QUL-QARAVAŞ

top. Nökərlər, xidmətçilər.
[Hacı Murad:] …Yanında qul-qaravaş ilə qonaqlığa gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar. S.S.Axundov.

QUL₂
QULA
OBASTAN VİKİ
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Hümmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Təkcə Nizaminin müasiri olduğu bilinən bu böyük şairin həyatı, hansı bölgədə doğulması barədə tarixdə heç bir məlumat yoxdur. Təxəllüsünün Qul olmasını isə belə izah etmək olar: "O, özünü xalqın qulu hesab edib. Əslində bütün orta əsr şairləri şeirlərində özlərinə təvazökarlıqla "qul"- deyə müraciət ediblər". == Yaradıcılığı == Qul Əli "Qisseyi-Yusif" dastanını (Yusif dastanı) 1212-ci ildə tamamlamışdır. Şərqdə "Yusif və Züleyxa" dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə o, qələmə almışdır. == Əsərləri == Qul Əli. Qisseyi-Yusif. Bakı, "Şərq-Qərb", 2005.
Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır. O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir. == Satışları == 2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb. Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi. Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.Vud Qrin sakinlərinin etirazlardan sonra, qraffiti Birləşmiş Krallığa qaytarılıb.
Qul Nəsimi
Qul Nəsimi (XVI əsr – XVII əsr) — XVII əsrdə Osmanlı İmperiyasında yaşamış Ələvi-Bektaşi şairi. Yaxşı təhsil aldığı bilinən şairin Vəhdətül-vücud anlayışı var. Şair haqqında məlumat azdır. O, heca və əruz janrlarından istifadə edərək Şah İsmayıl, Pir Sultan Abdal və İmadəddin Nəsiminin üslubuna yaxın əsərlər yaratmışdır. Bəzən adına görə İmadəddin Nəsimi ilə qarışdırılır.
Birinci Qul müharibəsi
Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevn və kilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir. == Arxaplan == İkinci Pun müharibəsi zamanı Karfegenin Hispaniyadan qovulmasından sonra, Siciliyada torpaq sahibliyinə böyük dəyişikliklər baş vermişdi. İtaliya möhtəkirləri adaya axın etmiş, böyük torpaq sahələrini ucuz qiymətə almış və Karfagen siciliyalılar ına aid olan əmlak və mülkləri məcburi şəkildə almışdılar. Bu torpaq sahələri və mülklər sahibkarların edamından və sürgünündən sonra Roma hökumətinə verilmişdi.
Qul Əli (Göyçə)
Qul Əli, Qulalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qipçaq türk tayfasından olan qul etnoniminin Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və «qul tayfasından olan Əliyə məxsus kənd» anlamını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur. == Əhalisi == Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir . Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır . 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur.
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. == Həyatı == Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Bilgə Qul Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
12 illik qul (film, 2013)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Qul dul qadını (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır.Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.

Digər lüğətlərdə

вы́стегать ко́нник Наде́жда опро́боваться опу́тать потанцева́ть сосло́вие туберкулёз фланки́роваться хлебопа́шество хрому́ша давнопроше́дшее время мангу́ста шантажи́стский скоба сявронина grill oftentimes Scotic задурманить отлучать пеленг пиршество циник эволюция