NOBODY

nobody1

n cəmiyyətdə heç bir çəkisi olmayan adam; heç kimə tanış olmayan / heç kəsin tanımadığı adam; heç bir əhəmiyyəti olmayan adam; She married a nobody O, cəmiyyətdə mövqeyi olmayan bir nəfərə ərə getdi

nobody2

neg. pron (həm də no one) heç kəs / kim; Nobody knows where she is now Heç kim onun indi harada olmasını bilmir

NOBLY
NOD
OBASTAN VİKİ
Nobody but You
Nobody but You (azərb. Səndən başqa heç kəs‎) — Avstriyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sezar Sampson "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Bolqarıstanın 2016 və 2017 Avroviziya mahnılarını ərsəyə gətirən Boris Milanov, Sebastian Arman, Yoakim Persson və Yohan Alkenos tərəfindən bəstələnmişdir.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.