TƏXMİS

ə. bir şeyi beşqat və ya beşguşəli etmə; 2) beşləmə, beşə çatdırma; 3) şeirin bir beytinə üç misra əlavə edib beş misralı etmə; 4) beş misradan ibarət şeir, beşlik; müxəmməs.

TƏXMİR
TƏXRİB
OBASTAN VİKİ
Təxmis
Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir. == Ədəbiyyat == Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh.

Digər lüğətlərdə