Dmitri Moor
Dmitri Staxiyeviç Moor (rus. Дмитрий Стахиевич Моор; əsl soyadı: Orlov; 3 noyabr 1883, Novoçerkassk – 24 oktyabr 1946[…], Moskva) — SSRİ qrafiki. Rusiya SFSR əməkdar incəsənət xadimi (1932).
== Həyatı ==
Dmitri Staxiyeviç Moor 3 noyabr 1883-cü ildə Novoçerkassk şəhərində anadan olmuşdur. O, Rusiyada vətəndaş müharibəsi illərində inqilabi patetika ilə aşılanmış plakatlar çəkmişdir ("Sən könüllü dəstəyə yazılmısanmı?", "Vrankel hələ sağdır, onun nəfəsini kəs"; hər ikisi 1920). Sovet siyasi plakatlarının yaradıcılarından olan Moor plakatlarla yanaşı ("Kömək et", 1921-1922; "Zəhmətkeş, sayıq ol", 1937; "Sən cəbhəyə nə ilə kömək etmisən?", 1941), "Pravda" qəzeti (1920-ci ildən), "Krokodil" (1922-ci ildən) və s. jurnallar üçün satirik rəsmlər də işləmişdir. O, pedaqoji fəaliyyət göstərmişdir. Dmitri Staxiyeviç Moor 24 oktyabr 1946-cı ildə Moskvada vəfat etmişdir.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Dmitri Moor // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).