Krım Gəray (1717, Bağçasaray – mart 1769, Krım) — XXXXI Krım xanı.[1]
Krım Gəray | |
---|---|
1758 – sentyabr 1765 | |
Əvvəlki | Həlim Gəray |
Sonrakı | III Səlim Gəray |
noyabr 1768 – mart 1769 | |
Əvvəlki | Maqsud Gəray |
Sonrakı | IV Dövlət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1717 |
Doğum yeri | |
Vəfat tarixi | mart 1769 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | döyüşçü |
Atası | II Dövlət Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Krım xanı II Dövlət Gərayın oğludur. Qardaşı Arslan Gərayın səltənətində nurəddin ünvanı aldı. Qardaşının taxtdan endirilərək əmisi oğlu Həlim Gərayın taxta çıxarılması, cəmi 2 il sonra isə Həlim Gərayın devrilməsi nəticəsində 1758-ci ildə Krım xanlığına gətirildi. Oğlu Səlim Gərayı nurəddin, qardaşı Hacı Gərayı isə kalqay təyin etdi. Ancaq 7 il davam edən ilk səltənətində bu ünvanlar bir neçə dəfə əl dəyişdirdi.
Onun xanlığa gətirilməsindən narazı olan noqaylarla mübarizə aparmaq məqsədilə paytaxtı tərk etdi və Yedisan bölgəsinə çəkildi. Burada güclü bir ordu topladı və Osmanlı sultanından aldığı dəstəklə hakimiyyətini gücləndirdi. Bölgədə artan rus təzyiqinə qarşı müttəfiq axtarışına çıxan Krım Gəray Osmanlı sarayından azad olaraq Prussiya kralı II Fridrixlə müzakirələrə başladı. Ancaq onun bu cəhdi uğursuzluqla nəticələndi. Belə ki, 1762-ci ildə III Pyotrun taxta çıxmasıyla Prussiya və Rusiya arasındakı müharibə sona çatmış, bu vəziyyətdə II Fridrixin Rusiya əleyhinə ittifaq qurmağa ehtiyacı qalmamışdı.
Digər tərəfdən Polşa torpaqlarına göz dikən Krım Gəray yeni təyin olunan Polşa kralı Stanislav Avqust əleyhinə fəaliyyətə başladı. Onun bu təcavüzkar siyasəti isə Osmanlı sultanını təlaşlandırdı və 1765-ci ildə Krım Gəray vəzifədən alındı.
1768-ci ildə yeni Rusiya-Osmanlı müharibəsinin başlamasının ardından Krım taxtında daha güclü bir xan olmasını istəyən Osmanlı sultanı III Mustafanın əmriylə Krım Gəray ikinci dəfə xanlığa gətirildi. Kalqay olaraq qardaşı Arslan Gərayın oğlu Məsudu, nurəddin olaraq isə Qaplan Gərayı təyin etdi.
Dərhal indiki Ukraynanın cənub torpaqlarına hücum edən Krım Gəray burada boşaldılan kəndləri yağmalamaqdan başqa mühüm heç bir hərbi fəaliyyət göstərə bilmədi. Buradan Valaxiyaya keçən Krım Gəray indiki Moldova ərazisində anidən vəfat etdi (mart 1769).