Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maqas
Maqas — Rusiya Federasiyasında yerləşən şəhər, İnquşetiya Respublikasının mərkəzi.
Prezident sarayı (Maqas)
Maqas şəhərində Prezident sarayı (inquş Мехкдаь Гӏала) — İnquşetiyanın paytaxtı Maqas şəhərində yerləşir. İnquşetiya prezidentinin rəsmi iqamətgahıdır və burada respublika rəhbərliyi fəaliyyət göstərir. Saray, müasir Maqas şəhərinin və onun simvolu olan ilk obyektdir. Prezident Sarayı İdris Zyazikov prospektində, Alaniya Meydanı və "Maqas Tower" (Barışıq qülləsi) ilə üzbəüz yerləşir. Binanın həyətinin solunda və sarayın əsas girişində Xalq Məclisinin binası — İnquşetiya Parlamenti, sağda — İnquşetiya Respublikası Hökumətinin binası yerləşir.. == Tarixi == İnquşetiyanın yeni paytaxtının inşası üçün ilk daşın qoyulması 23 fevral 1994-cü ildə baş verdi. Bununla əsas binası Prezident Sarayı olan paytaxtın dövlət-inzibati kompleksinin inşasına başlandı. Onun möhtəşəm açılışı 31 oktyabr 1998-ci ildə baş tutdu. Beləliklə, saray Maqas şəhərinin ilk inzibati binası oldu.Beləliklə, Prezident sarayı İnquşetiyanın paytaxtının mərkəzi meydanının əsas bəzəyidir. Sarayın arxitekturası şərq üslubu ənənələrinini aydın şəkildə təkrar edir.
Maqasberd qalası
Maqasberd qalası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Düzkənd rayonu ərazisində, Araz çayının sol qolu olan Arpaçayın sağ sahilində qədim türk qalası. Keçilməz divarları və dərin dərə ilə Maqasberd qalası üç tərəfdən möhkəm qorunur. Qalanın divarları əvvəllər ikiqat olmuşdur. Çöl divar nisbətən alçaq, iç divar isə daha hündür imiş.İki divarın arasında dərin xəndək yerləşmişdir. Lakin sonralar çöl divar dağılmış yalnız hündür olan içdivar qalmışdır. Mənbələrə istinadən qalanın VI yüzilə aid olması güman edilir. Qalanın yerləşdiyi ərazilər qədimdən türk – oöuz boylarının yurdu olmuş, bu yerlərə ilk ermənilərin gəlişinin XVIII əsrə təsadüf etmişdir. == Adın etimologiyası == Qalanın adı türk dilində olmaqla maq və as etnonimlərindən və qədim türk dilində qala anlamında olan "berd" sözündən ibarətdir.
Manas
Manas — qırğız dastanı. == Ümumi məlumat == Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Mavas
Mavas — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. == Toponimikası == Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı “Mavas-Xirxan“ kimidir. “Albaniya tarixi“ əsərində Mivs kimidir ( “Albaniya tarixi“). Fars dilində məvə “ dayanacaq“, “pənahlıq“ sözündəndir.
Maas
Maas - Niderland və Belçika ölkələri ərazisində yerləşir. Çay Belçika, Fransa və Niderlandın ərazisindən keçir. Uzunluğu 925 km, hövzənin sahəsi isə 36 min.kv.km-dir. == Maas çayı == Çay öz başlanğıcını Fransanın Lanqr platosundan götürür. Sedan və Şarlevil-Mezeraya istiqamətində şimala axır və sonda Belçikaya daxil olur. Namurda şimal-şərq istiqamətində qərbdə doğru Ardenlər və sonra Liega şimala doğru axır. Niderlandın ərazisində şimala Venloya qədər axır və sonra qərbə istiqamətlənir. Reyn çayının sağ qoludur. Çay delta yaradaraq Şimal dənizinə tökülür. == Qidalanması == Çay yağış və qar suları ilə qidalanır.
Maqaş (Arxangel)
Maqaş (başq. Мағаш, rus. Магаш) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 19 km, kənd sovetliyindən (Qızıl Ezem): 2 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (95 %) üstünlük təşkil edir.
Manas (şəhər)
Tumanyan, Allahverdi və ya Alaverdi — Ermənistan Respublikasında şəhər. Keçmiş Tumanyan rayonunun mərkəzi. == Tarixi == Manas şəhərinin adının türk mənşəli olması heç bir şübhə doğurmadığından ermənilər ərazinin milli mənsubiyyətini dəyişmək məqsədi ilə şəhərin adını dəyişərək Allahverdi qoyublar və beləliklə də qədim tarixin daha bir səhifəsi kölgədə qalıb. Şəhər Tona (Debed) çayı sahilində yerləşir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1975-ci ildə 21,9 min əhalisi olub. Şəhər sovetinə Ağnər (dəyişdirilmiş adı Akner) kəndi də daxil idi. Hazırda əhalisinin hamısını ermənilər təşkil edir. == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır.Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır.Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür. Düzbucaqlı ibadət zalı 4,8x8,1 metr ölçüyə malikdir. Qalıqlarına əsasən müəyyən edilmişdir ki, narteks kvadratvari formaya malik idi.
Hayko Maas
Hayko Maas — alman siyasətçi, Sosial Demokrat Partiyasının üzvü, Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətində 2018-ci 14 mart ayından etibarən Almaniyanın Xarici İşlər Naziri. == Həyatı == Maas 1966-cı il sentyabrın 19-da Fransada orta sinif ailəsində anadan olmuşdur. Atası peşəkar bir əsgər idi, daha sonra Saarlouis Assambleyasında, Almaniyaya məxsus bir avtomobil zavodunda menecer oldu, anası bir paltar tikişçisi idi. 1987-ci ildə gimnaziyadan məzun, 1987-1988-ci illərdə məcburi hərbi xidmətdə olmuşdur. Bundan sonra bir il Saarlouis Assambleyasında işləmiş, 1989-cu ildə Saarland Universitetində hüquq fakültəsinə qəbul olmuşdur. == Fəaliyyəti == Saarland Universitetində hüquq fakültəsini bitirdikdən sonra 1996-cı ildə Saarland Parlamentinə seçilir. 1999-cu ildən Saarland regional parlamentində Almaniya fraksiyasının rəhbəri və 2013-2018-ci illərdə Almaniyanın ədliyyə naziri vəzifəsində olmuşdu. Hayko Maas 2000-ci ildə Sosial Demokratlara rəhbərlik etmiş, 2001-ci ildən isə Partiyanın Federal Şurasının üzvü olmuşdur. Saarlandın Ətraf mühit, Enerji və Nəqliyyat naziri (1998-1999), Saarlandın - İqtisadiyyat, əmək, enerji və nəqliyyat naziri (2012-2013), 14 mart 2018-ci ildən Almaniyanın xarici işlər naziridir. == Siyasi mövqeyi == Hayko Maas sosial demokratik dəyərlərin güclü tərəfdarıdır.
Krav-maqa
Krav-maqa (ivr. קרב מגע: "yaxın döyüş") — İsrail hərbiçiləri tərəfindən inkişaf etdirilən və hal-hazırda istifadə edilən döyüş sənətlərindən biridir. Krav-maqa İsrail Silahlı Qüvvələri tərəfindən müəyyən dəyişikliklər edilərək istifadə edilir. Döyüş sənətindən müəyyən öldürmə texnikaları çıxarılaraq İsrail hərbiçiləri tərəfindən özünümüdafiə məqsədi ilə istifadə edilir. == Etimalogiyası == Təmas mənası verən maga (מגע) ifadəsi ilə "döyüş" mənasını verən krav (קרב) ifadəsindən ibarətdir. Digər dillərə əsasən yaxın döyüş olaraq tərcümə edilir.
Jak Loran Aqas
Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərə və heyvan rəsmləri çəkməklə məşhurlaşmışdır. == Həyatı == 1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.
Leonard Maas kiçik
Leonard Maas kiçik (ing. Leonard Maas Jr.) — ABŞ ssenaristidir.
"Manas" Qırğızıstan-Türkiyə Universiteti
"Manas" Qırğızıstan-Türkiyə Universiteti (qırğ. Кыргыз-Түрк «Манас» Университети, türk. Kirgizistan-Türkiye "Manas" Üniversitesi) — Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi. Əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır. == Tarixi == Manas Universiteti, fəaliyyətlərinə 1997–1998-ci tədris ilində Qırğızıstanın paytaxtı — Bişkekdə "Qırğız-Türk" Manas "Universitetinin yaradılması haqqında" Sazişin hər iki ölkənin səlahiyyətli orqanlarının təsdiqindən sonra başladı. Bu müqavilə 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə Cümhuriyyəti və Qırğızıstan Respublikası Hökumətləri tərəfindən imzalanmışdır. Universitet, Tələbə İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanının nəticələrinə əsasən Qırğızıstandan tələbə qəbul edir. Türk tələbələr, Türkiyə Cümhuriyyətinin İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən edilən bir imtahan yolu ilə işə qəbul edilir. Digər Türkdilli dövlətlərin və millətlərin tələbələri, Türkiyə Cümhuriyyəti Türk Dilli Dövlətlər üçün Tələbə İşə Qəbulu və Dağıtımı Mərkəzi tərəfindən də keçirilən imtahan nəticələrinə görə işə qəbul edilir. 2011–2012-ci tədris ilinin birinci semestrinin sonuna 9 fakültədə, 4 ali məktəbdə, 1 peşə məktəbində 3809 lisenziya tələbəsi təhsil alır, 196 lisenziya və aspirant isə 2 institutda təhsillərini davam etdirir.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Maqqaş
Maqqaş ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Miqas-i Cədid (Kəleybər)
Miqas-i Cədid (fars. مقاس جدید‎) və ya Yeni Miqas - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (30 ailə).
Miqas-i Qədim (Kəleybər)
Miqas-i Qədim (fars. مقاس قديم‎) və ya Əski Miqas - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (11 ailə).
Maraş döyüşü
Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya Müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş. == Südçü İmam Hadisəsi == Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam Hadisəni idi. Erməni və fransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərə və fransızlara hücum etməyə çalışsalar da erməni və fransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar. Südçü İmamın cavabı, erməni və fransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı. === Bayraq Hadisəsi === 1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir.
Mataş Mazayev
Mataş Həmzətxanoviç Mazayev (çeç. Мазаев Хьамзатан кӀант Маташ; 1908 – avqust 1942, Volqoqrad vilayəti) — Çeçen mənşəli Sovet tankçısı, kapitan., Polşa kampaniyasının, SSRİ-Finlandiya müharibəsinin və Böyük Vətən müharibəsinin iştirakçısı. R. A. Belevintevin "Prometey tank dəbilqəsində" kitabının qəhrəmanı.. Герой книги Р. А. Белевинтева "Прометей в танковом шлеме" == Həyatı == === Erkən illər === 1908-ci ildə Terek vilayətinin Verxnı Naur kəndində Həmzətxan və Bala Mazayevlərin ailəsində anadan olub. 1918-ci ildə Terek kazaklarının torpaqlarının milliləşdirilməsi zamanı ailə Mixaylovskaya kəndində torpaq aldı və ora köçdü. Orada, Lenin şəhərciyində Mataş yeddiillik məktəbi bitirdi və dostları İbrahimov və İbrahim Kazəliyevlə birlikdə kəndin ilk komsomolçusu oldu. == Partiya üzvlüyündə == M. Mazaev rəhbərliyi altında yerli quldur dəstələrinə qarşı uğurla mübarizə aparan komsomol dəstəsi yaratdı.Siyasi fəaliyyətdəki uğurlarını qiymətləndirən rayon komsomol komitəsi Mazaevə Sovet partiya məktəbinə dau olmaq üçün zəmanət verdi. Beləliklə, Mazayev 1926-cı ildə məktəbi bitirdikdən sonra həyatını partiya işi ilə bağlamağa qərar verdi. Ancaq Moskvadan Qroznı Regional Komitəsinə Mazayevin adına Bauman adına Moskva Dövlət Texniki Universitetindən dəvət daxil oldu. Beləliklə, M. Mazayev SSRİ paytaxtında Çeçenistan komsomolunu təmsil etmək üçün seçilmişdi.
Maraş Kumbulla
Maraş Kumbulla (8 fevral 2000) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Roma" klubunun və Albaniya milli komandasının müdafiəçisi. == Karyerası == Kumbulla "Hellas Verona" klubunun yetirməsidir. 12 avqust 2018-ci ildə İtaliya Kubokunda "Kataniya" ilə səfər oyununda "Hellas Verona"nın heyətində debüt edib.Futbolçunun çempionat oyunlarında debütu isə, 27 dekabr 2018-ci ildə İtaliya B Seriyasında "Sittadella" ilə matçda baş tutur. 17 sentyabr 2020-ci ildə Kumbulla satın alma öhdəliyi ilə "Roma"ya icarəyə keçir. O, Albaniyanın 17 yaşadək, 19 yaşadək və 21 yaşadək milli komandalarında çıxış edib. 14 oktyabr 2019-cu ildə Albaniyanın əsas milli komandasında debüt edir.
Qəhrəman Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Minimal maaş
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum maaş
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Amaras
Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib.
Baqaj
Baqaj — istənilən sərnişinin yüküdür. Bu yükün daşındığı hər hansı nəqliyyat vasitəsi və ya yük yeri baqaj kimi müəyyən edilə bilər. Sərnişin avtomobillərində yüklərin yerləşdirildiyi yerdir. Baqaj deyildikdə Türk dilində və Azərbaycan dilində daha çox avtomobillər yerləşdirilmiş olan yük və malların qoyulduğu kupe nəzərdə tutulur.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
1114 Maraş zəlzələsi
1114 Maraş zəlzələsi — 1114-cü il noyabrın 29-da səhər saatlarında Maraşda baş vermiş böyük zəlzələdir . Maraş o dövrdə böyük bir xristian əhalisi olan mühüm bir şəhər idi. Dövrün mənbələrinə görə şəhər tamamilə yeraltı idi. Urfalı Mateos, şəhərdə yaşayanların heç birinin zəlzələdən sağ qalmadığını və Maraşda yaşayan 40 minə yaxın insanın öldüyünü qeyd edir. Süryani Mihail qeyd edir ki, Maraş şəhəri öz xalqının məzarıdır. Əzimi zəlzələdən əvvəl havanın qaraldığını, sonra qar yağdığını və hər tərəfin qarla örtüldüyünü qeyd edir. Zəlzələ Maraşdan başqa Elbistan, Sis, Misis, Keysun, Sümeysat ( Samsat ), Hısn-ı mansur ( Adıyaman ), Raban, Urfa, Antakya, Harran, Hələb, Azez, Esarib, Zerdana və Balisdə də dağıntılara səbəb olub. Zəlzələ Urfa şəhər divarının on üç qülləsinin və Harran şəhər divarının bir hissəsinin uçmasına səbəb olub. Sis şəhərində bir çox monastır və kənd xarabalığa çevrildi, on minlərlə insan öldü. Azez qalasını da dağıtdı və dörd yüz nəfərin ölümünə səbəb oldu.
1513 Maraş zəlzələsi
1513 Maraş zəlzələsi — 28 Mart 1513-ci ildə Maraşdan 77 km qərbdə olan 7,4 Ms zəlzələ. Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələ Dülqadiroğulları Bəyliyinin paytaxtı Əlbistan və yaxın yaşayış məntəqələrində dağıntılara səbəb olub. Bəzi mənbələrdə tarixi 1514-cü il kimi qeyd olunan zəlzələnin hətta Qahirədən də hiss edildiyi şayiələri var. Zəlzələ Bazarcık seqmentindəki qırılma ilə əlaqəli olub və onun maqnitudasının 7,4 və ya daha çox olduğu təxmin edilir. Bizə gəlib çatan müasir məlumata görə, 1514-cü ilin ilk aylarında Osmanlı sultanı Yavuz Sultan Səlimin Konyaya çatdığı və orada vəbanın şiddətləndiyini və Tarsus, Adana və Malatya şəhərlərinin demək olar ki, tamamilə dağıdıldığını gördüyü yazılır.Bu zəlzələdən əvvəl ən böyük zəlzələ intensivliyi IX olduğu təxmin edilən 1114 Maraş zəlzələsi idi. 1513 zəlzələsindən 510 il sonra 6 fevral 2023-cü ildə eyni qırılma zonasında baş verən 7,8 MV gücündə Qəhrəmanmaraş zəlzələsində 59 mindən çox insan həyatını itirdi və Türkiyə Cümhuriyyəti tarixində qeydə alınan ən böyük zəlzələ oldu. 2023-cü il Maraş zəlzələlərindən sonra TÜBİTAK layihəsi çərçivəsində İstanbul Texniki Universiteti, Dokuz Eylül Universiteti və Fırat Universiteti alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində 7,8 bal gücündə ilk zəlzələnin eyni qırılma üzərində baş verdiyi müəyyən edilib.
Baqnas
Baqnas - Arsakda Uti mahalında kənd adı. Albaniya tarixi əsərində gözəlliyi ilə məşhur Taquhi (yazılışı ermənicədir) adlandırılan qızın kəndidir. (Albaniya tarixi). Qədim fars dilində baqa allah sözündən və ermənicə yazılışda Amaras toponimində olduğu kimi əlavə olunma as şəkilçisindən ibarətdir. Baq, baqa sözü ilə bağlı yer adları xristianlıqdan (IV əsrdə) əvvəlki sitayiş yerləri və ziyarətgahlarla bağlıdır. Bax: Astlablur və Ulduztəpə. == Həmçinin bax == Arsak Astlablur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Fuqas
Fuqas (fr. Fougasse) - Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Jaqan
Jaqan (pol. Żagań) — Polşada şəhər. == Tarix == 1202-ci ildə ilk dəfə insanlar bu ərazidə məskunlaşmağa başlamışdır. Nəticədə 1280-ci ildə şəhər qurulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəhərin saytı.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
MacOS
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Balqaş
Balqaş (qaz. Балқаш) — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir. 1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.