Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərakeş
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir. Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır. Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir.
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Mərakeş Krallığı
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir. Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır. Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir.
Mərakeş bayrağı
Mərakeş bayrağı — Mərakeşin Dövlət bayrağı Mərakeş Krallığının dövlət bayrağı rəsmi olaraq, 1915-ci ilin noyabr ayının 17-də təsdiq edilib. Bayraqdakı qırmızı rəng Məkkə şəriflərinin rəngidir. Pentaqramma, yəni beşguşəli ulduz isə "Solomonun möhürü" olub, həyat və sağlamlıq simvolu hesab edilir. Ölçüsü 2:3 nisbətindədir.
Mərakeş burnu
Mərakeş burnu (Tarif burnu) — Avropanın ucqar cənub nöqtəsidir. Tarif şəhərinin cənub qutaracağında yerləşir. İspaniyanın Kadis vilayəti ərazisində yerləşir. Burun keçmiş Tarif adasında yerləşirdi, sonradan ada damba ilə materikə birləşdirilmişdir. Cəbəllütariq boğazında Atlantik okean və Aralıq dənizinin birləşdiyi nöqtədə yerləşir. Buradan Afrikaya ən qısa məsafə 14 km təşkil edir. Hazırda burun bütünlüklə ordunun nəzarətindədir. 1826-cı ildə burada mayak inşa edilmişdir. 710-cu ildə ərəb hərbi komandanı Tarif 500 əsgərlə birlikdə bölgəyə daxil oluraq qarətçiliklə məşğul olur. Geri qayıdarkən isə artıq varlı kimi dönür (Şəhərin və burunun digər adı onunla bağlıdır).
Mərakeş himni
Şerifiyən himni və ya Mərakeş himni (ərəb. النشيد الوطني المغربي‎‎) 1956-cı ildən ki, Mərakeş müstəqilliyini əldə etdi, himni idi. Sözlərinin müəllifi Əli Squəlli Hüseyni və bəstəkarı Leo Morqan dır.
Mərakeş mahmızcası
Mərakeş mahmızcası (lat. Linaria maroccana) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi dikduran olub hündürlüyü adətən 30-35 sm-ə olur. Bəzən hündürlüyü 2-4 sm uzunluqda yarpaqları ilə birlikdə 50 sm-ə qədər çata bilir. Dekorativ bitkidir. İyunun ortalarından sentyabra kimi çiçəkləyir. Toxumlarının uzunluğu 0,6-0,8 mm, eni isə 0,4-0,5 mm olur.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Azərbaycan–Mərakeş münasibətləri
Azərbaycan–Mərakeş münasibətləri — Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 25-də qurulmuşdur. Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== İqamətgahı Rabat şəhərində olmaqla Azərbaycan Respublikasının Mərakeş Kırallığında səfirliyi var. Hazırda Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyevdir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təyin edilmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahir Əsədov olmuşdur. 4 mart 2016-cı il tarixindən İmamverdi İsmayılov işçi qrupunun rəhbəridir.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Mərakeş–Suriya münasibətləri
Mərakeş—Suriya münasibətləri — Mərakeş və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr ortaq bir tarixə sahibdirlər: Roma İmperiyası tərəfindən müstəmləkə edilmiş və daha sonra ərəb istilalarına məruz qalmış, nəticədə Mərakeş və Suriya müsəlman dövlətləri olmuşlar. Bununla birlikdə Mərakeş müstəqil bir Ərəb-Bərbər krallığına çevrilir, Suriya isə Osmanlı İmperatorluğunun bir hissəsi olur. Ancaq sonra hər iki ölkə Fransa tərəfindən işğal edilir. Suriya 1946-cı ildə, Mərakeş isə 1956-cı ildə Fransadan müstəqilliklərini qazanır və bundan sonra ölkələr diplomatik münasibətlər qurur. Lakin sonradan, əhali arasında pan-ərəbçilik və İsrail əleyhinə düşüncə dalğası böyüdükcə, Suriya ölkədəki siyasi narahatlıqla qarşılaşır. 1963-cü ildə Qərb Dünyası ölkələrinin Mərakeş tərəfini tutduqları və Birləşmiş Ərəb Respublikasının Əlcəzairi dəstəklədiyi Əlcəzair-Mərakeş sərhəd qarşıdurması yaşanır. O vaxtdan bəri Suriyanın ölkənin Qərblə, xüsusən də ABŞ və İsrail ilə sıx əlaqələri səbəbi ilə Mərakeşə inamsızlıq göstərir. Bu səbəbdən ölkələr rasında məhdud iş birliyi müşahidə olunur. 1965-ci ildə Mərakeş Kralı II Həsən, Mossad və Şabak agentlərini gizli şəkildə Altı günlük müharibədəki döyüşlərdə və Suriyanın məğlub edilməsində mühüm rol oynayan Ərəb Birliyi liderlərinin Kasablanka toplantısına dəvət edir və bu da Mərakeş ilə münasibətləri daha da gərginləşdirir.
İkinci Mərakeş böhranı
İordaniya–Mərakeş münasibətləri
İordaniya—Mərakeş münasibətləri — Mərakeş və İordaniya arasında iki tərəfli diplomatik münasibətlər. İordaniyanın Rabatda, Mərakeşin isə Əmmanda diplomatik nümayəndəliyi vardır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər İkitərəfli münasibətlər yalnız ölkələr arasındakı yaxın sosial-iqtisadi əməkdaşlıqla deyil, həm də hakim krallıq sülalələri, Haşimilər və Alauitlər arasındakı güclü əlaqələrlə xarakterizə olunur. Bundan əlavə İordaniya və Mərakeş bölgədəki ən liberal monarxiya dövlətlərindən hesab olunur. İordaniya ilə Mərakeş arasında müasir ikitərəfli münasibətlər XIX əsrdə, hər iki ölkənin sırasıyla İngiltərə və Fransadan müstəqillik qazandıqdan sonra qurulur. 20-ci əsrdə hər iki krallıq daxili iğtişaşlar və xüsusən də pan-ərəb hərəkatları, zorla hökuməti devirmək cəhdləri ilə qarşılaşmışlar. Hər iki ölkənin hökumətlərinin İsrail ilə gizli ikitərəfli əlaqələri olduğu da təsbit edilmişdir. Bütün çətinliklərə baxmayaraq, əsrin ikinci yarısında İordaniya (Hüseyn ibn Talal) və Mərakeş (II Həsən) hökmdarları öz dövlətləri daxilində siyasi və sosial-iqtisadi vəziyyəti sabitləşdirməyi bacarmışlar. Məlumdur ki hər iki kral yaxın bir şəxsi münasibətlərə sahibdir və bu da kral ailələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək etmişdir]. Oğulları sırasıyla II Abdullah ibn Hüseyn və VI Məhəmməd, bu gün də hər iki ölkədə məşhur və populyar dövlət rəhbərləridirlər.
İordaniya—Mərakeş münasibətləri
İordaniya—Mərakeş münasibətləri — Mərakeş və İordaniya arasında iki tərəfli diplomatik münasibətlər. İordaniyanın Rabatda, Mərakeşin isə Əmmanda diplomatik nümayəndəliyi vardır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər İkitərəfli münasibətlər yalnız ölkələr arasındakı yaxın sosial-iqtisadi əməkdaşlıqla deyil, həm də hakim krallıq sülalələri, Haşimilər və Alauitlər arasındakı güclü əlaqələrlə xarakterizə olunur. Bundan əlavə İordaniya və Mərakeş bölgədəki ən liberal monarxiya dövlətlərindən hesab olunur. İordaniya ilə Mərakeş arasında müasir ikitərəfli münasibətlər XIX əsrdə, hər iki ölkənin sırasıyla İngiltərə və Fransadan müstəqillik qazandıqdan sonra qurulur. 20-ci əsrdə hər iki krallıq daxili iğtişaşlar və xüsusən də pan-ərəb hərəkatları, zorla hökuməti devirmək cəhdləri ilə qarşılaşmışlar. Hər iki ölkənin hökumətlərinin İsrail ilə gizli ikitərəfli əlaqələri olduğu da təsbit edilmişdir. Bütün çətinliklərə baxmayaraq, əsrin ikinci yarısında İordaniya (Hüseyn ibn Talal) və Mərakeş (II Həsən) hökmdarları öz dövlətləri daxilində siyasi və sosial-iqtisadi vəziyyəti sabitləşdirməyi bacarmışlar. Məlumdur ki hər iki kral yaxın bir şəxsi münasibətlərə sahibdir və bu da kral ailələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək etmişdir]. Oğulları sırasıyla II Abdullah ibn Hüseyn və VI Məhəmməd, bu gün də hər iki ölkədə məşhur və populyar dövlət rəhbərləridirlər.
Mərakeş Avroviziya Mahnı Müsabiqəsində
Mərakeş 1980-ci ildə Avroviziyada iştirak edib. Ölkə Avropa ölkəsi olmasa da, Avropa Yayım İttifaqının üzvü olduğu üçün müsabiqədə iştirak etmək hüququ vardır.
Mərakeş milli futbol komandası
Mərakeş milli futbol komandası — kişilər arasında beynəlxalq futbol yarışlarında Mərakeşi təmsil edir. FRMF kimi tanınan "Kral Mərakeş Futbol Federasiyası" tərəfindən idarə olunur. Komandanın rəngləri qırmızı və yaşıldır. "Atlas Lions" ləqəbli Mərakeş milli futbol komandası həm FİFA, həm də Afrika Futbol Konfederasiyasının (CAF) üzvüdür. Beynəlxalq səviyyədə Mərakeş 1976-cı ildə Afrika Millətlər Kubokunu, iki Afrika Millətlər Çempionatını və bir dəfə FİFA Ərəb Kubokunu qazandı. Onlar altı dəfə futbol üzrə dünya çempionatında iştirak ediblər. Onların ən yaxşı nəticəsi 1986-cı ildə, Dünya Kubokunda qrupda birinci olan ilk Afrika millisi olduğu vaxta təsadüf edir. Bununla belə, onlar sonda qrupda ikinci olan Qərbi Almaniyaya 1-0 hesabı ilə uduzurlar. Mərakeşin ev rəngləri ən çox qırmızı köynəklər, yaşıl şort və corablardır, uzaq rənglər ümumiyyətlə ağ və ya tamamilə yaşıl olur. Aşağıdakı 26 futbolçu 2022 FIFA Dünya Çempionatına çağırılıb.
Mərakeş-Safi zəlzələsi (2023)
Mərakeş-Safi zəlzələsi — 8 sentyabr 2023-cü ildə Mərakeşin Mərakeş-Safi bölgəsində baş vermiş Mww 6,8 bal gücündə zəlzələ. Zəlzələnin episentri Marrakeşdən 71,8 km cənub-qərbdə, Atlas dağlarında İqil şəhəri yaxınlığında yerləşib. Zəlzələ dağ silsiləsi altında az dərinlikdəki maillik qırılması nəticəsində baş vermişdir. Ən azı 2946 nəfərin öldüyü, 5600-dən artıq insanın yaralandığı məlumdur. Mərakeşdəki binalara və tarixi abidələrə ziyan dəyib. Zəlzələ İspaniya, Portuqaliya və Əlcəzairdə də hiss olunub.
Mərakeş 2018 Qış Olimpiya Oyunlarında
Mərakeş 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Mərakeş «A» kateqoriyası üzrə 1 kişi idmançı ilə təmsil olunacaqdır. Ölkəni təmsil etmək hüququ məxsusdur Adam Lamhemidiyə məxsusdur. Kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əsasən Mərakeş «B» kateqoriyası üzrə kişilərin 15 km-lik yürüşündə iştirak hüququ əldə etmişdir.
2011-ci il Mərakeş iğtişaşları
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır. Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir. Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mübarizənin aparılmasını və siyasi islahatlar tələb ediblər. Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir.
Mərakeş FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Mərakeş klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Mərakeş 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Mərakeş — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Mərakeş Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu və 1 qızıl medala sahibi oldu.
Mərakeşdə təhsil
Mərakeşdə təhsil Mərakeşdə ali təhsil müddəti üç ildir. 14 dövlət və özəl ali məktəbi vardır. Əsas ali məktəblər: V Məhəmməd Universiteti. Ölkənin ən nüfuzlu ali məktəbidir. Fəs şəhərində Karaouine Universiteti. Regionda ən qədim universitetdir, islam tədqiqatları ilə məşhurdur. İfran şəhərində Al – Akhawayn Universiteti. 1993-cü ildə kral II Həsən və Səudiyyə Ərəbistanı kralı Fəth tərəfindən yaradılıb. Amerika proqramı ilə işləyir.
Mərakeşlilər
Mərakeşlilər (ərəb. المغاربة‎) Şimali Afrikada yerləşən Mərakeşdə yaşayan, tarixdə Berberlər və Ərəblərlə qohum olan xalqdır. Mərakeşlilərin çox hissəsi Mərakeş krallığında yaşayır.
Sərkeş
Sərkeş (Culfa)
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Cəfakeş Eduard
Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir. == Ölümü == 18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir.
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…], Eymsbüttel[d], Hamburq, Qərbi Almaniya) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Merke
Merke — Qazaxıstanın Cambul vilayətinin Merke rayonunda kənd.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.