Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melody
Gabriella Abreu Severino (təq. 4 yanvar 2006, San Paulo) və ya bilinən səhnə adı ilə Melody Braziliyalı müğənni. Melody 2015-ci ilin əvvəlində atası MC Belinho tərəfindən yazılmış "Fale de Mim" mahnısını oxuyan videonu öz Facebook səhifəsində yerləşdirdikdən sonra ölkədə şöhrət qazandı. Növbəti videoda o, Kristina Aqileranın[8] falsettosunu təkrarlamağa çalışdı ki, bu da viral oldu. Tezliklə o, bu dəfə atasının dostu Deborah Moreira ilə falsetto ifa edən başqa bir video çəkdi. Melody internetdə ən nüfuzlu braziliyalı uşaqlardan biri hesab olunur.
Meodr
Meodr (fr. Méaudre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38225. Kommunanın 2007-ci il üçün əhalisi 1240 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 940 ilə 1 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 17 km cənub-qərbdə yerləşir.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmışları === Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Moby
Riçard Mellvil Holl (ing. Richard Melville Hall) – Moby adı ilə məşhur olan amerikalı bəstəkar, musiqiçi və dj. == Həyatı == Riçard 11 sentyabr 1965-ci il Nyu-York ştatının Harlem şəhərində anadan olub. Konnektikut ştatının Darien şəhərində böyüyüb. Valideynləri onu uşaqlıqdan bəri Moby deyə çağırırdılar. Bu ad onun əcdadı olan Herman Mellvil tərəfindən yazılmış Mobi-Dik adlı əsərdən götürülmüşdü. O uşaqlıqdan bəri gitara, bass-gitara, zərb alətləri və klavişli musiqi alətlərində çalmağı öyrənir. == Musiqi Karyerası == Hələ 13 yaşında olarkən o, hardkor pank-rok qrup olan "The Vatican Commandoes" qrupunda çıxış edirdi. 1989-cu ildə "Instict Records" səsyazma şirkəti ilə müqavilə bağlayır. Bundan əvvəl isə müxtəlif klublarda house dj-i kimi çalışırdı.
Moda
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı).Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. == Dəb tarixi == 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir. Moda həftəsində 25 yerli və xarici dizaynerlər öz işlərini nümayiş etdirişdilər.Hal-hazırda qəbulolunmuş dörd əsas dəb paytaxtı Paris, Milan, Nyu-York və London şəhərləri sayılır.
Moos
Moos və ya Mustafa Əl-Əlemi (ərəb. مصطفى العلمي ‎;fr. Moustaphe Al-Alamy) (29 avqust 1974, Tuluza) — fransız müğənni və bəstəkardır. Moos Moustaphe olaraq 29 avqust 1974-cü ildə Fransanın Tuluza şəhərində mərakeşli mühacir ailəsində anadan olub. Moos 1999-cu ildə çıxardığı Le Crabe Est Érotique albomu və Délicate Chatte, Au Nom De La Rose mahnıları ilə həm AB ölkələrində, həm də Fransada böyük uğur qazandı. Moos-un hit mahnısı Au Nom De La Rose 13 aprel 1999-cu ildə Fransada buraxıldı.
C.Moore
Çarlz Mur (ing. Charles Moore; 10 may 1820, Dandi – 30 aprel 1905, Sidney) — Böyük Britaniya (Şotlandiya) və Avstraliya botaniki. == Elmi fəaliyyəti == Çarlz Mur toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ferdinand Müller 19 bitki növünü Çarlz Murun şərəfinə adlandırmışdır.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Con Money
John William Money (8 iyul 1921 – 7 iyul 2006[…]), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
Hoods Entertainment
Hoods Entertainment (フッズエンタテインメント, Fuzzu Entateinmento) — Yaponiya animasiya studiyası. == İşləri == Aki Sora (OVA, 2009) Aki Sora ~Yume no Naka~ (OVA, 2010) The Qwaser of Stigmata (Anime serialı, 2010) The Qwaser of Stigmata : Portrait of the Empress (OVA, 2010) Manyū Hiken-chō (anime serialı, 2011) The Qwaser of Stigmata II (anime serialı, 2011) Mysterious Girlfriend X (anime serialı, OVA, 2012) BlazBlue Alter Memory (anime serialı, 2013) Fantasista Doll (anime serialı, 2013) Rescue Me!
John Money
John William Money (8 iyul 1921 – 7 iyul 2006[…]), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
Kidispey Çoodu
Kidispey Daqbaeviç Çoodu (rus. Кидиспей Дагбаевич Чооду; 5 may 1908, Tes-Xem rayonu[d] – 17 dekabr 1946, Kızıl, Tuva Muxtar Vilayəti[d]) — aviasiya öncüsü, uçuş təlimatçısı və ilk Tuva pilotu idi. == Tərcümeyi-hal == Çoodu, 5 May 1918-ci ildə, hazırda Rusiya Federasiyasının Tuva Respublikasında yerləşən Tes-Xemskidə maldar ailəsində anadan olub. 1928-1930-cu illərdə Qızıl Orduda xidmət etdikdən sonra katib işləyir. Tuva Xalq Respublikası regional aviasiyanın inkişafına kömək istəməsindən sonra, Moskva, Orenburq Hərbi Aviasiya Pilotlar Məktəbinə hərbi təcrübəsi və rus dilini bilən iki Tuvalını qəbul etdi - Kidispey Çoodu və Lapşin Oyun. Məktəbə gəldikdən sonra diqqətləri cəlb etməmək üçün təlimlərdə istifadə etmələri üçün rus adları verildi və baş leytenant rütbəsi ilə təhsili başa vurduqdan sonra Tuvaya qayıtdılar. Qızılda bir hava limanı tikmək və SSRİ-dən təyyarə almaq qərarından sonra Çoodu, 6 iyul 1938-ci ildə SSRİ-də Abakandan Tuvaya yeni təyyarədən birini gətirdi və bölgədəki çətin naviqasiya şərtlərinə və aviasiya infrastrukturunun olmamasına baxmayaraq tayqaya təhlükəsiz enməyi bacardı. Tuvaya ilk dəfə bir təyyarə enmişdi və bu tarixi enişin baş veridiyi ərazi respublika rəhbərlərinin ziyarət etdikləri yer oldu, bəziləri təyyarələrə mindi. Daha sonra Çoodu, Qızıl Aeroport hava limanının inkişafına qatıldı, hava limanını idarə etmək və mexaniki, texniki işçilər və dispetçerlər də daxil olmaqla xidmət göstərmək üçün əlavə olaraq bir pist inşa etmək üçün kifayət qədər ideal bir yer axtarırdı. SSRİ daha sonra Tuvanın əsas yaşayış məntəqələrində radio stansiyaları quraşdıraraq hava limanının inşasına kömək etmək üçün daha çox avadanlıq təmin etməyə razı oldu.
Le Monde
"Le Monde" (azərb. "Dünya"‎), köhnə azərbaycandilli mənbələrdə "Mond" — liberal-sol Fransa gündəlik qəzeti. Hərfi mənada "Dünya" deməkdir. == Haqqında == 60-cı ilində Le Monde yeni ünvanı Boulevard Auguste Blanqui bulvarında 1944-cü ildə tərəfindən qurulan qəzet, Figaro ilə birlikdə Fransanın ən əhəmiyyətli qəzetlərindən biri olmuşdur. 2002-ci ildə ortalama gündəlik 400.000 ədəd basılmışdır."Le Monde"nin yüzdə 53ü qurucularına və çalışanlarına aiddir. Yüzdə 47i isə Danone, deyə Bank BNP Paribas və milyarder François Pinaulta aiddir. 2004-cü il qəzet üçün ən pis il olmuşdur. "Le Monde" qəzeti bilavasitə olaraq Le Monde diplomatique adlı, sol fikirli qəzet ilə əlaqəlidir, bu qəzet də Almanca tərcüməsi ilə ayda bir die tageszeitung və Deyə Wochenzeitung ilə birlikdə verilər. 20 dekabr 2004-cü ildən bəri Le Mondenin yeni ünvanı Auguste Blanqui bulvarı 13.Arrondissement (Paris)dır. 2012-ci ildə Fransanın məşhur "Monde" qəzetinin baş redaktoru Erik İzraeleviç 58 yaşında Parisdə vəfat edib.
Mamadou Mbodj
Pape Mamadou Mbodj (d. 12 mart 1993, Dakar) — hazırda Bakının Neftçi klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış edən seneqallı futbolçu. == Klub karyerası == Mbodj Seneqalın paytaxtı Dakar şəhərində anadan olub. 2014-cü ilə qədər ölkəsində Dakar Sakr klubunda çıxış edib. Dakar Sakrın heyətində çıxış edərkən 2013-cü ildə Fransızdilli ölkələr Oyunlarında iştirak üçün Seneqalın 20 yaşlılardan ibarət millisinə dəvət olundu və bu turnirin bürünc mükafatçısı oldu. 2014-15 mövsümündə Belqrad təmsilçisi Srvena Zvezdaya transfer olunsada, həmin mövqedəki oyunçuların çoxluğu səbəbindən forma şansı tapmadı və digər serbiya klubu Napredaka icarəyə verildi. 4 oktyabr 2014-cü il tarixində Napredakın heyətində Serbiya Super Liqasında - Spartak Subotiçaya qarşı matçda debüt etdi. 2016-18-ci illər sezonunda Litvanın Jalgiris klubunda çıxış edən Mbodj, 8 dekabr 2018-ci ildən etibarən Bakının Neftçi klubunda çıxış edir. Mbodj ölkəsinin 20 və 23 yaşlılardan ibarət milli yığma komandalarında çıxış edib.
Melody Gardot
Melody Gardot (2 fevral 1985, Nyu Cersi) — Qremmi mükafatçısı, yazıçı, bəstəkar. == Həyatı == Melodi Qardot 2 fevral 1985-ci ildə doğulmuşdur. Ona blyuz və caz musiqisində Cudi Qarland Cenis Coplin Mayls Deyvis Dyuk Ellinqton Stan Qetz və Corc Göşvinin böyük təsiri olmuşdur. Onu həm də Nina Simyone ilə müqayisə edirlər. Qardot buddizmi öyrənir. O həm də özünü dünya vətəndaşı adlandırır. 2003cü ildə Filadelfiyada ağır yol qəzası keçirmişdir. Belə ki o işıqforun qırmızı işığına məhəl qoymamış və ağır qəza nəticəsində başından onurğa sütunundan ciddi xəsarət almış çanağının iki yerdən qırmışdır. Qəza onun həm də yaddaşının bir müddətinə pozulmasına da səbəb olmuşdur. Müalicədən sonra o yenidən musiqi karyerasına davam etmiş və 5 musiqidən ibarət Some Lessons: The Bedroom Sessions adlı EP albomunu öz prodüerliyi ilə buraxmışdır.
Microsoft Money
Microsoft Money — proqram, şəxsi büdcənizi planlaşdırma və düzgün xərcləməyə yardım edir. Windows əməliyyat sistemində işləyir. Windows Mobile üçün də versiyasida var. Microsoft Money Plus son versiyadır, 2007-ci ilin avqustunda buraxılmışdı. 4 növü var: Essentials, Deluxe, Premium и Home & Business. Proqram buraxılışı 10 iyun 2009-cu ildə dayandırıldı.
Molde FK
"Molde" və ya "Mölde" (norv. Molde Fotballklubb) — Norveç professional futbol klubu. Ölkənin ən yüksək liqası olan Elitseriyada eyni adlı şəhəri təmsil edir. 1911-ci ildə yaradılmışdır. Oyunlarını tutumu 11800 izləyicinolan "Aker" stadionunda keçirir. Klub 4 qat Norveç çempionu və kubokunun qalibidir. == Tarixi == Molde klubu 19 iyun 1911-ci ildə yaradılmışdır. 24 aprel 1912-ci ildə klub "İnternational" adlanır. Komanda indiki adına isə 1915-ci ildə qovuşur. Molde Norveç yüksək liqasında ilk çıxışı 1938/1939 mövsümünə təsadüf edir.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Molodo çayı
Molodo çayı(saxa Муолада) — Lena çayının sol qolu. == Əsas xüsusiyyətləri == Molodo-Unqa-Anabıl və Molodo-Xanqas-Anabıl çaylarının qarışmasından əmələ gəlir. Orta Sibir yaylasının şimal-şərqi ilə Buluns vilayətindən axır. Çayın uzunluğu-556 km, hövzəsinin sahəsi isə-26 900 km²-dir. Dekabrdan donan çay may ayında əriməyə başlayır. Qidalanmasında qar və yağış suları əsas yer tutur.
Molodoy proletari
Molodoy proletari (az.-əbcəd مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. == Tarixi == Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Momodu Sayne
Momodu Sayne (d. 8 sentyabr 2000) — Qambiyalı üzgüçü. Momodu Sayne Qambiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Momodu Sayne birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona qədər başa vura bilmədi, 119 üzgüçü arasında 116-cı oldu və yarımfinala vəsiqə qazanmadı.
Mondey Merotohun
Mondey Merotohun (2 noyabr 1977) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mondey Merotohun Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Mondey Merotohun Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Moray laboratoriyası
Mosey adası
Mosey adası — Kiçik qumsal ada olub Kiçik Caun boğazında yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. == Toponim == Ada 1932 ildə Şərq-qütb ekpedisiyası zamanı (İ. A. Landin) adlandırılmışdır. Moisey Karaev yerli əhali tərəfindən böyük hörmətə malik olmuşdur. Çukotlar onu Masey adlandırırdılar. Yerli əhalinin dilində Yanranot — «Ayrılmış torpaq» adlandırılır.
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor