Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Meray Keri
Meraya Keri (27 mart 1970, Hantinqton[d], Nyu-York ştatı) — amerikalı müğənni və aktrisa. == Şəxsi həyat == 2015-ci ildə Keri avstraliyalı milyarder Ceyms Pakerlə görüşməyə başladı və 21 yanvar 2016-cı ildə nişanlandıqlarını elan etdi. Oktyabrda isə onlar nişanı ləğv etdilər. 2016-cı ilin oktyabrında o, amerikalı xoreoqraf Bryan Tanaka ilə görüşməyə başladı. == Diskoqrafiya == === Studiya albomları === Mariah Carey (1990) Emotions (1991) Music Box (1993) Merry Christmas (1994) Daydream (1995) Butterfly (1997) Rainbow (1999) Charmbracelet (2002) The Emancipation of Mimi (2005) E=MC² (2008) Memoirs Of An Imperfect Angel (2009) Merry Christmas II You (2010) Me. I Am Mariah...
Adil Gəray
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbayсan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Gəray Gəraybəyli
Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim. == Həyatı == Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə həmin fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır. Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb. 60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib.
Gəray Mantaşov
Mantaşov Gəray Sultan oğlu (1913, İlisu, Qax rayonu, Azərbaycan) — İkinci dünya müharibəsi illərində Almaniyada yaradılmış Azərbaycan legionunun üzvü. == Həyatı == Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib. Müharibə illərində almanlara əsir düşdükdən sonra Azərbaycan legionuna qəbul olunmuş. Müharibənin sonuna qədər legionun tərkibində olmuş və ober-leytenant rütbəsinə kimi yüksəlmişdir. Müharibənin sonunda sovet ordusu tərəfindən həbs olunaraq hərbi tribunala verilmiş. Möcüzə şəklində güllələnmə qərarı Sibirə sürgünlə əvəzlənmiş. Sibirdə daş kömür şaxtasında işləmiş və burda baş vermiş uçqun nəticəsində uzun müddət hərəkət qabiliyyətini itirmişdir. Möhkəm dözümlülük və əzim nəticəsində yenidən ayağa durmağa bacaran Gəray 1955-ci ildə həbsdən qayıtmışdır.
Gəray Məmmədov
Məmmədov Gəray Azad oğlu — Qarabağ müharibəsi şəhidi, "İgidliyə görə" medalı ilə təltif edilib (2010). == Həyatı == Gəray Məmmədov 7 mart 1969-cu ildə Laçın rayonunun Güləbird kəndində dünyaya gəlmişdir. Güləbird kənd orta məktəbini bitirəndən sonra 1987–1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıtmış, elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olmuşdur. Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğurunda ağır döyüşlərdə iştirak etmişdir. Bu illərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarmışdır. Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan uğrunda gedən döyüşlərə qatılmışdır. 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.
Gəray Soltanov
Gəray Xəlil oğlu Soltanov (29 oktyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüsser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.
Heydər Gəray
Heydər Gəray (bilinmir – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir. == Həyatı == Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi. Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.
Miray Daner
Miray Daner — Türkiyə TV serial aktrisası. Fəaliyyətə 7 yaşında başlayan Daner "Papatyam" serialında 121 bölüm Metin Akpınarın nəvəsi "Qonca" rolunu canlandırdı. "Dərsimiz Atatürk" filmində Sabiha Gökçenin uşaqlığı rolunu oynayıb. İlk dəfə "Disney Channel"in Türkiyədə yayımlanan "Zil Çalınca" serialında baş rol ifa edib. "Medcezir" serialında Beren Beylice rolunu canlandıran aktrisa 2016-cı ildə Yağmur Taylan və Durul Taylanın rejissorluğu ilə çəkilmiş "Vətənim sənsən" serialında "Hilal" rolunu oynayaraq vətənpərvər gənc qız obrazını mükəmməl şəkildə yaratmışdır.
Moray laboratoriyası
Nurdövlət Gəray
Nurdövlət Gəray (bilinmir – təq. 1503) — 3. Krım xanı və 3. Qasım xanı. Fərqli vaxtlarda 3 dəfə Krım taxtına çıxmış, qardaşı Məngli Gərayla taxt mübarizəsi aparmışdır. == Həyatı == Nurdövlət Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ikinci oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Böyük qardaşı Heydər Gəray atasına qarşı üsyan etdiyi üçün xain kimi həbs edilmiş, bu səbəblə atasının vəfatının ardından böyük vəliəhd olaraq Krım taxtına oturmuşdur. Ancaq buna razı olmayan kiçik qardaşı Məngli Gəray Kəfəyə qaçdı və genuyalılara sığındı.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). == Tərcümeyi-halı == Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Satılqan Gəray
Satılqan Gəray (ö. 1506) — Qasım xanlığının 4. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Şahin Gəray
Şahin Gəray (1745, Ədirnə – 7 avqust 1787, Rodos) — Krımın sonuncu xanı. Birinci dəfə 1777–1782, ikinci dəfə isə 1782–1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi. == Həyatı == Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Krım tatarcası və osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi. Şahin Gərayın gənclik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçün büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda — 21 iyul 1774-cü il tarixində, imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə görə isə Krım Osmanlı dövlətinin nüfuz dairəsindən çıxdı və Rusiyanın nəzarətinə keçdi.
Şinci Muray
Şinci Muray (d. 1 dekabr 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Arslan Gəray
Arslan Gəray (1692 – 1767, Kavuşan[d]) — XXXIX Krım xanı.Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənətində 1734-cü ildə nurəddin, qardaşı II Fateh Gərayın səltənətində isə kalqay ünvanı aldı. Əmisi oğlu II Səlimin ani ölümünün ardından Krım xanlığına təyin olundu (29 may 1748). Qardaşı Krım Gərayı nurəddin, əmisi II Fatehin oğlu Səlim Gərayı isə kalqay təyin etdi. Rus işğallarının ardından darmadağın edilən Krımı abadlaşdırmağa çalışdı. Xan sarayına yeni bölümlər inşa etdirdi. Perekop, Arabat və digər mühüm qalaları gücləndirdi. Məscidlər, mədrəsələr və bulaqlar inşa etdirdi. Sərhəd boylarında ruslara qarşı ani basqınlar tərtibləmiş, rusların onu Osmanlı sarayına şikayət etməsinin ardından bu basqınlar sonlanmışdır. Reç-Pospolita və Rusiya ilə sülhü qoruduğu üçün Osmanlı sultanı tərəfindən xilat hədiyyə edilmişdir.
Canıbəy Gəray
Canıbəy Gəray (1568 və ya təq. 1568 – 1636, Rodos) — XVIII Krım xanı.Krım xanı I Dövlət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın (ö. 1593) oğludur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Dövlət Gərayla birlikdə əmiləri Fateh Gəray və Səlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə Canıbəy Gəray kalqay, qardaşı Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər. 1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla Canıbəy taxta çıxdı. Kiçik qardaşı Dövlət Gərayı kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi.
Həlim Gəray
Həlim Gəray (1689 – 1759, Türkiyə) — XXXX Krım xanı.Krım xanı IV Səadət Gərayın oğludur. Əmisi II Məngli Gərayın hər iki səltənətində nurəddin ünvanı almışdır. 1756-cı ilin martında bilinməyən bir səbəblə vəzifədən alınan Arslan Gərayın yerinə xan təyin edildi. Qardaşlarından Dövlət Gərayı kalqay, Mehmed Gərayı isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra öz yaxın adamlarını və qohumlarını yüksək saray rütbələrinə təyin etdi. Ancaq təyin edilən şəxslərin bir çoxu yaxşı idarəçi deyildi və bu saray əyanlarıyla xanın münasibətlərini pisləşdirdi. Ayaqlanan saray əyanları və xidmətçilər Həlim Gərayı saraydan qovdular. Məsələyə Osmanlıların müdaxiləsi ilə əvvəlcə Arslan Gəray xanlığa gətirilmək istənilsə də, yerli tatar bəyləri bunu qəbul etmədi və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. Olduqca yaşlı olan Həlim Gərayın İstanbul yaxınlığında Saracelində yaşamasına icazə verildi. Ertəsi il burada vəfat etdi.
Krım Gəray
Krım Gəray (1717, Bağçasaray – mart 1769, Krım) — XXXXI Krım xanı.Krım xanı II Dövlət Gərayın oğludur. Qardaşı Arslan Gərayın səltənətində nurəddin ünvanı aldı. Qardaşının taxtdan endirilərək əmisi oğlu Həlim Gərayın taxta çıxarılması, cəmi 2 il sonra isə Həlim Gərayın devrilməsi nəticəsində 1758-ci ildə Krım xanlığına gətirildi. Oğlu Səlim Gərayı nurəddin, qardaşı Hacı Gərayı isə kalqay təyin etdi. Ancaq 7 il davam edən ilk səltənətində bu ünvanlar bir neçə dəfə əl dəyişdirdi. Onun xanlığa gətirilməsindən narazı olan noqaylarla mübarizə aparmaq məqsədilə paytaxtı tərk etdi və Yedisan bölgəsinə çəkildi. Burada güclü bir ordu topladı və Osmanlı sultanından aldığı dəstəklə hakimiyyətini gücləndirdi. Bölgədə artan rus təzyiqinə qarşı müttəfiq axtarışına çıxan Krım Gəray Osmanlı sarayından azad olaraq Prussiya kralı II Fridrixlə müzakirələrə başladı. Ancaq onun bu cəhdi uğursuzluqla nəticələndi. Belə ki, 1762-ci ildə III Pyotrun taxta çıxmasıyla Prussiya və Rusiya arasındakı müharibə sona çatmış, bu vəziyyətdə II Fridrixin Rusiya əleyhinə ittifaq qurmağa ehtiyacı qalmamışdı.
Mecay
Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y) — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi. "Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi. Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar.On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı. Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir. == Mədəniyyətdə == 1932-ci ildə istehsal olunmuş "Mumiya" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər. Onlar həmçinin 2001-ci ildə istehsal olunmuş "Mumiya qayıdır" filmində də təsvir edilmişdilər.2017-ci ildə satışa çıxarılan "Assassin's Creed Origins" video oyununun baş qəhrəmanı Bayek "Qədim Misirin son mecayı" hesab edilir.
Merac
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Meay
Meay (fr. Méailles, oks. Mealhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04115. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 110 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi cəhətdən, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə bu 62.0%). Fəal olan 47 nəfərdən 40 nəfər (25 kişi və 15 qadın), 7 nəfər işsiz (4 kişi və 3 qadın) idi.
Həsən Merac
Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist. == Həyatı == Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. "Tanıtım" qəzetində, həmçinin digər bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb. 2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub. 1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb. "Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.
Menay boğazı
Menay boğazı - (ing. Menai Strait) Dar və dayaz boğaz olub uzunluğu təqribi 14 dəniz mili (23 km) təşkil edir. Anqlsi adasını Uelsin əsas hissəsini ayırır. Ən dar yeri 200 m, ən dauaz yeri isə 0,5 m təşkil edir. Boğaz üzərində iki körpü vardır:Britaniya və Menay asma körpüsü.
Merab Kostava
Merab Kostava (gürcü: მერაბ კოსტავა; 26 may 1939, Tbilisi – 13 oktyabr 1989) — gürcü musiqiçi, dissident və şair, həmçinin Gürcüstanda Milli-Azadlıq hərəkatının liderlərindən biri idi. 1989 -cu ilə qədər Sovet İttifaqına qarşı Gürcüstanda müxalif hərəkata rəhbərlik etdi. == Həyatı == Kostava 1939-cu ildə SSRİ -nin Gürcüstan Sovet Sosialist Respublikasının Tbilisi şəhərində anadan olub. 1954 -cü ildə Kostava və Zviad Qamsaxurdiya, paytaxt Tbilisinin əsasını qoymuş orta əsr gürcü kralı Vaxtanq Qorqasalinin xatirəsinə həsr olunmuş gürcü gənclər "Qorqasliani" təşkilatını qurdular. 1956-1958-ci illər arasında Kostava, Qamsaxurdiya və bu təşkilatın bir neçə üzvü ilə birlikdə "anti-sovet fəaliyyətinə" görə DTK tərəfindən həbs edildi. Kostava və Qamsaxurdiaya qarşı irəli sürülən ittihamlara anti-kommunist ədəbiyyatın yayılması və elanlar daxil idi. Kostava 1962 -ci ildə Tblisi Dövlət Konservatoriyasını bitirdi. 1962–1977 -ci illərdə Tbilisidə yerli musiqi məktəbində müəllim idi. 1973 -cü ildə Kostava və Qamsaxurdiya İnsan Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupunu yaratdılar. 1976-cı ildə Kostava, Gürcüstan Helsinki Qrupunu (daha sonra 1989-cu ildə Gürcüstan Helsinki Birliyi adlandırıldı) təsis etdi.
Merac adası
Yüksəliş adası (ing. Ascension Island) — Atlantik okeanın mərkəzi hissəsində (7º57' c.e. 14º22' q.u.) ada. 1501-ci ildə portuqaliyalılar tərəfindən kəşf edilmişdir. Sahəsi 88 km2. Səthi sönmüş vulkanların (təqr. 35) kraterləri ilə örtülü platodur. Hünd. 875 m-ə çatır. Tropik meşələr və çoxlu dəniz quşları var.
Merac gecəsi
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Meral Akşener
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Meral Akşenər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.