Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəcmi Sani
Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı. İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən idi. == Vəkilliyi == 1510-cu ildə vəkil təyin olunmuşdur. 1512-ci ildə Şeybanilərə hücuma keçmişdi. İsgəndər bəy Münşi bu hadisəni belə nəql edir:Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm Humayun şahın əmri və işarəsi olmadan Mavəraünnəhri tutmaq fikrinə düşdü, Herat hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa qoşuldu. Onlar əvvəlcə Hərar, sonrasa Qərşi qalalarını aldılar. Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu.
Nəcmi-i-Sani
Nəcm-i-Sani sülaləsi (həmçinin Najam-es-Sani olaraq yazılır) — Hindistanda hökmranlıq edən müsəlman sülaləsi idi. Aşağıdaklar İmperator Aurangzebin (1658-1707-ci illər ) vəziri olan Nəvab Əli Quli Xan Bahadur tərəfindən təsis edilmişdir. Banganapallenin ilk Nəvab sülaləsi, (1665-dən 1769-a qədər) Masulipatamın Nəvabları, (1731-dən əvvəl - 1883-dən sonra) Cambay Dövləti.
Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
Fəzlullah Nəimi

Nəimi türbəsi
Nəimi türbəsi — Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsi. == Haqqında == Qırmızı kərpicdən inşa edilmiş türbənin üstündə bir böyük, altı kiçik günbəz var. 1339–1401-ci illərdə yaşayan, Hürufilik təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 445. ISBN 5-8066-1468-9.
Nəimi Əmiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Nəimi Əmiralıyev

Əkbər Nəimi
Əkbər Nəimi — İran İslam Respublikasında fəaliyyət göstərən azərbaycanlı milli-mədəni fəal. Azərbaycan türkcəsi uğrundakı mübarizəsinə görə uzunmüddətli həbs edilmişdir. == Həyatı və fəaliyyəti == Əkbər Nəimi Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub və mexanika mühəndisliyi fakültəsində təhsilini başa vurmuşdur. 2012-ci ildən bəri milli hava yolları şirkətinin təmir bölməsində çalışır. Lakin 2017-ci ilin yanvarında həbs edilyi gündən bəri işə qayıda bilməmişdir.O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.. Azərbaycan ،Türkcəsi dilində təhsili sahəsində fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatlarının hər ikisi də məhkəmə qurumları tərəfindən bağlanmışdır. == Həbsləri == 2014-cü ilin fevral ayının 21-də İranın kəşfiyyat nazirliyinin işçiləri Nəimini həbs etmişdirlər. Həbsin səbəbi onun şəxsi toplantı təşkil edərək UNESCO tərəfindən yaradılmış Beynəlxalq Ana Dili Gününü qeyd etməsi olmuşdur. Bu səbəblə həbs edilən Nəimi milli təhlükəsizliyə qarşı hərəkət etmə, İslam Respublikasına qarşı təbliğat aparmada ittiham edilmişdir. O, 55 gün həbsdə qaldıqdan sonra 24 min dollarlıq girov verdikdən sonra müvəqqəti olaraq azad edilmişdir.İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin sakini Azərbaycanlı milli fəal Əkbər Nəimi 2021-ci ilin iyunun 19-da Təbriz şəhərində həbs edilmişdir.
Əli Nəzmi
Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi; 1878, Sarov, Tərtər rayonu – 1 yanvar 1946, Bakı) – şair, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. "Bikəs" təxəllüsü ilə şeirlər də yazmışdır. Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s.
Nəcm Surəsi
53-cü surə
Əbülqasım Nəcm
Əbülqasım Nəcm (1892 - 19 oktyabr 1983) — İran xarici işlər naziri, diplomat. == Həyatı == Əbülqasım Nəcm 1892-ci ildə anadan olmuşdu. Atası Mirzə Mahmud Şirazidir. Orta təhsilini bitirəndən sonra Tehran Universitetinə qəbul olmuşdu. Universiteti tamamlayandan sonra Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Nəcmülmülk ləqəbini daşıyırdı. Əbülqasım Nəcm İranın Almaniyada, Əfqanıstanda və Fransada səfiri olmuşdu. Əbülqasım Nəcm Mirzə İbrahim xan Həkiminin baş nazirliyi dönəmində İranın Peşə, Sənət və Ticarət naziri olmuşdu. Əbülqasım Nəcm 1957-ci ildən 1958-ci ilədək Xorasan əyalətinin ostandarı vəzifəsini icra etmişdi. Əbülqasım Nəcm 19 oktyabr 1983-cü ildə vəfat edib.
Nəimi (film, 2005)
== Məzmun == Film Fəzlullah Nəiminin həyat və yaradıcılığından bəhs edir. == Film haqqında == Filmdə bədii obrazlardan istifadə edilib.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Kəcli
Kəcli — Kəngər tayfalarının bir qoluna mənsub nəsil == Haqqında == Araz çayından cənubdakı torpaqlarda yaşayırdılar. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) nəsil rəisi (Əbülcəm) Kəclillər arasında şah ordusu üçün qoşun toplayırdı. Nadir şahın ölümündən sonra Qarabağ hakimi olmuş Azad xan Əfqanın Kəclilər tədricən əkinçiliklə məşğul olmağa və oturaq həyat tərzinə keçməyə başlamışdı. Lakin kəngərli İran hökmdarına daha layiqli xidmət göstərmək üçün tayfalarının bu qolunun torpağa tam bağlanmalarına deyil, elat-yarımköçəri olmalarına çalışırdılar ki, zərurət zamanı əskəri xidmətə cəb olunsunlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 222. ISBN 5-8066-1468-9.
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə.Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.
Nəama
Nəamə (ərəb. النعامة‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, yüksək dağ yaylasında, dəniz səviyyəsindən 1,176 metr yüksəklikdə yerləşir.Nəamə ölkənin paytaxtı Əlcəzairdən təxminən 490 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 16,251 nəfər idi.
Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. == Həyatı == Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər.Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır. Bəzi heyvanlar, göbələklər və bakteriyalar təbiəti həm də nəcisdən təmizləyirlər.
Nəcəf
Nəcəf (ərəb. النجف‎) — İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir. Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə Həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük günbəz tikilmiş və qala (Məşhəddi-Əli) ucaldılmışdır. Nəcəf şiələrin böyük fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir. Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur.AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı – 1417, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. == Ümumi məlumat == Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Keçmiş
Keçmiş — zamanın müəyyən bir nöqtəsindən əvvəl baş vermiş bütün hadisələrin məcmusudur . Keçmiş indiki və gələcək zamanla ziddiyyət təşkil edir, lakin onu müəyyən edir. Keçmişin konsepsiyası insan müşahidəçilərinin zamanı hiss etdiyi xətti modadan irəli gəlir, yaddaş və xatırlama vasitəsilə əldə edilir. Bundan əlavə, yazı dili yaranandan bəri insanlar keçmişi qeyd etmişdir. "Keçmiş" sözünün ilk məlum istifadəsi XIV əsrdə olmuşdur; o, "keçmək, keçib getmək" sözündən götürülmüşdür.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Necati