Yaşar Füzuli oğlu Sadıqov (10 avqust 1975; Füzuli rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Yaşar Sadıqov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bəhmənli, Füzuli, Azərbaycan SSR |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1995—2020 |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 |
Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.[1] 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yaşar Sadıqov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yaşar Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]