Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Mətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli — Yaşayış məntəqələri Kərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Adil Kərimli
Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022). == Həyatı == Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir. == Fəaliyyəti == Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur.
Andrea Kərimli
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Fərid Kərimli
Fərid Balamirzə oğlu Kərimli (6 iyun 1978, Neftçala) — Azərbaycan bəstəkarı, aranjimançısı. == Bioqrafiya == Fərid Kərimli 1978-ci ilin 6 iyununda Neftçalada anadan olub.
Hicran Kərimli
Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir. 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü. === Parlamentdə === Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Kənan Kərimli
Kərimli (Germi)
Kərimli (fars. كريملو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (14 ailə).
Kərimli (Gədəbəy)
Kərimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağlıq ərazidədir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 285 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kərimli (Oğuz)
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km.
Leyla Kərimli
Leyla Kərimli (1976, Salyan) — Fəlsəfə Elmləri doktoru, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçmiş direktoru. O, xarici universitetlərdə professor kimi fəaliyyət göstərən azərbaycanlı akademiklərdən biridir. Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbinin Sosial Rifah üzrə assistent professorudur. == Həyatı və fəaliyyəti == Leyla Kərimli 1976-cı ildə Salyan şəhərində həkim ailəsində anadan olub. İlk təhsilini Salyan şəhər orta məktəbində rus dilində alıb. 1993-cü ildə o, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Leyla Kərimli Beynəlxalq Münasibətlər şöbəsinə qəbul olan üç qadından biri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər həmin universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1999-cu ildə Bakı Dövlət Universiteti ilə Fransanın bir neçə ali məktəbi arasında açılmış TACIS-TEMPUS proqramı çərçivəsində Nis-Sofia Antipolis Universitetinə qəbul olmuşdur. 1996-cı ildən etibarən təhsilini davam etdirməklə yanaşı, Qeyri-hökumət təşkilatında işləməyə başlamış və Fransadan qayıtdıqdan sonra Bakı Dövlət Universitetində yarım-ştat müəllim olaraq çalışmışdır.
Məhəmməd Kərimli
Mətin Kərimli
Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini. Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub. 2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.
Nihat Kərimli
Orxan Kərimli
Qalası Kərimli
Qaracan Kərimli
Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı; 27 dekabr 1947, Təkəli, Marneuli rayonu) — "Xalq yaradıcılığı" Ümumittifaq festivalının laureatı (1991), Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018). Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı) 1947-ci ilin dekabr ayının 27-də Borçalı mahalının Marneuli (Sarvan) bölgəsinin Təkəli kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra 1967–1969-cu illəri hərbi xidmətdə qulluq edib. 1976-cı ildə Xalq Təsərrüfatı institutunu (İqtisad Universiteti) bitirib. Həmin ildən etibarən, Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində, Peşə təhsili Komitəsində, Sumqayıt şəhər Səhiyyə şöbəsində, Bakı şəhər Yollahiyyə İnstitutunda iqtisadçı, maliyyəçi, baş mühasib təftişçi, vəzifələrində çalışıb. Aşıq sənətinin sirlərini 12 yaşından öyrənməyə başlayıb. İlk ustadı həmkəndlisi aşıq Mustafa olub, sonralar Borçalının ustad sənətgarı aşıq Əmrah Gülməmmədovdan dərs alıb. 1984-cü ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında, Birliyin İdarə Heyətinin üzvü, 1991-ci ildə Birliyin İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsinə təyin olunub və 2004–2008-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Bu dövr ərzində Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecində saz müəllimi, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri, Bakı şəhər Ittifaq teatrında ifaçı qrupların rəhbəri kimi fəaliyyət göstərib. Hələ Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Əhsən Dadaşovun bədii rəhbərliyi altında İnstitutun ansamblında artıq nüfuz qazanmışdı.
Ramin Kərimli
Rasim Kərimli
Rasim Kərimli (01.05.1932-24.06.1996) Azərbaycan şairi Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri idi. Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim bu vaxt artıq respublika mətbuatında çap olunurdu. Bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dİl və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.Lakin bədii yaradıcılığı elmi yaradıcılığa üstün gəlir və tezliklə o, M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim keçir. Bu vaxt Rasim artıq tanınmış şair idi. Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla əzbərlənməsinə və xalq arasında yayılmasına şərait yaradırdı. Bu təsadüfü deyildir. Uşaqlıqdan qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu təsir o qədər güclü olmuşdur ki, həyatı boyu saz-söz adamlarının cazibəsindən kənara çıxa bilməmişdi. Bir neçə musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də şeirlərinə görə musiqiçilər və müğənnilərin əksəriyyəti onunla dostluq edirdi.
Səməd Kərimli
Tahir Kərimli
Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri. Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir. Evlidir, dörd övladı vardır. Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.
Teymur Kərimli
Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; 2 oktyabr 1953, Nürgüt, Ordubad rayonu) — filologiya üzrə elmlər doktoru, akademik, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014). Hazırda AMEA Əlyazmalar İnstitutunun direktorudur. Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur. Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir. Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur. Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.
Xanəli Kərimli
Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Sahil Kərimli
Sahil Kərimli (azərb. Kərimli Sahil Bəxtiyar oğlu:‎) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, ictimai-siyasi şəxs, analitik, Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinin rəhbəri. Kərimli Sahil Bəxtiyar oğlu 10 dekabr 1977-ci ildə Ucar rayonunda anadan olub. Ucar rayon 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəində ali təhsil alıb. “Avrasiya”, “Hər gün”, “7 gün” qəzetlərində çalışıb. 1999-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 2001-2005-ci ildə Lider TV-də müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. 2005-2006-cı illərdə AzTV-də redaktor vəzifəsində işləyib. 2006-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində çalışıb.
Səyadulla Kərimli
Kərimli Səyadulla Xudaverdi oğlu — yazıçı-publisist, tənqidçi. Səyadulla Kərimli 1946-ci il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini Yardımlıdakı M.F. Axundov adına 1 saylı məktəbdə almış, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ildə Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə "Azərnəşr"də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə "Zəka" jurnalında məsul katib, 1991-2005-ci illərdə "Zəka" jurnalında baş redaktor, 2006-2008-ci illərdə "Respublika" qəzetində redaktor, 2008-2009-cu illərdə isə "Lider" TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Ziyalılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür (1992). "Qızıl qələm" mükafatı laureatıdır (1995).
Çərçili (Marağa)
Çərçili — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 9 km şimal-qərbdədir.
İvo Perilli
İvo Perilli (it. Ivo Perili, 10 aprel 1902 - 24 noyabr 1994, Roma, İtaliya) - İtaliya ssenaristidir. 1933-1977 illər arasında 54 filmin ssenarisini yazmışdır.
Verimli (Qars)
Verimli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 291 nəfərdir (2022).