QOLBAQ

is. Qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, bazubənd. Qızıl qolbaq. Gümüş qolbaq.
– Oynadar, şaqqıldadar qızlar qızıl qolbaqların. M.Möcüz.
Dövlətli qadın … qollarına qızıl qolbaqlarını keçirib, başına al rəngli Şirvan ipək çarşabını sal(dı). H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOLBAQ qolbaq bax bilərzik
  • QOLBAQ bilərzik — bazubənd
QOLBAĞI
QOLBAQLI

Digər lüğətlərdə