Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ovalıq
Ovalıq – (rus. низменность, ing. low land, lowland) dəniz səviyyəsindən 200 m-ə qədər yüksəkdə yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən Ovalıqlar (məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası ərazisinin təqribən 2/5-si ovalıqdır (Kür-Araz, Samur-Dəvəçi, Lənkəran). Dəniz səviyyəsindən aşağıda da yerləşən Ovalıq vardır. Bütün quru 48.2mln.
Böyük odalıq
Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir. Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir. == Tarixçə == Əsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var.
Ovacıq döyüşü
Ovacıq və ya Təkiryaylağı döyüşü— Nurəli Xəlifə komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığı altındakı Osmanlı ordusu arasında baş vermiş döyüşdür. Döyüş nəticəsində Səfəvi ordusu məğlub olmaqla birlikdə, Nurəli Xəlifə həyatını itirmişdir. == Arxa plan == 1512-ci ildə Şərqi Anadoludakı müxtəlif türk və qeyri-sünni tayfalar Səfəvilər lehinə Osmanlı hakimiyyətinə qarşı üsyana başladılar. Üsyanın mərkəzi Çəmişgəzək olmaqla birlkdə, Tokata qədər ciddi toqquşmalara və qırğınlara səbəb oldu. Üsyanı yatırmaq üçün Sinan Paşa komandanlığı altında bölgəyə Osmanlı ordusu göndərilsə də, bu ordu qızılbaşlar tərəfindən ağır məğlubiyyətə uğradıldı.Bu üsyan başlayan zaman Səlim şahzadə idi və baş verənləri diqqətlə izləməkdəydi. Sonradan taxt uğrunda mübarizədə qalib gələrək atasını hakimiyyətdən devirməyi bacardı və ordusunu hazırlayaraq Səfəvilər üzərinə yürüşünə hazırlaşdı.Bu səfərin böyük döyüşü olan Çaldıran döyüşündə qələbə qazandı. Bu məğlubiyyətən sonra Səfəvi ordusunun Şərqi Anadoludakı hakimiyyətinin əsasları laxlamağa başladı. Son olaraq Kemah mühasirəsi ilə Ərzincandakı hakimiyyətini də itirən Şah İsmayıl Nurəli Xəlifəyə hücuma keçmə əmri verdi. Nurəli Xəlifə ilə döyüşmək üçün isə Səlim sevimli sərkərdələrindən olan Bıyıklı Mehmed Paşanı vəzifələndirdi. Tərcan, Kəmax və Qarahisardan əlavə qüvvələr toplayan Bıyıklı Mehmed Paşa yaz aylarında Fərat çayını keçdi.
Ovalı (Urmiya)
Ovalı (fars. اوعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (20 ailə).
Amazon ovalığı
Amazon ovalığı — Cənubi Amerikada Amazon çayı hövzəsində Yer kürəsinin ən böyük allüvial ovalığı. Sahəsi 5 mln. km²-dan artıqdır. Qərbi Amazoniyanın (eni 1600 km) iqlimi ekvatorialdır. Meşələrində qiymətli ağaclar bitir: süd ağacı, qırmızı ağac, heveya və s. Heyvanlar aləmi zəngindir. Şərqi Amazoniyanın (eni 350 km) iqlimi subekvatorialdır. Seyrək meşələri və savannaları var. Əhalisi hindlilər və metislərdir. Amazon ovalığında kakao, tütün, qəhvə, banan, şəkər qamışı və s.
Amelanchier ovalis
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Carex ovalis
Carex ovalis (lat. Carex ovalis) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Coelogyne ovalis
Coelogyne ovalis (lat. Coelogyne ovalis) — səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü.
Echinodorus ovalis
Echinodorus ovalis (lat. Echinodorus ovalis) — baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü.
Epipactis ovalis
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Euseius ovalis
Euseius ovalis (lat. Euseius ovalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Helleborine ovalis
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Kolxida ovalığı
Kolxida ovalığı (gürc. კოლხეთის დაბლობი) — Gürcüstanda, Qara dəniz sahilində ovalıq. Qərbdən şərqə təqribən 100 kilometr (62 mil) uzanır. Səthi hamar, hündürlüyü 150 metrə qədərdir. Antropogenin alluvial çöküntülərindən təşkil olunmuşdur. Qərb hissədə geniş bataqlaşmış sahələr var. Kolxida ovalığında neft-qaz təzahürləri və mineral bulaqdar (Tsxaltubo) var. İqlimi subtropikdir. Orta tempraturu yanvarda 4,5–6°C, avqustda 23–24°C-dir. İllik yağıntı 1500 mm.
Lənkəran ovalığı
Lənkəran ovalığı — Azərbaycan Respublikasının cənub şərqində, Talış dağları ilə Qızılağac körfəzi arasında ovalıq. Lənkəran ovalığının cənubda eni 5-6 km, şimalda isə 15-30 km-dir. Ovalıqda üç inzibati vahid: Lənkəran, Astara və Masallı rayonları, bir qoruq — Qızılağac dövlət təbiət qoruğu yerləşir. İqlimi subtropikdir, illik yağıntıların miqdarı (qışda maksimum həddə olur.) 1400–1700 mm-dir. Əhalisi, əsasən, azərbaycanlılardan və etnik qrup olan talışlardan ibarətdir. Azərbaycanın cənub şərqində yerləşir. Şimaldan cənuba 125 km, qərbdən-şərqə isə 100 km-ə qədər uzanır. Ərazinin 40%-i Xəzər dənizi sahilində Lənkəran ovalığının, 60%-isə Talış dağlarının payına düşür. Lənkəran ovalığı cənubda İranla, şimaldan Salyan və Muğan düzləri ilə həmsərhəddir. Ovalığın əksər hissəsi dəniz səviyyəsindən 27 m aşağıda yerləşir.
Melicope ovalis
Melicope ovalis (lat. Melicope ovalis) — sədokimilər fəsiləsinin melicope cinsinə aid bitki növü.
Mikania ovalis
Mikania ovalis (lat. Mikania ovalis) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Padan ovalığı
Padan ovalığı ( Digər adları: Po ovalığı və ya Po düzənliyi (it. Pianura Padana və ya Val Padana) - İtaliyanının şimalında yerləşən geniş ovalığ olub onun əsas coğrafi strukturlarından biridir. Alp dağlarından başlayan çayların gətirdiyi allüvial çöküntülərin toplanması və çökdürülməsi nəticəsində yaranmışdır. Ovalıq qərbdən şərqə doğru 650 km məsafədə uzanmışdır. Ovalığın eni müxtəlif yerlərdə 70–200 km arasında dəyişir. Ovalığn ümumi sahəsi Po çayı hövzəsinə daxil olmayan Venedikt ovalığı ilə birlikdə 46000 km² təşkil edir. Ovalıq şimaldan Alp dağları, qərbədn Monferatto təpəlikləri, cənubdan Appenin dağları, şərqədn isə Adriaktik dənizi ilə əhatə olunmuşdur. Ovalğın ərazisindən keçən ən böyük çay olan Po çayı Adriaktik dənizinə töküldüyü yerdə böyük delta əmələ gətirmişdir. Ovalıq İtaliyanın ən məhsuldar ərazilərindən biri olmaqla əhalinin məskunlaşmasının böyük sıxlığı ilə seçilir. == İqlimi == Ovalığın iqlimi bəzi yerlərdə mülayim kontinental, əksər yerlərdə isə rütubətli subtropikdir.
Turan ovalığı
Turan ovalığı və ya Turan düzənliyi — Mərkəzi Asiyanın və Cənubi Qazaxıstanın düzənlik hissəsidir. == Ümumi informasiya == Turan ovalığı Qazaxıstanın, Özbəkistanın(şimal sərhədlərində) və Türkmənistanın ərazisində yerləşmişdir. Düzənliyinin uzunluğu təxminən 2000 km-dir. Turan ovalığı Qərbi Sibir ovalığı ilə Turqay dərəsi ilə birləşir. Qazaxıstanın daxilində Sırdərya çayı Turan ovalığını iki hissəyə bölür. Ovalığın çox hissəsi Qaraqum Qızılqum, Muyunkum və başqa səhralarla əhatə olunur; bu yerdə hündürlük 922 metrə qədər təşkil edir. Süni suvarma şəraitində əkinçilik inkişaf etmişdir; həmçinin ovalıqdan otlaq kimi istifadə olunur. Neft və təbii qaz (Mangistau neft-qaz rayonu) yataqları tapılmışdır. Kəskin kontinental, yarımsəhra quru-çöl iqliminə malikdir. Cənub hissəsi subtropik iqlimdir.
Xəzər ovalığı
Xəzər ovalığı (qaz. Каспий маңы ойпаты) — Qazaxıstan və Rusiyanın Şərqi Avropa düzənliyində yerləşir. Xəzər dənizinin şimal hissəsini əhatə edir. == Coğrafiya == Xəzər ovalığı şimalda - Obşı Syrt, qərbdə Volqa dağları və Eeqeni, şərqdə - Ural yaylası və Üstyurd ilə əhatə olunmuşdur. Ovalığın sahəsi 200 min km²-dir. Ovalığın maksimal hündürlüyü 149 m-ə qədərdir. Cənub hissəsi isə dəniz səviyyəsindən 28 m aşağıda yerləşir. Ovalığın şimal-qərb hissəsi, Erqeni dağları, Kumo-Manc çökəkliyi və Volqa arasındakı ərazi Qara torpaqlar adlanır. Səhra Xəzər çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir.
Çaun ovalığı
Çaun ovalığı (rus. Чаунская низменность) — Rusiyanın Çukotka muxtar dairəsinin şimalında yerləşən ovalıq. == Tarixi məlumat == Çaun ovalığı haqqında ilk məlumatı kapitan Billinqs 1791-ci ilin qışında xizək üzərində keçərkən vermişdir. 1908-ci ildə ovalığın ərazisini rayon pKalinnikov tədqiq etmiş və bu barədə məlumatı kitabında dərc etmişdir. Bu bölgənin ətraflı coğrafi sxemi 1929-1931-ci illərdə S. V. Obruçevin ekspedisiyası tərəfindən tərtib edilmişdir. == Fiziki-coğrafi xüsusiyyətləri == Şərqi Sibir dənizinin sahillərinə doğru tədricən enən sahil düzənliyidir. Şimal hissəsi Çaun körfəzinin sahilinə qədər uzanır. Qərbdən Anyuy silsiləsi, cənubdan Çukot dağları və şərqdən Anadır silsiləsi ilə həmsərhəddir. Cənub hissəsində hündürlüyü 700 m-ə qədər olan dağətəyi silsilələr mövcuddur. Ovalığın sahəsi təxminən 60 min km²-dir.
İmeretin ovalığı
İmeretin ovalığı — Rusiya dövlət sərhədinin keçdiyi Mzımta və Psou çayları arasında, Qara dəniz sahilində, Soçi şəhərinin Adler rayonunu yerləşdiyi ovalıq. İmeretin ovalığı ərazisində, 2014 -cü ildə XXII Qış Olimpiya Oyunları üçün tikilmiş Olimpiya Parkı və digər obyektlər var. == Ümumi məlumat == İmeretin ovalığının ərazisində, 2014-cü il Olimpiadası üçün olimpiya obyektləri tikilməzdən əvvəl yaşayış məntəqələri var idi: Nijne-İmeretinskaya körfəzi, "Rusiya", "Yujnıye kultury" sovxozları və Mirnı kəndi. Imeretin ovalığı təxminən 1300 hektar ərazini əhatə edir. Ovalıq ərazisində IX-X əsrlərə aid bir xristian məbədinin qalıqları var və bunun əsasında hazırda muzey təşkil etmək planlaşdırılır.Nijne-Imeretinskaya körfəzi sahilində tarixən kazaklar-nekrasovların evləri və torpaq sahələri var idi. Ərazidə Marlinski qəsəbəsi var idi. 2011-ci ildə əhalinin əksəriyyəti Nekrasovskoye köçürüldü. Buna səbəb ərazidə Olimpiya oyunları üçün qurğuların tikilməsi idi.. Beynəlxalq əhəmiyyətə malik ornitoloji ərazi statusunu, habelə heyvanlar aləmini və yaşadıqları qorumaq, bərpa etmək və çoxaltmaq üçün İmeretin ovalığında ümumi sahəsi 298.59 hektar olan təbii ornitoloji park yaradılmışdır. Təbii ornitoloji park 14 klasterdən ibarətdir.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Avacıq
Avacıq (fars. آواجیق‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanının Dəştəki bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,649 nəfər və 377 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Hind-Qanq ovalığı
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. == Relyef və hidroqrafiya == Ovalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur. Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır. == İqlim və bitki == Qanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir.
Hind Qanq ovalığı
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. == Relyef və hidroqrafiya == Ovalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur. Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır. == İqlim və bitki == Qanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir.
Kür-Araz ovalığı
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Moloqa-Şeksna ovalığı
Moloqa-Şeksna ovalığı (rus. Молого-Шекснинская низменность) — Rusiyada, Moloqa və Şeksna çayları hövzəsində ovalıq. Hündürlüyü 100–120 metrdir. Ovalığın cənub-şərqi hissəsini Rıbinsk su anbarı tutur. Səthi hamardır; şam meşələri, qismən mamırlı bataqlıqlarla örtülüdür. Podzol və qleyli podzol torpaqlar yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Природные ресурсы Молого-Шекснинской низины: Наземные позвоночные. Труды Дарвинского государственного заповедника; Вып. XI (1000 nüs.). Вологда: Северо-Западное книжное издательство.
Qocalıq
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub,şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos,təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür.Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, “Varlıq” hərəkət etmir,dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki,varlıq bölünməz kiçicik hissəciklərdən - atomlardan və boşluqdan ibarətdir.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfitənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Adətli (Aralıq)
Adətli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 28 km, Aralıq ilçə mərkəzinə 17 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 108 kürd yaşayırdı.
Aralıq (anatomiya)
Aralıq — lat. perineum anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıq və oturaq sümüklərinin aşağı şaxələri, oma-qabar bağı və oturaq qabarları isə yan tərəflərini əhatə etmişdir. Aralıq nəzəri olaraq oturaq qabarlarından keçən köndələn xətt vasitəsilə iki üçbucağa bölünür. Öndəkinə sidik-cinsiyyət üçbucağı — lat. trigonum urogenitale, arxadakına isə anus üçbucağı — lat. trigonum anale deyilir. Sidik-cinsiyyət üçbucağında kişilərdə penis, qadınlarda isə cinsiyyət yarığı — lat. rima pudendi, anus üçbucağında isə adından məlum olduğu kimi anus yerləşmişdir.
Aralıq (İğdır)
Aralıq (türk. Aralık) — İğdır ilinin ilçələrindən biridir. == Tarix == Keçmişdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, daha sonra Azərbaycan Səfəvilər İmperiyasının tərkibində Azərbaycan əyalətinin (dörd xanlıq dövründə Çuxursəd xanlığının daxilində) tərkibində olmuşdur. 1 yanvar 1960-cı ildə yaradılıb. == Ərazi == İlçənin ərazisi 709.23 km²–dir. İlçə ərazisi şərqdə 49 km-lik sərhəd xətti ilə İranla, şimalda 11 km-lik sərhəd xətti ilə Azərbaycanla (Naxçıvan MR-nın Sədərək rayonu), qərbində elin mərkəzi ilçəsi (İğdır İlçəsi), 56 km-lik sərhəd xətti (Araz çayı boyu) ilə Ermənistanla, cənubda isə Ağrı ilinin Doğubəyazıd ilçəsi ilə həmsərhəddir. == Əhali == Aralıq ilçəsi 5 məhəllədən ibarət Aralıq şəhərini və 22 kənddən ibarət Mərkəz bucağını (bucaq: ilçədən kiçik ərazi bölgüsüdür, kəndləri əhatə edir.) əhatə edir. 31 dekabr 2011-ci il rəsmi təxmininə əsasən cəmi ilçə əhalisi 22.425 nəfərdir . Onların 6.775 nəfəri şəhərdə yaşamaqdadır. === Milli tərkib === Aralıq ilçəsi : əhalinin təxminən 60 %-i kürdlərdən, 40 %-i isə azərbaycanlılardan ibarətdir.
Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim. == Haqqında == Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq kərtənkələsi
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Aralıq nahiyəsi
Aralıq nahiyəsi — XIV əsr inzibati-ərazi vahidi. İndiki dövürdə Aralıq (İğdır),Qəmərli rayonu,Şərur rayonu ərazisini əhatə edir. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Aralıq nahiyəsi 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Aralıq nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == 1590-cı il Kəndləri == Axura kəndi Ağbaş kəndi - Boralan kəndi s. 268 - Boralanbulaqbaşı kəndi. - Başqa adı Xeyrəddin qışlağıdır Cadqıran kəndi - [[Yenicə, Ayıbasan və Təndirli məzrə`ələri. - Ərəboğlu kəndi - Yenicəyi-islamiyyə kəndi - Yenicəyi-İsa Çələbi məzrə`əsi - Məsimli kəndi - Oğruviranı məzrə`əsi - Əliqızıl kəndi s. 269 - Novruzlu kəndi - Xudulu kəndi. Başqa adı İlicaqdır. - Kürdviranı məzrə`əsi. Başqa adı Güney Yörədir.
Aralıq sahib
Aralıq sahib - parazitin sürfə mərhələsi inkişaf edən sahib orqanizmlər - heyvanlar. Parazitin növündən asılı olaraq onun inkişafında bir və ya bir neçə aralıq sahib iştirak edir. Məsələn, malyariya plazmodisinin inkişafında bir aralıq sahib (insan), sorucu qurdların əksəriyyətində isə iki aralıq sahib iştirak edir. Aralıq sahib iki olduqda sürfənin birinci növbədə parazitlik etdiyi sahib birinci aralıq sahib, ikinci növbədə parazitlik etdiyi sahib isə ikinci aralıq sahib adlanır. Məsələn, sorucu qurdların birinci aralıq sahibi həmişə molyusklar, ikinci aralıq sahibi isə müxtəlif onurğasız heyvanlar (həşərat sürfələri), yaxud balıqlar, suda-quruda yaşayanlar və s. olur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Aralıq seçim
Aralıq seçim nəzəriyyəsi — istehlakçı seçimini təsvir edərkən zaman amilinin açıq şəkildə nəzərə alınması lazım olduğu nəzəriyyəsi. Gəlirlərin bölüşdürülməsinə qərar verərkən istehlakçı yalnız mövcud dəyərini deyil, həyatı boyu alacağı bütün gəliri də nəzərə alır. Müvəqqəti seçim nəzəriyyəsində istehlakçı indi nə qədər istehlak edəcəyinə və daha sonra istehlak etmək üçün nə qədər qənaət edəcəyinə qərar verir. Onun qərarına gözlənilən gəlir və bazarda faiz dərəcələri təsir göstərir. Nəzəriyyə istehlakçı davranışını təsvir etmək üçün makroiqtisadi modellərdə istifadə olunur. Bənzər bir problem investisiya qərarları verərkən ortaya çıxır. İnvestorun fərqli investisiya variantları arasında seçim etməsi lazımdır. Layihələrin dəyərini müqayisə edərkən zaman amilinin nəzərə alınmasını tələb etdiyi üçün maliyyə riyaziyyatında ən yaxşı investor seçimi qaydaları nəzərə alınır. == Tarixi == Bu nəzəriyyə Irving Fisher tərəfindən irəli sürülmüş və sonradan makroiqtisadi modelləri əsaslandırmaq üçün istifadə edilmişdir. 20-ci əsrin ortalarında iqtisadiyyatda Keynes baxışları üstünlük təşkil etdiyi üçün o qədər də populyar deyildi.
Ovaria
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.