Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərid Şənyaşar
Fərid Şənyaşar (1983, Suruç[d], Şanlıurfa ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fərid Şənyaşar 1983-cü ildə Şanlıurfa ilinin Suruç ilçəsində anadan olub. İnönü Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 2010-2018-ci illərdə müəllim olaraq çalışıb. 2019-2020-ci illərdə isə xüsusi təhsil və reabilitasiya müəssisəsində çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Fərid Şənyaşarın atası və qardaşı 2018-ci ildə AK Parti deputatı İbrahim Halil Yıldızın qohumları tərəfindən Şanlıurfa ilinin Suruç ilçəsində öldürülmüşdü.
Azad Yaşar
== Həyatı == Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1978, Ankara)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. == Həyatı == Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir. Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yaşar Aydəmirov
Yaşar Məhəmməd oğlu Aydəmirov — azərbaycanlı hərbçi, general-leytenant. == Həyatı == == Karyerası == Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.1991-ci il "Horadiz əməliyyatı" na rəhbərlik edənlərdən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
Yaşar Babayev
Yaşar Babayev (futbolçu)
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. == Həyatı == Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. == Fəaliyyəti == == TV layihələri == == Mükafatları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Yaşar Böyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. == Təhsili və hərbi karyerası == 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. == Siyasi müzakirələr == 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. == Yaradıcılığı == İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Yaşar Büyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. == Təhsili və hərbi karyerası == 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. == Siyasi müzakirələr == 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bəşirov
Yaşar Bəşirov — Azərbaycan Karate Federasiyası idarə heyətinin üzvü (2023–h.h.); Azərbaycan Milli Karate Federasiyasının sabiq prezidenti (–2023); Dünya və Avropa çempionu, əməkdar idman ustası; "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi; biologiya elmləri namizədi. Eyyub Bəşirovun oğlu, Xanlar Bəşirovun qardaşıdır.
Yaşar Cəlilov
Yaşar Rəftar oğlu Cəlilov (1 may 1955, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor. == Həyat fəaliyyəti == Yaşar Cəlilov 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Yaşar Cəlilov 1978–84-cü illərdə Dağlıq Qarabağ vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir. 1984-cü ildə Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) aspiranturaya daxil olmuş və 1987-ci ildə "Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника" ("Onurğanın bel şöbəsinin osteoxondrozunun cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi") mövzusunda tibb elmləri namizədlik dissertasiyası müdafiə etmişdir. Yaşar Cəlilov 1987-ci ildən Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və 2001-ci ildən elmi bölmə rəhbəri vəzifəsində çalışır. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) "Комплексное консервативное и оперативное лечение сколиоза" ("Skoliozun kompleks konservativ və operativ müalicəsi") mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri == Y. R. Cəlilovun Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri: Onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; onurğa sütununun deformasiyalarının diaqnostikası, ortopedik və cərrahi müalicəsi; ətrafların müxtəlif etiologiyalı travmatik və ortopedik patologiyasının müalicəsinə həsr edilmişdir. Onun elmi-kliniki fəaliyyəti 121 elmi məqalə və 1 metodiki tövsiyədə işıqlandırılmışdır. Y. R. Cəlilov SSRİİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərrələşdirici təklifin müəllifidir. Elmi məqalələrinin 30-u xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir.
Yaşar Fərmayıloğlu
Yaşar Fərmayıloğlu (4 sentyabr 1969, Arıqıran, Gədəbəy rayonu) – ifaçı və yaradıcı aşıq. == Həyatı == Yaşar Fərmayıl oğlu Həsənov 4 sentyabr 1969-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində müəllim ailəsində doğulub. O, ulu mənəvi sərvətimiz olan aşıq1ıq sənətinə hələ 5 yaşında ikən, Seyfəddin Xəliloğlunun həzin ifalarının təsiri ilə gəlib. Yaşar Fərmayıloğlu orta təhsilini 1976-1986-cı illərdə doğma Arqıranda alıb. Orta təhsil aldığı vaxt məktəbin bütün tədbirlərində sazla çıxışlar edib. 1987-1989-cu illərdə hərbi xidmətdə olan Yaşar Fərmayıloğlu, hərbi xidməti bitirdikdən sonra aşıqlıq sənətini peşəkar düzeydə davam etdirib. 2008-ci ildə onun “Sarıtel laylası” adlı audio-kaset və diski işıq üzü görüb. Yaşar Fərmayıloğlu hazırda Bakıda yaşayır və paytaxtda düzənlənən əksər aşıq tədbirlərində çıxış edir. Onun ən çox sevdiyi hava (və özünün “şah ifas”sı) “Sarıtel”dir. Yaşar Fərmayıloğlu yaradıcı aşıqdır, Ailəlidir, iki oğul atasıdır.
Yaşar Qurbanov
Yaşar Arzuman oğlu Qurbanov 14 oktyabr 1975-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. 1992-ci ildə Zaqatala rayonunda orta məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan İqtisad İnstituna daxil olmuşdur. 1994-cü ildə Mədinə şəhəri İslam Universitetinə daxil olmuş və 2001-ci ildə Hədisi-şərif və islami araşdırmalar fakultəsini bitirib. 2003-2004 təhsil ilində Azərbaycan Beynəlxalq Universitetində müəllim işləmiş və həmin ildən ABU-nun dissertantıdır. 2001-ci ildən etibarən müxtəlif Qərb ölkələrində (ABŞ, Almaniya, Belçika, Hollandiya və s.) və İslam ölkələrində (Küveyt, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyin Krallığı və s.) işgüzar səfərlərdə olmuş, dini seminar və konfranslarda iştirak etmiş, dinlə bağlı mövzularda mühazirə oxumuşdur. 2003-cü ildən etibarən elektron KİV-də (AzTV, İTV, Space, ANS, İnternews Azerbaijan, Samanyolu TV, Burc FM, Araz FM) dini ekspert kimi çıxış edir. 2007-ci ildən etibarən 101 Antenn FM radiosunda Azərbaycanda tanınmış “İslam Dünyası” proqramının müəllifi və aparıcısıdır. 2007-ci ildə Azərbaycanda dini maairfçiliklə proffessional şəkildə məşğul olan www.islamevi.az qurub və hazırda bu sayt Azərbaycanda ən çox istifadə olunan dini sayt-kitabxana kimi fəaliyyət göstərir. 2003-cü ildən etibarən müxtəlif qəzet və jurnallarda dini-maarifçiliklə bağlı məqalələrlə çıxış edir.
Yaşar Rzayev
Yaşar Rzayev (7 aprel 1941, Lənkəran) — Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Yaşar Rzayev 1941-ci il aprelin 7-də Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Atası idarə qulluqçusu, anası uşaq bağçasında tərbiyəçi olmuşdur. Atasını erkən yaşlarında itirdi. Lənkəranda orta məktəbi bitirdi, sonra əla qiymətlərlə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu. Hekayələr, respublika televiziyasının verilişləri üçün ssenarılər yazdı. İlk hekayələri "Aprel çiçəkləri", "Gənc qələmlər" almanaxlarında, "Azərbaycan" jurnalında çap olundu. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdi. Universiteti bitirdikdən sonra yerli qəzetdə işlədi, axşam məktəbində dərs dedi. Sonra iki il o vaxtkı Ali Partiya Məktəbində (indiki Dövlət İdarəetmə məktəbi) müdavim oldu.
Yaşar Rəhimov
Yaşar Rəhimov (12 yanvar 1947, Fəxralı, Qasım İsmayılov rayonu – 28 dekabr 1991, Todan, Goranboy rayonu) — Goranboy rayonunun könüllülər batalyonunun döyüşçüsü, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaşar Ağalar oğlu Rəhimov 12 yanvar 1947-ci ildə Qasım İsmayılov rayonunun Fəxralı kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Kirovabad şəhərində texniki peşə məktəbini bitirmiş, Kirovabad şəhər Enerji təchizat şöbəsində işləmişdir. 1 dekabr 1991-ci il tarixində Goranboy rayonunun könüllülər batalyonuna yazılmış, rayon ətrafında gedən döyüşlərdə iştirak etmişdir. 28 dekabr 1991-ci il tarixində Todan kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır güllə yarasından şəhid olmuşdur. Yaşadığı Dəliməmmədli şəhərində dəfn edilmişdir. Üç övladı var. Yaşar Rəhimov gənclik illərində futbol idman növünə böyük həvəs göstərmiş, doğulub boya-başa çatdığı Faxralı kəndinin, Dəliməmmədli qəsəbəsinin və Qasım İsmayılov rayonunun yığma futbol komandalarında qapıçı kimi çıxış edmiş, Kirovabadın "Dinamo" klubunun əvəzedici kollektivinə dəvət almışdır. == İrsi == Goranboy rayonu Fəxralı kənd uşaq bağçasına şəhid Yaşar Rəhimovun adı verilmişdir. Dəliməmmədli şəhərinin küçələrindən biri şəhid Yaşar Rəhimovun adını daşıyır.
Yaşar Sadıqov
Yaşar Füzuli oğlu Sadıqov (10 avqust 1975; Füzuli rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub.
Yaşar Səfərov
Yaşar Səfərov (1940, Azərbaycan – iyul 2007) — Azərbaycan müğənnisi, vokalist, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının solisti, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Yaşar Abutalıb oğlu Səfərov 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olmuşdur . Y. Səfərov A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olmuşdur. Y. Səfərov Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış etmiş, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil etmişdir. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olmuşdur. Y. Səfərov 1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdür. F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar etmişdir. Vətəni, xalqımızın igid oğullarını vəsf edən mahnıları ilə onlara mətinlik hissi aşılayır. O, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Prezident təqaüdçüsü idi.
Yaşar Səlimov
Yaşar Səlimov — fizika-riyaziyyat elmləri doktoru (1988), professor (1989). == Həyatı == Yaşar Səlimov 1938-ci il mayın 5-də Ağdaş rayonunda anadan olmuşdur. 1945 - 1955-ci illərdə Ağdaş rayon Nizami adına 2 saylı orta məktəbdə oxumuşdur. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. Y.Səlimov 1970-ci ildə namizədlik, 1988-ci ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsinin ixtisaslaşmış Elmi Şurasında "Diferensial tənliklər və riyazi fizika" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor Y.Səlimov 13 iyul 2011-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Professor Y.Səlimov bir sıra məşhur jurnallarda məqalələrlə çıxış etmişdir. Onun qeyd olunmuş işləri Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən ingilis dilində çap edilmişdir. O, 1955-ci ildə Amerika Riyaziyyat Cəmiyyətinə üzv qəbul olunmuşdur. Y.Səlimov "Kto yest kto v mire" nəşrinə 1995-96-ci illərdə 12-ci, 1997-ci ildə isə 14-cü sıraya qəbul olunmuşdur.
Yaşar Vəliyev
Yaşar Vəliyev (tam adı: Vəliyev Yaşar Vəli oğlu) — Naxçıvan Muxtar Respublikası Culfa rayonu İcra Hakimiyyətinin sabiq başçısı. == Siyasi fəaliyyəti == Yaşar Vəliyev 31 mart 2000-ci il tarixində Naxçıvan Muxtar Respublikası Culfa rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, 26 iyun 2006-cı il tarixində isə vəzifədən azad edilmişdir. Yaşar Vəliyev 20 noyabr 2006-cı il tarixində Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. == Mükafatları == Tərəqqi medalı ilə təltif olunmuşdur.
Yaşar Xudayev
Yaşar Əli oğlu Xudayev (1 noyabr 1999; Quba, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaşar Xudayev 1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yaşar Xudayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Xudayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Quba şəhərində dəfn olunub.
Yaşar Xəlilov
Yaşar Xəlilov (11 aprel 1934, Bakı – iyun 2018) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 aprel 1934-cü ildə Bakı şəhərində anadan olub. "Azərbaycan Gəncləri" qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayıb. Əsgərliyə gedib döndükdən sonra redaksiyaya qayıdır. Müsabiqə yolu ilə "Bakı" qəzetinə dəvət alır. 1959-cu ildə dövlət AzTaq informasiya agentliyinə dəvət olunur. Xəlilov SSRİ-də tanınıb və yüksək qiymətləndirilib. Respublikada yeganə fotojurnalistdir ki, 5 Olimpiadada işləmiş – Münxendə, Monrealda, Moskvada, Los-Anjelesdə və Seulda. Olimpiya çəkilişləri üzrə Yaponiyada b Photo 6 və Gran-pri mükafatlarına layiq görülüb. Xəlilov "Qızıl qələm" mükafatının laureatı, respublikanın əməkdar jurnalisti və əməkdar incəsənət xadimidir.
Yaşar Əsgərov
Yaşar Əsgərov — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Yaşar Rəfi oğlu Əsgərov 1973-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Əsgərlik yaşı çatdığında həqiqi hərbi xidmətə yola düşmüş, qısamüddətli təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Üç ay ərzində Ağdərə rayonunun kəndlərinin müdafiəsi uğrunda ağır döyüşlərdə iştirak etmiş, Aterk kəndi yaxınlığında güllə yarasından şəhidliyə qovuşmuşdur. Təhsil aldığı Koltəhnəli kənd orta məktəbinə Yaşar Əsgərovun adı verilmişdir. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
Yaşar Yağmur
Yaşar Yağmur (tam adı: Yaşar Yağmur, türk. Yaşar Yağmur; 1954) — Türk lokali musiqi müğənnisi, musiqiçi.
Yaşar Yusub
Sonasar
Sonasar — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sonasar kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Hocaz kəndinı məxsus binə yeri olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskən salmışlar. Tədqiqatçiların fikrincə, Sonasar oykonimi Sona ( yaşılbaş) və sar (“yırtıcı quş”) sözlərindən ibarətdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Nyasa
Nyasa (həmcinin Мalavi, ing. Nyasa və ya Malawi, port. Lago Niassa) — Şərqi Afrika ərazisində yerləşən Şərqi Afrika Rift dərəsi boyunca yerləşın sahəsinə görə üçüncüdür. Üstəlik bu rifin cənubunda yerləşən sonuncu göldür. Göl Malavi, Mozambik və Tanzaniya arasında sərhədi təşkil edir. Göl şimaldan cənuba 560 km, maksikal dərinliyi isə 706 metr təşkil edir. Dünyada sahəsinə görə 10-cu, dərinliyinə görə isə üçünçüdür. Dünyada şirin su etdiyyatının 7% özündə birləşdirir. «Nyasa» sözü Yao xalqının dilində «göl» mənasını verir. == Coğrafiyası == Göl Şərqi Afrika Rift dərəsi boyunca yer qabığının çatında 578 km uzunluğa və 16–80 km arası enə malik dərədə yerləşir.