Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pinhani
Pinhâni — 5 aprel 2004-cü ildə Zeynep Eylül Üçer və Sinan Kaynakçı tərəfindən qurulan alternativ rok musiqisi ifa edən Türk musiqi qrupudur. O, “Kavak Yelleri” serialının musiqisini də bəstələyib. Sinan Kaynakçı Vokal, gitara, saksafon, zurna, tulum, kamança 25 dekabr 1979-cu ildə İstanbulda anadan olub. Uşaqlığını Florya və Bakırköydə keçirib. 1998-ci ildə Cağaloğlu Anadolu Liseyini bitirib. Musiqiyə də bu məktəbdə başlayıb. 1995-ci ildə yan fleyta dərsləri aldı və elə həmin il gitara çalmağa başladı. 1996-cı ildən Studio Hiphop-da fasilələrlə nağara dərsləri alıb. 2001-2003-cü illər arasında "Van Basten" qrupu ilə Beyoğlunun müxtəlif məkanlarında çıxış edib. Bu dövrdə o, öz əsərlərini yazmağa başladı.
Baba Pünhan
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Pünhan Abbasov
Pünhan İsmayıllı
Pünhan İsmayıllı (İsayev Pünhan Baba oğlu) - bədii qiraətçi. 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır.Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dilidir. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir. 1. Öyrətmə özünə öyrətmə məni - 2000 2. Gəldim yenə görüşünə, Ordubadım - 2001 3. Ocağınız gur yansın - 2002 4. Hamının Evində toy, nişan olsun - 2003 5. Oğul ya qız, fərqi nədir - 2004 6.
Pünhan Əliyev
Bürhani-Həqiqət
Bürhani-həqiqət (az.-əski. برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi. Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir".
Bürhani-Tərəqqi
Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet. İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır.
Cəfər Sübhani
Cəfər Sübhani Təbrizi (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Cəfər Sübhani Təbrizi) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Təhsili == == Müəllimləri == == Yaradıcılığı == == Əsərləri == İslam tarixi (İslam Peyğəmbərinin (ə) həyatı) Əbədiyyət Nuru == Həmçinin bax == Məhəmməd Fazil Lənkərani Məkarim Şirazi Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. == Həmçinin Bax == Azərbaycan ədəbiyyatı == Mənbə == Bakıxanov, Abbasqulu ağa.
Kuhnani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Kunani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Ruhani
Proprioseiopsis putmani
Proprioseiopsis putmani (lat. Proprioseiopsis putmani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis putmani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Həsən Ruhani
Həsən Ruhani (fars. حسن روحانی‎; 12 noyabr 1948, Sorxə, Simnan ostanı) — İran İslam Respublikasının prezidenti. Ruhani seçkilərdə islahatçılara yaxınlığı ilə tanınan namizəd olub. == Həyatı == Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.
Poçt ünvanı
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Xionq Dunhan
Xionq Dunhan (d. 11 noyabr 1998) — Çini təmsil edən su poloçusu. Xionq Dunhan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
IP ünvanı
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
Ruhani (dəqiqləşdirmə)
Ruhani və ya Rahib – Müsəlman (əsasən şiə) din xadimi. Ruhani (rəqs) - Azərbaycanda rəqs Həsən Ruhani - İran İslam Respublikasının 7-ci prezidenti Rohani (İran) — İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəz bəxşinin Aviz dəhistanında kənd.
"Azərbaycan" dünyanı gəzir
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. == Məzmun == Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.
Dünyanı bəzəyən Abbasın tarixi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Qafqaz Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
İrəvan Quberniya Ruhani Məclisi
İrəvan Quberniya Ruhani Məclisi — Qafqaz Müsəlmanları İdarəsinin nəzdində İrəvan quberniyasında idarə. İrəvan Quberniya Ruhani Məclisi 1829-cu ildə yaranmışdı. İrəvan şəhərində Göy məsciddə yerləşirdi. Məclis bir rəis və bir neçə üzvüdən ibarət idi. İrəvan Quberniya Ruhani Məclisi quberniyanın Aleksandropol, Naxçıvan, Novobayazet, Sürməli, Şərur-Dərələyəz, İrəvan,Eçmiədzin və Ordubad qəzalarının müsəlmanlarına xidmət edirdi. Qəza qazılarını, Şəhər və kənd prixod axundlarını təyin edir, imtahan götürürdü. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan vəqf torpaqlarını idarə edir, icarəyə verirdi. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan məscid, türbə, zaviyyə və digər dini tikiləri inşa və təmir edirdi. Şəhərdə məclisin nəzdindəki məscidlər: Göy məscid, Novruzəlibəy məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi. İrəvan Quberniya Ruhani Məclisi quberniyada yaşayan müsəlmanların doğum və vəfat qeydlərini aparırdı.
Urmiyada rus ruhani missiyası
Urmiyada rus ruhani missiyası (rus. Русская духовная миссия в Урмии) və ya Urmiya ruhani missiyası (Урмийская духовная миссия) —Rusiya ilə həmsərhəd regionlarda, əsasən İran Azərbaycanı vilayətində yaşayan etnik aysorlara rus pravoslav missiyası. 1898-ci ildə Şərq Assuriya Kilsəsi və Xaldeya Katolik Kilsəsindən çevrilmişdir. Formal olaraq, missiya 1898–1918-ci illəri əhatə edir, lakin onun qurulmasından əvvəl Rusiyanın bölgəyə marağı demək olar ki, bütün XIX əsrdə davam etmişdir. 1898-ci ildə ortodoksluğu qəbul edən Assuriya Şərq Kilsəsindən bir qrup var idi. 1890-cı illərin ortalarında Urmiya regionunda Süpürgən yepiskopu Mar Yonan Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinoduna müraciət etmişdir ki, o və heyəti Rus Kilsəsinə qəbul olunsun. Mar Yonan 1898-ci ildə Sankt-Peterburqa getmiş və burada o və bir neçə ruhanisi şərqi ortodoksluğu qəbul etmişdilər. 1904-cü ildə Urmiya regionunda yerləşən Terqavar yepiskopu kimi yepiskopluğa təqdis edildi və yepiskop Yonanın vikarı olmuşdur. Missiya 1904-cü ildən həm asoru, həm də rus dillərində "Pravoslavnaya Urmiya" jurnalını nəşr etdirmişdir. Yepiskop Eliya 1928-ci ilin dekabrında vəfat etmişdir.
"Azərbaycan" dünyanı gəzir (film, 1984)
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. == Məzmun == Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.