1. is. Bir şeyin kənarlarından, uclarından az-çox bərabər dərəcədə aralı olan yer; bir şeyin mərkəzi. Kəndin ortası.
// Çay, yol və s.-nin hər iki tərəfindən az-çox bərabər məsafədə olan yer.
2. sif. Ortada olan, bir şeyin kənarlarından, uclarından eyni məsafədə aralı olan; iki nöqtə (xətt, şey və s.) arasında olan. Evin orta pəncərəsi. Orta otaq.
3. is. Bir şeyin başlanğıcından, ya sonundan eyni dərəcədə uzaq olan vaxt, zaman. Yayın ortası. Ayın ortası. Günün ortasında.
4. sif. Böyüklə kiçik, yüksəklə alçaq, ağırla yüngül və s. arasında olan. Orta və ağır tank. Orta və xırda burjuaziya.
// sif. Təcrübəsi az olan; miyanə, babat. Orta dərzi.
5. sif. Bir neçə kəmiyyətin onların sayına bölünməsindən alınan; adi, nəzərdə tutulan hadisə və s. üçün tipik olan. Orta illik temperatur. Orta əmək haqqı. Orta sürət.
// sif. Keyfiyyətcə nə yaxşı, nə də pis olan; babat, miyanə. Orta keyfiyyətli mal.
6. is. Tələbələrin biliyinə verilən “pis” qiymətlə “yaxşı” qiymət arasındakı qiymət, kafi – “3”. Tarixdən “orta” almaq. “Orta” ( sif. ) qiymət.
7. sif. Üçdən ikincisi. Orta qardaş (bacı).
8. is. İki şey arasında olan boş yer; boşluq, ara, aralıq.
◊ Orta barmaq – şəhadət barmağı ilə adsız barmaq arasındakı barmaq.
Orta əsrlər – V-XV əsrləri əhatə edən dövr. Orta əsr ədəbiyyatı. Orta əsrlərə aid memarlıq abidələri.
Orta hesabla – təxminən, təxmini. Sortluq toxum məntəqələrində hər hektardan orta hesabla 170 sentner kartof məhsulu götürürlər.
Orta məktəb – ali məktəbə daxil olmaq, yaxud ümumi və ya orta ixtisaslı mütəxəssis kimi işləmək üçün kifayət edən ümumi təhsil verən məktəb. Orta musiqi məktəbi.
Orta təhsil – orta məktəbdə alınan təhsil. Orta təhsil haqqında kamal attestatı.
Orta yaş (sini) – nə cavan, nə qoca; cavanlıqla qocalıq arasındakı yaş.
Ortada qalmaq – bax arada qalmaq 1-ci mənada (“ara”da).
Ortada yeyib qıraqda (kənarda) gəzmək – 1) bir işi görmədiyi halda başqalarının əməyinin səmərəsindən faydalanmaq;
2) boş-boş gəzmək, veyllənmək, avaralanmaq.
Ortadan çıxarmaq – bax aradan çıxarmaq (“ara”da).
Ortadan çıxmaq – bax aradan çıxmaq (“ara”da).
Ortadan qaldırmaq (götürmək) – bax aradan qaldırmaq (götürmək) (“ara”da).
Ortaya almaq – bax araya almaq (“ara”da).
Ortaya atmaq – bax araya atmaq (“ara”da). Güləsərin əlacı olsa, onu [atasını] heç yana buraxmazdı.
Ortaya çıxmaq – bax meydana çıxmaq (“meydan”da). Bir çox çətinliklər ortaya çıxdı.
Ortaya düşmək – 1) bir iş görməyə təşəbbüs etmək;
2) bax araya düşmək (“ara”da).
Ortaya gəlmək – bax araya gəlmək (“ara”da).
Ortaya qoymaq – bax araya qoymaq (“ara”da). Uşaqlar çarpayılarından düşdülər. Əllərinə keçən kitabları vərəqlədilər.
Ortaya söz salmaq – bax araya söz salmaq (“ara”da).