Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Onbaşı Zeynəb
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Karlar obası
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi.
Qasımuşağı obası
Qasımuşağı obası — Zəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri. == Tarixi == Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi adı ilə adlandırılmışdır. Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.
Yağləvənd obası
Yağlıvənd obası – Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Xanlıq dönəmində məaf sayılırdı. Cavanşir-Dizaq mahalı ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. İki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı".Mehdiqulu xan Cavanşirin yanında Yağlıvənd obasından Xələf ağa Şirin Kələntər oğlu Havsalı, Alı ağa Abbasqulu ağa oğlu Havsalı, Hüseyn və başqaları xidmət edirdilər. Divanxanada fərraş kimi Əliverdi Şirin Kələntər oğlu Havsalı, Dünyamalı Mehdixan oğlu Havsalı fəaliyyət göstərirdilər. Bayramqulu Mustafa oğlu göstərdiyi hərbi rəşadətə görə məaf ünvanı almışdı. Ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayırdı. Cəfər bəy Yağlıvənd İbrahimxəlil xanın arvadı Cəvahir xanımın keşikçisi idi. Məşədi İbrahim Əsəd bəyə xidmət edirdi. 1823-cü ildə Yağlıvənd obasını siyahıya alan polkovnik Yermolov və mülki müşavir Mogilyevski bildirirlər ki, obanın yüzbaşısı Səfiqulu bəydir.
Əbdürrəhmanbəyli obası
Əbdürrəhmanbəyli obası — Cəbrayıllı elinin böyük qollarından biri. Oba eldən ayrılanda ilk başçısı Hacı Ağası bəy olub. == Obanın tarixi == Hacı Ağası bəy Cəbrayıllı öləndən sonra, 1789-cu ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir təliqə ilə obanı onun arvadına, Pəri xanıma verdi. Pəri xanımın vəfatından sonra obanı böyük oğlu Əbdürrəhman bəy idarə etməyə başladı. Onun idarəsi dönəmində bu oba Əbdürrəhmanbəyli adlandı. (bax. Yuxarı Əbdürrəhmanlı və Aşağı Əbdürrəhmanlı kənləri) Əbdürrəhmanbəyli obası XIX əsrin əvvəllərində üç obanın qarışmasından daha da böyüyüb. Bu obalar: Əbdürrəhmanbəyli, Abdullabəyli və Əlipənahsultanlı adlanırdı. Üçüncü obanın başçısı Əlipənah sultan Hüseyn bəy oğlu Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. 1811-ci ildə bir müddət Qaradağda Hacı Məhəmməd xan Qaragözlünün yanında yaşamışdı.
Əbdürrəhmanbəyli obası (kitab)
Əbdürrəhmanbəyli obası — Ənvər Çingizoğlunun 2013-cü ildə nəşr olunmuş kitabı. == Kitab haqda == Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Əbdürrəhmanbəyli obası” adlı kitabı Azərbaycan xalqının etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində önəmli rol oynayan Əbdürrəhmanbəyli obasının (Füzuli rayonu) həyat yolundan bəhs edir. Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır. Kitabda bu nəsillə bağlı XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə Əbdürrəhmanbəyli obasında baş verən önəmli olaylar arxiv materialları və həyat salnamələri əsasında qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Minbaşı
Minbaşı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qoçbaşı
Qoçbaşı - ümumilikdə bir neçə insan tərəfindən daşınan; vuraraq qapı qırmağa, aralamağa ya da divar dağıtmaq üçün istifadə edilən silah.. Keçmişdə düşmən atəşindən qorunmaq üçün daxmaya oxşayan taxta sığınacaqların içərisində daşınabilən versiyaları da mövcud olmuş qurğudur. Hal-hazırda əksəriyyəti metaldan düzəldilmiş qoçbaşları mühafizə və yanğınsöndürmə xidmətləri tərəfindən aktiv şəkildə istifadə edilir. == Etimologiyası == Keçmişdə qoçbaşları ağac gövdələrindən düzəldilirdi və hədəfə vurulan ucları ümumilikdə qoç başları şəklində düzəldilirdi. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb alətidir. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.
Minbaşı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraquç Minbaşı
Qaraquç Minbaşı (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (5 ailə).
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Soğan bozbaşı
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
Su anbarı
Su anbarı — qədim zamanlardan bəri insanların su ehtiyacını ödəmək və əkinçilik sahələrinin sulanması məqsədiylə inşa edilən su strukturlarıdır.Günümüzün müasir anbarları strateji əhəmiyyətə malikdirlər. Çünki; Enerji istehsalında inkişaf etməkdə olan ölkələrdə böyük pay sahibidirlər. Ölkənin əkinçilik həyatı üçün böyük əhəmiyyət daşıyarlar. Daşqın tədbirə məqsədiylə inşaya edildiklərindən, yıxılmaları halında böyük sahələrdə su basqınları yaşanmaqdadır.Bir ölkənin enerji istehsalının ən təbii və ən ucuz yoludur. Hidroelektrik enerji çıxaran anbarlar, digər enerji istehsal növlərinə görə daha ətrafçıdırlar. Tək son zamanlarda böyük anbarların inşaaları dayandırılmışdır. Sahəsi çox böyük anbarlar, olduğu bölgənin iqlimini dəyişdirməkdə və ekoloji tarazlığı dəyişdirməkdədirlər. Xüsusilə bol yağış alan yerlərdə daşqın tədbiri məqsədiylə məzmunalar, anbarlar və göletler inşaya edilməkdədir. Əkinçilik ərazilərin sulanması üçün böyük əhəmiyyət daşıyarlar. Anbarlardan ərazilərə açılan kanallarla su daşınar.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Əhməd Obalı
Əhməd Obalı — Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir. == Həyatı == Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır.Evlidir və bir oğlu var. === Mühacirət və siyasi fəaliyyəti === O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış, ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi. Qardaşların planı o vaxt mühacir qəbul edən Bolqarıstan və ya Yuqoslaviyaya keçmək idi, ancaq Əhməd Obalının qardaşı Türkiyədə qaldı və daha sonra 1985-ci ildə İrana qayıtdı.Əhməd Obalı ilk olaraq qatarla Belqrada, buradan təyyarə ilə Stokholma getdi.
Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbası
XII əsrdə Səfəvilər dövlətində də rəsmi pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Monpası
Monpası (fr. Montpensier) — şəffaf karamel kütləsindən hazırlanmış xırda ölçülü şirniyyat növü. Monpası yarpaq, giləmeyvə, kürəcik və s. formalarda, müxtəlif rənglərdə hazırlanır. Səthi hamar, parlaq və ya şəhər tozu səpilmiş olur. Hiqroskopik olduğundan tənəkə qutularda buraxılır. Həmliyi 3%-dir.
Araz su anbarı
Araz su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir. Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir. Su anbarını çirkləndirən əsas mənbələr. Araz (Naхçıvan) su anbarının çirklənməsində əsas rolu Araz çayı oynayır.
Arpaçay su anbarı
Arpaçay su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Gümüşlü kəndində yaradılmış su anbarı 1977-ci ildə istifadəyə verilmişdir. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur. 2007-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 18,6 milyon manat məqsədli vəsait ayrılmışdır. Bu vəsait sənaye və tikinti xərclərinin tərkib hissəsi kimi ayrılıb. Vəsaitin 15 milyon manatı Naxçıvanın qazlaşdırılması işinin növbəti mərhələsinin həyata keçirilməsinə, 3,6 milyon manatı isə Arpaçay su anbarının yenidən qurulması və əsaslı təmirinə xərclənib. 2008-ci ildə su anbarında yenidənqurma işləri aparılıb. Arpaçay su anbarının ümumi su tutumu artırılıb. Dəryaçada bir sıra avadanlıqların istismar müddətinin bitməsi, bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma və əsaslı bərpa işləri çərçivəsində su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sistemi yenidən qurulub, suburaxıcı şaxtaya gedən yol təmir edilib. Faydalılıq həcmi 140 mln kubmetr olan dəryaçada aparılan əsaslı və yenidənqurma işləri onun maksimal həddə-150 mln kubmetr su ilə doldurulmasına imkan verəcək.
Atatürk su anbarı
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Axuryan su anbarı
Axuryan (Arpaçay) su anbarı (erm. Ախուրյանի ջրամբար, türk. Arpaçay Baraj Gölü) — Ermənistan-Türkiyə sərhəddində, Axuryan çayının aşağı axınında yerləşən su anbarı. SSRİ və Türkiyə arasında 1973-cü ildə imzalanmış razılaşmaya əsasən inşa edilmişdir, 1980-ci ildə istismara verilmişdir. Uzunluğu 20 km (sərhəd boyunca), su həcmi 525 mln m³-dur. Sərhəddin hər iki tərəfindəki 104 min hektar əkin sahəsinin suvarılması üçün istifadə olunur. Su anbarını tədqiq edən "Geofon" ekoloji təşkilatının rəhbəri Levon Martirosyanın verdiyi məlumata görə anbardakı su ağır metallar və zəhərli maddələr ilə ciddi şəkildə çirkləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Дерцян Т. Г., Маргарян Л. А., Пирумян Г. П. Исследование уровня загрязненности вод проточных водохранилищ «Азат», «Кечут», «Ереванское озеро», «Ахурян», «Озеро Арпи» и «Апаран» // Вода: химия и экология (9). 2012. 95—100.
Axıncaçay su anbarı
Axıncaçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində, Tovuz rayonu ərazisinin cənub-qərbində Axıncaçayın üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 42.5 m, bəndin uzunluğu 690 m və su anbarının ümumi həcmi 14 mln.m³-dur. Suvarma sahəsi 7400 ha-dır.
Ağdamkənd su anbarı
Ağdamkənd su anbarı — Azərbaycanın Ağdam rayonunda, Ağdamkənd kəndinin yaxınlıqlarında su anbarı. 1963-cü ildə istifadəyə verilmişdir. Suyunu Qarqarçaydan çəkilmiş kanaldan alır. Sahəsi 50 hektar, ümumi həcmi 1,6 milyon metr3, faydalı hcəmi 1,4 milyon m3-dur. SSRİ dövründə suvarmada istifadə edilirdi. 1993-cü ildə Ağdamkəndin işğalı ilə Ermənistan qüvvələrinin nəzarətinə keçmiş, 2020-ci ildə isə Vətən müharibəsi nəticəsində azad edilmişdir.
Ağstafa su anbarı
Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur. Su anbarının biogen elementlərlə zəngin olmasına baxmayaraq (nitrat azotu – 2,0 mq/l; dəmir oksidi 1,3 mq/l; silisium 5,5 – 6,0 mq/l; mineral fosfor 0,06 – 0,04 mq/l; nitrit azotu 0,05 mq/l) burada fauna həm növ tərkibinə və həm də miqdarına görə zəif inkişaf etmişdir. Çox güman ki, Ağstafaçayın zəhərli suları su anbarında faunanın inkişafına mənfi təsir göstərir.
Ağstafaçay su anbarı
Ağstafaçay su anbarı — Azərbaycanın Qazax rayonunda, Ağstafaçayın üstündə su anbarı. 1971-ci ildə istifadəyə verilmişdir. Sahəsi 6,3 kilometr2, ümumi həcmi 120 milyon metr3, faydalı həcmi 111 milyon metr3-dir. Bəndin uzunluğu 1,9 kilometr, hündürlüyü 50,2 metrdir. Ağstafaçay su anbarından çəkilmiş 2 magistral kanal (uzunluğu 59 kilometr və 12 kilometr) vasitəsilə Qazax, Tovuz və Şəmkir rayonları ərazisində 74,1 min hektar sahə suvarılır.
Abası
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil.Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür.Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir. Qədimi mənbələr epidemiyanın ilk dəfə 165-166-cı illərdə Seleusya mühasirəsi zamanı yayıldığını qeyd edir. Bir başqa romalı tarixçi Ammianus Marcellinusa görə epidemiya Qalliya bölgəsindən Reyn çayına qədər yayılmışdır.
Atom Bombası
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Aviasiya bombası
Aviasiya bombası — yerüstü, dəniz və hava hədəflərinə zərbə endirmək üçün təyyarə və digər uçuş aparatlarından buraxılan döyüş sursatı növü. Aviasiya bombasın atom, fuqas, qəlpəli, zirehdələn, tankvuran, kimyəvi və s. növləri var.
Azərbaycan şorbası
== Tərkibi == Bu ərzaqlar 2 nəfər üçün nəzərdə tutulub. Qoyun əti – 250 q. Quyruq yağı – 40 q. Düyü – 50 q. Baş soğan –40 q. Alça qurusu – 20 q (təqribən 8 ədəd) . Keşniş və ya şüyüd – 120 q (təqribən 1 dəstə) . Duz – zövqə görə. İstiot – zövqə görə. == Hazırlanma qaydası == Əvvəlcə 3-4 tikə ət bişirilməlidir.
Bakı konkası
Bakı konkası — Bakı şəhərində mövcud olmuş atla hərəkətə gətirilən tramvay xətti. == Tarixi == 1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev başda olmaqla digər beş mesenat atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir. Səhmdar cəmiyyətin ilk sədri H. Z. Tağıyev olur. Tikinti işləri isə B. A. Rotulda tapşırılır (1 dekabr 1890 ilə qədər, sonradan rəhbərlik L. М. Rıjanskiyə həvalə edilir). Relslər arasında məsafə 1524 mm-dir. İlk ildəcə tikintiyə 52 min rubl pul ayrılır. 1923-cü ilin 1 oktyabr tarixində xətlər elektrikli tramvayla əvəzlənir. == Maşrutlar == Şəbəkə öz növbəsində bir-biri ilə əlaqəsi olmayan xətlərdən ibarət olmuşdur: Voğzal — Bayıl: Voğzal, Voğzal meydanı, Telefonnaya (28 may), B.-Morskaya, Molokanskaya, Mariinskaya, Baryatinkaya, Mixaylovdkaya, Naberejnaya prospekti (Neftçilər prospekti), Mixaylovski bağı (Əliağa Vahid bağı), Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylovski bağı (Əliağa Vahid bağı), Naberejnaya, Mixaylovski, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.
Balqabaq bombası
Balqabaq bombalar (ing. Pumpkin bombs) — Manhetten layihəsi tərəfindən hazırlanmış və İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya qarşı istifadə olunub. Balqabaq bombası Gonbul plutonium bombasının oxşar replikasının eyni ballistik və rəftar xüsusiyyətlərinə malik olsa da, qeyri-nüvə yüksək partlayıcısı kimi istifadə olunmuşdur. Bomba əsasən məşq və təlim məqsədilə istifadə edilmiş və 509-cu kompozit qrupunun Hiroşima və Naqasakinin atom bombardmanında icra olunmuşdur. Bomba öz adını sursat gövdesinin yağ ellipsoidal formasından götürmüşdür və bombalara daha xarakterik olan, ordu jarqonundan tədricən rəsmi sənədlərə keçmişdir.
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. == Tarixi == Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. == Hazırlanması == Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir.Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Bucaq ordası
Bucaq və ya Belqrad ordası - XVII – XVIII əsrlədə Krım xanlığı və Osmanlı imperiyasının himayəsi altında Şimali Qara dəniz sahillərində məskunlaşan Noqay ordasından ayrılaraq fəaliyyət göstərən türk dövləti. == Haqqında == XVI əsrdə Noqayların bir hissəsi ayrılaraq Bucaq Ordası adı altında birləşdilər. Bu orda adını Bessarabiyanın cənubundakı Bucaq adlı ərazidən götürmüşdür. Ruslar tərəfindən isə ordaya Belqrad ordası adı verilmişdi. 1770-ci ildə Bucaq ordası Rusiyanın himayəsini qəbul etdi və bir müddət sonra Azov dənizi sahillərinə köçürüldü. Ordanın əhalisinin digər hissəsi sonradan Krım müharibəsi dövründə Türkiyəyə köç etdilər. Ordanın görkəmli nümayəndələrindən biri Moldovanın Cantemiresti ailəsinin qurucularından Xan Temirdir.
Bufer zonası
Bufer zonası (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, milli park və s.) ətrafında müəyyən sahədə (Bufer zonası) təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. Bufer zonası saxlamaqda məqsəd əsas qorunan ərazinin mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini saxlamaqdır.
Bukey ordası
Bukey ordası — Rusiyanın tərkibində vassal qazax xanlığı. == Tarixi == XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49], Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı. Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi.