Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meşəbaşı şəlaləsi
Meşəbaşı şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində şəlalə. Yerli əhali tərəfindən Meşəbaşı adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1696 m hündürlükdə yerləşir. Elmi mənbələrdə adı qeyd olunmayan, 13 metr hündürlükdən tökülən, eni 90 sm (0,9 metr), koordinatları N 41˚ 17' 36", E 47˚ 15' 13" olan "Meşəbaşı" şəlaləsi bol sulu olması ilə yanaşı öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu tərəfindən 12.08.2023-cü ildə Şəki rayonundakı Kiş çayının Damarçın qolu üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.
Meşəbaş
Meşəbaş — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Meşəbaş kəndində milli tərkibi ingiloylardan ibarət 16 ailə yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 171 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 102 təsərrüfatda hər iki cinsdən toplam 382 nəfər əhali yaşamaqdadır. Meşəbaş oyk., mür. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Kürmük çayı dərəsindədir. Keçmiş adı Meşəbaşı olmuşdur. Oykonim meşə və başı (yəni yuxarısı, yuxan hissəsi) sözlərindən ibarət olub, "meşənin üstü, yuxansı" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Sultan Əhmədxan Xəlilbəy meşəsinin üstündə Meşəbaşı adlı yerdə 20 ingiloy ailəsini məs- kunlaşdırması nəticəsində yaranmışdır.
Meşəbaş bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meşəbəyi
Meşəbəyi — peşə, meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının rəhbəri. Meşəbəyi həm direktor-meşəçi vəzifəsi olan bütün meşə təsərrüfatını , həm də rayon meşə təsərrüfatını (meşəçi, böyük rayon meşəçisi) idarə edə bilər. Meşəbəyi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşəbəyi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir. Meşəbəyi məhəllələri təkcə meşə təsərrüfatı sahəsində deyil, həm də xüsusi mühafizə olunan təbiət ərazilərində formalaşdığından meşəbəyilər də qurumun direktoruna tabe olan milli park və qoruqların işçiləri sırasındadırlar. Meşəbəyi meşələrin yanğından mühafizəsinə və meşə pozuntularından mühafizəsinə rəhbərlik edir , meşələrin zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirlərini planlaşdırır, meşə yanğınlarının söndürülməsinə nəzarət edir, yerli sakinlər arasında meşələrin mühafizəsi ilə bağlı maarifləndirmə işləri aparır, məktəb meşə təsərrüfatının işinə rəhbərlik edir. Meşəbəyi vəzifə təlimatlarına uyğun olaraq qırma və meşəbərpa işlərinə nəzarət edir, meşələrdən istifadə üzrə digər işlərə nəzarət edir, meşə təsərrüfatı ərazilərinin dolama yollarını və emalatxanalarını yoxlayır. Həmçinin, meşəbəyi tabeliyində olan köməkçilər, meşəçilər, meşəçilər üçün təlim və ixtisasartırma işlərini həyata keçirir. Rəhbərliyin tapşırığı ilə meşəbəyi meşə pozuntuları və meşə yanğınları ilə bağlı işlərə baxılarkən inzibati və məhkəmə orqanlarında nümayəndə kimi çıxış edə bilər. Mövcud qanunvericiliyə əsasən meşəbəyinin hüququ vardır: 1.meşə təsərrüfatı qanunvericiliyinin, o cümlədən meşələrdən istifadə etməyən şəxslər tərəfindən törədilən pozuntuların qarşısını almaq; 2.səlahiyyətli federal icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq meşələrə nəzarət etmək; 3.vətəndaşların istifadə, mühafizə, meşəbərpa və meşəsalma hüquqlarını təsdiq edən sənədlərini yoxlamaq; 4.
Təpəbaşı
Təpəbaşı (Germi)
Maebaşi
Maebaşi (yap. 前橋市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Qunma prefekturasının paytaxtı.
Dəllər qəsəbəsi
Dəllər — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi. == Toponimikası == Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar. == Əhalisi == Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Dərbənd məsələsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Dəstəbaşı dağı
Dəstəbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 830,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunun qurtaracağında zirvə. Vənəndçayın sol sahilində, Dəstə kəndindən 1,9 km şimaldadır. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastıtəpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli fay qırılması müşahidə olunur.
Görədil qəsəbəsi
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. == Tarixi == Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Gürcüstan məsələsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Gənclər qəsəbəsi
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Heybət qəsəbəsi
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kür qəsəbəsi
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Lahıc qəsəbəsi
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lökbatan qəsəbəsi
Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonun mərkəzidi. == Tarixi == Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında olan karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan ("lök" farsca "dəvə" deməkdir) adı yaranıb. Qəsəbənin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar. Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 28 güclü vulkan püskürməsi olmuşdur.
Ləki qəsəbəsi
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müşfiqabad qəsəbəsi
Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə, Abşeron yarımadasında, Bakı şəhərinin Qaradağ rayonununda yerləşir. Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır. Müşfiqabad qəsəbəsini əhatə edən Müşfiqabad bələdiyyəsinin ərazisi 58.878 km²-dir. 1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən qəsəbə əhalisinin sayı 9.6 min nəfərdir. Qəsəbədə 1987–ci ildə inşa edilmiş "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi" fəaliyyət göstərir. Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərir. Hazırda bu kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir. Qəsəbədə Müşfiqabad qəsəbə məscidi dini icması Sigist dir fəaliyyət göstərir.
Məmmədbağırlı qəsəbəsi
Məmmədbağırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Mərdəkan qəsəbəsi
Mərdəkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3–2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Tədqiqatçı etnoqrafların bir qismi "Mərdəkan" sözünü burada məskunlaşmış "mardlar" tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə "Mərdi məkan" sözü ilə bağlayır.
Mərzili qəsəbəsi
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər. Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır.
Nardaran qəsəbəsi
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Naxçıvan məsələsi
Naxçıvan məsələsi - çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi prosesində və bundan sonrakı dövrdə erməniləri İrandan və Osmanlı imperiyası ərazilərindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürməsi nəticəsində yaranmış beynəlxalq problem. İlk mənbələrin sübut etdiyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu torpaqlar Gülüstan müqavihsi (1813) və Türkmənçay müqaviləsi (/828) ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfındən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdi. Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərinə göz dikən ermənilərin əcdadları bu qədim yurda 1828 ilin martında Rusiyanın yaratdığı xüsusi komissiya tərəfındən köçürülmüş, 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox erməni) gətirilmişdi. Köçürmə kampaniyası çarizmin zorakılıq siyasəti nəticəsində baş tutmuşdu. Köçürmə siyasətinin reallaşmasından sonra tarixi Azərbaycan torpaqlarında məskunlaşan və "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan üzüdönük məkrli erməni qəsbkarları ərazi iddialarına başladılar. Bu proses 20 əsrdə daha da genişləndi. Ermənilərin təqsiri üzündən istər 20 əsrin əvvəllərində, istərsə də 1918-20 illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən ictimai-siyasi hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətləri dəhşətli, faciəli şəkil aldı. Bunlar Cənubi Qafqaz sərhədləri çərçivəsindən çıxaraq, beynəlxalq aləmi düĢündürən mühüm bir problemə çevrildi. Naxçıvan məsələsi 1918 ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20 illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində, Ermənistanın, Türkiyənin parlamentlərində, Təbriz bələdiyyə idarəsində, Maku xanlığında, Paris sülh konfransında (1919-20), 1919-20 illərdə ABŞ-nin Ermənistan və Naxçıvandakı nümayəndəliklərində, 1920-21 illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan Sovet Respublikasının inqilab komitələrində, 1921 il martın 16-da Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda, 1920-21 illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini - Azərbaycanın tərkibində muxtar respublika statusunu yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi.