Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Məhəmməd Cəfər Miskin
Məhəmməd Cəfər Miskin (XIX əsr, Şəmkir) — XIX əsr Azərbaycan şairi və satirikçisi. Məhəmməd Cəfər Miskin Şəmkirdən idi. O, lirik şeirlərlə yanaşı, zadəganları, bəyləri və şah idarəçilərini ifşa etdiyi satirik əsərlər də yazmışdır. Miskin kəndlilərə vurduqları zərəri təsvir edərək rüşvətxor çar məmurlarını qınayırdı. Şair dini xarakterli müqayisələrdən də istifadə etmiş, burada məmurları İmam Hüseynin qatilinə bənzətmişdir. Ф. С. Касимзаде. Очерки по истории азербайджанской литературы XIX века. Баку: Азернешр. 1962.
Çiskin
Çiskin — narın yağışlı-dumanlı hava. Su damlaları kicik diametrli (0,05 mm-ə qədər) olur. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Erik Meskin
Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür. 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Meskin (Urmiya)
Meskin (fars. مسكين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 296 nəfər yaşayır (38 ailə).
Bərk məhlul
Bərk məhlul– müxtəlif elementlərin atomlarının ümumi kristallik qəfəsdə yerləşdiyi dəyişən tərkib fazaları. == Təsnifat == Nizamsız (atomların xaotik yerləşməsi ilə), tam və ya qismən nizamlı ola bilərlər. Eksperimental olaraq, nizamlılıq əsasən rentgen struktur analizi ilə müəyyən edilir. Bərk məhlul yaratma qabiliyyəti bütün kristallik bərk cisimlər üçün xarakterikdir. Bir çox hallarda bu dar konsentrasiya həddləri ilə məhdudlaşır, lakin davamlı bərk məhlullar sıralı sistemlər də məlumdur (məsələn, Cu-Au, Ti-Zr, GaAs-GaP). Əslində, təmiz hesab olunan bütün kristallik maddələr, çox az tərkibli qarışığı olan bərk məhlullardır. Üç növ bərk məhlul var: əvəzedilmiş bərk məhlullar; daxil edilmiş bərk məhlullar; çıxarılmış bərk məhlullar. Yum-Rozerinin yarıempirik qaydalarına əsasən, əvəzedilmiş bərk məhlulların davamlı sırası metallik sistemlərdə ancaq o elementlərlə yaradılır ki, onlar birincisi, ölçülərinə görə bir-birinə yaxın olan atom radiuslarına malikdirlər (15%-dən çox fərqli olmamaq şərtilə) və ikincisi, gərginliyin elektrokimyəvi sırasında bir-birindən çox uzaq yerləşmirlər. Bu zaman elementlər eyni tip kristallik qəfəsə malik olmalıdırlar. Yarımkeçirici və dielektrik əsaslı bərk məhlullarda, daha "boş" kristallik qəfəslər sayəsində əvəzedilmiş bərk məhlulların yaranması atom radiuslarının böyük fərqi zamanı da mümkündür.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Sərt diskin məhsuldarlığı
Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 — IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 — IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 — Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 — IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 — Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987–3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 — IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998–25 GB-lıq disklər bazara çıxdı.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Piyer Mişein
Piyer Françoiz Andre Mişein(Fransızca tələffüz: [pjɛʁ fʁɑ̃swa ɑ̃dʁe meʃɛ̃];16 Avqust 1744 – 20 Sentyabr 1804)— səma obyektlərinin və kometlərin öyrənilməsinə böyük töhfələr vermiş Fransız astronomu və mərz çəkəni Piyer Mişein Laonda tavan dizayneri və suvaqçı Piyer François Mişein və Mariya-Marqarita Rozanın oğlu olaraq anadan olub. Riyaziyyat və Fizikaya yüksək istedadı olmasına baxmayaraq o imkansızlıq səbəbindən təhsilini davam edə bilmir. Buna baxmayaraq onun Astronomiya sahəsinə olan istedadı dostu və ikinci kitabının sınaq oxucusu olduğu Jerom Laland tərəfindən aşkar olunur. Laland daha sonra Onu Versaldakı Xəritələr və Diaqramlar Dəniz Deposunda hidroqraf köməkçisi vəzifəsində çalışmasını təmin edir, burada O, 1770-ci illərdə hidroqrafik iş və sahil xəttinin tədqiqi ilə məşğul olur. Məhz bu müddət ərzində (təxminən 1774-cü ildə) o, Çarlz Mesye ilə tanış olur və daha sonra onlar dost olurlar. Elə həmin il O, ilk astronomik işi olan Əldebaranın Ay tərəfindən örtülməsi məqaləsini hazırladı və Elimlər Akademiyasına təqdim etdi. 1777-ci ildə Versaldakı işindən tanıdığı Barbi-Terez Marjou ilə evləndi. Onların 1780-ci ildə doğulan Jerom ve 1784-ci ildə doğulam Avqustin adında iki oğulları ve bir kızları oldu. Piyer Mişein 1782-ci ildə Frana Elmlər Akademiyasına qəbul edilmiş və 1785-1792-ci illərdə "Connaissance des Temps" jurnalının redaktoru olmuşdur; Bu jurnal digər qabaqcıl işləri ilə yanaşı, həmdə ilk dəfə Messier obyektlərinin siyahısını dərc edən jurnal idi.1789-cu ildə O, London Kral Cəmiyyətinin üzvü seçildi .
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
İvan Şişkin
İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873). İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur. Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir . Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень.
Şişkin qovağı
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Pyer Mişein
Pyer Françoiz Andre Mişein(Fransızca tələffüz: [pjɛʁ fʁɑ̃swa ɑ̃dʁe meʃɛ̃];16 Avqust 1744 – 20 Sentyabr 1804)— səma obyektlərinin və kometlərin öyrənilməsinə böyük töhfələr vermiş Fransız astronomu və mərz çəkəni == Həyatı == Pyer Mişein Laonda tavan dizayneri və suvaqçı Piyer François Mişein və Mariya-Marqarita Rozanın oğlu olaraq anadan olub. Riyaziyyat və Fizikaya yüksək istedadı olmasına baxmayaraq o imkansızlıq səbəbindən təhsilini davam edə bilmir. Buna baxmayaraq onun Astronomiya sahəsinə olan istedadı dostu və ikinci kitabının sınaq oxucusu olduğu Jerom Laland tərəfindən aşkar olunur. Laland daha sonra Onu Versaldakı Xəritələr və Diaqramlar Dəniz Deposunda hidroqraf köməkçisi vəzifəsində çalışmasını təmin edir, burada O, 1770-ci illərdə hidroqrafik iş və sahil xəttinin tədqiqi ilə məşğul olur. Məhz bu müddət ərzində (təxminən 1774-cü ildə) o, Çarlz Mesye ilə tanış olur və daha sonra onlar dost olurlar. Elə həmin il O, ilk astronomik işi olan Əldebaranın Ay tərəfindən örtülməsi məqaləsini hazırladı və Elimlər Akademiyasına təqdim etdi. 1777-ci ildə Versaldakı işindən tanıdığı Barbi-Terez Marjou ilə evləndi. Onların 1780-ci ildə doğulan Jerom ve 1784-ci ildə doğulam Avqustin adında iki oğulları ve bir kızları oldu. Piyer Mişein 1782-ci ildə Frana Elmlər Akademiyasına qəbul edilmiş və 1785-1792-ci illərdə "Connaissance des Temps" jurnalının redaktoru olmuşdur; Bu jurnal digər qabaqcıl işləri ilə yanaşı, həm də ilk dəfə Messier obyektlərinin siyahısını dərc edən jurnal idi.1789-cu ildə O, London Kral Cəmiyyətinin üzvü seçildi .
Erskin
Erskin (ing. Erskine) — Şotlandiyada şəhər.
Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Milkis
Milkis — müxtəlif otlardan hazırlanmış şirin qazlaşdırılmış alqokolsuz içkidir. Milkis ilk dəfə 1915-ci ildə Cənubi Koreyada hazırlanmışdır. Tərkibi su, şəkər, fruktoza, karbon-dioksid (E290), quru süd, fosforit turşusu və limon turşusu (E330) ibarətdir. Milkisin 10 tərzdə dadı vardır. Tərkibinə A, C, D3 vitaminləri daxildir. Alüminium bankalarda 250 ml, plastik qablarda isə 0,5 və 1,5 litr həcmində istehsal edilir.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Miskincə
Miskincə- (Miskicka) (ləzgi dilində Məscid (Miski) + yeri (cka) deməkdir) ləzgi kəndidir, Dağıstanın Doqquzpara rayonunun ən böyük yaşayış məntəqəsidir. Burada 1000 təsərrüfat, 7500-dən çox əhali yaşayır. Miskincənin tarixi- müharibələr tarixi olduğu üçün Qacar xalqının tarixinə qəhrəmanlıq səhifələri yazmış Dadaş, Sübhan, Lələ və Qənbər kimi xalq sərkərdələrinin adları xatirələrdə qalıb, onlar vətənin azadlıq və müstəqilliyini qoruyub saxlayıblar. 738-ci ildə Dərbəndin ərəb döyüşçülər üçün əmək haqqı ödəmək haqda sərkərdə Mərvan İbn Mahmud Kuri və Miskincdən 14 min batman buğda və 40 min dirhəm aldı. 1409-cu ildə Miskincə məscidində onun yetirmələrindən biri tərəfindən böyük şair – Şərqin mütəfəkkiri Sədinin “Gülüstan” kitabının bir hissəsi ərəb dilinə köçürüldü. Tərkibində 8 minə yaxın əhalisi olan minə yaxın həyəti-ailəni birləşdirən böyük dağ mahalının inzibati mərkəzi olduğu zaman Miskincə kəndinin 1800-cü il maraqlı statik məlumatı. Bu Qacar elinin böyük icması idi. Kəndin özü icma daxili tabeçiliyi olan 7 yaşayış məntəqəsi (qazmalar) xüsusi müdafiə- təsərrüfat funksiyalarını yerinə yetirirdi. XIX əsrin ortalarında Miskinclilər Qafqazda Rus dövlətinin maraqlarını təmin edən müharibələrdə fəal iştirak ediblər. Bu müharibələrdə Miskinclilər böyük qurbanlar (insan itkiləri) verib və ona qədər döyüş qardaşlığı sədaqəti nümunəsi nümayiş etdiriblər.
Miskinli
Miskinli — Təxəllüs. Miskinli Vəli — Azərbaycan aşığı. Fəzail Miskinli — Azərbaycan aşığı. Miskinli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd (əvvəlki adı "Rüstəm Əliyev"). Miskinli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 186 nəfərdir. Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
İlon Maskın filmoqrafiyası
İlon Mask filmlərdə və teleşoularda öz adından çox sayda kameo görüntülərdə yer almış amerikalı biznesmen və investor. Bunların arasında "Dəmir adam 2", "Simsonlar", "Cənubi Park", "Böyük partlayış nəzəriyyəsi" və "Rik və Morti" misal göstərilə bilər. Həmçinin bir çox sənədli filmdə rol almışdır.
Mitski
Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxıb. Bu albomları ilk olaraq o, Purchase-də tələbə layihəsi kimi hazırlamışdı. Mitski məzun olduqdan sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır. Mitski bunun ardınca 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağladı və "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını yayımladı. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb. Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərildi. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü gördü. Mitski Leykok 27 sentyabr 1990-cı ildə Yaponiyanın Mie prefekturasında ağ amerikalı ata və yapon anadan dünyaya gəlib. Onun ana dili yapon dili olub.
Məskən
Məskən – (Mestoobitaniye) – fərdin, populyasiyanın və ya növün yaşadığı yer və şəraiti mühit. Heyvanların məskəni bir neçə stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün, yemləmək üçün, yayılması üçün). Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə (fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi – hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir), məcmusundan ibarətdir.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Fəzail Miskinli
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Aşıqlar Birliyinin və Yunus Emre kültür mərkəzinin (2000) üzvü. == Həyatı == Fəzail Orucov 12 mart 1976-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində qulluqçu ailəsində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən "Gədəbəyin yazı – aşığın sazı" adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinin teatr-rejissorluğu ixtisasına daxil olmuşdur. 1997-ci ildə universitetin bakalavr pilləsini bitirib, teatrşünaslıq ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 1999-cu ildə magistraturanı bitirib, teatrşünaslıq ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 2000-ci ildən etibarən Yunus Emre kültür mərkəzinin üzvüdür. Xarici ölkələrdə Almaniyada, Fransada, İspaniyada, Malayziyada, Özbəkistanda, İranda, Çində, Qazaxıstanda, Macarıstanda, Maltada, Belarusiyada, Qırğızıstanda, Rusiyada, Bosniyada, Azərbaycan aşıq musiqisini təmsil etmişdir. == Elmi-pedaqoji fəaliyyəti == 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda AMEA Folklor İnstitutunda laborant, elmi işçi vəzifələrində çalışmışdır.
İlon Maskın Tesla Roadster-i
İlon Maskın Tesla Roadster-i 2018-ci ilin fevral ayında Falcon Heavy test uçuşu üçün saxta yük olaraq istifadə olunan elektrikli idman avtomobilidir. Avtomobilin sürücü oturacağında kosmik geyimli model olan "Starman" oturub. Avtomobil hal-hazırda kosmosdadır.
Meşkan
Meşkan — İranın Fars ostanının Neyriz şəhristanının Poştkuh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,630 nəfər və 1,196 ailədən ibarət idi.