Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurallar
Nurallar (əvvəlki adı: Nurullar) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Qaramanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nurullar kəndi Nurallar kəndi adlandırılmışdır.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Nuran
Nuran (Ağsu)
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Hacı Nuran
Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim. == Həyatı == 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur. == TV fəaliyyəti == 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.
Nuran (Ağsu)
Nuran — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Nuran kəndi yaxınlığında antik və orta əsrlərə aid yaşayış məskəni və qəbiristanlıq mövcuddur. Ətraf ərazidən qədim və orta əsrlərə aid müxtəlif saxsı və şirli qablar, bəzəklər, silah nümunələri, yazılı səiduqələr və s. tapılmışdır.
Nuran (Ərdəbil)
Nuran - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 918 nəfər yaşayır (211 ailə).
Nuran Hüseynov
Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim. == Həyatı == 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur. == TV fəaliyyəti == 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.
Nuran Mirzəyev
Nuran Mirzəyev (azərb. Nuran Akif oğlu Mirzəyev‎; d. 27 iyul 1999, Dağlı, Quba rayonu — ö. 19 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəyev Nuran Akif oğlu 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində ləzgi ailəsində anadan olub. 2005–2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnib. 2017–2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Subay idi.
Nuran bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nuray Hafiftaş
Nuray Hafiftaş — (2 noyabr 1962, Çıldır, Qars ili – 14 fevral 2018, İstanbul), Azərbaycan əsilli Türkiyə xalq musiqisi sənətkarı və bəstəkarıdır. == Həyat və fəaliyyəti == Nuray Hafiftaş 2 noyabr 1962-cü ildə Çıldırda doğulub. İTU Dövlət Konservatoriyasını bitirdikdən sonra İstanbul Bələdiyyə Konservatoriyasının İcra Heyətində 4 il dövlət sənətçisi olaraq işləyib. Eyni illərdə İstanbul Radiosunda da işləyib. İndiyə qədər bir çox albom çıxaran sənətçinin 100-dən çox söz və bəstəsi özünə aid olan əsərləri var. Bunlardan "Ayrılık Nikahı", "Yalan Dünya" və "İsyan Ediyorum"u müğənni Kibariye, "Hasret" ve "Gurbet"i isə İzzet Yıldızhan oxuyub. Sənətçinin son albomuna isə özünə aid "Be Hey Gafil" və "Yavrular" adlı iki bəstəsi də daxildir. "Star Production"ın təsiri ilə bazara çıxan "Yazı Bir Dert Kışı Bir Dert" adlı son albomunun prodüserliyini Yusuf Savaş öz üzərinə götürüb. 12 əsərdən ibarət olan bu albom təxmini dörd il sonra çıxıb. Bir müddətdir xərçəngdən müalicə olunan sənətkar 14 fevral 2018-ci ildə dünyasını dəyişib.
Nuray Məhərov
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. == Həyat və yaradıcılığı == Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir.2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür.2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur. Eyni zamanda sözləri Fikrət Qocaya, musiqisi isə Polad Bülbüloğluna məxsus olan “Mən Mahnı Qoşuram” kinofilmindən olan “Sevimli Diyar” adlı mahnıya çəkilən yeni klipin həmin ilin iyun ayında təqdimatı baş tutmuşdur. 2016-cı ilin may ayında S.Haqverdiyevanın “Ər Quyusu” kinofilmində rol almışdır.
Nurel Kərim
Nurol Ejder
Nurol Ejder (türk Əjdaha), Nurol Makinanın buraxdığı bir Türkiyə istehsalı zirehli transportyordur. İki modeli var: Ejder 6x6 və Ejder Yalçın 4x4. Əməliyyat mənzili 700 km, maksimum sürəti 120 km/s təşkil edir. == Variantları == === Ejder 6×6 Zirehli transportyoru === Əsas 6×6 versiyası uzaqdan idarə olunan 7.62 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatan ilə təchiz edilmişdir. Müxtəlif silah sistemlərinin və 5 ton ağırlığa kimi silahlı qüllələrin inteqrasiyasını dəstəkləyir. Mina və HHQ-lərdən qorunmaq üçün V formalı gövdəyə malikdir. 8 kq-a kimi mina partlayışlarına tab gətirə bilər. Müdafiəsi modulyar əlavə zireh ilə artırıla bilər.Bu vasitələrin bir çoxu 2008-ci ildə Gürcüstana satılmışdır. === Ejder Yalçın 4×4 Zirehli transportyoru === Avtomobilin dizayn tədqiqatlarına 2012-ci ilin son rübündə başlanılıb və əsas nəqliyyat vasitəsinin prototipi 2013-cü ildə IDEF-də nümayiş etdirilib. Nəqliyyat vasitəsinin kütləvi istehsalına 2014-cü ilin may ayında başlanılıb.Mina və HHQ-lərdən qorunma təmin etmək üçün üzən döşəmə plitələri və partlayışın təsirini azaldılması üçün oturacaqlara birləşdirilən V formalı gövdə dizaynına malikdir.
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
Nurul Amin
Nurul Amin (15 iyul 1893 – 2 oktyabr 1974, Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 8-ci baş naziri.
Oktay Vural
Oktay Vural (9 fevral 1956, Diyarbəkir) — türk siyasətçi, hüquqşünas, bürokrat və elm insanı, millət vəkili, Türkiyə Respublikasının 2001–2002-ci illərdə nəqliyyat və infrastruktur naziri vəzifəsini icra edib. == Həyatı və təhsili == Oktay Vural 9 fevral 1956-cı ildə Diyarbəkirdə anadan olub. Orta təhsilini Diyarbakırda bitirib 1979-cu ildə İstanbul Universiteti hüquq fakültəsini bitirib. 1983-cü ildə Ege Universiteti iqtisadiyyat fakültəsinin İqtisadiyyat üzrə magistr dərəcəsini alıb. 1987-ci ildə Dokuz Eylül Universiteti Sosial Elmlər İnstitutundan iqtisad elmləri doktoru dərəcəsini alıb. 1988-ci ildə Dokuz Eylül Universiteti iqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dosenti olub. BOTAŞ boru kəmərləri və yanacaq nəqliyyatında A. Ş. idarə heyətinin müdiri olub. Prezident yanında Dövlət Nəzarət Agentliyinin idarə heyəti üzvü olub. Türkiyə Gübrə Sənaye A. Ş. İdarə Heyətinin və Baş Direktorluğunun, Demokratiyada Birliyin Üzvü, NATO Parlament Assambleyasının üzvü, XXI, XXIII, XXIV və XXV İzmir Millət vəkili, TBMM Sənaye, Ticarət, Enerji, Təbii Qaynaqlar, İnformasiya və Texnologiya Komissiyası və Nəqliyyat Nazirliyi vəzifələrini icra edib. XXIII və XXIV dönəm Türkiyə Böyük Millət Məclisində MHP Qrup sədrinin müavini vəzifəsini rəhbərlik edib.
Rural Universiteti
Rural Universiteti (isp. Universidad Rural) — Qvatemalaın paytaxtı Qvatemala şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.
Rəfiqə Nuray
Rəfiqə Nuray — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971-1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı, Azərbaycan SSR) — Azərbaycan siyasətçisi; jurnalist; Müsavat Partiyasının üzvü və funskionerlərindən biri (2000–2016); Ağ Partiyasının sədri (2016-cı ildən).Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. 2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Abbaslı mətbuata verdiyi bir digər müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir. Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb. O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürsə də Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə prosedur nöqsanlarına yol verdiyi üçün namizədliyi qeydə alınmayıb. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuş, lakin Məlahət İbrahimqızına məğlub olmuşdur. == Həyatı == Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Atasını erkən yaşlarında itirən Abbaslı, Müsavat Partiyasının Divan üzvü olmuş anası Başxanım Abbasovanın himayəsində böyüyüb.
Tural Abbasov
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Tural Abbasov 1990-cı il aprelin 25-də anadan olub. == Karyerası == Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Tural Abbaszadə
Abbaszadə Tural İlqar oğlu (rus. Турал Ильгар оглы Аббасзаде; 26 oktyabr 1992, Bakı) — Azərbaycan futbolçusu, "Kəpəz"də keçmiş qapıçı. == Həyatı == Tural Abbaszadə 1992-ci ildə anadan olmuşdur. Futbola uşaqlığından həvəsi olmuş, "Milan"ın qapıçısı Didanın oyunundan çox xoşu gəlmişdir. Bu səbəbdən də futbolçu olmağı qərara alıb. İlk məşqçisi Arif Orucov olub. Futbola 10 yaşında "Olimpiya" komandasında başlamışdır. 14 yaşında "Azəri"yə keçmişdir. Oradan isə İslam Kərimovun çalışdırdığı "Neftçi"yə üz tutmuşdur. "Neftçi"də 3 il qalmışdır.
Tural Abdullayev
Tural Abdullayev (baş çavuş) (26.02.1990) — baş çavuş, Vətən müharibəsi şəhidi. Tural Abdullayev (kiçik gizir) (09.02.1993) — gizir, Vətən müharibəsi şəhidi.
Tural Allahverdiyev
Tural Hikmət oğlu Allahverdiyev (29 iyul 2000, Nijni Novqorod) — Azərbaycanlı idmançı və milli atletdir == Həyatı == Tural Allahverdiyev 2000-ci ilin 29 iyul tarixində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycan ailəsində anadan olub. 8 il Rusiya Federasiyasında yaşayandan sonra Tural ailəsi birgə Vətəninə Azərbaycana qayıdır və elə 8 yaşından Yunan-Roma Güləşinin sirrlərini öyrənmə başlayır. Sonra müəyyən səbəblərdən Tural güləşi atır, bir necə idman növlərini sınayan Tural ən sonda "Yasamal" İdman Klubunda Cüdo idman növü ilə məşğul olur. Həmçinin Tural Sambo, Grappling, Pəhləvan Güləşi, Zorxana Kəmər Güləşi və Mas-wrestling İdman növləri üzrə də Azərbaycan Milli Komandasının üzvüdür.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.