1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək.
□ Arxa çevirmək – dal çevirmək, üz döndərmək.
Arxası yerə dəyməmək – basılmamaq, məğlub olmamaq.
Arxası yerə gəlmək – basılmaq, məğlub olmaq.
Arxasın(c)a düşmək – birinin dalınca düşmək, təqib etmək, izləmək. Mədəd naharını qurtarıb qapıdan çıxdı.
Arxasını işə verməmək – heç bir işdən yapışmamaq, tənbəllik etmək, işdən boyun qaçırmaq.
Arxasını yerə vermək (qoymaq) – basmaq, məğlub etmək.
2. Bir şeyin dal tərəfi, geri tərəfi. Məktəbin arxa tərəfi bağdır.
3. Müharibə xəttinin dal tərəfində, gerisində olan yer (cəbhə müqabili). Arxada və cəbhədə. Arxada qalanlar cəbhəyə kömək edirdilər.
4. məc. Kömək, havadar, dayaq, himayəçi.
□ Arxa durmaq – birinin dalında durmaq, havadarlıq etmək, müdafiə etmək.
Arxa-arxaya vermək – köməkləşmək, bir-birinə kömək etmək, əlbir çalışmaq. Yeddi qardaş arxa-arxaya verib düşmənə qarşı dayandılar.
Arxa vermək – arxalanmaq, güvənmək, istinad etmək.
5. Adətən “yeddi” sözü ilə bərabər məc. – nəsil, əcdad. Yeddi arxa qohum-əqrəba.