Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Felis margarita
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Senecio margaritae
Senecio margaritae (lat. Senecio margaritae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Escapist Magazine
"The Escapist" ("the escapist" kimi üslublaşdırılır) — ABŞ elektron jurnalı. Jurnalın məzmunu əsasən videooyunlara yönəlmişdir, lakin eyni zamanda filmləri, komiksləri, televiziya şoularını və s. əhatə edir. Aleksandr Makris tərəfindən 12 iyul 2005-ci ildə təsis edilmişdir. Əvvəlcə jurnalın nömrələri həftədə bir dəfə nəşr olunurdusa, artıq davamlı olaraq məqalələr dərc olunur. 2018-ci ildən sahibi "Enthusiast Gaming" şirkətidir. == Tarixi == Jurnal 12 iyul 2005-ci ildə Aleksander Makris tərəfindən təsis edilmişdir. 30 iyun 2009-cu ilə qədər Julianne Greer baş redaktor olmuşdur, sonra 2011-ci ilin sentyabrına qədər bu vəzifəni Rass Pitts, 4 sentyabr 2012-ci il tarixinə qədər - Stiv Batts, 14 iyun 2013-cü il tarixdə Suzan Arendt, 21 yanvar 2015-ci il tarixinə Qreq Tito öz üzərinə götürmüdür. İndiki baş redaktor Coşua Vandervalldır. İlk növbədə, jurnal həftəlik jurnal idi, indi isə məqalələr davamlı olaraq dərc olunur.
PlayStation Magazine
PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir. "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3". == Tarix == === PSM: 100% Independent PlayStation Magazine === Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi. Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır. 2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir.
Sega Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. == Tarixi == Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Time Magazine
Taym jurnalı (ing. Time) — həftəlik informasiya jurnalı. "Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir. ABŞ-də yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə edir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır. Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-nin ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.
Wired (magazine)
Wired («Ethernet ilə bağlıdır») — San-Fransisko (ABŞ) və Londonda (Birləşmiş Krallıq) nəşr olunan aylıq jurnal. Kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri barədə yazır. İngilis dili versiyası istifadəyə verildikdən daha sonra 14 il müddətinə dayandırıldı. 2020-ci ildə buraxılmağa davam edir. Jurnalın ilkin maliyyə investorlarından biri Nicholas Nikolas Neqroponte olmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər həm də «Move bits, not atoms» sütununa rəhbərlik etmişdir. 1993-cü ilin yanvar ayından etibarən buraxılmışdır. 1998-2006-cı illərdə Wired jurnalının və Wired News veb saytının (wired.com) fərqli sahibləri var idi, lakin wired.com hazırda jurnalın – onlayn versiyasıdır. Bu beynəlxalq bir nəşrdir, aşağıdakı regional versiyalar verilir: Wired UK, Wired Italia, Wired Japan və Wired Germany (2011-ci ilin sentyabr ayından). Öz növbəsində Advance Publications media konqlomeratına daxil olan Condé Nast nəşriyyat evinə aiddir.
Bessatsu Shōnen Magazine
Bessatsu Shōnen Magazine (yaponca: 別冊少年マガジン, Hepbörn: Bessatsu Shōnen Magajin) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal yayım həyatına 2009-cu ilin sentyabrında Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" adlı digər jurnalının spin-offu kimi başlamışdır.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. == Başqa ölkələrdə == "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. == İstinadlar == == Ədəbiyyat == Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Doctor Who Magazine
Doctor Who Magazine (abbr. DWM) — «Doktor Kim» Britaniya elmi fantastik serialı haqqında jurnal. 2010-cu ilin aprelində televiziya serialı haqqında ən uzunömürlü jurnal kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Official Xbox Magazine
"Official Xbox Magazine" — ABŞ və Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnal 2001-ci ilin noyabrında orijinal "Xbox" konsolunun satışa çıxarılması ilə fəaliyyətə başlamışdır. Jurnalın hər nömrəsinin tərkibində oyun demoları, videolar və treylerlər, "Xbox 360"da geriyə uyumluluq yeniləmələri və profillər üçün oyundaxili avatarlar kimi digər məzmun var. Burada "Xbox", "Xbox 360" videooyunları üçün elanlar, resenziyalar və çit kodları var. 22 noyabr 2005-ci ildə jurnal "Xbox 360"ın loqosu altında çıxmağa başlamışdır. Buraya oyun resenziyaları, elanlar, "Xbox Live Arcade" oyun demoları daxil idi. Jurnal 2020-ci ilin aprelində fəaliyyətinə dayandırmışdır.
PlayStation 3 Magazine
"PlayStation 3 Magazine" və ya qısaca "PSM3" — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnalda "Sony"nin videooyun konsolları haqqında məlumatlar verilirdi. == Tarixi == Jurnalın ilk nömrəsi 2000-ci ilin oktyabrında "PSM2" adı ilə çıxmışdır. Jurnal qısa müddətdə İngiltərədə ən məşhur qeyri-rəsmi "PlayStation" jurnallarından birinə çevrilmişdir. Jurnalın adı 78-ci nömrədən sonra "PSM3" olmuş, "PlayStation 2" və "PlayStation Portable" üçün məlumatlar versə də, əsas diqqətini "PlayStation 3"ə yönəltmişdir. 13 noyabr 2012-ci ildə "PSM3" və "Xbox World" jurnallarının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.
Sega Saturn Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. == Tarixi == Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Mamqabinə
Mamqabinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Marqarita
Marqarita — ad. Marqarita Fernandez — Dominikan Respublikasının birinci xanımı. Marqarita Porete — Fransız mistik. Marqarita Zavala — Meksikanın birinci xanımı. Marqarita Levieva Digər Marqarita (ada) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası.
Official Irish PlayStation Magazine
Official Irish PlayStation Magazine (abr. OIPM) — "TP Media" tərəfindən nəşr edilmiş keçmiş İrlandiya aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation" və "PlayStation 2" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnal demək olar ki, sadəcə bir il fəaliyyət göstərmişdir (may 2000 – iyul 2001). == Tarix == Jurnal 2000-ci ildə "TP Media" şirkəti tərəfindən təsis edilmişdir. Jurnalın ilk nömrəsi 2005-ci ilin ay ayında nəşr edilmişdir. "Official UK PlayStation Magazine" jurnalı "Future Publishing" tərəfindən nəşr edilirdi və İrlandiyada 10 İrlandiya funtuna satılırdı. "OIPM" jurnalının hər buraxılışı 5 İrlandiya funtuna satılırdı. Jurnalın yanında demo disklər də verilirdi. Jurnalın ilk üç buraxılışının üzlüyü Böyük Britaniya versiyasındakı ilə eyni olmasına baxmayaraq, "OIPM" jurnalının məzmunu Kevin MakDermot rəhbərliyindəki bir redaktor heyəti tərəfindən yazılırdı.
PlayStation: The Official Magazine
PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir. "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3". == Tarix == === PSM: 100% Independent PlayStation Magazine === Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi. Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır. 2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir.
PlayStation Official Magazine – Australia
PlayStation Official Magazine – Australia (abr. OPS) — "Citrus Media" tərəfindən nəşr edilən Avstraliya videooyun jurnalı. Jurnal əvvəllər "Official PlayStation 2 Magazine – Australia" adı altında fəaliyyət göstərirdi, lakin "PlayStation 3" konsolunun satışa çıxarılmasından sonra adını dəyişmişdir. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdır və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edir. Hər il 13 nömrə nəşr edən jurnalın ilk nömrəsi 2007-ci ilin mart ayında nəşr edilmişdir. "OPS" jurnalının hər bir nömrəsinin qiyməti 15 Avstraliya dollarıdır. Junalın hər bir nömrəsinin yanında içərisində videooyun treylerləri və başqa məzmun olan özəlləşdirilmiş DVD-lər olur. Digər "Official PlayStation Magazine" adı ilə başlayan jurnallarla eyni başlığı daşımasına baxmayaraq, "PlayStation Official Magazine – Australia" məzmun lisenziyalaşdırmır və tamamilə Avstraliyada nəşr edilir. "OPS" Avstraliyada yerli şəkildə yazılan yeganə "PlayStation" jurnalıdır. == İstinadlar == == Xarici keçidlər == PlayStation Official Magazine – Australia Arxivləşdirilib 2016-05-03 at the Wayback Machine – magshop.com.au saytında.
Official U.S. PlayStation Magazine
Official U. S. PlayStation Magazine (abr. OPM) — "Ziff Davis Media" tərəfindən nəşr edilmiş keçmiş ABŞ aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnalın hər ay nəşr edilən buraxılışı demo disklər və "PlayStation" videooyunlarının videolarını daşıyırdı. Jurnalın fəaliyyəti demək olar ki, on il davam etmişdir (oktyabr 1997 – yanvar 2007). "OPM" 2007-ci ilin yanvar ayında fəaliyyətini dayandırandan bir ay sonra müstəqil "PlayStation" jurnalı olan "PSM" adını dəyişdirərək "PlayStation: The Official Magazine" olmuşdur. == Tarix == "Official U. S. PlayStation Magazine" jurnalı 1997-ci ildə "Ziff Davis Media" tərəfindən ABŞ-də təsis edilmişdir. "OPM" o dövrdə "PlayStation" diskləri verən ilk jurnal idi. 1997-ci ilin oktyabr ayındakı ilk buraxılışından bəri jurnalın yanında "PlayStation" platforması üçün satışa çıxarılan videooyunların demo diskləri və reklam-xarakterli videoları verilirdi. Məsələn, jurnalın avqust 1999-cu il tarixli 23-cü buraxılışının yanında "Final Fantasy VIII", "3Xtreme", "Tiny Tank", "Jade Cocoon: Story of the Tamamayu", "Macross VF-2", "Centipede", "You Don't Know Jack" və "Ultimate 8-ball" kimi videooyunların demo diskləri verilirdi.
Avstriyalı Marqarita
Avstriyalı Marqarita (ing. Margaret of Austria) (d. 10 yanvar 1480 — ö. 1 dekabr 1530) — Müqəddəs Roma imperatoru Maksimilyanın yeganə qızı. Habsburq Niderlandiyasının ilk qadın naibəsi. Müqəddəs Roma imperatoru Maksimilyan və xanımı Burqonlu Mariyanın qızı olan Marqarita hələ 2 yaşında ikən anası vəfat etdi. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın oğlu və varisi Conla evləndirildi. == Mənbə == Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Deyeneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Marqarita (ada)
Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir. Əhalisi 490 min nəfərdir (2011). == Coğrafiyası == Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir. == Tarixi == Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir.
Marqarita Aliyçuk
Marqarita Sergeyevna Aliyçuk (d. 10 avqust 1990; Seversk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Marqarita Aliyçuk, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Marqarita Aliyçuk, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yelena Posevina, Anna Qavrilenko, Tatyana Qorbunova, Darya Şkurixina və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Marqarita Annenskaya
Marqarita Matveyevna Annenskaya (30 iyul 1896, Tiflis – 11 yanvar 1967, Bakı) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1956) == Səhnə fəaliyyəti == Marqarita Annenskaya 30 iyul 1896-cı ildə Tiflisdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildə Tiflis Xalq Teatrında başlamış, sonralar Tiflisin digər teatrlarında işləmiş, Armavir və Tula şəhərlərində çıxış etmişdir. 1930–1937-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Əsas rolları: Panova ("Lyubov Yarovaya", K.Trenyov), Nadejda ("Sonuncular", M. Qorki), Elmira ("Tartüf", J.B. Molyer), Anna Karenina ("Anna Karenina", L. Tolstoy), Oliviya ("On ikinci gecə", U. Şekspir), Mariya Aleksandrovna ("Ailə", İ. Popov), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", V. Rozov), nənə ("Ağaclar ayaq üstə ölür", A. Kasona) və s. M. Annensakayanın yaratdığı obrazlar üçün bütövlük, səmimilik, incə yumor səciyyəvi idi.
Marqarita Byufort
Marqarita Byufort' (ing. Margaret Beaufort) (d. 31 may 1443 — ö. 29 iyun 1509) — İngiltərə kralı VII Henrinin anası, Gül müharibəsindəki önəmli fiqurlardan biri. Oğlu taxta çıxsa da, heç vaxt kral xanımı olmadı və bu səbəblə tarixi mənbələrdə Leydi Marqarita olaraq anılır. İngiltərə kralı III Eduardın şəcərəsindən gələn Marqarita İngiltərə taxtına olan mübahisəli iddiasını oğluna ötürdü və yeganə oğlu olan Henri Tüdorun taxta oturması uğrunda bir çox intriqalara qarışdı. Onun səyləri nəticəsində oğlu Henri Tüdor Bosvort döyüşündə III Riçardı məğlub edərək taxta oturdu. Beləcə İngiltərə tarixində Tüdorlar dönəmi başladı. Bundan başqa Leydi Marqarita İngiltərədəki mədəni inkişafın da güclü dəstəkçilərindən oldu. == Həyatı == === İlk illəri === Leydi Marqarita 31 may 1443-cü ildə Con Byufortun və Marqarita Byuçempin yeganə qızı və varisi olaraq Bedfordşirdə dünyaya gəldi.
Marqarita Fernandez
Marqarita Fernandez — Dominikan Respublikasının birinci xanımı Marqarita Fernandez 1965-ci ildə anadan olub. Dominikanın prezidenti Lionel Fernandes ilə ailə həyatı quran Marqaritanın Emil Ramon, Qabriela Angelissa və Yolanda America Maria adlı övladları var. 2009-cu ilin oktyabr 16-da Margarita Fernandezin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı üzrə xoşməramlı səfiri kimi namizədliyi irəli sürülüb. Fernandezin 2012-ci ilin prezident seçkiləri üçün onun ilkin namizədliyi qeydə alınıb.
Marqarita Levieva
Marqaritan Vladimirovna Levieva (rus. Маргари́та Влади́мировна Леви́ева; 9 fevral 1980, Leninqrad) — Rusiya-ABŞ aktrisası.
Marqarita Mamun
Marqarita "Rita" Mamun-Suxorukova (d. 1 noyabr, 1995; Moskva, Rusiya) — Rusiyalı bədii gimnast. Marqarita Mamun 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Marqarita Mamun həm də, 2013, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarında 4 qızıl və 5 gümüş medala, 2013–2015-ci illərdə baş tutan Dünya Çempionatlarında isə 7 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olan Marqarita Mamun 2013-cü ildə Kazan şəhərində baş tutan XXVII Ümumdünya Yay Universiadasının 4 qat çempionudur. Marqarita Mamun Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli 429 nömrəli Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. == Həyatı == Marqarita Mamun 1995-ci il 1 noyabrda Moskva şəhərində anadan olub. Marqarita Mamun həm Rusiya, həm də Banqladeş vətəndaşlığına sahibdir. Onun atası, Abdulla Al Mamun, milliyyətcə benqaldır və ixtisasca dəniz mühəndisidir. Abdulla Al Mamun, qızının Olimpiya çempionu olmasından 6 gün sonra, avqustun 26-sı uzun sürən xərçəng xəstəliyindəən sonra vəfat edib.
Marqarita Porete
Marqarita Porete (fr. Marguerite Porete; 1250[…], Eno qraflığı – 1 iyun 1310, Paris, Fransa krallığı) — Fransız mistik. "Sadə ruhların güzgüsü" kitabını paylaşmaqdan imtina etdiyi üçün iblisə xidmət etməkdə günahlandırılmış və 1310-cu ildə yandırılaraq edam edilmişdir.
Marqarita Simonyan
Marqarita Simonyan (rus. Маргари́та Симо́новна Симонья́н; 6 aprel 1980, Krasnodar) — Erməni əsilli Rusiya jurnalisti və televiziya aparıcısı. Rusiyanın RT kanalının baş redaktorudur. Xarici KİV-lər Marqarita Simonyanın televiziya şousunu Vladimir Putinin təbliğatını təşviq etmək üçün platforma olmaqda ittiham edir.
Marqarita Tüdor
Marqarita Tüdor (ing. Margaret Tudor) (28 noyabr 1489 və ya 1489, London – 18 oktyabr 1541[…] və ya 1541) — Şotlandiya kralı IV Ceymsin xanımı, Şotlandiya kraliçası. O, İngiltərə kralı VII Henri və xanımı Yorklu Elizabetin qızıdır. Ərinin ingilislərlə müharibədə həlak olmasının ardından taxta çıxarılan 1 yaşlı oğlu V Ceymsin yerinə 2 il boyunca naiblik etmişdir. Marqaritanın IV Ceymslə baş tutan bu evliliyi təxminən 100 il sonra İngiltərə və Şotlandiya krallıqlarının birləşməsi ilə nəticələndi. Belə ki, onun ilk nikahından doğulan nəvəsi Mariya və ikinci nikahından doğulan nəvəsi Henri Stüart evlənmiş, bu cütlüyün yeganə övladı olan Ceyms isə 1567-ci ildə Şotlandiya, 1603-cü ildə İngiltərə kralı elan edilmişdir. Nəticədə hər 2 krallıq sonsuza qədər birləşmişdir. == Həyatı == === Uşaqlıq illəri === Marqarita Tüdor 28 noyabr 1489-cu ildə İngiltərə kralı VII Henrinin böyük qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 2 gün sonra Həvari Andreyin anma günündə Müqəddəs Marqarita kilsəsində vəftiz edildi və nənəsi Marqarita Byufortun şərəfinə Marqarita adını aldı. Uşaqlıq illəri ilə bağlı ilk məlumat 8 yaşına aiddir.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Marqarita Əzizova
Marqarita Əzizova (d. 25 aprel 1993) — Azərbaycanı təmsil edən voleybolçu. Marqarita Əzizova, Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan Avropa Oyunlarına qatılıb və 4-cü yeri tutub.
Savoylu Marqarita
Savoylu Marqarita (28 aprel 1589, Turin, Savoy hersoqluğu – 26 iyun 1655, Miranda-de-Ebro[d]) — hersoq Savoylu I Karl Emmanuilin və İspaniya kralı II Filipin qızı Katalina Mikaelanın 5-ci övladı, Mantuya kralı IV Françesko Qonzaqanın həyat yoldaşı. Tarixə Portuqaliyanın son ispan vitse-kraliçası (sərdarı) kimi düşüb. == Bioqrafiya == === Françesko Qonzaqanın yoldaşı === 1608-ci ilin fevralın 19-da Mantuya taxtının varisi Françesko ilə Turində ailə qurur. 1612-ci il fevralın 9-u onun yoldaşı atasının taxtına keçir, lakin həmin ilin dekabrın 22-si vəfat edir. Evli olduğu zaman ərzində Marqarita 3 uşaq doğur, lakin onlardan yalnız biri – böyük qızları Mariya Qonzaqa həyatda qala bilir. Yoldaşı və oğlu çiçək xəstəliyinin qurbanı olur. Yoldaşı vəfat etdikdə Marqarita hamilə olduğunu iddia edirdi ki, lakin qısa zamanda onun yalanı ifşa edildi. Beləliklə, taxt yoldaşının qardaşı I Ferdinando Qonzaqaya keçir. Kardinal olan Ferdinando dini sandan imtina edərək, Mantuyanın hersoq tacını geyir. Eyni zamanda, Mariya Qonzaqa de-yure olaraq Monferratın hersoqluq tacının sahibi olur, çünki tarixi olaraq bu hersoqluq yalnız ana xətti ilə əldə edilə bilərdi.
Valualı Marqarita
Valualı Marqarita (ing. Margaret of Valois; fr. Marguerite de Valois, 14 may 1553, Sen-Jermen-an-Le[d] – 27 mart 1615[…], Paris) — Navarra və Fransa kralı IV Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı II Henri və Yekaterina Mediçinin qızı, II Fransisk, IX Karl və III Henrinin doğma bacısı idi. Fransadakı katoliklər və kalvinistlər arasında sülh yaratmaq məqsədilə planlaşdırılan Marqaritanın Navarra kralıyla baş tutan evliliyi, nikahdan 6 gün sonra baş tutan Varfolomey gecəsi qətliamı ilə ləkələndi. Kiçik qardaşı Anju hersoqu Fransiskin hugenotlar üzərinə tərtib etdiyi hərbi əməliyyatlar əsnasında qardaşının tərəfini tutmuş, bu səbəblə ərinin dərin nifrətini qazanmışdır. Navarra kraliçası olaraq əri və Fransa monarxiyası arasındakı münasibətləri tənzimləməyə çalışan Marqarita 2 saray arasında get-gəl edərək uzlaşma yaratmaq istəsə də, nəticədə öz evliliyi pozuldu. Ərinin ondan üz çevirməsinin ardından Marqarita 1585-ci ildə Navarradakı müxalif qüvvələrə və katolik birliklərə rəhbərlik etməyə başladı. Bu səbəblə əri Fransa kralı olsa da, Marqarita 20 il boyunca sürgündə yaşamağa məcbur oldu. Nəhayət, 1599-cu ildə yüklü miqdarda təzminat almaq şərtilə boşanmağa razı oldu.
Yorklu Marqarita
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Luzinyanlı Marqarita
Puatye-Luzinyanlı Marqarita (1276 – 1296) — Kral III Torosun birinci arvadı olaraq Ermənistan kraliçası. O, 1293-cü ildən üç il sonra ölümünə qədər kraliça oldu. Onun dörd il padşahlıq edən III Levon və taleyi məlum olmayan Boemund adlı iki oğlu var idi. == Ailəsi == Marqarita 1276-cı ildə Kipr Kralı III Hyu və İbelinli İzabellanın qızı olaraq anadan olub. Kipr Kralı I İoahann da daxil olmaqla 10 qardaş-bacısı var idi. O, 12-ci əsrin sonlarından etibarən Kipr və Yerusəlimin səlibçi dövlətlərini idarə edən nüfuzlu fransız luzinyan sülaləsinin kadet qolunun üzvü idi. == Ermənistan kraliçası == 9 yanvar 1288-ci ildə Ermənistan Kralı II Levonun oğlu Toros ilə evləndi. Papa IV Honoriy onların evliliyi üçün icazə verdi; bu baş tutdu və dispensasiya 23 may 1286-cı il tarixli idi. O, 1289-cu ildə varis oldu və 1293-cü ildə Erməni Kilikiya Krallığının kralı kimi devrilmiş qardaşı II Hethumun yerinə keçdi. 8 yanvar 1290-cı ildə təxminən 13 və ya 14 yaşında Marqarita Levon adlı oğul dünyaya gətirdi, o, daha sonra 1303-cü ildən 7 noyabr 1307-ci ilə qədər bir monqol tərəfindən öldürüldüyü zamanadək padşah kimi hökmranlıq etdi.
I. Marqarita
I Marqarita (dan. Margrete Valdemarsdotter); 15 mart 1353 – 28 oktyabr 1412) Danimarka, Norveç və İsveç kraliçası idi. Kalmar İttifaqını qurdu və 1389-cu ildən 1412-ci ilə qədər onun ilk hökmdarı oldu. == Həyatı == Marqarita 1353-cü ildə Kopenhagen şəhərində anadan olub. Danimarka kralı IV Henrix Valdemar və Meklenburq hersoginyası Helviqin üçüncü övladı olaraq dünyaya gəldi. O zaman Danimarka və Norveç krallıqları birləşmişdi. Marqaritanın uşaqlığı saray əzəməti və incəliyi ilə əhatə olunmuş, zadəganlıq və siyasi intriqa kölgəsində keçirdi. 1363-cü ildə o vaxt cəmi 10 yaşı olan Marqarita Norveç kralı VI Haakon ilə evləndi. Bu evlilik Danimarka və Norveç krallıqları arasındakı əlaqələri daha da gücləndirdi və Marqaritanın siyasi üfüqlərini genişləndirdi. Evli olduqları müddətdə Marqarita əri ilə birlikdə Norveçi idarə etdi və siyasi bacarıqlarını inkişaf etdirdi.
Marqarita Al
Marqarita Al (rus. Маргари́та Ви́кторовна Аль 7 oktyabr 1959, Almatı) — rus və qazax şairəsi, filosof, rəssam, nasir, ədəbiyyatşünas, metametafor və rus kosmizminin tədqiqatçısı, Avrasiya Xalqları Assambleyasının ədəbi şurasının sədri, Avrasiya xalqlarının mədəni layihələrinin inkişafına yardım fondunun "LIFFT" pezidenti, Ümumdünya Yazıçılar Təşkilatının "WOW" prezidenti (2023), peşəkar rəssamlar Yaradıcılıq Birliyinin üzvü, beynəlxalq PEN təşkilatının üzvüdür. Poetik janrda 10 şerin müəllifi kimi şöhrət qazanmışdır. Futurist Vasili Kamenskinin(ru) instalyasiyalarının ənənələrini davam etdirərək, poetik səhnələr yaratmışdır. Oljas Süleymenov, Konstantin Kedrov və Aleksander Oçhirov onun ədəbi və ictimai fəaliyyətində müəllimləri və mentorları hesab olunur. == Həyatı == 7 oktyabr 1959-cu ildə Qazaxıstan SSR-nin SSRİ Alma-Ata şəhərində anadan olmuşdur. 1990-cı ildə Avrasiya Milli Universitetini bitirib. 1997-ci ildə SSRİ parçalanandan sonra Moskva şəhərinə köçüb. 2005-ci ildən Poeziya və Fəlsəfə Akademiyasında. 2023-cü ildən Maksim Qorki adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.