MƏRKƏZ

i. centre; ağırlıq ~i centre of gravity; fırlanma ~ i centre of rotation; ticarət ~i centre of trade; mədəniyyət ~i cultural centre; ölkənin / şəhərin ~ də in the centre / heart of country / town; cazibə ~i centre of attraction; diqqət ~ ində olmaq to be* in the centre of attention; to be* in the spotlight, to be* in the limelight

MƏRİFƏTSİZLİK
MƏRKƏZÇİ
OBASTAN VİKİ
Elmi Mərkəz (1975)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarının elmi fəaliyyətinə həsr olunmuşdur.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Mərkəz, Çekmeköy
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Mərkəz (qəzet)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Mərkəz Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Gizli Mərkəz
Gizli Mərkəz (farsca:مرکز غیبی) — 1906-cı ilin oktyabrında Təbrizdə yaradılmış inqilabi təşkilat. Mərkəzi Təbriz şəhərində yerləşən və əsasən İran azərbaycanlılarının cəmləşdiyi bu təşkilat İran məşrutə inqilabında mühüm rol oynamışdır. Gizli Mərkəz Sosial Demokrat Partiyası ilə yaxın əlaqələrə malik idi. == Fəaliyyəti == Sosial Demokrat Partiyası və ya digər adı ilə İctimaiyyun-Amiyyun Təbrizdə gizli əlaqələrə malik idilər. Onların Bakıdan olan 3 üzvü - Məşədi İsmayıl, məşədi Məhəmmədəli xan və Hacı xan - 1906-cı ilin oktyabrında yerli tacirlərin yardımı ilə təşkilatın ilk qolunun əsasını qoyurlar. Bu əsası qoyulan qrupa əsasən Gizli Mərkəz deyə müraciət edilirmiş. Tiflisdəki hümmətçilərlə yaxın əlaqələrə malik olan Azərbaycanlı radikal tacir olan Əli Müsyo bu qrupun rəhbəri kimi fəaliyyət göstərirdi. Yaradılmasından demək olar ki, dərhal sonra Gizli Mərkəz özünün silahlı mücahid dəstələrini formalaşdırmağa başladı. Bu mərkəzin yayın orqanı olan Mücahid Təbrizdə 1907-ci ilin sentyabrından yayımlanmağa başladı. Bu qəzet növbəti aylardan Rəştdə də yayımlandı və tədricən Gizli Mərkəz sayəsində İctimaiyyun-Amiyyunun təsiri bütün şimal vilayətlərinə yayıldı.
Edinburq mərkəz məscidi
Edinburq mərkəz məscidi (ing. Edinburgh Central Mosque) — Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşən məscid. Məscid şəhərin mərkəzi hissəsində, Edinburq Universitetinin yaxınlığında yerləşir. Tikilini və ərazisinə daxil olan İslam Mərkəzinin memarı Vasil Əl-Bəyatidir. Altı il davam edən tikinti işləri 1998-ci ildə yekunlaşmış və toplamda 3.5 milyon funt sterlinqə başa gəlmişdir. Edinburq mərkəzi məscidi ənənəvi İslam memarlığı formasında inşa olunsa da, məsciddə şotland memarlığının ornamentlərindən də istifadə olunmuşdur. İbadət evinin daxilində daha çox adamın dua edə bilməsi üçün az sayda əşyadan istifadə edilmişdir. Qadınlar üçün xüsusi ibadətxana mövcuddur.
Mərkəz (Azərbaycan qəzeti)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (qəzet, Azərbaycan)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Mərkəz bölgəsi (Malavi)
Mərkəz bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri.. Mərkəz bölgəsinin sahahəsinə görə ölkənin bölgələri arasında birinci, əhalisinə görə isə ikinci yerdədir. Bölgə qərbdə Zambiya və Mozambik, şimalda Şimal bölgəsi, şərqdə Malavi Gölü, cənubda isə Mozambik və Cənub bölgəsi ilə qonşudur. Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Lilonqvedir. Mərkəz bölgəsinin rayonlarıː Kasunqu mahalı Nxotakota mahalı Ntçisi mahalı Dova mahalı Mçini mahalı Lilonqve mahalı Salima mahalı Dedza mahalı Ntçeu mahalı Bölgə 2008-ci ilin məlumatlarına görə 5,491,034 nəfər yaşayır. Bu rəqəm Malavinin %42-ni əhatə edir.
Mərkəz bölgəsi (Uqanda)
Mərkəz bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 37 489 km² . Əhalisinin sayı - 6 683 887 nəfər (2002-ci il) İnzibati mərkəzi ölkənin paytaxtı - Kampala şəhəri. 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 16 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Mərkəz bölgəsinə 24 ərazi vahidi o cümlədən ölkənin paytaxtı Kampala şəhəri daxil idi. 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Mərkəz dairəsi (İsrail)
Mərkəzi dairə (ivr. ‏מחוז המרכז‏‎, mexoz-a-merkaz) — İsrailin əsas yeddi inzibati ərazi vahidindən biri. Şaron vilayətinin böyük bir hissəsini əhatə edir. İnzibati mərkəzi — Ramle, ən iri şəhəri — Rişon-le-Tsion. Sahəsi — 1 293 km². İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairənin əhalisi 1 854 900 nəfər olub, bunlardan: Yəhudilər — 1 630 700 nəf. (88 %) ərəblər — 152 000 nəf. (8 %) Digəriləri — 72 200 nəf.
Mərkəz sağ siyasət
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Dünya Ticarət Mərkəzi
Dünya Ticarət Mərkəzi aşağıdakılara istinad edə bilər:
Dünya Ticarət Mərkəzi (1973-2001)
Dünya Ticarət Mərkəzi (İngilis dili: World Trade Center) - ABŞ-nin Nyu-York şəhərində Manhetten səmtində yerləşən və 11 sentyabr 2001-ci ildə terror hücumlarında məruz qalaraq dağıdılan ticarət mərkəzi. Əkiz Qüllələr olaraq adlandırılan mərkəzin inşasına 1960-cı ildə başlanmışdır. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi 1973-cü ildə inşa edildikdən sonra Manhattanın çöhrəsini dəyişdirən Dünyanın ən yüksək əkiz qüllələri oldu. Qüllələrdən birinin 107 ci mərtəbəsində olan The Windows on the World adlı restorantı öz müştərilərinə axşam yeməklərində Nyu-York və Hudson çayını izləmə fürsətini verən dünyanın ən böyük restoranı idi. Qüllələr 11 sentyabr 2001-ci ildə terror hadisəsi nəticəsində dağıdıldı.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dünya maliyyə mərkəzləri
Dünya maliyyə mərkəzləri (ing. International financial centres) — beynəlxalq valyuta, kredit və maliyyə əməliyyatlarını, qiymətli kağızlarla, qızılla əməliyyatları həyata keçirən bankların və ixtisaslaşmış maliyyə institutlarının təmərküzləşmə mərkəzləri. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, maliyyə mərkəzləri üç kateqoriyaya bölünür: beynəlxalq maliyyə mərkəzləri: London, Nyu-York və Tokio; regional maliyyə mərkəzləri: Şanxay, Shenzhen, Frankfurt am Main, Sidney və Moskva; və Dəniz Maliyyə Mərkəzləri: Kayman Adaları, Dublin, Lüksemburq, Sürix, Sinqapur və Honq Konq. Birinci Dünya Müharibəsindən əvvəl London dominant maliyyə mərkəzi idi. Bu, Böyük Britaniyada kapitalizmin yüksək inkişaf səviyyəsi, onun digər ölkələrlə güclü və geniş ticarət əlaqələri, funt sterlinqin nisbətən sabitliyi və ölkənin inkişaf etmiş kredit sistemi ilə bağlı idi. İkinci Dünya Müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-yə köçdü. 1960-cı illərdən etibarən ABŞ-nin dünya maliyyə mərkəzi kimi inhisar mövqeyi zəiflədi, çünki yeni mərkəzlər yarandı - Qərbi Avropada və Yaponiyada. Aİ ölkələri uzun müddətdir ki, öz maliyyə mərkəzlərini yaratmağa çalışırlar. 1999-cu ildə avronun dövriyyəyə buraxılması ilə Aİ bazarı ABŞ-dən sonra ikinci ən böyük fond bazarına çevrildi. Qiymətli kağızlar və törəmə alətlər (törəmə alətlər) eyni valyutada, avroda ifadə edildiyi üçün valyuta riski yoxdur.
Dünya İrsi Mərkəzi
UNESCO-nun baş qərargahı (ing. UNESCO Headquarters, fr. Maison de l'UNESCO) 1958-ci ilin 3 noyabrında Fransanın paytaxtı Paris şəhərində yerləşən Place de Fontenoy mərkəzində açılmışdır. Binaya giriş pulsuzdur. == Dizaynı == UNESCO-nun baş qərargahının binası üç memarın birgə əməyi nəticəsində ərsəyə gəlmişdir: Bernard Zerfus (Fransa), Marsel Broyer (Macarıstan) və Piyer Luiqi Nervi (İtaliya). == Quruluşu == İdarəetmənin yerləşdiyi əsas bina üçbucaqlı ulduz formasında olan yeddi mərtəbədən ibarətdir. Buraya daimi nümayəndə heyətləri və qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş “akkerdeon” adlanan bir bina və kubik bina da əlavə edilmişdir. == Fransa ilə əlaqələr == Binanın tikildiyi ərazi Fransa hökumətinin mülkiyyətindədir. 22 dekabr 1952-ci ildə imzalanan sərəncama əsasən onun UNESCO-nun sərəncamına verilməsi Xarici İşlər Nazirliyinə təyin edildi.
Dünyamın mərkəzi (film, 2016)
Dünyamın mərkəzi - Yakob M. Ervanın rejissorluğunda 2016-cı il romantik dram filmi. == Məzmun == 17 yaşındakı Fil yay düşərgəsindən qayıdaraq anası Qras və bacısı Dayan ilə birlikdə yaşadığı Visibleyə qayıdır. Filin ailəsini qəribə olaraq qəbul edən qəsəbənin digər sakinlərinin ailə ilə, demək olar ki, ünsiyyəti yoxdur ( Dayanın heyvanlarla danışdığı iddia olunur). Ancaq Fil üçün həmişə yaxşı tövsiyələri olan Tereza tez-tez onları ziyarətə gəlir. Fil anası ilə bacısı arasında nəyinsə dəyişdiyini və bir-birləri ilə danışmadıqlarını fərq edir. Fil yayın son günlərini yaxın dostu Kat ilə keçirdir. Məktəb başlayanda isə sinfə təzə oğlan - Nikolas gəlir. Tezliklə Fil ilə Nikolas arasında ehtiraslı sevgi başlayır. Amma Fil Nikolasın onun haqqında nə düşündüyünü dəqiqləşdirə bilmir. Sonrasında Katın Nikolasla Filə xəyanəti onu çox sarsıdır.
Dəvəyatağı (Çaroymaq-i Mərkəzi dehistanı)
Dəvəyatağı (fars. دوه ياتاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (24 ailə).
Elektron Hökumətin İnkişafı Mərkəzi
Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi. == Fəaliyyət istiqamətləri == Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur. == Layihələr == === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir.
Elektron Təhlükəsizlik Mərkəzi
Elektron Təhlükəsizlik Mərkəzi (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən dövlət orqanıdır. 5-ci hissəsinə əsasən yaradılmışdır. Mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyət istiqamətləri == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. == Maddi-texniki bazası == Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. == Beynəlxalq əlaqələri == "Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür. == Bağlanması == 2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. == İstinadlar == == Mənbə == “Təfəkkür” Universiteti haqqında == Xarici keçidlər == Sabiq rəsmi saytı Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti Arxivləşdirilib 2007-11-20 at the Wayback Machine "Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR “Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
Elmi mərkəz (film, 1975)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarının elmi fəaliyyətinə həsr olunmuşdur.
Elmi İnnovasiyalar Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) - Azərbaycan Respublikasının informasiya və innovasiya mərkəzidir. EİM-in fəaliyyətinin məqsədi - yeni bilik və texnologiyaların istifadəsi, mənimsənilməsi və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşması prosesində koordinasiya funksiyasını icra etmək, respublikada yerinə yetirilən elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin və regionların innovasiya inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, qabaqcıl texnologiyaların transferi, innovasiyalar haqqında məlumatın toplanması, bu sahədə məlumat bazasının yaradılması və ondan istifadənin təmin edilməsi. == Strukturu == Direktor Direktorun I müavini Tədris-təhsil mərkəzinin direktoru Sahə elmləri üzrə informasiya resurslarının formalaşması şöbəsi Humanitar və ictimai elmlər üzrə informasiya resurslarının formalaşması şöbəsi Təhlil və proqnoz şöbəsi İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin kommersiyalaşdırılması və texnologiyaların transferi şöbəsi Elmi redaksiya şöbəsi Doktorantura və kadr şöbəsi Texniki və proqram təminatı şöbəsi Beynəlxalq əlaqələr şöbəsi == Məlumat bazaları == ETTKİ aparılan təşkilatların məlumat bazası ETTKİ üzrə aktual məlumat bazası Elmi kadrlar üzrə məlumat bazası Elmi mövzuların axtarışını təmin edən açar sözlərinin tezaurusu İnnovasiya texnologiyaları bazası Müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası Azərbaycan elminin sitat indeksləri üzrə biblioqrafik baza == Nəşriyyat fəaliyyəti == «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.
Ermənistan Respublikası Mərkəzi Bankı
Ermənistan Respublikasının Mərkəzi Bankı (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) — Ermənistannın mərkəzi bank funkiysaını yerinə yetirən qurum. Ermənistan Respublikasında yeganə təsisçisi olan, hüquqi şəxs, bank tənzimlənməsi və bank nəzarəti orqanıdır. Mərkəzi bankiın əsasən hədəfi ölkədə qiymətlərin stabil qalmasını təmin etməkdir. Əsas vəzifələri Ermənistan Respublikasının bank sisteminin sabitliyinə, likvidliyinə, ödəmə qabiliyyətinə və normal fəaliyyətinə zəruri şəraitin yaradılması və səmərəli ödəniş-hesablaşma sisteminin təşkili və inkişafıdır. Mərkəzi Bank öz səlahiyyətlərini həyata keçirərkən icra hakimiyyətindən asılı deyildir. Mərkəzi Bankın sədri Mərkəzi Bankın ən yüksək vəzifəli şəxsidir. O, Ermənistan Respublikasının Prezidentiinin təklifi ilə altı il müddətinə Ermənistan parlamenti tərəfindən təyin edilir. Ermənistan Respublikasının Prezidenti tərəfindən Mərkəzi Bankın sədr müavinləri 6 il müddətinə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə beş il müddətinə təyin edilir. Ermənistan Respublikasının Mərkəzi Bankının sədri 2008-ci ilin iyun ayından — Artur Cavadyan.
Florensiya Milli Mərkəzi Kitabxanası
Gürcüstan Milli Əlyazmalar Mərkəzi
Gürcüstan Milli Əlyazmalar Mərkəzi (gürc. საქართველოს ხელნაწერთა ეროვნული ცენტრი; əvvəllər Əlyazmalar İnstitutu)- Gürcüstanın paytaxtı Tiflisdə yerləşən, qədim əlyazmaların, tarixi sənədlərin və görkəmli ictimai xadimlərin şəxsi arxivlərinin saxlanıldığı yer. Mərkəz 30 iyun 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiya əsasında yaradılıb. Mərkəzin təsisçisi və ilk direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlya Abuladze idi. Milli Əlyazmalar Mərkəzinin kolleksiyasına əlyazmalar, tarixi sənədlər, qədim çap olunmuş kitablar, nadir nəşrlər və müxtəlif ailə mirasları daxildir. Mərkəz elmi tədqiqatlar, sərgilər və bərpa işləri ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mərkəzdə və onunla birlikdə işləyən mütəxəssislər Mərkəzdəki materialların təsviri, sistemləşdirilməsi, tədqiqi və nəşri, habelə bu materialla əlaqəli məlumat bazasının yaradılması ilə məşğul olurlar. Mərkəz, həmçinin, zəngin akademik kitabxanaya malikdir və Korneli Kekelidze, İvane Cavaxişvili, İlya Abuladze, Niko Berdzenişvili, Elene Metreveli və Şalva Amiranaşvilinin xatirəsinə həsr olunmuş otaqları var. == Tarixi == Milli Əlyazmalar Mərkəzi 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiyaya əsaslanan "Gürcüstan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu" institutun ilk direktoru olmuş İlya Abuladzenin təşəbbüsü nəticəsində yaradılıb. 1962-ci ildə gürcü filoloqu və ədəbiyyat tarixçisi Korneli Kekelidzenin şərəfinə institutun adına "Kekelidze" sözü əlavə edildi.
Gənclərin İnkişaf və Karyera Mərkəzi
== Haqqında == Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. 14 aprel 2023-cü ildə isə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının iclasında “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri və bölmələrinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, qurumun strukturu optimallaşdırılıb. GİKM-in regional nümayəndəlikləri və bölmələri tərəfindən gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Qurumun fəaliyyəti vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir. == Sərəncam == Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 01 oktyabr 2019-cu il Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Gəncə Regional Elmi Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi — Azərbaycan Gəncə şəhərində elmi tədqiqat müəssisəsi. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi Akademiyanın Rəyasət Heyətinin 06 oktyabr 1981-si il tarixli (Protokol ı35) qərarı ilə Qərb bölgəsində elmi tədqiqatların koordinasiyası məqsədilə yaradılmışdır. Mərkəzə Fuad Əliyev 1983-cü ildən 2012-ci ilədək rəhbərlik etmişdir. Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Heydər Əliyev Konqres Mərkəzi
Heydər Əliyev Konqres Mərkəzi - Qəbələ şəhərində, Qaraçay çayının sahilində layihələr və qlobal qərarların verildiyi görüşlərin keçirilməsi üçün fəaliyyət göstərən konqres mərkəzi. Ərazisinin ümumi sahəsi 8,5 hektar olan mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Üç mərtəbədən ibarət olan bina 4,2 metr dərinliyində zirzəmiyə sahibdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. == Tarixi == Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərinin mərkəzindən 4 km aralıda inşa edilmişdir. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyul ayında yekunlaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust, 2013-cü il tarixində, Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.
Heydər Əliyev Mədəniyyət Mərkəzi
Heydər Əliyev Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir. Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.
Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir. Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.
Heydər Əliyev Mərkəzləri
Heydər Əliyev Mərkəzləri — Azərbaycanın paytaxtı Bakı şəhərinin üç: Qaradağ, Suraxanı və Yasamal rayonları, Gəncə, Naxçıvan, Qax, Şəmkir, Mingəçevir, Şəki, Salyan, Xaçmaz, Quba, Yardımlı, Tovuz, Astara, Qəbələ və digər rayonlarında inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzləri. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. == Yasamal rayon Heydər Əliyev Mərkəzi == 20 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Bakı şəhəri Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin əsas məqsəd-vəzifələri xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir. Mərkəzin daxilində bir neçə bölməsi fəaliyyət göstərir. 1078,2 m² sahəsi olan Yasamal rayonu Heydər Əliyev Mərkəzi 6 mərtəbəli binada yerləşir. Mərkəzin "Heydər Əliyev Dövlətçilik İrsi və Salnamə" bölməsi Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərinə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda mühazirələrin təşkili, dəyirmi masa, disput, elmi praktiki və nəzəri konfrans, seminarlar keçirmək, Heydər Əliyevin həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur. Bu zalda keçirilən tədbirlərdə 50–60 nəfər iştirak edə bilər. Mərkəzin "Kitabxana və İnformasiya Texnologiyaları" bölməsi kitabxana və informasiya otağından ibarətdir. Tərtib olunmuş cədvələ əsasən kitabxanaya gələcək yeniyetmə və gənclər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab, jurnal, broşun və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur.
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Keniya Həmkarlar İttifaqları Mərkəzi
Keniya Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca KHİM (ing. Central Organization of Trade Unions - COTU) — Keniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Nayrobida yerləşir. == Tarixi == Mərkəz 1965-ci ildə Keniya Əmək Federasiyası və Afrika Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 39 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mərkəz 1 milyon 500 min işçini özündə cəmləşdirir. == Fəaliyyəti == Mərkəz yerlərdə işçiləri tam müdafiə etmək üçün fəal siyasət aparır. KHİM-də bir sıra komitələr yaradılıb. Bu komitələr ildə bir neçə dəfə iş yerlərində araşdırmalar aparır. Yəni yerlərdə iş şəraitinin mövcud durumu, müəssisələrin aylıq gəlirlərinə nisbətən işçilərin aldıqları maaş, əməkdaşlara ödənilən maddi yardım və müavinətlər, ailə vəziyyəti ilə bağlı qadın işçilər üçün müvafiq şəraitin yaradılması və sair kimi məsələlərə riayət olunması yoxlanılır.
Kennedi Kosmik Mərkəzi
Kennedi Kosmik Mərkəzi (tam adı: John F. Kennedy Space Center, qısaltması: KSC), 1968-ci ildən bəri NASA-nın bütün pilotlu kosmik uçuşlarında istifadə olunan və hal-hazırda mövcud üç kosmik gəminin buraxılışı və müşahidə qurğusu kimi istifadə olunan kosmik mərkəzdir. Miami ilə Jacksonville arasındakı Kanaveral burnunun şimal-qərbində, Atlantik okeanında, Florida, Brevard County Merritt adasında yerləşir. Yanında ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral hərbi hava qüvvələri bazası (ing. Canaveral Cape Air Force Station: CCAFS) yerləşir. Bu baza NASA-nın pilotsuz kosmik uçuşları üçün istifadə olunur. Uzunluğu təxminən 34 mil (55 kilometr), eni isə 6 mil (10 kilometr) təşkil edir. Sahəsi 219 kvadrat mildir (570 km²). 2008-ci il tarixinə görə burada ümumilikdə 13.500 nəfər işləyir.

Digər lüğətlərdə