Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Natella
Natella — ad. Natella Krapivina — Azərbaycan əsilli Ukrayna televiziya və musiqi prodüseri. Natella Kazımova — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor.
Natella Barkaya
Natella Kazımova
Natella Kazımova (21 iyun 1939, Bakı – 15 iyun 2012, Bakı) — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor. Neft kimyası və üzvi kimya sahəsində tanınmış alim kimya elmlər doktoru, professor Kazımova Natella Saleh qızı 21 iyun 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Natella Kazımova 1962–1966-cı illərdə Azərbaycan EA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1966-cı ildən yeni yaradılmış AEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 1972-ci ildən isə ömrünün sonuna qədər baş elmi işçi vəzifəsində çalışmışdır. Natella Kazımova 1969-cu ildə "Ariltio — və tsikloheksiloksisilanların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini, 1992-ci ildə "Mineral və sintetik yağlara yüksək temperaturda işləyən antioksidantlar" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini və 2005-ci ildə professor elmi adını almışdır. Natella Kazımovanın elmi fəaliyyətinin əsas istiqaməti yerüstü və aviasiya texnikası üçün zəruri olan mühərrik yağlarının stabilləşdirilməsinə yönəlmişdir. 1-ci istiqamətdə Natella xanımın rəhbərliyi ilə çoxsaylı keyfiyyətli alkilfenol əsaslı aşqarlar alınmışdır. ИХП-103 aşqarı çox keyfiyyətli oksidləşməyə qarşı aşqar olduğuna görə sənayedə alınmağa təklif edilmişdir. Bu aşqar külsüz idi və ИХП-21 aşqarı motor yağlarında əvəz edə bilərdi.
Natella Krapivina
Natella Vaqif qızı Krapivina (ukr. Крапівіна Нателла Вагіфівна; 7 aprel 1982, Aşqabad) — Azərbaycan əsilli Ukrayna televiziya və musiqi prodüseri.
Natella Osmanlı
Natella Osmanlı — Azərbaycan yazıçısı, PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012). Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir. 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.
Nutella
Nutella (amer. /nuːˈtɛlə/; brit. /nʌˈtɛlə/;) — fındıqlı kakao kremi markası. Nutella İtaliyanın Ferrero şirkəti tərəfindən istehsal olunur və ilk dəfə 1964-cü ildə təqdim edilib, lakin onun ilk iterasiyası 1963-cü ilə təsadüf edir. Pietro Ferrero fındıq istehsalı ilə tanınan İtaliyanın Alba şəhərində çörək zavoduna sahib idi. Nutellanın tərkibində çəkiyə görə 10,4 faiz doymuş yağ və 58 faiz emal edilmiş şəkər var.
Brassica napella
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Bulbophyllum patella
Bulbophyllum patella (lat. Bulbophyllum patella) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Capsella nanella
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Patella vətəri
Patella vətəri və ya diz vətəri (lat. ligamentum patellae) — diz qapağından başlayıb budun dördbaşlı əzələsinin qamış sümüyündə (tibia) sonlanan vətər. Bəzən diz bağı də adlanır, çünki tam sümükləşdikdə sümük-sümüyə əlaqə yaradır. Diz vətəri bərk, yastı bağdır, o, dizin yuxarı hissəsindən distal və bitişik kənarları və arxa səthində kobud çökəklikdən başlayır; aşağıda, tibia sümüyün üzərinə daxil olur. Onun səthi lifləri budun dördbaşlı əzələsi vətərinin lifləri ilə patellanın ön hissəsində davamlıdır. Yetkinlərdə təxminən 4,5 sm uzunluqdadır (3 ilə 6 sm arasında dəyişir). Budun dördbaşlı vətərinin medial və yan hissələri, yumruların hər iki tərəfində tibiyanın yuxarı ətrafına daxil edilmək üçün patellanın hər iki tərəfindən aşağı keçir. Bu hissələr yuxarıda qeyd edildiyi kimi kapsula birləşərək medial və lateral patella retinakulasını əmələ gətirir. Patellar vətərinin arxa səthi oynağın sinovial membranından böyük infrapatellar piy qatı ilə, qamış sümüyündən (tibia) isə sinovial bursa ilə ayrılır. Diz vətəri yırtığı zamanı zədələnə bilər.
Donatella
Donatello (it. Donato di Niccolò di Betto Bardi; 1386[…], Florensiya – 13 dekabr 1466, Florensiya) — İntibah dövrü italyan heykəltaraşı. == Həyatı == 1386-cı ildə Florensiyada dünyaya gəlib. O, erkən intibah dövründə Donatello adıyla tanınırdı və İtaliyanın görkəmli rəssam-heykəltaraşı olmuşdur. Əsasən İncil motivləri əsasında hazırladığı heykəllər, barelyeflərlə məşhurdur. == Erkən dövr həyatı == Donatellonun atası, Niccolo di Betto Bardi "Florensiya yun darayıcılıları gildiyası"nın üzvü idi. 1386-cı ildə Florensiyada dünyaya gəlib. Donatello Martelli ailəsinin evində təhsil alıb. İlkin sənət təhsilini zərgər emalatxanasında aldıqdan sonra Lorenso Gibertinin studiyasında çalışır. 1404-1407-ci illərdə Fillipo Brunelleski ilə Romada bir sıra qazıntılar və axtarışlardan apardıqdan sonra onların hər ikisi xəzinə axtaran şəxs kimi nüfuz qazanır.
Kapella
Eyni zamanda Alfa Arabaçı (α Aur) olaraq da adlandırılan Kapella Arabaçı bürcündə ən parlaq, gecə səmasında altıncı ən parlaq və səmanın şimal yarımkürəsində Arktur və Veqadan sonra ən parlaq üçüncü ulduzdur. Veqa- Şimal yarımkürəsinin qış göyündə gözə çarpan bir ulduzdur. Kapella sistemi Günəşdən yalnız 42,8 işıq ili (13,1 pk) uzaqlıqdadır. Kapella dünya göyündə, adi gözlə görülə bilən ən parlaq 10 ulduzdan biridir. O qədər parlaqdır ki, təxminən 42 işıq ili uzaqlıqda olmasına baxmayaraq, böyük şəhərlərdə atmosfer çirkliliyi altında belə rahatlıqla görülə bilir. Adi gözlə tək bir ulduz kimi görünsə də, Kapella əslində dörd ulduzlu bir sistemdir. İlk cüt iki parlaq sarı nəhəng ulduzdan ibarətdir və hər ikisi də Günəşdən 2.5 dəfə böyükdür. Kapella Aa, K spektral sinfinə aid daha soyuq və daha işıqlı ulduzdur. Günəşin parlaqlığından 78.7 ± 4.2 dəfə və radiusundan isə 11.98 ± 0.57 dəfə böyükdür. Yaşlanmaqda olan qırmızı ulduz, nüvəsindəki karbon, oksigen, heliumu əridir.
Nigella
Bitkinin adı toxumlarının parlaq qara rənginə görə verilmişdir. Bu cinsə 20 növ daxildir. Azərbaycanda 5 növü bitir. Onlardan ikisi gülçülükdə geniş istifadə edilir. Dəməşq qaraçörəyi (N.damasceana) yabanı halda Avropada, Asiyada və Afrikada bitir. Hündürlüyü 60 sm-ə qədər çatır, lələkvari yarpaqlı və müxtəlif rəngli gülləri olan budaqlı bitkidir. 1542-ci ildən yaşıllaşdırmada istifadə olunur. Çoxsaylı sortları vardır. İspan qaraçörəyi (N.hispanica) yaşıllaşdırmada çox da geniş yayılmamışdır. Bu bitkinin vətəni Şimali Afrika və İspaniyadır.
Novella
Əsəri maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz sonluqla bitməsidir. Belə əsərlər novella adlanır. Misal üçün Mir Cəlalın "Badamın ləzzəti" novellasında məlum olur ki, sözü gedən badam heç də meyvə deyilmiş, bir nənənin adı imiş. Yaxud da Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" əsəri, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsəri və s. novellaya aid edilə bilər. Novella epik növün bir növü olub və hekayəyə bənzəyir. Mənası "xəbər"deməkdir.
Natalya
Natalya — ad.
Antilla
Acianthera (lat. Acianthera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Macella
Jaegeria (lat. Jaegeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aganippea DC. Heliogenes Benth.
Atilla
Attila və ya Atilla (ən tezi 390 və ən geci 400 – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Stella
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Kapella (Peterhof)
Müqəddəs Aleksandr Nevski kilsəsi (rus. Церковь святого Александра Невского) — Peterhof şəhərinin Aleksandriya saray-park ansamblında yerləşən və hal-hazırda fəaliyyət göstərməyən pravoslav kilsəsi. Gündəlik həyatda Kapella adı ilə tanınır. == Tarix == 1829-cu ildə Kottecin tikintisi başa çatdıqdan sonra, ev kilsəsinin tikintisi zərurəti yaranmışdır. Ev kilsəsinin gələcəkdə Aleksandriyanın qərb hissəsində yerləşəcəyi ərazini I Nikolay şəxsən seçmişdir. Fasad və plan layihələri məşhur Alman memarı K.F. Şinkel tərəfindən həyata keçirilmişdir. Memar A. Menelas tikinti işlərini birbaşa müşahidə edirdi, onun ölümündən sonra (1831-ci ilin sentyabr ayında) isə, bu rol memar İ.İ. Şarlemana həvalə olunmuşdur. 24 may 1831-ci ildə, ən yüksək İmperator ruhanisi və protopresviter Nikolay Muzovskinin iştirakı ilə, təntənəli şəkildə kilsənin təməlqoyma mərasimi keçirilmişdir. 1834-cü ilin yayında binanın tikinti işləri tamamlanmış və 3 iyul 1834-cü ildə kilsə həmin protopresviter Nikolay Muzovski tərəfindən Müqəddəs və Böyük knyaz Aleksandr Nevskinin şərəfinə təqdis edilmişdir. Ev kilsəsi imperator ailəsinə məxsus idi və ibadət işləri burada yalnız yay aylarında həyata keçirilirdi.
Kapella (dəqiqləşdirmə)
Kapella
Kapella (memarlıq)
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Layella sindromu
Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır. Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud antibiotiklərin qəbulundan sonra qeydə alınır. Layella sindromu zamanı xəstə mütləq xəstəxana şəraitində intensiv terapiya şöbəsində kompleks müalicə almalıdır (Diaqnoz təsdiqindən dərhal sonra). Həkim yardımı mərhələsində xəstənin sorğu sual nəticəsində, Layella sindromu termiki zədələnmədən ayırd edilərək, xəstənin təcili hospitallaşması həyata keçirilir. == Həkimə qədər yardım == Həkimə qədər yardım: Zədələnmiş dəri üzərinə quru aseptik sarğı qoymaq. Xəstəyə qoruyucu vəziyyət verib, zədələnmiş yerlərə güclü mexaniki təsiri istisna etmək. Xəstəyə antihistamin preparatı vermək. Dərin ürək-damar və tənəffüs çatışmamazlığı zamanı ürək-ciyər reanimasiyası tədbirlərini tətbiq etmək.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.