Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liza menada
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Liza menada borealis
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Minacat
Minacat — Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəvi və qəsidəyə yaxınlığı ilə səciyyələnir. Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır. Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.
Monada
Monada (yun. μονάς; mənası – vahid) — ən sadə, bölünməz vəhdəti bildirən fəlsəfi termin. Pifaqorun, Kuzanlı Nikolayın, C. Brunonun və başqalarının əsərlərində rast gəlinir. Qotfrid Leybnitsin idealist fəlsəfəsində, aləmin əsasını təşkil edən müstəqil mənəvi mahiyyətləri bildirən əsas anlayışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hemenway, Priya. Divine Proportion: Phi In Art, Nature, and Science. Sterling Publishing Company Inc., 2005, p. 56. ISBN 1-4027-3522-7 Sandywell, Barry. Presocratic Reflexivity: The Construction of Philosophical Discourse C. 600-450 BC. Routledge, 1996.
Monasa
Monasa (lat. Monasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinə aid heyvan cinsi.
Mənucan
Mənucan — İranın Kirman ostanının şəhərlərindən və Mənucan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,110 nəfər və 2,501 ailədən ibarət idi.
Mərağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Alnıqara monasa
Alnıqara monasa (lat. Monasa nigrifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü. Bu quşlara Boliviya, Braziliya, Kolumbiya, Ekvador və Perunun amazon meşələrində, eləcə də Braziliyanın cənub-şərqində rast gəlinir. Onların təbii şəkildə yaşadıqları yerlər subtropik və tropik rütubətli düzənlik meşələri, subtropik və tropik bataqlıqlar və nəzərə çarpacaq dərəcədə qırılmış meşələrdir.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Həyatın mənası
Fəlsəfi bir sual olan “Həyatın mənası nədir?” sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və “məna” sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: “Həyatın mənşəyi nədir?”, “Kainatın və həyatın təbiəti nədir?”, “Həyatı dəyərli edən nədir?”, “İnsan həyatının məqsədi nədir?” Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, “həyatın mənası” problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. == Məşhur fikirlər == Bir çox insan müəyyən bir dövrdə özlərinə “həyatın mənası nədir?” sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar ... gəlirlərin artması və sosial statusun yüksəldilməsi. ... başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq ...
Kəlaca (Üskü)
Kəlaca (fars. كله جاه‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,922 nəfər yaşayır.
Manaba Maqamedova
Manaba Ömərovna Maqomedova (5 noyabr 1928, Kubaçi[d], Dağıstan MSSR, RSFSR, SSRİ – 10 mart 2013, Mahaçqala, Dağıstan, Rusiya) — məşhur metalişləmə rəssamı. SSRİ (1960) və Rusiya Rəssamlar İttifaqının üzvü, Dağıstan xalq artisti (1978), Rusiya Federasiyasının əməkdar artisti (2003) olub. Uzun illər Tbilisidə yaşayıb və çalışıb. Tbilisi şəhərinin fəxri vətəndaşıdır (2010). Milliyyətcə dargidir. Rəssamın yaradıcılığına heyran olan Rəsul Həmzətov onun haqqında: "Demək olar ki, uşaq əllərinin ağır metalı emal etdiyini təsəvvür etmək mümkün deyil. Yaratdığı əsərlərdə mükəmməl gözəllik haqqında poetik bir yuxu görürəm" deyərək şeirini ona həsr etmişdi. == Həyatı == Manaba Maqomedova irsi zərgər ailəsində anadan olub. O, 7 yaşına qədər nənəsinin yanında yaşamışdır. 1935-ci ildən başlayaraq Manaba Maqomedovanın həyatının çox hissəsi Tiflisdə keçmişdi və burada o, yaradıcı baxışlarının formalaşmasına təsir edən qədim gürcü mədəniyyəti ilə təmasda olmuşdu.
Manaba Maqomedova
Manaba Ömərovna Maqomedova (5 noyabr 1928, Kubaçi[d], Dağıstan MSSR, RSFSR, SSRİ – 10 mart 2013, Mahaçqala, Dağıstan, Rusiya) — məşhur metalişləmə rəssamı. SSRİ (1960) və Rusiya Rəssamlar İttifaqının üzvü, Dağıstan xalq artisti (1978), Rusiya Federasiyasının əməkdar artisti (2003) olub. Uzun illər Tbilisidə yaşayıb və çalışıb. Tbilisi şəhərinin fəxri vətəndaşıdır (2010). Milliyyətcə dargidir. Rəssamın yaradıcılığına heyran olan Rəsul Həmzətov onun haqqında: "Demək olar ki, uşaq əllərinin ağır metalı emal etdiyini təsəvvür etmək mümkün deyil. Yaratdığı əsərlərdə mükəmməl gözəllik haqqında poetik bir yuxu görürəm" deyərək şeirini ona həsr etmişdi. == Həyatı == Manaba Maqomedova irsi zərgər ailəsində anadan olub. O, 7 yaşına qədər nənəsinin yanında yaşamışdır. 1935-ci ildən başlayaraq Manaba Maqomedovanın həyatının çox hissəsi Tiflisdə keçmişdi və burada o, yaradıcı baxışlarının formalaşmasına təsir edən qədim gürcü mədəniyyəti ilə təmasda olmuşdu.
Manana Caparidze
Manana Sergeyevna Caparidze (gürc. მანანა ჯაფარიძე) və ya sadəcə Manana — gürcü əsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. Anasının nənəsi azərbaycanlı olmuşdur. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib. 1995–2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. 1998-ci ilin axırında Manana Bakıya gəlib.
Monasa atra
Monasa atra (lat. Monasa atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Monasa flavirostris
Monasa flavirostris (lat. Monasa flavirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Monasa morphoeus
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Monasa nigrifrons
Alnıqara monasa (lat. Monasa nigrifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü. Bu quşlara Boliviya, Braziliya, Kolumbiya, Ekvador və Perunun amazon meşələrində, eləcə də Braziliyanın cənub-şərqində rast gəlinir. Onların təbii şəkildə yaşadıqları yerlər subtropik və tropik rütubətli düzənlik meşələri, subtropik və tropik bataqlıqlar və nəzərə çarpacaq dərəcədə qırılmış meşələrdir.
Mənucan şəhristanı
Mənucan şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mənucan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63,270 nəfər və 13,361 ailədən ibarət idi.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Mənc
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Mənc bəxşində şəhər və bu bəxşin mərkəzi.Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Sonqo-Mnara
Sonqo-Mnara — Tanzaniyanın cənubundakı Suahili sahilində yerləşən şəhər dağıntıları. Daş şəhərdə 14–16-cı əsrlərə qədər məskunlaşılmışdır. Sonqo-Mnara yaxınlıqdakı daş şəhər Kilva-Kisivani ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ümumilikdə, arxeoloqlar adada üç divarla əhatəli açıq sahə ilə birlikdə altı məscid, dörd qəbiristanlıq və bir çox ev bloku aşkarlamışlar. Sonqo-Mnara kobud mərcan daşları və tikinti qarışığı ilə tikilmişdir. Bu daş şəhər Hind okeanındakı bir çox ticarət şəhərlərindən biri olaraq inşa edilmişdir. == Suahili şəhərlərinin planı == Arxeoloqlar Suahili sahilindəki daş şəhərlərin düzülüşünü, İslam mədəniyyətindəki rolunu, xüsusi qəsəbələrin funksiyalarını və torpaq mülkiyyətinin mürəkkəb iqtisadi və ritual prosesini başa düşmək üçün əsasən məscidlərin və evlərin əlaqələrinə diqqət edərək təhlil edir.Şəhərlərdə açıq yerlər həm ictimai qurumlar, həm də funksional məqsədlər üçün istifadə olunurdu. Qəbiristanlıqlar şəhər divarlarının həm daxilində, həm də xaricində tapılmışdır. Sonqo-Mnaranın təşkili, divarlarının bənzərsiz bir xüsusiyyətə sahib olmasına baxmayaraq, Suahili sahili boyunca yerləşən daş şəhərlər üçün tipikdir. == Qazıntılar == Qazıntılar arxeoloqlara Sonqo-Manaranın məişətinin daha yaxşı anlamağa kömək etdi.
Əl-Məlca
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir.
Medica
Medicago (lat. Medicago) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Crimaea Vassilcz. Factorovskya Eig Kamiella Vassilcz. Lupulina Noulet Medica Mill. Pseudomelissitus Ovcz. et al. Radiata Medik. Rhodusia Vassilcz. Turukhania Vassilcz.
Menalay
Menelay — Mikena kralı Aqamemnonun qardaşı və Helenin əri. Sparta şahzadəsi Helenlə evləndi və Helenin atasının istəyi ilə Sparta kralı oldu. Yaxşı bir döyüşçü olmağa layiq keyfiyyətlərə malik bir əsgər idi. Troya şahzadəsi Paris Heleni qaçırır. Əlbəttə Helen də buna etməyə razıdır. Menelay dəli olur və qardaşından kömək istəyir. Qardaşı bütün Yunan şəhər-dövlətlərini əvvəlcədən bir hakimiyyət altında toplamağı bacarmışdı. Buna görə, Yunanıstanın hamısı Troya üzərinə müharibəyə getmişdi. Müharibədən sonra Menelay Heleni geri alır və Spartaya qayıdır. Onlar birlikdə yaşlanır və ölürlər.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Mentha
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması.Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər. Əsas odur ki, göstərici 98%-in göstərdiyindən çox olsun.
Menua
Menua — Şərqi Anadoluda Urartuların beşinci məşhur kralıdır. E.Ə. 810-cu ilə E.Ə. 786 illəri arasında hökmdarlıq etmişdir. Etdiyi fəthlərdən daha çox tikdirdiyi binalar və şəhərlər ilə ölkənin inkişafını təmin etdi və ölkənin rifahını artırdı.
Merac
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Akihiro İenaqa
Akihiro İenaqa (13 iyun 1986[…], Hyoqo prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Benaia Barabi
Benaia Barabi (ivr. ‏בניה ברבי‏‎; 4 aprel 1989, Tiberiya, İsrail şimal dairəsi) — İsrail müğənnisi, mahnı müəllifi, bəstəkar və musiqiçidir. Barabi bir çox tanınmış İsrail musiqiçiləri və sənətçiləri ilə əməkdaşlıq etmiş və Müəlliflər, Bəstəkarlar və Musiqi Cəmiyyəti tərəfindən 2019-cu il üçün "İlin kəşfi" elan edilmişdi.
Citrus medica
Sitron (lat. Citrus medica) == Təbii yayılması == Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır.İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır. 1956-cı ildə Naha şəhərinin meri seçilmiş, lakin bir neçə ay sonra ABŞ hökuməti tərəfindən vəzifəsindən azad edilmişdir.