Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sedrik Notz
Sedrik Nots (6 sentyabr 1974, Lozanna) — 2010 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş isveçrəli idmançı. == Həyatı == Sedrik Nots 6 sentyabr 1974-cü ildə İsveçrədə anadan olub. == 2010 Qış Olimpiya Oyunlarında == Dağ xizəkçiliyinin böyük slalom növündə çıxış edən Nots ilkin mərhələdə 3 dəqiqə 5,98 saniyə nəticə ilə 72-ci yeri tutub. O, ilkin mərhələni 1 dəqiqə 30,78 saniyəyə qət edərək, finala çıxıb. Həlledici mərhələdə isə idmançımız 1 dəqiqə 35,20 saniyə nəticə göstərib. İki göstəricinin cəmində Nots 89 iştirakçı arasında 72-ci olub.
Noua
Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, Moldova və Ukraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958; Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т.
Gi Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Kouz teoremi
Kouz teoremi — transaksiya xərcləri sıfıra bərabər olduqda bazarın istənilən xarici effektin öhdəsindən gəldiyi yeni institusional iqtisadiyyatın mövqeyi. == Tarix == Bu teorem ilk dəfə 1966-cı ildə Corc Stiqler tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur: Stiqler tərəfindən teoremin bu cür ifadə olunması Ronald Kouzun 1960-cı ildə çap olunmuş “Sosial xərclər problemi” (ing. "The Problem of Social Cost" ) adlı məqaləyə əsaslanmışdır. Kouz bu nəzəriyyəni istənilən fəaliyyətin bilavasitə öz iştirakçılarına deyil, üçüncü şəxslərə aid olan kənar nəticələri – eksternalların nəzərdən keçirilməsi nümunəsində sübut etmişdir. Daha əvvəl bu problemi iqtisadçı Artur Piqu “Rifah halının iqtisadi nəzəriyyəsi” (ing. "The Economics of Welfare") kitabında nəzərdən keçirmişdir. Piquya görə, eksternallar maddi nemətlərin mənfi eksternallı təkrar istehsalına və müsbət eksternallı istehsal kəsirinə səbəb olur. O, “bazarın fiaskosu” adlandırdığı bu effektlərin neytrallaşdırılması üçün belə hallarda dövlətin iqtisadiyyata müdaxiləsini tövsiyə edirdi. Kouz eksternalların mütləq “bazarın fiaskosu”na səbəb olması fikrini təkzib edirdi. Onun fikrinə görə, eksternallarla bağlı problemləri neytrallaşdırmaq üçün resurslara mülkiyyət hüququnun dəqiq bölgüsü və transaksiya xərclərinin mnimuma endirilməsi vacibdir.
Li Rouz
Li Rouz (23 oktyabr 1936) — Amerikan basketbol məşqçisi. == Həyatı == Hal-hazırda NBA komandalarından Charlotte Bobcatsin köməkçi məşqçisi olaraq fəaliiyət göstərir.1970-1980 illəri arasında universitet komandalarının məşqçisi olmuşdur. Kentucky şəhərində doğulmuşdur və 1958-cı ildə Transylvania Universitetindən məzun olmuşdur. Məzuniyyətdən dərhal sonra bu komandada bir müddət yardımcı məşqçi postunda çalışmışdır. Sonralar Cənubi Florida Universiteti basketbol komandasında da məşqçi olmuşdur.
Nour gölü
Nour gölü (az-əbcəd. نوئور گؤلو‎) — Güney Azərbaycan (İran)da Ərdəbil–Xalxal bölgələri arasında Bağrov dağlarında yerləşən dərinliyi az bir göldür. Bu göl Eosen geoloji dönəmində iki qayanın bir birinə dəyib su axımının qarşısını almağına görə yaranmışdır. == Coğrafyası == Göl Bağrov dağlarının ərgənə zirvəsinin aşağı yamaclarında yerləşir. Gölün hündürlüyü orta dəniz səviyyəsindən 2500 metr (8,200 ft) təşkil edir. Ərdəbil Xalxal yolunda 35 kilometr güneyə doğru gedib, Budalalı kəndinə çatanda, doğuya tərəf 18 kilometr də dərə təpəli yolları gedəndə, Nohur gölünə yetişmək olar. Göl Eosen geoloji vaxt miqyaslı zamanı ortaya çıxdı. Nohur geoloji arizəsi və onun batısındakı/qərbindəki başqa arizə, bu gölün yaranmasına bayis olmuşlar. Soyuq dağ iqlimində yerləşən Nohur gölü hövzəsi 400 millimetr (16 inç) illik yağış alır. == Xüsusiyyətlər == Göl 220 hektar (540 acre) su yayılması sahəsi var və Azərbaycan Xəzər arasındakı dağlarının bir "yelaltına doğru cinahında bir tektonik depressiya ərzində formalaşmış su mövsümi 'şarj' orqanı/enerji mənbəsi"dir.
Ronald Kouz
Ronald Kouz (ing. Ronald Harry Coase; 29 dekabr 1910[…] – 2 sentyabr 2013[…], Çikaqo, İllinoys) — ingilis əsilli amerikalı akademik. 1991-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Ronald Kouzun həm atası, həm də anası İngilis Krallıq poçt idarəsində işləyirdi. Ronald Kouz 29 dekabr 1910-cu ildə Londonun daxili bölgələrindən olan Uillesdendə anadan olub. Uşaq olarkən ayaqlarındakı zəifliyə görə xüsusi protezlərdən istifadə etmiş və ilk olaraq əlillər üçün nəzərdə tutulmuş məktəbdə oxumuşdu. Buna baxmayaraq yaxşı şagird olduğuna görə 12 yaşında olarkən təqaüd qazanaraq Kilbörn Qrammatika məktəbinə (ing. Kilburn Grammer School) daxil olmuşdu. Bu məktəbdə də özünü sübuta yetirə bilmiş və məktəbin son ilində oxuyarkən London Universitetinin distant tələbəsi olaraq birinci ilini bitirmişdi. Sonra London Universitetinin tabeliyində olan London İqtisadiyyat məktəbində təhsil almış və 1932-ci ildə lisenziya dərəcəsi almışdır.
Rouz Birn
Rouz Birn (24 iyul 1979, Balmeyn[d], Avstraliya) — Avstraliyalı, Qızıl Qlobus Mükafatına namizəd göstərilmiş aktrisa.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. == Karyera == Rose əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. == Həyatı == Ruby Katia Langenheim adlı 20 yaşındaki sənətkar ve subay bir qadının qızı olmuşdur. Rose 12 yaşında lezbiyen olduğunu açıqladı. Buna görə dostları ve mekteb yoldaşları tərəfindən sözlü və fiziki tacize məruz qalıb. Belə bir halda Ruby tez-tez intihar etmək qərarını alıb. Həmçinin bir yaxını tərəfindən uşaq təcavüzünə məruz qalmışdır. Ruby-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyine görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir.
Stenli Rouz
Stenli Rouz (25 aprel 1895, Uotford – 18 iyul 1986, London) — 1961–1974-cü illərdə FİFA prezidenti Rouz UEFA Kubokunun yaradıcılarındandır. Əvvəllər, referi olan Stenli futbolun qaydalarında bəzi dəyişikliklər edir. Stenlinin ən böyük səhvi inkişaf etməkdə olan ölkələrdə futbolun inkişafına qayğı göstərməməsi idi. Məhz bu amil onu FİFA prezidenti postunda çox saxlamadı.
Uilyam Noulz
Uilyam Noulz — (ing. William Knowles) 1 iyun 1917 il, Taunton, Massachusetts, ABŞ — 13 iyun 2012 il, Chesterfield, Missuri, USA- amerikalı biokimyaçı, Noyori Ryodzi ilə birlikdə 2001-ci il kimya üzrə Nobel mükafatı laureatı və Barri Şarpless ilə "əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması" üzrə mükafat almışdır. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2004). == Təhsili == U. Noulz Massaçusets ştatının Şeffild şəhərindəki Berkşire məktəbində oxuyub. Tədrisdə öz sinfinə rəhbərlik edirdi və məzun olduqdan sonra Harvard Universitetinə qəbul olundu. Kollecə daxil olmaq üçün çox gənc olduğunu hiss edən Uilyam Noulz, Massaçusets ştatının Andover şəhərindəki Fillips Akademiyasında bir il keçirdi. İlin sonunda o, kimya üzrə ilk mükafatını — 50 dollarlıq Boylston Məktəb Mükafatını aldı. Bir illik hazırlıq məktəbindən sonra U. Noulz, üzvi kimyada konsentrasiya ilə kimya ixtisası üzrə təhsil aldığı Harvardda oxudu. 1939-cu ildə bakalavr dərəcəsini aldı və Kolumbiya Universitetində aspiranturaya daxil oldu. == Şəxsi həyatı == 1986-cı ildə təqaüdə çıxdıqdan sonra Uilyam Noulz Sent-Luis şəhərinin ətrafı olan Missuri ştatının Çesterfild şəhərində yaşadı.
Camp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Kamp Nou

Nou-hau
Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri. == Ümumi məlumat == Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura pate ntlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir. == Tətbiq praktikası == Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nou Estadi
Nou Estadi İspaniyanın Tarraqona şəhərində çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Gimnastik Tarraqona komandasının matçlarını oynadığı stadion, 17.500 tamaşaçı tutumuna malikdir.
Nou Kamp
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. == Tarixi == 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
Cozef Nelson Rouz
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 – 4 may 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. == Təsnif etdiyi taksonlar == Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus == Rouzun şərəfinə adlandırılan taksonlar == Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton == Əsərləri == Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.
Elizabet Bouz-Layon
Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002). == Ümumi məlumat == Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother). O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XX və XXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.
Gi Orlando Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Lili-Rouz Depp
Lily-Rouz Melodi Depp (27 may 1999, Paris, Fransa) — valideynlərinin Conni Depp və Vanessa Paradis olduğu Fransız-Amerikalı aktrisa və modeldir. Depp aktrisalıq karyerasına Tusk (2014) filmindəki kiçik bir rolla başladı və Aysedora Dunkan, Planetarium (2016) və Kral (2019) rollarını oynadığı Rəqqasə (2016) dövri dramlarında ulduz kimi parladı. Göstərilən qaydada, Depp Rəqqasə və Sadiq bir insan (2018) filmindəki çıxışlarına görə iki "Ən ümidverici aktrisaya görə Sezar Mükafatı"-na layiq görülüb. O, Mənim Son Lullabim (2019) filmindəki ifasına görə 4-cü Los Angeles Film Təltifedilməsində Ən Yaxşı Aktrisa mükafatını qazandı. == Erkən həyatı == Lili-Rouz Melodi Depp 27 May 1999-cu ildə Parisin qərbindəki Neuilly-sur-Seine şəhərində anadan olmuşdur. O, Amerikalı aktyor, prodüser və musiqiçi Conni Depp və Fransız müğənni, aktrisa və model Vanessa Paradinin qızıdır. Deppin Conn "Cek" Xristofer Depp III adlı kiçik bir qardaşı var. Fransız aktrisası Alysson Paradis onun xalasıdır. Depp eyni zamanda müstəmləkə azadlığı mübarizəçisi Elizabeth Key Grinsteadin nəslindəndir. 2012-ci ildə 14 il birlikdə olduqdan sonra Deppin valideynləri ayrıldılar və Deppin birgə qəyyumluğunu təşkil etmək üçün vaxtlarının qalan hissəsini Los Angeles və Paris arasında keçirdilər.
Yelizaveta Bouz-Layon
Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002). == Ümumi məlumat == Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother). O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XX və XXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.
Rubi Rouz (müğənni)
Rubi Rouz Benton (ing. Rubi Rose Benton; 2 oktyabr 1997, Leksinqton, Kentukki, ABŞ) — amerikalı repçi, mahnı müəllifi və model.
Riçard Tomas Noulz
Riçard Tomas Noulz (ing. Richard Thomas Knowles; 8 fevral 1916, Çikaqo, İllinoys – 18 sentyabr 2013) — ABŞ hərbi xadimi, ABŞ ordusunun general-leytenantı. O, Vyetnam müharibəsi zamanı 1-ci Süvari Diviziyasının komandir köməkçisi, 196-cı Yüngül Piyada Briqadasının və Oreqon İşçi Qrupunun komandiri kimi xidmət etmişdir == Erkən həyatı == Noulz 20 dekabr 1916-cı ildə Çikaqoda anadan olmuşdur. O, İllinoys Universitetində təhsil almışdır. Noulz 1942-ci ildə Birləşmiş Ştatlar Ordusuna qoşulmuş və Normandiya desant əməliyyatında iştirak etmişdir. == Hərbi karyerası == Koreya müharibəsində iştirak etmişdir. 10 fevral 1964-cü ildə Noulz 11-ci Hava Hücum Diviziyasının diviziya komandirinin köməkçisi təyin edilmiş və briqada generalı vəzifəsinə namizəd olmuşdur. Noulz Vyetnam müharibəsində 1965-ci ildə 1-ci Süvari Diviziyasının diviziya komandirinin köməkçisi vəzifəsində çalışmış və bu müddət ərzində Pley-Menin mühasirəsinin dəstəkçi qüvvəyə komandanlıq etmişdir. Noulz 196-cı Yüngül Piyada Briqadasının komandiri vəzifəsində çalışmışdır. 1967-ci ilin iyulunda general-mayor Noulz 196-cı Yüngül Piyada Briqadasının daxil olduğu Oreqon İşçi Qrupu komandanlığını öz üzərinə götürmüşdür.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Gövüz
Gövüz (az-əbcəd. گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).
Köküz
Köküz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd.
Nəbz
Nəbz (lat. pulsus — zərbə) — ürəkdə qan dövranı ilə əlaqədar arteriya divarlarının təkanvari rəqsi və ya qanı ürəkdən aparan damarların arteriyaların ritmik zərbələri nəbz adlanır . Daha geniş anlamda nəbz dedikdə qan-damar sistemində ürəyin fəaliyyəti ilə bağlı istənilən dəyişikliklər başa düşülür və buna görə də klinikada nəbzi arterial, venoz və kapilyar nəbzlərə ayırırlar. İnsan bədənində dəri səthinə yaxın yerləşən aşağıdakı arteriyalar üzərində nəbzi əllə təyin etmək mümkündür: sağ və sol daxili yuxu arteriyaları boğaz nahiyəsində sağ və sol qoltuq arteriyaları qoltuq çuxuru nahiyəsində sağ və sol dirsək arteriyaları — dirsək çuxuru nahiyəsində sağ və sol mil arteriyaları — bilək nahiyəsində sağ və sol bud arteriyaları — qasıq nahiyəsində sağ və sol dizaltı arteriyaları — dizaltı çuxur nahiyəsində sağ və sol dal qamış arteriyları — topuq nahiyəsində lat. Arteria dorsalis pedis sinistra et dextra — ayaqdarağı nahiyəsində Nəbzin əllə təyin edildiyi nahiyələr tibbi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edirlər.
Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). == Ümumi məlumat == Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
Daniell Rouz Rassell
Daniell Rouz Rassell (ing. Danielle Rose Russell) — Amerikalı aktrisadır. O, The CW fövqəltəbii dram serialı İlk doğulmuşlar-ın son beşinci mövsümündə və onun spinoffu Miras-da oynadığı Houp Mayklson rolu ilə tanınır. 16, 2022. O, həmçinin Məzar daşları arasında gəzinti (2014), Aloha (2015), Pandemik (2016) və Möcüzə (2017) kimi filmlərdə köməkçi rolları ifa edib. == Həyatı == Rassell Nyu Cersi ştatının Pequannock Township şəhərində anadan olub və Uest Milford şəhərində böyüyüb. O keçmiş rəqqasə Rozmari Rado və keçmiş müğənni Rikki Rasselin qızıdır. O regional teatra getmədən və Nyu-Cersi ştatının Pequannock şəhərindəki Müqəddəs Ruh Məktəbində bir neçə məktəb tamaşasında çıxış etməzdən əvvəl ilk olaraq gəncliyində modelliklə məşğul oldu və reklamlara çəkildi. 2018-ci ildəki m əlumata əsasən orta məktəbi onlayn vasitəsilə bitirəcək. == Karyerası == Rasselin ilk rolu Məzar daşları arasında gəzinti (2014) filmində olmuşdur və rus narkotik satıcısının 14 yaşlı qızı rolunu oynamışdı.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Ağ nöyüd
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Ağ nöyüt

Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horus gözü

Horusun gözü

Hövz mahalı
Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Mərdan bəy idi. == Əhalisi == Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı. == İqtisadiyyatı == Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Kişi sözü
Kişi sözü (film, 1987)
La-Klüz
La-Klüz (fr. La Cluse, oks. La Clusa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 53 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 26 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 81.6%). Fəal olan 26 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Londonun gözü
Londonun gözü (ing. London Eye; bəzən ing. Millennium Wheel olaraq da tanınır) — 135 metr yüksəklikdə, Avropada ən yüksək fırlanan əyləncə çarxıdır. Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biridir. Bura ildə üç milyona yaxın turist səfər edir. David Marks, Julia Barfield, Malcolm Cook, Mark Sparrowhawk, Steven Chilton və Nic Bailey tərəfindən hazırlanmışdır.
Nilz Şmid
Nilz Şmid (alm. Nils Schmid‎; 11 iyul 1973, Trir, Reynland-Pfalts) — Almaniya hüquqşünası və siyasətçisi. O, Sosial Demokrat Partiyasının (SPD) üzvüdür. Şmid 2018-ci ildən SPD parlament qrupunun Almaniya Bundestaqında xarici işlər üzrə sözçüsüdür. == Siyasi mövqeyi == Nilz Şmidə görə, Avropa Parlamentinin üzvləri, alimlər və Çində insan haqları şərtlərini tənqid edən dörd tanınmış təşkilat daxil olmaqla on nəfərə qarşı tətbiq edilən sanksiyalar qəbuledilməzdir. O, sanksiyaya məruz qalan şəxslərlə həmrəylik nümayiş etdirmişdir.
Növi (Alye)
Növi (fr. Neuvy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03200. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1578 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1112 nəfər (15-64 yaş arasında) arasında 794 nəfər iqtisadi fəal, 327 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 74.5%) olmuşdur. Fəal olan 794 nəfərdən 753 nəfər (382 kişi və 371 qadın), 41 nəfər işsiz (19 kişi və 22 qadın) idi. Fəal olmayan 327 nəfər arasında 134 nəfər şagird və ya tələbə, 149 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Növün kriteriləri
Növün kriteriləri dedikdə ,onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir.Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir.Növlərin aşağıdakı kriteriləri var. == Morfoloji == Ən sadə kriteridir.Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar.Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir. == Genetik == Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar.Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur. == Ekoloji == Ekoloji kriteri vasitəsi ilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar. Ancaq bu tam olaraq düzgün deyil.Çünki eyni ekoloji bölgədə müxtəlif növlər yaşaya bilər. == Coğrafi == Coğrafi kriteri, müxtəlif təbii zonalarda yaşayan iki növü bir-birindən ayırmaq üçün istifadə olunan kriteridir.Ancaq eyni təbii zonada müxtəlif növlər yaşadığından əlverişsiz hesab olunur. == Biokimyəvi == Bu kriteri canlıları kimyəvi tərkibinə görə fərqləndirir.Tətbiqi çətin olduğundan əlverişsizdir. == Mənbə == Biologiya.9-cu sinif.Dərslik."Şərq-Qərb" ASC.2015.
Nöyi sülhü
Nöyi sülhü və ya Nöyi-sür-Sen müqaviləsi (fr. Traité de Neuilly-sur-Seine) — Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə məğlubiyyətə uğramış Bolqarıstan arasında 27 noyabr 1919-cu il tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlıqlarındakı Nöyi-sür-Sendə imzalanmış sülh müqaviləsi. Versal-Vaşinqton sisteminin əsasını təşkil edən müqavilələrdən biridir. 9 avqust 1920-ci il tarixində qüvvəyə minmişdir. Nöyi sülhünün şərtləri: Bolqarıstanın sahəsi 2566 km2 olan 4 rayonu Serblərin, Xorvatların və Slovenlərin Krallığına (1929-cu ildən Yuqoslaviya) verilmişdir. Bolqarıstan Qərbi Frakiyadan və beş il müddətinə Egey dənizinə çıxmaq hüququndan mərhum edilmişdir. Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank məbləğində təzminat vermək barədə öhdəlik götürmüşdür. Bolqarıstan öz silahlı qüvvələrini məhdudlaşdırmaq barədə öhdəlik götürmüşdür. Nöyi sülhü 1923, 1930, 1938, 1940-cü illərdə yenidən nəzərdən keçirilmiş, İkinci Dünya müharibəsindən sonra isə tamamilə qüvvədən itmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Borisova, Galina M. "Bulgaria, Greece and Britain's Policy 1919." Etudes Balkaniques (1983) 19#3 pp 77–91.
Nüdüz qalası
Nüdiz qalası — Astara rayonunun Toradi kəndi ərazisində yerləşir.
Tarık Ündüz
Tarık Özcan Ündüz (4 iyul 1988, İstanbul) — Türkiyəli aktyor. == Həyatı == Tarık Özcan Ündüz, 4 iyul 1988-ci ildə İstanbulda anadan olmuşdur.
Vəhşi öküz
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.