Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moz
Moz (Dərələyəz)
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. == Ümumi məlumat == Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Kakao içkisini kakao tozundan hazırlayırlar. Kakao paxlasından yağ aldıqdan sonra (bu yağ şokolad və şokolad məmulatı istehsalında istifadə olunur) yerdə qalan jmıx üyüdülür və kakao tozu əldə edilir. Çay və qəhvəni tərkibində alkoloid kofein vardır. Kakaoda isə teobromin maddəsi vardır ki, bu da ürək – damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması içkinin qidalılıq dəyərini artırır. Kakao tozundan adi kakao, südlü kakao, qatılaşdırılmış südlə kakao və digər içkilər hazırlanır.
Mancuriya qozu
== Təbii yayılması: == Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır. == Botaniki təsviri: == Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.
Mizu şobay
Mizu şobay (水商売) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin. Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib. == Tarix == Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı. Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi. Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi. "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir. Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər."Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir. == Təsvir == Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər. Karaoke barları, xüsusilə, populyardır. Eləcə də, Yaponiyada minlərlə qadın gecə mizu şobayda işləyərək hostess kimi kişiləri məmnun etməyə çalışır.
Motu-Nui
Motu-Nui adası (isp. Motu Nui) — Pasxa adasından cənubda yerləşən kiçik qayalıq ada. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Motu-Nui Çilinin ən ucqar qərb nöqtəsi kimi tanınır. Dununla yanaşı adaya məşhurluq qazandıran digər amil onun xristianlığın gəlişinə qədər müqəddəs yer sayılması idi. Burada Onychoprion fuscatusun mövsümdə ilk yumurta qoyması ilə əlaqədar adət vardı. Bununla yanaşı o yaxınlıqda yerləşən bir neçə ada ilə birlikdə Okeaniyanın əl çatılmayan yeri olan Nemo nöqtəsinə ən yaxın quru parçasıdır. Motu-Nui yaxınlığında (3,9 ha) başqa iki qayalı adacıq vardır — Matu-İti (1,6 ha) və Matu-Kao-Kao (0,1 ha). Adalar yeganə sahinləri dəniz quşlarıdır. == Həmçinin bax == Patrick C. McCoy: The Place of Near-Shore Islets in Easter Island Prehistory.
Motu dili
Motu dili — motuların dili. Papua-Yeni Qvineyanın çoxsaylı dillərindən biri. Digər dillərlə müqayisədə daha yüksək mövqeyə sahibdir və daha geniş arealda — xüsusilə Port-Morsbidə daha çox yayılmışdır. Bəzən picin hiri-motudan (ölkənin digər rəsmi dillərindən biri) fərqləndirmək üçün "əsl motu" və ya "təmiz motu" kimi də adlandırılır.
Moşu Göyəzənli
Moşu Göyəzənli - dramaturq Vaqif Səmədoğlunun "Bəxt üzüyü" pyesinin əsas qəhrəmanlarından biri. Şair və aşıq. 1991-ci ildə Azərbaycanın xalq şairinin eyni adlı pyesi əsasında lentə alınmış "Bəxt üzüyü" filmində eyni adlı və yüngül şairlik qabiliyyətinə malik, vətənpərvər, özünə xalq şairi deyən, Mehtər Babasının poemasını bitirə bilməyən, “xoşbəxtliy”ə qafiyə axtaran personaj. == Personaj == Moşu Göyəzənli Qazaxda doğulmuşdur. Həyat yoldaşı Söylüdən 6 oğul uşağı vardır və biri də dünyaya gəlmə ərəfəsindədir. Zəif bir şair olsa belə eyni zamanda güclü vətənpərvərdir və aşıqdır. Sözünü deyən, əsəbi və həyat yoldaşına xəyanət etməyən namuslu kişi xarakterinə malikdir. O, zəif sözbaz olduğu qədər də sadəlövhdür. Xoşbəxtliyə qafiyə axtararaq öz-özünü və ətrafındakıları aldadır.
Qabartma tozu
Qabartma tozu — quru kimyəvi mayeləşdirici, karbonat və ya bikarbonat və zəif turşunun qarışığıdır. Qabartma tozu çörək, tort və ayrı yeməklərdə həcm və əzəmət vermək üçün əsasən istifadə olunur.
Xiri-motu
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Yunan qozu
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.
Çiçək tozu
Çiçək tozu – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza,saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair). vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К) bütün əvəzedilməz amin turşuları fitoharmonlar, flavonoidlər, su – 3 – 4%[mənbə göstərin] == Ədəbiyyat == Пчелиная обножка, Журнал "Ратель медоед" — спец. выпуск — Пермь’08 — стр. 3–7 (Rus dilində) Şaqidanova F.A. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2004, səh 147–169 (Rus dilində) Sinyakov A. F. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2009 səh 127–157(Rus dilində)Sinyakov A. F. PÇELİNAYA APTEKA, izdatelstvo FİZKULTURA İ SPORT Moskva 1999, səh 63–88 (Rus dilində) == Həmçinin bax == Arı Bal Arı südü Vərəmum == Xarici keçidlər == Пыльца в Научно-техническом энциклопедическом словаре Проверено 24 января 2009 г. База данных по морфологии пыльцы. Ботанический институт им.
Hozu (film)
== Məzmun == Film kəndli balası Hətəmin başına gələn əhvalatdan söz açır. Filmin baş qəhrəmanı Hozu ucqar kənddən Bakıya öz əmisioğlunun yanına işləməyə gəlir. Əmisioğlu şirkət müdiridir. Əmisioğlu Ramiz narazı olmasa da həyat yoldaşı Səbinə Hozunun gəlişinə və evində qalmasına etiraz edir. Buna baxmayaraq Hozu gəlir və gəlişi ilə niyə Hozu ləqəbini daşıdığını nümayiş edir. Səbirli olsa da Səbinənin səbri daşır və rəfiqəsi Həlimə (Sevincin) vasitəsilə Hozunu Bakıdan kəndə geri göndərir. Lakin Hozu gedəndən sonra Həlimə (Sevinc) başa düşür ki, Hozunu sevir amma artıq gecdi çünki Hozu kənddə toy edir.
Moz (Dərələyəz)
Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Moz kəndi Arpa çayının cənub qolu boyu Keşkənddən Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Mor kimi qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır. Erməni mənbələrində Mozrov formasında da qeyd edilir. Toponim qədim türk dilində «ağ, çal, boz, bozumtul» mənasında işələnən moz sözündən əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir.
Moz (Kəlbəcər)
Moz, Mozkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Moz kəndi Moz çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmişdir. Yaşayış məntəqəsində sonralar indiki Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr məskunlaşmişdir. Yerli məlumata görə, keçmişdə buraya Xaraba Moz deyilirmiş. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalıği qeydə ahnmişdir. Tovuz rayonu ərazisində da Moz kəndi mövcud olmuşdur. Antik müəlliflərdən Ptolomeyin (II əsr) “Coğrafi təlimnamə” əsərində Qafqaz Albaniyasi ərazisində Moziata yaşayış məntəqəsinin adi çəkilir.
Moz şəhəri
Moz şəhəri — Dərələyəz mahalı Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ahnaləsi, vay-şivəni ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi” kimi yaddaşlara yazılıb. (Moz şəhərinin xarabalıqları Məlikşah kəndi ilə Söylan qəsəbəsinin arasında, Arpaçayın sağ sahilində yerləşirdi, İrəvana gedən magistral yol buradan keçirdi).
Ozu qəsri
Ozu qəsri (大洲城, Ōzu-jō) və ya Cizoqatake qəsri (地蔵ヶ嶽城, Jizō-ga-take-jō) — Yaponiyanın Ehime prefekturasının Ozu şəhərində yerləşən qəsr. Qəsr 1331-ci ildə memar Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. 1888-ci ildə qəsrin donjonu (天守, tenşu) məhv olmuşdur, amma 2004-cü ildə yenidən bərpa edilmişdir. == Tarix == Ozu qəsri 1331-ci ildə Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. Lakin qəsrin indiki halı 1585-1617-ci illərdə inşa edilmişdir. Bu dövrdə qəsr Vakisaka Yasuharu, Kobayakava Takakaqe, Todo Takatora və Toda Katsutaka kimi hökmdarlar tərəfindən istifadə olunmuşdur. 1617-ci ildə qəsr Kato Sadayasu tərəfindən ələ keçirilmiş və qəsr Meyci dövrünə qədər Kato klanının nəzarəti altında olmuşdur. 1888-ci ildə qəsrin donjonu yanğın nəticəsində məhv olmuşdur, amma dəhlizlərlə donjonla əlaqələnən iki yaqura (qüllə) salamat qalmışdır. İkinci dünya müharibəsində qəsrə bomba düşmüşdür. 2004-cü ildə donjon və yaquralarla əlaqələnən dəhlizlər bərpa olunmuşdur.
Yasuciro Ozu
Yasuciro Ozu (yap. 小津 安二郎; d. 12 dekabr 1903 – ö. 12 dekabr 1963) yapon və dünya kinosunun tanınmış klassik kinorejissorlarından biridir. == Həyatı == Yapon və dünya kinematoqrafiyasının klassiklərindən biri olan Yasuciro Ozu 12 dekabr 1903-cü ildə Tokioda anadan olub. Ozunun doqquz yaşı olanda atası və anası ayrılır. On yaşı olanda gübrə taciri olan atası Ozunu kəndə – qohumlarının yanına göndərir. Yasuciro anasının yanında böyüyür. Bu hal rejissorun gələcək həyatına böyük təsir göstərir. Vaseda Universitetinə qəbul üçün verdiyi imtahanda Ozu iki dəfə uğursuzluğa uğramışdı.
Hiri-motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Hiri Motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Hozu (film, 2017)
== Məzmun == Film kəndli balası Hətəmin başına gələn əhvalatdan söz açır. Filmin baş qəhrəmanı Hozu ucqar kənddən Bakıya öz əmisioğlunun yanına işləməyə gəlir. Əmisioğlu şirkət müdiridir. Əmisioğlu Ramiz narazı olmasa da həyat yoldaşı Səbinə Hozunun gəlişinə və evində qalmasına etiraz edir. Buna baxmayaraq Hozu gəlir və gəlişi ilə niyə Hozu ləqəbini daşıdığını nümayiş edir. Səbirli olsa da Səbinənin səbri daşır və rəfiqəsi Həlimə (Sevincin) vasitəsilə Hozunu Bakıdan kəndə geri göndərir. Lakin Hozu gedəndən sonra Həlimə (Sevinc) başa düşür ki, Hozunu sevir amma artıq gecdi çünki Hozu kənddə toy edir.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Oneiro Mou (Qianna Terzi mahnısı)
Oneiro Mou (yun. Όνειρο μου; azərb. Röyam‎) — Yunanıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Qianna Terzi "Oneiro Mou" mahnısı ilə Yunanıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Bu Yunanıstanın Avroviziyada 1998-ci ildən bəri ilk bütövlükdə yunan dilində səslənən mahnısıdır. Yunan musiqisinin zəngin şəkildə istifadə olunduğu mahnı ifaçı Qianna Terzi və eyni zamanda yunan bəstəkarlar Aris Kalimeris, Dimitris Stamatiu və Mixalis Papatanasiu tərəfindən bəstələnmişdir.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir.Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horus gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horusun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Kişi sözü
Kişi sözü (film, 1987)
Londonun gözü
Londonun gözü (ing. London Eye; bəzən ing. Millennium Wheel olaraq da tanınır) — 135 metr yüksəklikdə, Avropada ən yüksək fırlanan əyləncə çarxıdır. Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biridir. Bura ildə üç milyona yaxın turist səfər edir. David Marks, Julia Barfield, Malcolm Cook, Mark Sparrowhawk, Steven Chilton və Nic Bailey tərəfindən hazırlanmışdır.
Mösü Məhərrəmov
Mösü Rüstəm oğlu Məhərrəmov (1912, Horadiz, Füzuli rayonu – 1981, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyatı == Mösü Rüstəm oğlu 1912-ci ildə anadan olmuşdur. Mösünün 6 yaşı olanda atası Rüstəm vəfat edir. Mösü Rüstəm oğlu 6 yaşından yetim qalır və əmisinin himayəsində yaşayır. Əmək fəaliyyətinə 1928-ci ildən başlamışdır. Belə ki, 1928-ci ildə bir rus mütəxəssisi “Universal” traktor gətirir və elan edir ki, kim istəyir gəlsin öyrədim. Mollalar traktoru “şeytan arabası” adlandırırlar və ona əli vuranı cəhənnəmlikdir deyərək adamları qorxudurlar. Lakin Mösü 16 yaşında kursa yazılır və 3 aya, yarı müddətə traktoru tam idarə etməyi bacarır. Kənddə əkin sahələrini şumlayır, həm də başqa traktorçuları bu sənətə öyrədir. 1936-cı ildə Göyçay Kənd Təsərrüfatı texnikumuna göndərilir və oranı qurtarıb doğma kəndə qayıdan Mösü traktor briqadasının briqadiri kimi işə başlayır.
Möz (departament)
Möz (fr. Meuse) — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departamenlərindən biri. Sıra nömrəsi — 55. İdarə mərkəzi — Bar-lö-Dük. Əhalisi — 200 509 nəfərdir (departamentlər arasında 89-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyasi == Sahəsi — 6211 km². Departamentin ərazisində Möz , Er, Şyer, Orlen, Orj və s. çayları axır. Departament 3 rayon, 31 kanton və 498 kommuna daxildir. Möz çayında Skladina adlı bir mağara var..
Abzu
Abzu (şum. 𒀊𒍪 abzu, akkad. apsû, q.yun. Ἀπασών); həmçinin Enqurra (şum. engur, akkad. engurru) — Şumer–Akkad mifologiyasında Yeri əhatə edən şirin suların dünya okeanı. Bu, Babil kosmoqonik dastanı olan "Enuma eliş"də Abzu yerin və göyün yarandığı xaos kimi təqdim olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абзу / В. К. Афанасьева // Мифы народов мира : Энцикл. в 2 т. / гл.
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslərQadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu ŞirinovaKişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Boru
Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur. Borular sənaye üsullarının tətbiqi ilə metal və xəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar. == Tarixi haqqında == Qədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar. == Təsnifatı == En kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.
Eldar çölü düzü
Eldar çölü düzü — Palantökən və Qomroy dağları arasındakı geniş düzənlik sahəni tutur. == Ümumi məlumat == Eldar çölü düzü qərbdə Eldaroyuğu dağı, şərqdə isə Mingəçevir su anbarı ilə sərhədlənir. Sahəsi 371 km² olub, qərbdən şərqə doğru uzunluğu 36 km, eni isə 12 km-ə qədərdir. Tektonik cvəhətdən antiklinoriumunun şimal hissəsində yerləşməklə, Eldar sinklinalına uyğun gəlir. İqlimi tamailə yarımsəhra xarakterli olub, yayın orta temperaturu Samuxda 14,2 qışınki isə 0,8-3,40-dir. Ən isti ayın (iyul) orta temperaturu 26,70, ən soyuq ayınki (yanvar) isə 0,80-dir. Orta illik yağıntı265 mm (Samuxda), orta illik buxarlanma isə 1000–1200 mm arasında dəyişir. Çay şəbəkəsi əsasən müvəqqəti axarı olan yarğan və qobulardan ibarətdir. Qüvvətli leysan yağışları zamanı bu yarğanlarda axar əmələ gəlir. Rayonun mərkəzindən keçən və daimi axarı olan İori çayı əsasən yağış və yeraltı sularla qidalanır.