqustunda Sahn-ı səman mədrəsəsinə, 1636-cı ilin yanvarında ikinci dəfə Ayşə Sultan mədrəsəsinə, 1640-cı ilin sentyabrında Qələndərxana mədrəsəsinə, 1641-ci ilin oktyabrında Süleymaniyyə mədrəsəsinə müdərris olaraq təyin olundu. 10 il davam edən təhsil həyatının ardından qazı olaraq çalışmağa başladı. İlk vəzifəsi isə 1643-cü ilin fevralında təyin olunduğu Qüds qazılığıdır. O dönəmlərdə Rumeli başqazısı olan qaynatası Muid Əhməd Əfəndi və sədrəzəmin də köməyilə 1644-cü ilin aprel ayında Misir qazısı seçilsə də, həmin ilin avqustunda vəzifədən alındı. 1646-cı ilin sentyabrında Qalata qazısı, 11 mart 1647 tarixində İstanbul qazısı seçildi və 20 noyabr tarixində bu vəzifəsindən alındı.