Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arfa
Arfa (ing. Harp) — üçbucaq formasbkyuh əmədə simlər çəkilmiş, barmaqla çalınan simli musiqi aləti. == Tarixçəsi == Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin (arfanın) ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Hələ qədim Misir freskalarında (b.e.əv. XV əsr) arfa təsvir edilmişdir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər . Eramızdan əvvəllərə aid edilən çənglərin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir.
Orba
Orba (isp. Orba) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 17,73 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2629 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 86 km uzaqlıqda yerləşir.
Orda
Orda (Monqolca və qədim Türk dillərində ordo) köçəri toplumlarda tayfa qarşılığı işlədilən bir termindir. Bu termin Türkcə ordu biçiminə düşmüşdür. Orda və ya ordu, ordugah ilə də bağlı bir termindir. Orda, Tatarcada urda biçimində işlənilir. Ordanın, yurd, çadır terminiylə də bağlantılı olduğu vardır. Ağ Orda, quruluşu 1226. Göy Orda, quruluşu 1227. Qızıl Orda, 1240-cı ildə qurulan Tatar-Monqol dövləti. Noqay Orda, 1390-cı ildə Şimali Qafqazda dövlət quran Tatar boyu. Alaş Orda, 1920-ci ildə Qazaxların elan etdiyi dövlət.
Orka
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Orşa
Orşa — müasir Belarusun Vitebsk vilayətində şəhər. == Tarixi == Vaxtilə Orşa (indiki Orşitsa) çayının Dnepr çayına töküldüyü yerdə möhkəm türk qalası olmuşdur. Türk hərbi məntəqəsi Ada Kalanın adı rus yazılı mənbələrində ilk dəfə 1067-ci ilə aid "Povesti vremennıx let" səhifələrində çəkilir1. (Qeyd: "Povesti vremennıx let" ümumrus əlyazmaları toplusudur; Kiyevdə 12-ci əsrin ilk onilliyində tərtib olunmuşdur. Onun əsas canını Lavrenti və İpatov salnamələri təşkil edir). Şəhərin adı həqiqətən onun təbii istehkam-qala görünüşü ilə bağlı idi. Belə ki, qalanın yeri hərbi – strateji baxımdan çox əlverişli sayılırdı. Orşa ilə Dneprin qovuşduğu yerdə – bu çayların hər iki tərəfdən qucduğu çayarası sahədə yerləşən və xilqətən alınmaz olan bu qalanı çaylar hər tərəfdən mühafizə edir, ona gələn yolları təbii şəkildə bağlayırdı. Arxadan – qurudan açıq qalan, sanki qorunmayan, lakin insan əlinə tapşırılan bu səmtdən isə qazılmış və su ilə doldurulmuş dərin kanal qalanı göz bəbəyi kimi qoruyurdu. Beləliklə, Ada Kala təbii, ilahi qüdrətiylə yaranmış belə bir adada qərar tuturdu.
Urfa
Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi. == Tarixi == Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib. Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaqAlaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Ağ Orda
Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şimali Özbәkistan vә Şimali Türkmәnistan ərazisində qurulan xanlıq. Qızıl Ordanın şərqdəki torpaqlarında qurulmuşdu. Әn mәşhur xanları — vaxtı ilә Ulu Ulus xaqanları olmuş Uruz xan vә Baraq xandır. Dövlәtin başında Çingizlilәr sülalәsinin Cuçioğulları xanәdanının Toğayteymurlular qolunun Törә sülalәsi dururdu. 1428-ci ildә Özbәk xanlığı olaraq bildiyimiz Göy Orda hökmdarı Әbülxeyir xan Şeybani tәrәfindәn әlә keçirilmişdir. 1465-ci ildә Uruz xanın nәticәlәri Kerey vә Janibek Ağ Ordanı Qazax xanlığı adı ilә yenidәn qurmuşlar. == Tarixi == Cuçi xan tərəfindən nəzarət edilən torpaqların şərq hissəsində Orta Asiyadan Sibirə qədər olan bölgədə hakim oldular. Onun tərkibinə Aral gölündən şimal-şərqə Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi. Bu ərazidə monqol işğallarından əvvəl Sabran ( və ya Şabran), Sığnaq, Yengikənd və başqa şəhərlər yerləşirdi. Monqol işğalları nəyicəsində bu şəhərlər suqut etmiş, sonra tədricən dirçəlməyə başlamışdır.
Böyük Orda
Böyük Orda — Qızıl Ordanın parçalanmasından sonra Cuçilər (Çingizlilərin bir qolu) tərəfindən idarə olunan yeganə hissəsi. Toxtamışın nəvəsi Seyid Əhməd xan tərəfindən qurulmuşdu. Krım xanlığı, Noqay Orda və Moskva knyazlığının hücumları nəticəsində dağılmışdı.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Mersiyalı Offa
Mersiyalı Offa - 757-796-cı illər arasında Mersiya kralı olmuşdur və ilk dəfə özünə 774-cü ildə Ingiltərə kralı adını götürmüşdür. İngiltərənin cənubunda Anglosakson dövrünün ən güclü krallıqlarından birini qurmuşdur.
Napoleon Orda
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[…] – 26 aprel 1883[…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim. == Həyatı == O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur.Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular.Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi.Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı. İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu. 1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı. 1831-ci il qiyamında fəal iştirak etdi, buna görə "Virtuti Militari" ordeni xaçına layiq görüldü və kapitan rütbəsini aldı. 1833-cü ildə üsyan yatırıldıqdan sonra Napoleon Orda evini tərk etmək və saxta adla Paris şəhərinə mühacirət etmək məcburiyyətində qaldı. Mühacirət zamanı Avstriyada, İsveçrədə və İtaliyada yaşadı və 1833-cü ilin sentyabr ayında Fransada mühacir statusu aldı və Parisdə qaldı.
Ofra Haza
Ofra Haza (19 noyabr 1957, Tel-Əviv — 23 fevral 2000, Ramat-Qan) — məşhur İsrail müğənnisi və aktrisası.
Orca gladiator
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Orcinus orca
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Orda xan
Orda xan (monq. эджен — «sahib, yiyə»; ? — 1246 və 1251-ci ilin arasında) — Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı. == Həyatı == Monqol imperatoru Çingiz xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun çayı ilə Balxaş gölünün qərbindəki yerləri böyük oğlu Cuçi xana vermişdi. Cuçi xanın kiçik oğlu Batı xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cuçinin torpaqları sonradan Batu xan ilə böyük qardaşı Orda xan arasında bölündü. Balxaş ilə Aral gölləri arasındakı və Ceyhun çayının cənubundakı yerlər Orda xana verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Orda xanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). == İqlim == Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Orta Xuc
Orta Xuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Orta Xuc oyk., mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Aşağı Xuc və Xucbala (Yuxan Xuc deməkdir) kəndlərinin arasmda yerləşdiyi üçün belə adlandırılmışdır. Eyni zamanda digər iki kənd Orta Xuc kəndi əsasında yarandığı üçün bu kənd mərkəz rolu oynamışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 203 nəfər əhali yaşayır.
Orta Yeməzli
Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qişlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandiqdan sonra kənd Orta Yeməzli adlandinlmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Orta Zəyzid
Orta Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Qafqaz Albaniyasının ən qədim kəndlərindən biridir . == Tarixi == Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir.
Orta beyin
Orta beyin - lat. mesencephalon üç arxa, yan və ön hissədən ibarətdir. Arxa hissəsinə orta beyin qapağı (dördtəpə) - lat. tectum mesencephali (lamina quadrigemina - BNA), yan hissələrinə - təpəcik qolları - lat. brachia colliculi və ön hissəsinə böyük beyin ayaqcıqları - lat. pedunculi cerebri və dal dəliklənmiş maddə - lat. substantia perforata posterior aiddir. Orta beyin qovuğu boşluğunun qalığını beynin (Silvi) su kəməri - lat. aqueductus cerebri (Silvii) təşkil edir. == Təşkil olunmuşdur == Orta beyin qapağı Böyük beyin ayaqcıqları Görmə qabaraltı Üçüncü mədəcik == İstinadlar == == Mənbələr == Prof.
Orta cincilim
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Orta dağ
Orta dağ - Mütləq hündürlüyü 1000 m-dən 2000 m-ə qədər olan dağ. Nisbətən meylli yamacları və dəyirmi zirvələri ilə fərqlənir. Orta dağ materiklərin 24 milyon km2 sahəsini tutur.