DƏSTƏBAŞI

is. Hər hansı bir dəstəyə başçılıq edən adam.
[Qarovul:] Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəmir. Ə.Haqverdiyev.
Lakin dəstəbaşı araya soxulan bu artıq adamı çıxarmaq istədi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏSTƏBAŞI DƏSTƏBAŞI (hər hansı bir quldur və ya oğru dəstəsi başçısı) Lakin dəstəbaşı araya soxulan bu artıq adamı çıxarmaq istədi (Mir Cəlal); ATAMAN [Səlimə Ş
DƏSTƏBAŞÇILIQ
DƏSTƏBAŞILIQ
OBASTAN VİKİ
Dəstəbaşı dağı
Dəstəbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 830,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunun qurtaracağında zirvə. Vənəndçayın sol sahilində, Dəstə kəndindən 1,9 km şimaldadır. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastıtəpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli fay qırılması müşahidə olunur.

Digər lüğətlərdə