Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nübuvvət
Nübuvvət — Müsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) "peyğəmbərlərin möhrüdür", yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir. Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir. Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi "xəbərçi, xəbər gətirən, elçi" mənalarına gəlməkdədi. Dini bir termin olaraq, "Allah-Təala"nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi "kişi" deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında "nəbi" və "rəsul" kəlmələri keçməkdədir.
Rütubət
Rütubət — atmosfer havasında olan su buxarının miqdarı ilə əlaqədar fiziki anlayış. Havada su buxarının miqdarı çox olduqca onun rütubəti də artır. Rütubət anlayışı iki mənada istifadə olunur : mütləq rütubət nisbi rütubət Mütləq rütubət verilmiş temperaturda havanın həcm vahidinə olan su buxarının kütləsi ilə təyin olunur. Mütləq rütubət RM ilə işarə olunur. Düsturla mütləq rütubəti bu cür ifadə etmək olar: R M = m V {\displaystyle R_{M}={\frac {m}{V}}} Düsturdan göründüyü kimi mütləq rütubətin riyazi ifadəsi sıxlığın riyazi ifadəsinə ( p = m V {\displaystyle p={\frac {m}{V}}} ) çox oxşayır. Fərq yalnız vahidlərdədir : sıxlığın vahidi k q m 3 {\displaystyle {\frac {kq}{m^{3}}}} -dirsə rütubətin vahidi m q m 3 {\displaystyle {\frac {mq}{m^{3}}}} -dir. Nisbi rütubət adi havada olan su buxarının kütləsinin həmin şəraitdə doyma halındakı su buxarının kütləsinə olan nisbətini göstərir. Nisbi rütubəti RN (Fİ) kimi işarə edirlər. Nisbi rütubəti düsturla bu cür ifadə olunur: R N = m m + △ m = m M {\displaystyle R_{N}={\frac {m}{m+\triangle m}}={\frac {m}{M}}} Nisbi rütubət həmişə vahiddən kiçik olur. Buna görədə onu tez-tez faizlə ifadə edirlər.
Rütubət dövranı
Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası Yer səthi ilə atmosfer arasında daimi su və ya rütubət dövranı baş verir. Okeanlar və dənizlərin, quru sularının səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və ümumiyyətlə buxarlanma ilə tarazlaşır.
Xəzər dənizində rütubət
Xəzər dənizində rütubət - Havanın nispi rütubətinin il ərzində orta qiyməti 70-80% olur. Qış aylarında 75-90% aralarında dəyişir. Onu da qeyd edək ki, ən yüksək rütubət dənizin şimalında və cənubunda olur. Yay aylarında ən aşağı rütubətə dənizin cənub-şərq hissəsində rast gəlmək olur. Hətta yayda dənizin cənub-şərqində rütubət 50%-dən də aşağı düşür. Dənizin qalan rayonlarında isə nisbi rütubət 55-75% aralarında olur. Xəzər dənizi Xəzər dənizinin iqlimi Xəzər dənizinin buzları Лоция Каспийского моря.
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.