QAŞQABAQLI

sif. Acıqlı, hirsli, tutqun üzlü.
[Sərxan] gələndə ən qaşqabaqlı adamların belə dodağı qaçırdı. M.İbrahimov.
[Tükəzban] əvvəlki kimi qaşqabaqlı (z.) gəlib öz yerində oturdu. B.Talıblı.
[Yalıncaq bəyin] üst-başı toz-torpaq içində, özü … qaşqabaqlı və kədərli idi. M.Rzaquluzadə.

// məc. Çox tutqun.
Yuxarıda kol-koslu qayalıqlar, bunların da üstündə qara buludlar oynaşan qaşqabaqlı göy görünürdü. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAŞQABAQLI qaşqabaqlı bax qaraqabaq 1
  • QAŞQABAQLI bax: qaşqabaq
QAŞQABAQ
QAŞQABAQLILIQ

Digər lüğətlərdə