Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sair-Məvazi nahiyəsi
Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə. XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi. Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi . 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Məvaziyi-xatın
XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşən bu mülklər sonrakı dövrlərdə xüsusilə XVI-XVII əsrlərdə elə “Xatın mülkləri” kimi xatırlanmış və “Məvaziyi-xatın” adlandırılmışdır . Eldənizlər dövründə bu mülklərdə çoxlu karvansaralar tikilmiş və onların bəzilərinin qalıqları günümüzə qədər qalmışdır. Bu fakt isə bizə əski Oğuz-Səlcuq adətlərini xatırladır . F.Sümər “Oğuzlar” kitabında yazır ki, karvansaralar, xəstəxanalar və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında Səlcuq xanədanına mənsub xatınların olması da maraqlıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox Səlcuq sultanlarının qızları tərəfindən inşa edildiyi sanılırdı . A.Bağırovun irəli sürdüyü ehtimala görə nahiyənin adı 1225-1229-cu illərdə Naxçıvanın hakimi olmuş Qızıl Arslanın arvadı Xatına məxsus kəndləri əhatə edən ərazinin adı ilə bağlı yaranmışdır . Sözün birinci hissəsindəki “Məvazi” - “mevzi” sözü əski Osmanlı türkcəsindən “mövqe”, “mənzil”, “yer” kimi tərcümə edilir. “Xatın” isə Eldənizlərdə saraya xanımlarını ifadə etmək üçün işlədilmişdir. Məvaziyi-Xatın nahiyəsi şimaldan və qərbdən Dərələyəz, şərqdən Dərəşahbuz, cənubdan Mülki-Arslanlı nahiyələri ilə həmsərhəd olmuşdur.
Nömrə-yi Dəvazdə
Nömrə-yi Dəvazdə (fars. نمره دوازده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 12 nömrəli neft quyusuna görə kənd bu adı almışdır. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 10 ailədə 21 nəfəri kişilər və 26 nəfəri qadınlar olmaqla cəmi 47 nəfərdir.
Məğazi qaçqın düşərgəsinə aviazərbələr
Məğazi qaçqın düşərgəsinə aviazərbələr — 7 oktyabr 2023-cü ildə HƏMAS–İsrail müharibəsinin başlamasından bəri İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında yerləşən Məğazi qaçqın düşərgəsinə endirdiyi aviazərbələr. 17 oktyabr 2023-cü il tarixində İsrail qüvvələri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Məğazi qaçqın düşərgəsindəki məktəbə hava zərbəsi endirmişdir. Hücum nəticəsində UNRWA-nın əməkdaşları da daxil olmaqla 6 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Məktəb binasına ciddi ziyan dəymişdir. 5 noyabr 2023-cü ildə İsrail Müdafiə Qüvvələri Qəzzə zolağının mərkəzində yerləşən Məğazi qaçqın düşərgəsinə hava zərbəsi endirmişdir. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla azı 45 nəfər həlak olmuşdur. İDF düşərgənin İsrailin hava hücumu ilə vurulduğunu təsdiqləməmiş və aviazərbələr "xüsusi kəşfiyyata əsaslanan, xüsusən də terrorçu elementlərə qarşı zərbələr" olduğunu bildirmişdir. 6 dekabr 2023-cü ildə, saat 21:00 radələrində İsrail qüvvələri Bərkət Vaz ərazisində yerləşən yaşayış binasını bombalamış, əksəriyyəti uşaq olmaqla 18 fələstinli həlak olmuş, 20 nəfər yaralanmışdır. 24 və 25 dekabr 2023-cü il tarixlərində İsrail qüvvələri düşərgəni bombalamışdır. Hücum nəticəsində 100-dən çox insan həlak olmuşdur.
Məhəmməd Emvazi
Məhəmməd Emvazi(ərəb. محمد اموازي‎, ing. Mohammed Emwazi;17 avqust 1988 – 12 noyabr 2015, Ər-Rəqqə) —İŞİDin rəsmi cəlladı. Məhəmməd Emvazi 17 avqust 1988-ci ildə Küveytdə anadan olub. Altı yaşında İngiltərəyə gəlib. Qərbi Londonda yaşayıb. Böyük Britaniya vətəndaşıdır. Britaniya ləhcəsinə görə "Beatles" qrupunun üzvü Con Lennonun adı verilən "Cihadçı Con"un Amerika jurnalistləri Ceyms Foli və Stiven Sotloff, Britaniyanın yadım işçiləri David Heynes və Alan Henninq, eləcə də amerikalı yardım işçisi Əbdül Həmid Kassiqini qətlə yetirdiyi guman edilir. Washington Post qəzeti yazır ki, Məhəmməd Emvazi Britaniyada yaşayan imkanlı ailədəndir. Qəzetdə onun kompüter proqramları üzrə kollec məzunu olduğu yazılıb.