Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahdağ milli etnik qrupu
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Etnik azlıq
Azlıqlar — etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.
Etnik milliyətçilik
Etnik millətçilik və ya mikro millətçilik, milli kimliyi yaradan, mədəniyyət, tarix və məqsəd birliyi kimi hakim mədəni ünsürlərin yaratdığı milli biz şüru yerinə, etnik birlik kimi biz şürunu mənimsəyən etnosentrik millətçilik növüdür. Hakim mədəniyyətin də bir etnik qrup kimi düşünülməsi lazım olduğu fikrini müdafiə edir. Azlıq mədəniyyətlərinin inkarı və asimiliyasiyası etnik millətçilik hisslərinin inkişafında mühüm bir təsir kimi qəbul edilir.. Özünü sosial bağlarla və ortaq mədəniyyətlə tərif edən, bütünləşdirici təbiətə sahib olan kültürəl millətçilikdən ayrılır. == Etnik millətçi düşüncələr == Millət dövlət strukturunun həyati əhəmiyyətli ünsürlərindən biri ölkə sərhədləri içində tək milli mədəniyyətin var olmasıdır. Ulus dövlətlərdə hakim milli mədəniyyətin xaricində qalanlar dəstəklənməz və eyni zamanda da məcburi şəkildə ortadan qaldırılmazlar. Milli mədəniyyət ilə qaynaşmazlıq halında ötəkiləşən mədəniyyətlər ana millətdən qopmağa qədər gedə bilərlər. Ernest Gellnerə görə mərkəzi rejimdən başqalaşan mədəniyyətlərin iki seçimi vardir: assimiliyasiya və ya öz millətçiliyini yaratmaq. Çoz etnik azlıqlarda daha çox qarşımıza çıxan assimiliyasiyadır ancaq getdikcə bəziləri milli dövlət daxilində hüquqi bir haqq qazanma mübarizəsinə qoşulmaqdadır. Tək mədəniyyətli milli dövlətlərdə bir azınlıq mədəniyyəti hakim milli mədəniyyəti rədd edərsə ayrı bir millət olma istəyini ortaya qoyar.
Etnik millətçilik

Etnik modifikasiya
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır".Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir. Overalın əsas tezisi kollektiv şəxsiyyətə xəyanət və ya diskriminasiyaya dəstək verməsi kimi etnik təbiət və irqi transformasiyaya qarşı olan arqumentlərin transseksual dəyişikliklə bağlı olan arqumentlərlə eyni olmasıdır.
Etnik münaqişə
Etnik münaqişə — iki və ya ikidən artıq etnik qruplar arasında münaqişədir. Münaqişənin səbəbləri cürbəcür, o cümlədən, siyasi, iqtisadi, dini və sosial ola bilər.
Etnik qrup
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup - etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. == Azərbaycanda etnik qruplar == Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir.
Etnik qruplar

Etnik silah
Etnik stereotip
Stereotip sözü yunan dilində stereos - möhkəm, tyros - iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereptiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial stereotip" termini ilk dəfə amerikan sosioloqu U.Lipman tərəfindən 1922-ci ildə "İctimai fikir" əsərində işlədilmişdir. U.Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər ,əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır.
Etnik turizm
Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni qorunma strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunur.
Etnik təmizləmələr
Etnik təmizləmələr — bir etnik qrupa məxsus olan insanların məcburi surətdə müəyyən ərazidən köçürülməsi siyasəti. Bir sıra hallarda "etnik təmizləmələr" əhalinin kütləvi köçürülməsi ilə yanaşı, məcburi emiqrasiya, deportasiya və genosid forması ala bilər. Etnik təmizləmələr dini və milli mənsubluqdan irəli gələrək siyasi, strateji və ideoloji səbəblərdən ola bilər. 1988-1994-cü illər Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq Azərbaycanlı (qaçqınlar və məcburi köçkünlər, soyqırıma məruz qalanlar) etnik təmizləməyə məruz qalmışdır. Bu, Azərbaycanın ümumi əhali sayına nisbətdə dünya üzrə rekord göstəricidir. == Bəzi müasir etnik təmizləmələr == XX əsrdə çoxsaylı etnik təmizləmələr baş vermişdir. Azərbaycanlıların (150 mindən çox) 1948-1953-cü illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (300 minə yaxın) 1988-1991-ci illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (800 minə yaxın) 1988-1994-cü illərdə Rusiya və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində Dağlıq Qarabağdan və ətraf ərazilərdən qovulması. Qırğıstanda 2010-cu ildə baş verən hadisələr.
Azərbaycanda etnik azlıqlar
Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar — 2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. == Yəhudilər == Yəhudilər XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.
Azərbaycanlı etnik qruplar
Azərbaycanlı etnik qruplar — İqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda hər biri özünəməxsus xüsusiyyətləri olan bir neçə azərbaycanlı etnik qrup var. Bəzi azərbaycanlı etnik qruplar XIX əsrin son rübündə də mövcud olmağa davam ediblər. Əsas azərbaycanlı etnik qruplar: Ayrımlar.
Etnik estetik cərrahiyə
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır".Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir. Overalın əsas tezisi kollektiv şəxsiyyətə xəyanət və ya diskriminasiyaya dəstək verməsi kimi etnik təbiət və irqi transformasiyaya qarşı olan arqumentlərin transseksual dəyişikliklə bağlı olan arqumentlərlə eyni olmasıdır.
Mosuo etnik qrupu
Mosuolar (çin. ənən. 摩梭, pinyin: Mósuō) — çox vaxt özlərini Na kimi də təqdim edirlər, Çinin Yunnan və Siçuan əyalətlərinin Tibet sərhədi yaxınlıqlarında yaşayan kiçik bir etnik qrupdur. Təqribən 40.000 nəfər əhalisi olab bu qrup Yongning bölgəsi və Lugu gölü ətrafında məskunlaşmışlar. Mosuoların tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin hökuməti onları Naxilərlə eyni azlıq qrupa daxil etmişdir. == Həyat tərzləri == Mosuolar anaxaqanlığı (matriarxat) həyat tərzinə malikdirlər. Mosuo mədəniyyəti əsasən anaxaqanlığının saxlandığı yeganə azlıqlardan biridir. Həqiqətdə bir çox ailədə qadınların ailənin rəisi qəbul edilməsi, mülkiyyətin qadın nəsli yolu ilə keçməsi, ticarət qərarlarının qadınların qəbul etməsi kimi Mosuo mədəniyyəti bir çox matriarxal xüsusiyyətlər daşıması ilə yanaşı, siyasi gücün daha çox kişilərin əlində cəmlənməsi onların tam olaraq matriarxal olmadıqlarını göstərir. Mosuolar daha çox əkinçiliklə məşğul olurlar. Bunun izlərinə gündəlik həyatda daha çox rast gəlmək olar.
Qarabağın etnik tərkibi
== Rusiya işğalı == 14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
İranın etnik azlıqları
İranın etnik azlıqları — İranda yaşayan azsaylı xalqlar. İranın etno-linqvistik azlıqları bunlardır: azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar, türkmənlər, ləklər, lurlar, mazandaranlılar, giləklər, talışlar, deyləmilər, xələclər, ermənilər, mandayilər, brahuiyilər, assuriyalılar, gürcülər, yəhudilər, lurlar, səngsərilər, qazaxlar, qaşqaylar, Xorasan türkləri, goranlar, puştunlar və s. === Din === İranın rəsmi dini İslam (şiəlik) dinidir. İran dövləti İslamın sünni məzhəbi, xristianlıq, yəhudilik və zərdüştilik kimi məzhəb və dinlərin İranda mövcudluğuna haqq tanıyır. İranda movcud olan dinlər aşağıdakılardır: İslam : Şiə məzhəbı: İsna Əşariyə (12-cilər) təriqəti: Dini nəzərdən baxarq azərbaycanlılar, farslar, ərəblər, lurlar, mazandaranlılar, giləklər, deyləmilər, xorasan türkləri, xələclər, gürcülər və qaşqaylarların əksəriyyətinin dinləri İslam və Şiə məzhəbinin İsna Əşariyə (12-cilər) təriqəti dir. Şeyxiyyə təriqəti: Şeyxiyyə təriqəti, Şiə məzhəbinin təriqətlərindən dir və azərbaycanlılar və farslar arasında azlıq olaraq cari dir. Sünni məzhəbı: Amma kürdlər, bəluclar, türkmənlər, qazaxlar, puştunlar, əçomilər və brahuiyilər əksəriyyəti İslam dininin sünni məzhəbinə bağlıdırlar.Xristianlıq: Assuriyalılar və ermənilərin əksəriyyətinin dini xristianlıqdır. Bu din İranın digər etnikləri arasında da azlıq olaraq caridir.Mandayizm: Mandayilər isə Mandayizm dininə bağlıdırlar. İran dövləti mandayilərin sayının az olmağına görə mandayizm dinini rəsmiyyətə tanımır.Yaresanizm: Ləklər və goranların əksəriyyətinin dini yaresanizmdir. Azərbaycanlılar arasında isə bu din azlıq olaraq movcud dur.
Şahdağ etnik qrupları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Şahdağ etnik qrupu

Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Dağıstan əhalisinin etnik tərkibi
1 yanvar 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Dağıstan Respublikasının daimi əhalisi 2.946.303 nəfərdir.
Qazaxıstan əhalisinin etnik tərkibi
Sayı - 18 838 730 nəfər 01.08.2020
Suriya əhalisinin etnik tərkibi
Suriya Mərkəzi Statistika Bürosunun rəsmi "əhali saatı"na görə 22 sentyabr 2015-ci il tarixinə ölkə əhalisinin sayı 23.394.783 nəfər təxmin edilir. Ancaq digər mənbələrdə göstərilən məlumatlar fərqlidir. Mərkəzi Kəşfiyyat İdarəsi Ümumdünya faktlar kitabında 2014-cü ilin iyul ayına, ABŞ Siyahıyaalma Bürosu isə 2015-ci ilin iyul ayına Suriya əhalisini təqribən 17.065 milyon nəfər təxmin edir.Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinə görə 2015-ci ilin sentyabr ayına olan məlumatlara əsasən təqribən 4.1 milyon nəfər Suriyanı tərk etmiş, 7.6 milyon nəfər isə ölkə içində məcburi köçkünə çevrilmişdir, həmçinin ölkədə 12.2 milyon insan humanitar yardıma ehtiyyac duymaqdadır. Suriyalı qaçqınların sayca ən böyük hissəsi Türkiyədə sığınacaq tapmışdır. Əgər 29 aprel 2011-ci ildə Türkiyəyə ilk sığınan qaçqın qrupun sayı 252 nəfər idisə bu rəqəm 2015-ci ilin avqust ayının ilk ongünlüyündə 1.905.984 nəfəri, həmin ayın 25–ində isə 1.938.999 nəfəri ötmüşdür və sentyabr ayının ikinci ongünlüyünə olan rəsmi məlumata əsasən 2.225.147 nəfər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən Türkiyədən sonra ən çox Suriyalı qaçqın qəbul edən ölkələr Livan (25 avqust 2015; 1.113.941 nəfər), İordaniya (17 sentyabr 2015; 628.887 nəfər), İraq (13 sentyabr 2015; 248.503 nəfər) və Misirdir (5 iyul 2015; 132.375 nəfər); həmçinin 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək Avropa qitəsinin 37 ölkəsində qeydə alınmış Suriyalı qaçqınların sayı 428.735 nəfərə çatmışdır. == Əhali sayının dinamikası və gender strukturu == Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə: — Siyahıyaalınmalara və 2005–2011-ci illərin ortalarına olan cari hesablamalara əsasən Suriya əhalisinin sayı: — 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidlərində əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin ortasına təxmin edilən əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin sonuna təxmin edilən əhali sayı: === Yaş strukturu === Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə 2011-ci ilin ortasına təxmin edilən əhalinin yaş strukturu: === Sıxlığı === == Urbanizasiya == 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidləri üzrə şəhər və kənd əhalisinin sayı və inzibati vahidlərin ümumi əhalisi içində nisbətləri: 2004-cü il siyahıyaalınmasına əsasən ölkənin ölkədə 112–si şəhər yaşayış yeri, 5.976–sı isə kənd olmaqla cəmi 6.088 yaşayış yeri vardır. Şəhərlərdən 14–ündə əhalinin sayı 100 mindən artıqdır. == Dil və din == Suriyanın müasir sərhədləri daxilində danışılan dillər və ya etnik mənzərə haqqında bütün rəsmi məlumatlar müasir Suriya ərazisinin Fransa mandatı altında olduğu dövrə (1920–1946) aiddir. 1946-cı ildən sonra 1953 və 1960-cı illərdə həyata keçirilmiş siyahıyaalınmalarda sorğu anketlərinə ana dili və etnik mənsubiyyətlə bağlı suallar daxil edilməsə də şəxsin etiqadı ilə bağlı sual daxil edilmişdi.
Tacikistan əhalisinin etnik tərkibi
MKİ-ə əsasən Tacikistan Republikası əhalisinin sayına görə dünyada 239 ölkə arasında 96-cı yerdə dayanmaqdadır. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir. === 2000-ci il sa. === 20-27 yanvar 2000-ci il əhali siyahıyaalınmasının yekunlarına əsasən :ümumi əhalinin rəsmi sayı 6,127,493 nəfərdir (cəmi 120 etnik qrup). taciklərin rəsmi sayı 4,898,382 nəfərdir. özbəklərin rəsmi sayı 936,703 nəfərdir (qeyri-rəsmi məlumata əsasən 1,500,000 nəfər). rusların rəsmi sayı 68,171 nəfərdir (qeyri-rəsmi məlumatlara əsasən 45,000-50,000-dən çox deyil). qırğızların rəsmi sayı 65,515 nəfərdir. laqayların rəsmi sayı 51,001 nəfərdir. türkmənlərin rəsmi sayı 20,270 nəfərdir.
Etik
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Etik hakerlik
Etik haker
Ağ şlyapalılar (ing. white hats), etik hakerlər (ing. ethical hackers) və ya Samuray hakerlər (ing. Samurai hackers) – yaradıcı kompüter bacarıqlarından zərərli məqsədlər üçün deyil, cəmiyyətin faydası üçün istifadə edən hakerlər. Məsələn, 1990-cı illərin ortalarında haker cəmiyyətinin Kiber Mələklər kimi tanınan anti-kriminal istiqaməti meydana çıxmışdı. O vaxtdan bəri Kiber Mələklər gündə 24 saat, həftədə yeddi gün ümumdünya hörümçəyini skanlayaraq uşaq pornoqrafiyasına və kiber-təqibə qarşı mübarizə aparırlar. Haker cəmiyyətində başqa Ağ Şlyapa nişanları da geniş yayılmışdır. Məsələn, Ağ Şlyapa Etikası ilə yaşayan elit hakerlər məlumatı qəsdən məhv etməməyə, kompüter sistemlərinə və ya şəbəkələrə ziyan vurmamağa çalışırlar. Sistemin təhlükəsizliyini yoxlamaq üçün əxlaqlı hakerlər öz "məsləkdaşlarının" metodlarından istifadə edirlər, ancaq aşkarladıqları boşluqlardan istifadə etmək əvəzinə, bu haqda rəhbərliyi məlumatlandırırlar. Etik hakerlik "soxulma sınağı", "müdaxilə sınağı" və "qırmızı birlik" kimi də tanınır.
Etik normalar
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Etik normaları

Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).