milli-mədəni
milliamper
OBASTAN VİKİ
Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan mühitində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur. Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir. İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb.
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: Fikrət Süleymanoğlu. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, 2007,№4, s.76-80.
Mənəvi zərər
Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Mənəvi Kunq-Fu (film, 1978)
Mənəvi Kunq-Fu (ing. Spiritual Kung-Fu, çincə:拳精 — Yuan Tszin) — 1978-ci ildə çəkilən Honkonq filmlərindən biridir. Filmin adı müxtəlif adlarla, o cümlədən, "Kabus", "Astral Kunq-Fu" və "Kabusların Kunq-Fusu" kimi adlarla tanınır. Yi Lenq Şaolin məbədində adi gözətçilərdən biridir. Bir gün məbəddən gizli olan bir kitab oğurlanılır. Onu oğurlayan şəxs isə məşhur qəddar döyüşçü olur. Həmin adam Kunq-Funun bütün klanlarının rəhbəri olmaq niyyətindədir. Yi Lanq isə hələdə öz vəzifəsini görür. Bir gün Lanq 5 kabusla qarşılaşır.Birinci dəfədə onlardan qorxur. Lakin sonra onlarla dost olmağa başlayır.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki kürd milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Milli (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər. Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir.
Milli Bank
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Milli Dəstə
Milli Dəstə — Azərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir. Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir. Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir. Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur. Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir. Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur. Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.
Milli Firqə
Milli Firqə ( azərb. Milli Partiya‎ krımtat. Milliy Fırqa) - Krım yarımadasında fəaliyyət göstərmiş Krım tatarlarının siyasi partiyası. Milli Firqə 1912-ci ildə Çar Rusiyası zamanı qurulmuşdur. Krım türklərinin Rusiya müstəmləkəçiliyindən qurtulmaq, siyasi və kültürəl haqlarını geri qazanmaq və vətənlərində müstəqil yaşamaq məqsədilə Noman Çələbi Cihan tərəfindən qurulmuşdur. Hökumətə müxalif siyasi xətt izləmişdir. Partiya mənsubları 1918-ci ildə bolşeviklər ilə silahlı mübarizəyə girsə də, sonda məğlub olmuşdur. Partiya sədri Noman Çələbi Cihanın öldürülməsindən sonra partiya dağıdıldı və bir çox üzvü həbs edildi. Bəzi partiya mənsubları 18 oktyabr 1921-ci ildə qurulan Krım Muxtar Sovet Sosialist Respublikası hökumətində yer almağa başladılar.
Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır.Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur.Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.Məsələn, Amerikada hər bir əyalətin özünə məxsus yerli gülü var.Yaponiyada isə 1954-cü ildən bəri 47 vilayətin hər biri üçün xüsusi yerli gül təyin edilib. Nəzəriyyələrə görə, milli gül seçiminin başlanğıcı 4000 il bundan əvvəl ətrafına və Qədim Misirə qayıdır.Misir ilk ölkə idi ki Suzanbağı gülünü ölkəsinin milli gülü etdi.Misir erkən padşahlıq dövründə (2700-3000 eramızdan əvvəl), kral Yuxarı Misir simvolun bir növ cil və Aşağı Misir simvolun arıçılardan biri etdi. Bir bitkinin milli gül kimi seçilməsi bir ölkənin xüsusiyyətləri ilə dərin bağlantısı var və çoxlu yayınmasından başqa, bitki artımının konkret olması,nadirlik və gözəllik,din, tarix, miflər,yerli məhsul olmaq və ölkə əhalisinin mədəni xüsusiyyətləridə bu seçimin növü ilə bağlıdır .Normal olaraq bir ölkənin ərazisindən başqa yerdə nəşr olmayan milli güllərdən Gümüş qıjın Yeni Zelandiyada, Acacia pycnanthanı Avstraliyada və Rhododendron arboreumu Nepalda ad aparmaq olar.Dini səbəblərə görə seçilən güllərdən biri Hindistanın milli gülü olan Lotus gülüdür.
Milli Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Milli Kümə
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Milli Liqa
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Milli Net
Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək; Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq; İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək; Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək. Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur: Məzmun (informasiya tutumu); Dizayn (vizual görünüş); Funksionallıq (naviqasiya funksiyaları).
Milli Ordu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrininin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Milli Park
Milli park — mühafizə olunan xüsusi ərazi; xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilər. Bütün növ insan fəaliyyətinin məhdud olduğu qoruqlardan fərqli olaraq milli parkların əraziləridə turistlərin gəzintisinə icazə verilir. Məhdud miqyaslı ərazilərdə insanların yaşamasına və təsərrüfat fəaliyyətinə yol verilir. Dünyada ilk milli park Yellouston Milli Parkı hesab edilir. 1872-ci ildə ABŞ Konqresində qəbul edilmiş və prezident Uliss Qrant tərəfindən imzalanmış qanunun əsasında əsası qoyulmuş bu milli park hazırda ABŞ-nin Vayominq, Montana və İdaho ştatlarının ərazilərində yerləşir. Sahəsinə görə ən böyük milli park isə 1974-cü ildə yaradılmış Şimal-Şərqi Qrenlandiya Milli Parkıdır ki, onun da sahəsi 972 min km²-dir. Eyni zamanda ABŞ-də yerləşən Hot-Sprinq Milli Parkının sahəsi cəmi 22 km² təşkil edir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin müəyyənləşdirdiyi mühafizə olunan ərazilərin koteqoriyalar üzrə bölgüsünə görə milli parklar II kateqoriyaya aiddirlər. Dünyada olan bir sıra parların salınmasında dövlət sərhədləri nəzərə alınmamışdır. Məsələn Niger, Benin və Burkina Faso ölkələrinin ərazilərində salınmış və UNESCO-nun ümumünya İrsinə daxil edilmiş “W” Milli Parkını göstərmək olar.
Milli Pəhriz
Yaponiya Parlamenti (Yapon. 国会, Hepbörn: Kokkai) Yaponiyanın ikipalatalı qanunverici orqanıdır. O, Nümayəndələr Palatası (衆議院, Şūqin) adlanan aşağı palatadan və yuxarı palatadan, Müşavirlər Palatasından (参議院, Sanqin) ibarətdir. Hər iki palata paralel səsvermə sistemi ilə birbaşa seçilir. Qanunların qəbulu ilə yanaşı, parlament rəsmi olaraq Baş nazirin seçilməsinə cavabdehdir. Parlament ilk dəfə 1890-cı ildə Meyci Konstitusiyasına əsasən İmperator Parlamenti olaraq çağırılmış və indiki formasını 1947-ci ildə müharibədən sonrakı konstitusiyanın qəbulundan sonra almışdır. Hər iki ev Naqataço, Çiyoda, Tokioda Milli Parlamenti Binasında (国会議事堂, Kokkai-gijidō) görüşür. Parlament palatalarının hər ikisi paralel səsvermə sistemi ilə seçilir. Bu o deməkdir ki, istənilən seçkidə doldurulacaq yerlər hər biri fərqli üsulla seçilən iki qrupa bölünür; evlər arasındakı əsas fərq iki qrupun ölçülərində və onların necə seçilməsindədir. Seçicilərdən həmçinin iki səs vermələri xahiş olunur: biri dairə üzrə fərdi namizədə, digəri isə partiya siyahısına.
Milli Qvardiya
Milli Qvardiya — fərqli ölkələrdə çox növlü müasir və tarixi formalı təşkilatlar tərəfindən istifadə edilən ad. İlk Milli Qvardiya Fransa inqilabı dövründə yaradılmışdır.
Milli Qəhraman
Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi. Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir. "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir: xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı; "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman. "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
Milli Qəhrəmanlar
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 200 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 220 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.