Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nobillər
Nobilitet və ya nobillər (lat. Nobilis – adlı-sanlı, hörmətcil; nobilitas – əyan) — Roma Respublikasında patrisi və varlı plebey ailələrinin məhdud dairəsi. E.ə. III əsrin əvvəlində formalaşmışdır. Ən mühüm dövlət vəzifələrinə yalnız nobilitetin nümayəndələri seçilirdilər, lakin nobillər sırasından müxalifətçi xadimlər də çıxırdı. Nobilitetin Roma demokratiyasınıın bəzi rəhbərləri də mənsub idilər. Sonralar əvvəlki rolunu itirmişdir. Daha geniş mənada özünü "xalqa" və ya "qara camaat"a qarşı qoyan "əyanlar" anlayışını ifadə edir. Adam Afzelius: Zur Definition der römischen Nobilität in der Zeit Ciceros. In: Classica et Mediaevalia 1, 1938, 40–94.
Makroiqtisadi modellər
== Məcmu tələb-məcmu təklif modeli == AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meyilli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
İqtisadi modellər
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
İqlimdə riyazi modellər
Məlumdur ki, hidrodinamikanın tam tənliklər sistemində tənliklərin bir neçəsi ikitərtibli, törəməli, differensial tənliklər şəklindədir. Bu səbəbdən onların həll sxemlərini işləmək üçün başlanğıc və sərhəd şərtlərinin verilməsi vacib məsələlərdən biridir Təhlil olunan meteoroloji elementin hesablama şəbəkəsi adlananmüstəvisinin nöqtələrində başlanğıc qiymətləri verilməlidir. Meteoroloji stansiyaların yer kürəsində qeyri bərabər paylandığını nəzərə alaraq meteoroloji elementlərin paylanmasını mütləq ədədi üsullarla təhlil edilməlidir. Sərhəd şərtləri onlara həm də riyazi şərtlər də deyilir. Baxılan ərazinin sərhədlərində differensiallanan tənliklərin həlli zamanı bu şərtlər daxil edilməlidir. Sərhəd şərtlərinin xüsusiyyəti öyrənilən hadisənin və ya prosesin fiziki mahiyyətindən asılıdır. Hidrodinamika tənliklərin havanın və iqlimin proqnozu məsələlərin həlli zamanı sərhəd şərtlərinin qoyuluşuna həm üfüqi həm də şaquli istiqamətlərdə baxılır. Belə ki, hesablamaların əsaslarını üçölçülü sistem olan atmosferdəki proseslərin dəyişgənliyinin qanunauyğunluqlarını təşkil edir. Havanın ədədi proqnozları məsələləri üçün üfiqi istiqamətlərdə sərhəd şərtlərinin verilməsi çox çətin məsələdir. Çünki müəyyən bir ərazi üçün ədədi proqnoz məsələsini həll etmək üçün əvvəlcə bu ərazinin sərhədlərindəki proqnozu bilmək lazımdır.
Hilton Otellər Şəbəkəsi
Hilton Hotels & Resorts daha çox istifadə olunan adıyla Hilton Hotels (ing. Hilton Hotels & Resorts)Hilton Worldwide şirkəti tərkibində iştirak edən Dünya tərəfindən məşhur Turizm şirkəti. Dünya səviyyəsində 3897 otel 642.000 otaq və 91 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir Dünyada turizm sektorunun ən böyük şirkəti olaraq bilinir. == Tarixi == 1919-cu ildə Konrad Hilton tərəfindənHilton Worldwide şirkəti kurulmuştur.Şirkət ABŞ-nin o zaman içində olduğu iqtisadi böhrandanda faydalanaraq çox sürətli bir şəkildə böyümüşdür. Şirkət 1946-cı ildə artıq Amerikada bir çox Otelə sahib idi. Bu otellər bir dam altında toplanaraq Hilton Hotels Corporation America (HHC) qururlar.1967-ci ildə isə artıq Dünyada bir çox hotelə sahib olan Hilton Hotels Co. America, London mərkəzli olaraq dünyadakı digər otellərin bağlı olacağı Hilton İnternationali (HI) qurur daha sonra Hilton International TWAyə arxasından da Ladbroke Groupa satılır. Bu satış hadisəsindən sonra belə bir razılaşma olmuşdur. ABŞ torpaqları içində Hilton markası HHC tərəfindən istifadə ediləcək ABŞ xaricindəki bütün ölkələrdə isə ad haqqı Hiltona aid olması mövzusunda razılaşdırılır müəyyən bir müddət sonra HHC təkrar dünyaya açılmağa qərar verər, təbii ki , Hilton adını işlənilməməsindən ötəri yeni bir marka yaratmaq ehtiyacı hiss edər. Bunun üçün şirkətin qurucu başçısı olan Konrad Hiltonun adından istifadə etməklə 1982-ci ildə Conrad Hotels qurular 1985-ci ildə Conrad Hotels ilk hotelini Avstraliyada Conrad Jupiters, Gold Coast adında otelləri fəaliyyətə başlayar.
Atom və molekulyar modellər
Atom və molekulyar modellər — izolə olunmuş atom və molekullarda atom və ya hibrid orbitallarının quruluşundakı xüsusiyyətləri nümayiş etdirmək üçündür. == İstinadlar == == Mənbə == Arnold Gordon, Richard, Ford. The Chemist`s Companion. New York-London-Sydney-Toronto. 1972.
Neteller
Neteller — bütün dünyada pulları köçürmə yolu ilə göndərmək və almaq imkanı verən elektron ödəniş sistemidir. 1999 ildə yaradılmışdır. Mülkiyyətçi - Paysafe Groupdur. Neteller servisi bukmeker kontorları və onlayn kazino istifadəçiləri arasında daha çox populyarlıq qazanmışdır. Bizim günlərdə bu komissiyalar qüvvədədir: sistem daxilində pul kisələri arasındakı köçurmə tarifi - 1,45% (maksimum məbləğ məhdudlaşdırılmadan). Konvertasiyaya görə komissiya, məsələn, pul göndərənin və alanın hesablarının fərqli valyutada açılmış olduğu hallarda - 3,99% təşkil edir. Sistemin istifadəçiləri icra edilmış tranzaksiya əməliyyatının həcmindən asılı olaraq imtiyazlı status (Bronz, Silver, Qold, Platinum, Daymond) əldə etmək imkanına malikdirlər. Bu kimi statuslar, üçün komissiya yığımının aşağı dərəcəsi qüvvədədir. İndiki zamanda 26 valyutanı dəstəkləyir. Dünyanın 200-dən çox ölkəsində, o cümlədən Azərbaycanda, Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda, Estoniyada, Latviyada, Litvada və keçmiş SSRİ-nin digər ölkələrində işləyir.