Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mapuzavr
Mapuzavr (lat. Mapusaurus) — Kərtənkələyə bənzər dinozavrlara, Carcharodontosauridae fəsiləsinə aid cins. Onlar Təbaşir dövründə (99–93 milyon il öncə) Cənubi Amerika ərazisində yayılmışlar. Onların qalıqlarına Argentina ərazisində tapılmışdır. İlk dəfə paleontoloqlar R. Korina və Currie tərəfindən 2006 ildə ətraflı məlumat verilmişdir. Tapıntı Mapusaurus roseae növü olmuşdur. == Görünüşü == Mapusaurus roseae senoman Huincul formasiyasında Rio Limay tərəfindən 2006 ildə məlumat verilir. Burada bir necə bu növə daxil dinozavların skletləri aşkarlanmışdır. Burada 5–10 metr hündürlüyünə malik olan Mapusaurus roseaelar aşkarlanmışdır. Onların çəkisi 3 ton ola bilərdi.
III Manuçar
III Manuçar - Mesxeti prinsliyinin son hakimi. I Abbas tərəfindən atabəy olaraq təyin olunan Manuçar müsəlmanlaşdırılma siyasətinə qarşı dayanırdı. Onun bu hərəkətindən xoşlanmayan Osmanlı 1624-cü ildə ona hücum edərək məğlub etdi. Əmisi III Beka Səfər paşa adını alaraq yerinə keçdi. 1625-ci ildə isə öldürüldü. Bununla da Mesxetiya Osmanlının bir əyalətinə çevrildi.
II Manuçar
II Manuçar — 1581-ci ildə qardaşının ölümündən sonra taxta çıxmışdı. Əvvəllər İslamı qəbul edib Mustafa paşa adını alsa da daha sonra 1581-ci ildə Kartli çarı I Simon ilə birlikdə Osmanlıya üsyan etdi, xristianlığa qayıtdı və Osmanlı ordusunu məğlub etdi. Manuçar 1583-cü ildə Simonun qızı Yelena ilə evləndi. Osmanlının daha güclü ordu ilə geri dönməsindən sonra Manuçar İrana qaçdı.
I Manuçar
I Manuçar (1452 – 1518) — 2 il hakimiyyətdə olmuşdu. III Kvarkvare ilə taxt müharibəsi aparırdı. Səfəvilərdən kömək alan Kvarkvare onu məğlub edərək hakimiyyətə gəlmişdi.
Mahizər Əliyeva
[mənbə göstərin] Mahizər Nəcəf qızı Əliyeva (16 dekabr 1938) – kimyaçı alim Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru, dosent. == Həyatı == Mahizər Əliyeva 1938-ci il dekabrın 16-da Zaqatala şəhərində anadan olub. Orta təhsilini Zaqatala şəhər 1 saylı məktəbdə aldıqdan sonra 1959-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1965-ci ildə oranı kimya ixtisası üzrə bitirmişdir. O, 1964-cü ildə AMEA-nın Neft-kimya prosesləri İnstitutunda 1965-ci ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis vəzifəsində işlənmişdir. Mahizər Əliyeva 1970-ci ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş, 1975-ci ildə müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, AMEA Aşqarlar Kimyası İnstitutunun “Analitik” laboratoriyasında kiçik elmi işçi və baş elmi işçi vəzifəsinə seçilib. 2003-cü ildən “Aşqarların analizi və fiziki kimyəvi tədqiqatları” laboratoriyasının müdiri kimi laboratoriyada aparılan tədqiqatlara rəhbərlik edir. 2009-cu ildə o, “Neft – kimya sintezi məhsullarının analizi üçün buxar fazalı xromatoqrafiya üsullarının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == M.N.Əliyeva işləyib hazırladığı buxar fazalı xromatoqrafiya üsulu ilə institutda sintez edilmiş yeni yüksək dərəcədə qaynayan, polyar üzvi birləşmələri, aşqarların başlanğıc, aralıq və son məhsullarını analiz etməklə yanaşı, bu üsulun tətbiq sahələrini genişləndirməklə məşğuldur. == Elmi əsərləri == M.N.Əliyeva tərəfindən aparılan elmi tədqiqat işləri 97 elmi əsərin, o cümlədən 55 məqalə 34 tezis, 6 müəlliflik, şəhadətnaməsi və 2 AzR Patentində öz əksini tapmışdır.
Vilhelm Mauzer
Vilhelm Mauzer (d. 2 may 1834 – ö. 1882) Vilhelm Mauzer 1834-cü il may 2-də Almaniyanın Vürttemberg Krallığında anadan olub. Onun atası silah zavodunda usta işləyirdi. Mauzer 1867-ci ildə qardaşı Peter Paul ilə birlikdə yeni dizaynda tüfəng və tapança yaradır. Bu qardaşların ilk ən uğurlu işi idi. 1870-ci ildən, onlar fəal şəkildə Avstriya və Prusya zavodlarında kiçik silah istehsalının dizaynını həyata keçirir. Beləliklə, 23 dekabr 1872-ci ildə Peter və Vilhelm öz adları ilə eynilik təşkil edən "Peter və Vilhelm qardaşları" adlı silah firmasını təsis etdilər. Vilhelm Mauzer fəal şəkildə tez-tez Avropa ölkələrinə səyahət edərək öz istehsal etdiyi silahı bu ölkələrin silah zavodlarına təklif edirdi. Sonralar onların istehsal etdiyi silahlardan I və II dünya müharibəsində Almaniya ordusu çox yararlandı.
Qızıl mahmuzlar döyüşü
Kortre döyüşü və ya Qızıl mahmuzlar döyüşü (nid. De Guldensporenslag, fr. bataille des éperons d'or) — Flandriya müharibəsi vaxtı, Belçikanın Qərbi Flandriya əyalətinin Lis çayı sahilində yerləşən Kortre şəhərində, 11 iyul 1302-ci ildə fransız ordusu ilə Flandriyanın xalq qoşunu arasında baş verən döyüş. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.4 səh.541.
Mahur-Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Mahur–Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Orta Mahur
Orta Mahur – Azərbaycanda Rast ailəsinə daxil olan dəstgahlardan biridir. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta registrində ifa olunduğundan ona Orta Mahur deyilir. Hazırda "Əşiran" Orta Mahurda son şöbədir.
I Manuçar (Meqreliya knyazı)
I Manuçar (gürc. მანუჩარ I დადიანი ; XVI əsr – 1611) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır. Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir. == Həyatı == I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı.
Mazar-e-Kayd
Mazar-e-Kayd (ing. Jinnah Mausoleum; urdu مزار قائد) — Cinnay mavzoleyi və ya Milli mavzoley kimi tanınan Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın , eləcə də bacısı Fatimə Cinnahın və Pakistanın birinci baş naziri Ləyaqət Əli Xanın dəfn olunduğu yer. Mavzoley Kəraçinin ətrafındakı Camşed məhəlləsində yerləşir. Mavzoleyin tikintisi 1960-cı illərdə tamamlanıb və bütün dünyada Kəraçinin simvolu kimi tanınır. Mazar-e-Kaydın ictimaiyyətə rəsmi açılış mərasimi isə 1971-ci il yanvarın 15-də keçirilib. Bu yer Kəraçiyə gələn xarici turistlər arasında ən populyar turizm istiqamətlərindən biridir. Mavzoleyin yeri ən böyük qlobal meqapolislərdən birinin ürəyində nəzərdə tutulmuş əhəmiyyətli dərəcədə sakit və rahat yerlərdən biridir. İşıqlarla bəzədilmiş türbə gecə vaxtı bir neçə mil uzaqdan görünür. 23 mart Pakistan günü, 14 avqust Müstəqillik günü , 11 sentyabr Cinnahın vəfatının ildönümü günü və 25 dekabr Cinnahın doğum günü kimi rəsmi və hərbi mərasimlər burada xüsusi hallarda həyata keçirilir. Xarici ölkələrdən olan yüksək vəzifəli şəxslər və məmurlar da rəsmi səfərləri zamanı məqbərəni ziyarət edirlər.
Tauzar-Nefta Beynəlxalq Hava Limanı
Tauzar-Nefta Beynəlxalq Hava Limanı (fr. Aéroport International de Tozeur–Nefta, ərəb. مطار توزر نفطة الدولي‎) (IATA: TOE, ICAO: DTTZ) — Tunisin Tauzar şəhərində yerləşən beynəlxalq hava limanı. == Aviaşirkətlər və istiqamətlər == Aşağıdakı aviaşirkətlər Tozeur-Nefta hava limanında müntəzəm və çarter reysləri həyata keçirir: == Tarixi == Hava limanı Tauzar şəhərindən dörd kilometr şimal-qərbdə yerləşir. Liman 1 noyabr 1978-ci ildə istifadəyə verilmişdir. 14 aprel 2016-cı ildə Tunisair şirkəti vasitəsilə Paris şəhərinə həftəlik uçuşlar bərpa olunmuşdur. 2018-ci ilin qış aylarında həmin şirkət Lyon şəhərinə də uçuşların təşkil ediləcəyini bildirmişdir. 2019-cu ilin may ayında Tauzar Regional Həmkarlar İttifaqının baş katibi Məhəmməd Ali Hedfi Cerba, Sfaks və Milan şəhərlərindən birbaşa uçuşlar planlaşdıraraq, bölgədə turizm fəaliyyətini dəstəkləmək məqsədilə Tauzar hava limanında uçuşların sayının artırılmasını təklif etmişdir. == Qəzalar və hadisələr == 27 may 2023-cü ildə Flight Design CT SW (67BQF) və giroplan havada toqquşmuşdur. Hadisə nəticəsində 67BQF-də olan hər iki şəxs xəsarətlə sağ qalmağa nail olmuşdur.
Şahgüzar (Bicar)
Şahgüzar (fars. شاه گدارسفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.